Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   22   23   24   25   26   27   28   29   ...   60

 
             
 
 
 

1
 – bərk süxurun əzilməyə müqaviməti 
Kəsən hissənin yumşaq süxurda işləməsi halı üçün aşağıdakı ifadədən istifadə etmək olar: 


tg
b
S
h



2
0
1
 
 
burada: 

2
 – yumşaq süxurun əzilməyə müqavimətidir. 

1
 

 

2
  olduğundan  h
2
 

  h
1
  olar.  Yumşaq  süxurdan  bərk  süxura  keçdikdə  quyu  dibində  yumşaq 
süxur  intensiv  qazıldığından  süxurun  dağılma  müstəvisinin  vəziyyəti  dəyişir.  Aşırma  momentinin 
təsirindən  qazıma  aləti  çəp  vəziyyət  alaraq,  layın  yatım  müstəvisinin  əksinə  yönəlir  və  nəticədə 
quyu  gövdəsi  əyilməyə  məruz  qalır  (şəkil  7.2.a).  Bərk  süxurdan  yumşaq  süxura  keçdikdə  isə  əks 
hadisə baş verir – qazıma aləti yumşaq süxur istiqamətində kiçik intensivliklə istiqamətini dəyişir 
(şəkil 7.2.b). 
Nəhayət qazıma alətinin oxu yumşaq və bərk süxur təbəqələrinin kəsişdiyi müstəvi ilə əmələ 
gətirdiyi görüş bucağı 10 – 15
0
-dən kiçik olduqda sürüşmə nəticəsində alət görüş müstəvisinin üzəri 
ilə hərəkət edə bilər (şəkil 7.2.c). 
 
 
 
 
 


 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 7.2 Qazma zamanı bərklikləri müxtəlif olan süxurları keçərkən quyu lüləsinin əyilmə sxeminin xarakteri 
 
Quyuların  təbii  əyilmə  mexanizminin  araşdırılması  göstərir  ki,  onların  əyilməsinin  əsas 
səbəbi  baltanın  dişlərinə  təsir  edən  qüvvələr  momentinin  təsiridir.  Həmin  moment  aşağıdakı  kimi 
təyin olunur (şəkil 7.3.): 
 
 
 


 
             
 
 
 
 
 
 
 
 
r. 
Qazıma  aləti  anizotrop  süxurları  qazıdıqda  quyu  dibinin  və  divarının  müxtəlif  dağılma 
şəraitləri nəticəsində quyu lüləsi əyilir. 
Bərk  anizotrop  süxurlardan  ibarət  qatları  qazan  zaman  süxurların  quyu  dibində  və 
divarlarında dağılma şəraitinin müxtəlif olması nəticəsində quyuların əyilməsi baş verir. Bu halda, 
süxurların  müxtəlif  istiqamətlərdə  dağılmaya  göstərdikləri  müqavimətin  eyni  olmaması  əsas  rol 
oynayır. Süxurun böyük intensivliklə dağılması dağılmaya olan müqavimətin az olduğu istiqamətdə 
baş verir. Bu anizotrop süxurlar üçün xüsusilə xarakterikdir. Dağ süxurlarının anizotropluğu onların 
mineraloji  tərkibindən  asılıdır.  Belə  ki,  bu  hal  süxur  əmələ  gətirən  bir  çox  minerallara  xas  olan 
keyfiyyətdir.  Bu  cür  mineralların  istiqamətlənmiş  şəkildə  düzülüşü  anizotropluğu  və  həmin 
süxurların teksturunu xarakterizə edir. 
Nəhayət  tiyənin  bölünə  bilən  müstəvinin  düşmə  istiqamətində,  yaxud  onun  əksi 
istiqamətində  hərəkəti  zamanı  süxurun  zəif  simmetrik  qoparılması  baş  verir.  Bu  halda  dağıdılan 
süxurun həcmi müxtəlif olur. Tiyənin bölünə bilən müstəvinin düşmə istiqamətində hərəkəti zamanı 
süxurun dağılma miqyası böyük olacaqdır. 
 


 
             
 
Beləliklə,  quyu  dibində  anizotrop  süxurların  asimmetrik  dağılmasını  və  qazıma  alətinin 
təbəqələrin düşmə istiqamətinin əksi tərəfə hərəkət etməyə meyilliyini izah etmək mümkündür. 
Hər halda sanki,  quyu dibi  yerini dəyişir, və  ya  onun ayrı –  ayrı hissələri müxtəlif sürətlə 
hərəkət edir. 
Başqa  amillərin  təsirini  nəzərə  almasaq,  onda  süxurların  anizotropluğu  nəticəsində  quyu 
həmişə süxurun dağılmaya müqavimətinin az olduğu istiqamətə  getməyə meyl  edəcək.  Bu hadisə 
quyu  oxunun  ayrılma  müstəvisi,  ya  da  onların  bölünə  bilən  müstəvisi  ilə  əmələ  gətirdiyi  bucağın 
müəyyən qiymətlərində təzahür edir. Görüş bucağı 

1
 = 90
0
, yaxud 

1
 = 0
0
 olarsa, nəzəri olaraq deyə 
bilərik ki, quyu əyilməməlidir. Bu halda, quyunun əyilməsi  yalnız texniki və texnoloji səbəblərin 
təsiri  nəticəsində  baş  verir.  Əgər  görüş  bucağı  90


 

 

  0
0
  olarsa,  quyunun  özünün  əyrilik 
bucağından  asılı  olmayaraq,  quyu  geoloji  amillərin  təsiri  nəticəsində  bu və  ya  digər  intensivliklə, 
anizotropluq  göstəricisindən,  görüş  bucağından  və  başqa  səbəblərin  təsiri  ilə  bağlı  az  və  çox 
dərəcədə əyiləcəkdir. 
Süxurların  enmə  bucağının  əksi  istiqamətində  90


 

 

  0
0
  bucaq  altında  maili  quyunun 
qazılması zamanı praktiki olaraq bütün amillərin təsiri nəticəsində quyu əyilir. Süxur təbəqələrinin 
enmə  bucağı  istiqamətində  90


 

 

  0
0
  bucaq  altında  maili  quyunun  qazılması  zamanı  geoloji 
amillər, texniki və texnoloji amillərin əksi istiqamətində təsir göstərəcək və əyrilik intensivliyi kiçik 
qiymət alacaqdır. 
Beləliklə, geoloji amillərin əyrilik intensivliyinə quyu oxunun təbəqələşmə müstəvisi, yaxud 
süxurun dağılmağa göstərdiyi ən kiçik müqavimət xətti ilə əmələ gətirdiyi görüş bucağı təsir edir. 


 
             
 
Tədqiqatlar  göstərir  ki, 

 

  45
0
  olduqda  əyrilik  intensivliyi  maksimuma  çatır.  Görüş  bucağı  az 
dəyişən hallarda əyrilik intensivliyi də o qədər olur. 
Quyu  lüləsi  iri  çatlar  və  boşluq  olan  sahələri  keçdikdə,  əsasən  də  maili  və  üfqi  quyular 
qazılarkən,  qazıma  alətinin  asılı  vəziyyətdə  və  yaxud  alət  ilə  quyu  divarı  arasındakı  sahənin  çox 
böyük olması nəticəsində quyu lüləsi öz istiqamətini dəyişir. 
Quyu lüləsi çox yumşaq süxurlardan keçdikdə quyunun əyilməsinə təsir edən əsas amillər – 
quyu divarının intensiv dağılması nəticəsində qazıma aləti ilə quyu divarı arasında məsafənin böyük 
olması  alətin  çəp  vəziyyət  almasına  gətirib  çıxarır,  sonra  isə  istər  şaquli,  istərsə  də  maili  və  üfqi 
quyular  təbii  əyilməyə  məruz  qalır.  Anizotrop  süxurlarda  quyu  lüləsi  çox  hallarda  alətə  göstərilən 
müqavimət az olan istiqamətə əyilir. 
 
7.2. Quyu lüləsinin təbii əyilməsinə texniki  
amillərin təsiri 
 
Texniki amillər quyu lüləsi trayektoriyasının layihə istiqamətindən kənara çıxmasına bir çox 
hallarda  qazımaya  başlayan  andan  (quyu  ağzından)  və  ya  qazıma  prosesi  zamanı  təsir  göstərir. 
Qazımanın  başlanğıcında  quyu  lüləsinin  düzgün  istiqamət  almamasına  səbəb  olan  amillər 
aşağıdakılardır: 
1)
 
rotorun düzgün yerləşdirilməməsi şaquli və ya maili quyuların şaquli hissələrini qazımaq üçün, 
rotorun  üfqi  vəziyyətdə  yerləşdirilməməsi  isə  quyunun  şaquli  qazılmamasına  gətirib  çıxarır  və 
nəticədə quyu lüləsi başlanğıc əyilməyə məruz qalır; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə