Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə15/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   11   12   13   14   15   16   17   18   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
48
mır. Başqa sözlə, mən bu məsələləri  “uzun iş” adlandırardım.
Bu  yaxınlarda,  mənim  internetdə  çıxan  bir  məqaləm  bö-
yük hay-küyə səbəb oldu. Konfransımızın mövzusu ilə birbaşa 
əlaqəli  olmasına  baxmayaraq  məqalənin  özünə  toxunmayaca-
ğam. Eləcə də mənim ünvanıma təhqiramiz sözlər yağdırmağı 
öz lə rinə layiq bilən o müəlliflərin də adlarını çəkməyəcəm (in ter-
netdə belə şeylər olur). Şərhlərini daha korrekt  ifadə etmiş intel-
lektuallarımızdan yalnız birinin fikrini xatırladım.
Müəllif hesab edir ki, “əgər bu mətn daxili istifadə üçün qapalı 
ana litik formatda yazılmış olsaydı bu başqa məsələ olardı”. Gəlin 
hə min bu “qapalı” məsələsinə diqqət edək.  Fərz  edilir ki, əgər 
kon flikt mövcuddursa və  bir halda ki, ölkədə  “müharibə” gedir 
(bu “elan edilməmiş müharibə”dirsə demək olar ki,  praktiki ola-
raq mü haribə yoxdur), qələbə naminə, mənəvi-əxlaq normalarını 
tap da lamaq nəinki mümkündür, hətta lazımdır, və hüquq norma-
larına riayət etməkdən   isə  heç söhbət gedə bilməz. 
İstər-istəməz  vətəndaş  müharibəsi  dönəmində  Linkoln  və 
onun mövqeyi yada düşür: prezident hüquqa deyil, hüquqşünas 
prezidentə diktə edirdi. Bizim qaydalara qalarsa, etiraf edilir ki, 
gərək  prosesə “millət daxili mənəviyyat”  və “millət daxili hüquq” 
rəhbərlik etsin, qalan nə varsa hamısı artıq yük kimi kənara tul-
lanmalıdır, çünki konfliktin həllinə əngəl törədir. Bunun  üzərində 
ətraflı dayanmağa vaxt yoxdur: əslində isə mənim çıxışımın bü-
tün konteksti belə “qapalılıqları” birbaşa və ya dolayısı ilə təkzib 
etməkdir. 
Mənim opponentimin növbəti fikri daha maraqlıdır: “Rəhman 
hələ də Qərbin özü tərəfindən ötən əsrdə, birinci dünya mü hari-
bəsinin  başlanması  ilə  ixtisara  salınmış  “Maarifçilik  layihəsi”  il-
lüziyasının  əsirliyindədir.  Mədəni  “ağ”  adamın  mas ka lan mış 
adamyeyən olduğunu isbat edən bu qədər psixoanalitik və post-
strukturalistik tədqiqatlardan sonra  elə bir utopik layihəyə necə 
inanmaq olar.”
Yəqin  ki,  yeni  bir  J.Derrida  bu  passajın  dekonstruksiyasına 
əməlli bir kitab həsr edərdi. Doğrudan da bütün bu kəskin ifadələr 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
49
– “sübut olunmuşdur”, “devrilmişdir-ixtisara salınmışdırr”, “aydın 
olmuşdur”,  “üstü  açılmışdır”  –  bu  siyahını  uzun-uzadı  davam 
etmək olar – “üçüncü dünya” ölkələrinin (“üçüncü dünya”  yalnız 
coğrafi “üçüncü dünya” sayılmır- məsələsi artıq başqa söhbətdir)  
mədəniyyət  çevrəsinə  mənsub  intellektual  müşahidəçilərin  bu 
kimi deyimləri özlüyündə çox maraqlı sirlər saxlayır. Çox fak tor lu-
luq, mümkünlük, bəlli çoxluq, sinergiklik və digər bu kimi bir çox 
şeylər hazır, kəsin nəticələrə görə asanlıqla kənara qoyulur. Çox 
güman ki, bu şəkildə ifadə edilən qəti fikirliliklə qapalı cəmiyyətlər 
arasında bir bağlılıq vardır. Bu cəmiyyətlərdə elə bil vaxtın özü 
dayanıb (Markesin ifadəsi ilə desək; tam mənası ilə “küncə qısıl-
mış”), siyasi situasiyalar isə durğun vəziyyətə (tədqiqatçılardan 
kimsə  belə  ölkələri  “boz  ərazi”  adlandırmışdı)  salınıb.  Bu  hal-
da,  bir  tərəfdən  konspiroloji  senariləri  açmaq,  qəsd  teoriyası 
(bu məsələyə hələ qayıdacağıq)  vasitəsi ilə baş verənləri izah 
etmək cəhdləri ortaya çıxır. Digər tərəfdən isə, müxtəlif esxatoloji 
xəyallara bağlılıq, ezoterik mənaların axtarışı, dünyanın axırının 
çox  yaxında  olması    ilə  bağlı  qorxular  (təkrar  edirəm:  “üçüncü 
dünya”nın  residivlərini yalnız “üçüncü dünya”da axtarmaq lazım 
deyil) özünü göstərir. 
Mənim opponentimin “psixoanalitik və poststrukturalistik təd-
qi qatlar” vasitəsi ilə iç üzü açılmış  “maskalanmış adamyeyən” 
olan “ ağ sivil adam” haqqındakı fikirlərini bir kənara qoyaq, çünki 
bu, xüsusi şərh tələb etmir. Yalnız bir məsələni qeyd edim ki, “ağ 
si vil adam” onu qaralamaqdan ləzzət alanlar  üçün çox hallarda 
“özü özünün iç üzünü açır”.
“Maarifçilik proyekti” üzərində daha  əhatəli dayanım. Etiraf 
edirəm ki, onun “illüziya”sının əsirliyində qalmağa davam edirəm, 
çünki mənim fikrimcə, bütünlükdə liberalizm onun “illüziya”sında 
qalmaqda davam etməkdədir. Mənim fikrimcə, Maarifçilik prob-
lem ləri ilə bağlı refleksiyanın çatmaması hər hansı bir ölkə üçün 
“üçüncü dünya” ya aid olmaq məsələsində əsas kriteriya olaraq 
qalır. O ki, qaldı Qərb məsələsinə (Qərb dəyərlər sis temi olaraq), 
əminəm ki, “Maarifçilik proyekti” – məhz daha çox orada  “Maa-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
50
rifçiliyin rekviemindən” danışsalar da -Qərbdə təxirə düşməyib. 
Bütün  hallarda  mənim  opponentimin  sözləri  də,  liberal  ideya-
ların  tənqidi  də,  antimaarifçilik  pafosunun  özü  də  “Maarifçiliyin 
şinelindən” çıxıb. 
Son dərəcə  yığcam şəkildə ifadə etməyə çalışaraq, araların-
da 200 il məsafə olan,  lakin eyni ad - “Maarifçilik nə deməkdir?” 
adı daşıyan iki çalışma üzərində dayanım.  Onlardan birini Em-
manuel  Kant,  digərini  Mişel  Fuko  yazmışdır.    Zənnimcə,  bizdə 
Maarifçilik kütləvi təhsil, qlamur simalı intelektual oyunlar və s. bu 
kimi mənalarda anlaşılır. “Zəkanın yuxuya getməsi  yırtıcı doğu-
rur” – bu elə bizim haqqımızdadır.
Maarifçilik deyəndə Kant belə başa düşür:
a)  “Sapere  aude!  –  öz  ağlını  və  fikirlərini  işlətmək  hünəri!”,  
Maa rifçiliyin əsas devizidir.
b) Şəraiti təqsirkar bilməmək hünəri, özündən və ya situa si-
yanın özündən kənarda səbəb axtarmamaq,  öz “qeyri-yet kin li-
yini” heç nəyin üstünə atmamaq.
c)  Fikrin  ictimailəşməsi  –  bu  təkcə  cəmiyyətə  təhsil  vermir, 
həm də onu maarifləndirir.  Kant deyir: “Əgər qanun tələb edirsə, 
itaət et, lakin öz şəxsi fikrini  ictimai şəkildə söylə”. Vətəndaşın 
azad lıqlarını məhdudlaşdıran institutlar içində  vətəndaşın  gə-
lə cək azadlığı məhz  liberal düşüncənin əsası olan bu fikirdən  
do  ğulacaqdı. 
Kantın fikrini inkişaf etdirərək, bizim mövzu ilə birbaşa əlaqəsi 
olan Y.Xabermasın fikrini nümunə gətirim: “heç kim azlıqlardan 
tələb  etmir  ki,  öz  iradəsindən  imtina  etsin,  öz  rəyini  səhf  elan 
etsin,  azlıqlardan  hətta  öz  məqsədindən  imtina  etməyi  belə 
tələb  etmirlər.  Lakin...  tələb  edirlər  ki,  azlıqlar    öz  əqidələrini 
gerçəkləşdirməkdən praktiki olaraq o zamana kimi imtina etsinlər 
ki, öz arqumentlərini daha yaxşı təqdim etmək gücünü qazanana 
və  onlarla  razılaşacaq  miqdarda  adam  sayını  toplayana  qədər 
gözləsinlər”. Mənim fikrimcə bunu deməyə ehtiyac yoxdur  ki, bi-
zim konflikt ona şahidlik edir ki, bizim “azlıq”, eləcə də “çoxluq” 
sivilizasiyalı həyatın normalarını  hələ də mənimsəməyib.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə