Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
117
li  bir  problem  yaradır.  Bütün  hakimiyyət  quruluşu  birinci  şəxsə 
bağlıdır, o institutsional deyil şəxsiyyətlilik xarakteri daşıyır, yəni 
hakimiyyət şəxsdən asılı vəziyyətə salınıb.
Birinci  şəxs  isə  təbii  səbəblərdən  ölkə  başçısı  kürsüsünü 
əbədi tuta bilməz, və onun gedişi müxtəlif siyasi qüvvələr və xü-
su silə təsir gücünə malik qruplar arasında böyük ehtimalla ölkə 
pre zidentiliyi uğrunda ciddi mübarizəyə səbəb olacaq ki, bu da 
cə miyyətin qorxduğu destabilizasiya vəziyyəti yarada bilər.
D.Medvedevin 4 illik formal keçid mərhələsi göstərdi ki, “ha-
ki miyyət vertikalının” daxilində personal yerdəyişmə bu vertikalın 
da vamlılığının özü üçün təhlükə yaradır, və hazırda rəsmi sosio-
loji göstəricilərə görə Putin və Medvedevin populyarlığı 5 il əv vəl-
ki nə nisbətdə dəfələrlə aşağıdır.
İndi Rusiyada baş verən axırıncı aylar da daxil olmaqla səs 
küy lü korrupsiya işləri qarışıq “günahlarla mübarizə” onu göstərir 
ki, vacib ictimai sferalarda (ev, təhsil, tibb) hakimiyyətin sistemli 
həlletmə  mexanizması  yoxdur,  və  hökumətə  sadəcə  müəyyən 
müddətə diqqəti yayındırmaq lazımdır ki, bu da situasiyanın kri-
zis  həddə  qalmasını  möhkəmləndirir.  Eyni  zamanda  Qazaxıs-
tan və Azərbaycanda olduğu kimi Rusiya hakimiyyəti də hələ ki, 
birləşdirici ümummilli ideya ortaya qoya bilməyib, və Antiameri-
kanizm  və  “90-cı  illərin  dərəbəyliyi”nə  qarşı  mübarizə  isə  stra-
teji deyil, ancaq taktiki məsələləri həll edə bilər. Azərbaycanda 
mövcud olan sülalə hakimiyyətinin zamanla bir həddi var, (bütün 
sülalələr tez ya gec öz mövcudluğunu dayandırır, bundan sonra 
isə Qarışıqlıq Dövrü başlayır) və güman azdır ki, Rusiya və Qa-
zaxıstanda bu mümkün olsun.
Yuxarıda  deyilənləri  nəzərə  alaraq  Xəzəryanı  ölkələrdə 
yaxın perspektiv üçün daha vacib vəzifə gələcəkdə davamlılığı 
təmin  edə  bilən  təsisatların  yaradılması  və  gücləndirilməsidir. 
Belə  ki,  ölkənin  rəsmi  siyasəti  təkcə  prezident  hakimiyyətinin 
gücləndirilməsinə  xidmət  etməkdən  ibarət  olmamalıdır.  Xəzər-
yanı  ölkələrin  siyasi  sisteminə  daha  açıq  və  demokratik  xa-


rakter  verilməsi,  dövlət  hakimiyyətinin  3  qolundakı  balansa 
ciddi  dəyişiklik  edərək  parlamentin  səlahiyyətlərinin  artırılma-
sı,  parlamentdə  müxtəlif,  həm çinin  müxalifət  partiyalarının 
təmsilçiliyini təmin edilməsi, bey nəl xalq standartlara uyğun yerli 
özünüidarə sistemi yaradılması, vətəndaş cəmiyyətinin və onun 
institutlarının sonrakı inkşafı üçün daha liberal şəraitin qurulması 
adiçəkilən  ölkələrdəki  hakim  dairələrdəkilərin  qarşısında  duran 
başlıca tələblərdir. 
22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
118


Viktor Kovtunovski
Qazaxıstanda siyasi partiyalar 
seçkilər
Siyasi partiyaların ümumi 
xarakteristikası və klassifikasiyası
Qazaxıstan  Respublikasında  rəsmi  olaraq  9  siyasi  partiya 
qeydiyyatdan keçib. Bundan başqa faktiki olaraq daha iki siya-
si struktur mövcuddur. Bunlardan biri “Alqa” xalq partiyasıdır ki, 
qeydiyyat üçün 7 il gözləyirdi. Keçən il onun fəaliyyəti məhkəmə 
tərəfindən ektremist kimi qəbul olunub və hazırda partiyanın işi 
hüquq müdafiə orqanları tərəfindən iflic olunub. 
Digər  bir  partiya,  “Azat”  demokratiya  partiyası  bir  ildən  çox 
Ədliyyə  Nazirliyinə  Ümummilli  Sosial  Demokratik  partiyaya 
birləşmək üçün ərizə verdikdən sonra qeydiyyatını itirmişdir.
Partiyanın birləşmə haqqında ərizəsi rədd olundu, əvəzinə isə 
“Azat” partiyasının hüquqi qeydiyyatı ləğv olundu.
Demokratik Xalq Partiyası “Nur Otan”
Qazaxıstan Demokratik Partiya “Ak jol”
Qazaxıstan Kommunist Xalq Pariyası
Ümummilli sosial demokrat partiya
“Ədalət” Demokratik Partiyası
Qazaxıstan Sosial Demokrat Partiyası “Auyl”
Qazaxıstan Vətənpərvərləri Partiyası
“Ruhaniyyət” Partiyası
Qazaxıstan Kommunist Partiyası
Demokratik “Azat” Partiyası (qeydiyyatı ləğv olunub)
Xalq Partiyası “Alqa” (qeydə alınmayıb)


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
120
Qazax ekspertləri siyasi partiyaları çox zaman 3 qrupa bölür.
I qrupda olan prezidentin başçılıq etdiyi “Nur Otan” Xalq De-
mokratik Partiyasıdır.
II qrupda olan partiyalar fəaliyyətdə olan rejimə bir neçə xüsu-
siy yətinə görə loyal olan və prezident admnistrasiyasının və ya 
ona yaxın ətrafın dəstəyi ilə yaradılanlar daxildir.
Bunlar  Qazaxıstan  Demokratik  Partiya  “Ak  jol”,  Qazaxıstan 
Kom munist  Xalq  Pariyası,  “Ədalət”  Demokratik  Partiyası,  Qa-
zaxıstan  Sosial  Demokrat  Partiyası  “Auyl”,  Qazaxıstan  Vətən-
pər vərləri Partiyası, “Ruhaniyyət” Partiyasıdır.
III qrupa müxalifət partiyaları: Qazaxıstan Kommunist Par ti-
yası, Ümummilli Sosial Demokrat Partiyası və qeydiyyatı olma-
yan Xalq Partiyası “Alqa” və “Azat” Demokratik Partiyası daxildir.
Partiya üzvlərinin sayı (patiyaların verdiyi məlumata əsasən): 
Qazaxıstan Respublikasının siyasi partiyaları
Demokratik Xalq Partiyası “Nur Otan” 
929 741
Qazaxıstan Demokratik Partiya “Ak jol” 
 190 000
Qazaxıstan Kommunist Xalq Pariyası
92 000
Qazaxıstan Kommunist Partiyası
54 246
Ümummilli sosial demokrat partiya 
140 000
“Ədalət” Demokratik Partiyası
70 000
Qazaxıstan Sosial Demokrat Partiyası “Auyl”
200 063
Qazaxıstan Vətənpərvərləri Partiyası 
187 000
“Ruhaniyyət” Partiyası 
72 000
Göstərilən cədvəldən aşkar göründüyü kimi, sayı 1 milyona 
çatan “Nur Otan” sayca üstünlük təşkil edir. Əgər nəzərə alsaq ki, 
seçicilərin sayı 9 milyondur, o zaman belə nəticə çıxarmaq olar 
ki, seçicilərin hər 9 nəfərdən biri onun üzvüdür.
Nəzərə  almaq  lazımdır  ki,  bütün  partiya  üzvlərinin  sayı 
ekspertlərdə əsaslı şübhə yaradır. Sayın çoxaldılmasının müəy-
yən  dərəcədə  şübhə  doğurması,  partiyalar  haqqında  qanuna 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə