Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə46/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
146
Məlumdur  ki,  Azərbaycan  son  illər  dünya  ölkələri  arasında 
korrupsiya indeksinə görə ilkin yerlərdən birini tutur. Ölkədə iq-
tisadi  münasibətlərin,  gömrük,  vergi  və  digər  sahələrin  kor rup-
si yaya uğraması heç kəsdə şübhə doğurmur. Ancaq şərti olarq 
“Gülərqeyt”  adlanan  hadisə  göstərdi  ki,  ölkədə  biznes  sektoru, 
məh kəmə və icra hakimiyyəti ilə yanaşı qanunverici orqanda da 
korrupsiya yolu ilə təmsil olunmaq mümkündür. Doğrudanmı kor-
rup siya seçkilər və siyasətə də təsir edib? Bunu dəqiqləşdirmək 
üçün Azərbaycanın son illər artan neft gəlirləri sayəsində iri neft 
kapitalının necə xərcləndiyinə diqqət yetirməliyik. 
Azərbaycanda  insan  hüquqları  sahəsində  ciddi  geriləmənin 
yaşandığı 2004-cü ildən sonrakı dönəm ölkədə siyasi fəalliyyət 
imkanlarının məhdulaşmasına paralel olaraq, neft gəlirlərinin art-
ması ilə müşayət olunub. Məsələn, 2004-cü ildə Azərbaycanın 
neft  gəlirlərindən  olan  ümumi  qazancı  ötən  illə  müqayisədə 
təxminən iki dəfə artaraq, 263 milyon dollar olmuş, 2005-ci ildə 
isə dünya bazarında neftin qiymətində artım sayəsində illik gəlir 
579 milyon dollara yüksəlmişdir. Sonrakı illərdə də bu tendensiya 
artan xətlə davam edərək, 2008-ci il üçün 14 milyard dollardan 
artıq olmuşdur. 
Dövlət büdcəsinin əsasən neft gəlirlərindən formalaşdığı ölkə 
üçün  bu  cür  maliyyə  axını  siyasi  hakimiyyətin  korrupsiya  fan-
taziyasını  “çiçəkləndirməklə”  və  gücləndirməklə  yanaşı,  siyasi 
proseslərə  də  təsirsiz  ötüşməmişdir.  Məsələn,  indi  aktiv  siyasi 
müşahidəçilərdə şübhə doğurmur ki, onlarla hökumətyönlü me-
dia orqanı, siyasi partiya və QHT-lərin fəaliyyəti üçün hakimiyyətin 
ayırdığı  qeyri-leqal  maliyyə  vəsaitləri  siyasi  müxalifətin  və 
vətəndaş  cəmiyyətinin  zəiflədilməsinə  yönəldilib.  Göründüyü 
kimi, siyasi proseslərlə bağlı korrupsiya amili özünü təkcə depu-
tat mandatı ilə bağlı sövdələşmədə deyil, xeyli sayda KİV, siyasi 
partiya və QHT-lərin qeyri-şəffaf maliyyə mənbələrindən qidalan-
masında da biruzə verir. Belə bir situasiyada hakimiyyətin malik 
olduğu qeyri-leqal kapital təkcə ölkə daxilində deyil, beynəlxalq 
təşkilatlarda  da  keçərli  olur.  Məsələn, Avropa  Sta billik  Mərkəzi 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
147
tərəfindən  hazırlanmış  “Kürü  diplomatiyası”  adlı  hesabatda 
Azərbaycan  hakim  siyasi  dairələri  ilə  bəzi Avropalı  siyasətçilər 
arasında Azərbaycandakı insan hüquqları və seç kilərin yüksək 
səviyyədə  olması  yönündə  təbliğata  havadarlıq  etməklə  bağlı 
şübhəli əlaqələrindən bəhs olunur. 
Korrupsiyanın  ölkə  siyasətindəki  açıq  nəzərə  çarpan  çəkisi 
siyasi  hakimiyyətin  siyasi  azadlıqlara,  o  cümlədən  seçkilərə 
münasibətini müəyyən etməyə imkan verir. Belə bir situasiyada 
YAP-ın iqtidar partiyası kimi rolu süni səciyyə daşımaqla, bu par-
tiyanın siyasi mövqeyi ölkədə nə çoxpartiyalı, nə də təkpartiyalı 
siyasi sistemin olduğunu iddia etməyə imkan verir. Çünki, uzun 
illər  nəticəsində  yaranan  korrupsiya  piramidası  təkcə  müxalifət 
və ya vətəndaş cəmiyyətindəki əks-fikirliliyi deyil, YAP daxilində 
də alternativləri qəbul etməyərək, zərərsizləşdirir. Ümumiyyətlə, 
2009-cü  ildə  keçirilmiş  referendum  zamanı  prezidentliklə  bağlı 
müddəanın  ləğvi,  sonrakı  bələdiyyə  və  parlament  seçkilərində 
YAP-ı  təmsil  edən  namizədlərin  siyasi  mənsubiyyəti  ilə  deyil, 
məmur-oliqarxlara yaxınlığına görə müəyyən edilirdi və bəzi YAP 
üzvlərinin  süni  olaraq  seçki  prosesindən  kənarda  saxlanması 
baş verdi. Bununla da YAP-ın 90-cı illərin sonunda qurduğu bir-
partiyalı siyasi hakimiyyətin İlham Əliyevin timsalında autokratik 
hakimiyyətə çevrilməsi ortaya çıxdı. 
Yeni ümidlər 
Qarşıdan  gələn  16  oktyabr  2013-cü  il  prezident  seçkiləri 
Azərbaycanda  insan  hüquqları  və  demokratiyanın  müdafiəsi 
baxımından  yeni  şans  kimi  qiymətləndirilə  bilər.  Bu  seçki  həm 
siyasi dinamizmin bərpası ilə vətəndaş-dövlət dialoqunun ya ran-
ması imkanı, həm də hakimiyyətlə ölkə vətəndaşları arasında si-
yasi uçurumun dərinləşməsi təhlükəsinin meydana gəlməsi ola 
bilər. Təbii ki, seçki prosesi ilə bağlı iqtidarın nümayiş etdirəcəyi 
siyasi iradə növbəti seçkinin azad və ədalətli qaydada keçirilməsi 
və siyasi münasibətlərin yumşalması üçün başlıca faktor olacaq. 


Bununla  belə  hazırda  sosial  medianın  yaratdığı  imkanlar-
la  ölkədə  yaranan  informasiya  bolluğu,  artan  siyasi  fəallıq  və 
vətəndaş  cəmiyyəti  sektorunda  tədricən  baş  verən  gəncləşmə 
prosesi  növbəti  seçkidə  vətəndaş  iştirakının  artacağına,  siyasi 
rəqabət  mühitinin  yaranacağına  və  seçkinin  2005-ci  ildən  son-
ra ilk dəfə maraqlı siyasi hadisəyə çevriləcəyinə ümidlər yaradır. 
İctimai-siyasi proseslərdə baş verən bu cür canlanma yaxın illər 
üçün ölkədə azad və ədalətli seçki mühitinin yaradılması üçün 
yeni situasiyanın yaranmasına rəvac verə bilər. Hələlik isə seç-
ki prosesinə hakimiyyətin xoşməramlı olacağının ilkin şərti seçki 
qanunverciliyində 10 il yubanan təkmilləşdirmə prosesinin apa-
rılması ola bilər. Bu istiqamətdə əsasən seçki komissiyaları və 
seçki  komissiyalarındakı  vəzifələrin  siyasi  qüvvələrin  bərabər 
təmsiliçiliyi  əsasında  təşkil  olunması,  namizədlərin  qeydiyyatı 
qaydalarının asanlaşdırılması, seçki kampaniyası və seçkiqaba-
ğı  təşviqat  müddətinin  uzadılması,  sərbəst  toplaşmaq  azadlığı 
ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və dövlət büdcəsindən 
maliyyələşən  bütün  elektron  KİV-lərdə  efir  vaxtının  müddəti  və 
şərtlərinin  dəyişdirilməsi,  seçki  hüquqlarının  pozulmasına  dair 
şikayətlərin  tərtibi  və  baxılması  qaydalarının  sadələşdirilməsi 
və  səslərin  sayılması  prosesinin  şəffaflaşdırılması  təmin 
edilməldir. Qanunvericilikdə bu cür islahatların həyata keçirilməsi 
hakimiyyətin  20  il  sonra  ölkədə  azad  və  ədalətli  seçkilərin 
keçirilməsi ilə bağlı siyasi iradəsinin olmasına inam yaratmaqla 
seçki  iştirakçılarında  seçki  prosesinə  etimadın  formalaşmasına 
da əlavə stimul verəcək. 
22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
148


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə