22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
140
pərakəndə qaydada seçkilərə qoşulan siyasi qüvvələrin 2003-cü
il ərəfəsində monolitliyini itirməsi, növbəti prezident seçkisində
müxalifət düşərgəsindən 3 əsas namizədin ayrılıqda iştirakına
yol açdı. Bununla belə 15 oktyabr 2003-cü il prezident seçkisi
ölkə tarixində ən rəqabətli və qaynar keçən seçki sayıla bilər.
2003-cü il prezident seçkiləri ərəfəsində başlayan siyasi rep-
res siyalar seçki günü və seçkinin ertəsi günü davam etməklə
öl kədə insan hüquqları ilə bağlı böhranın yaranmasına səbəb
oldu. Məsələn, 16 oktyabr 2003-cü ildə prezidentliyə namizəd İsa
Qəmbərin tərəfdarlarının MSK-nın binası qarşısında və “Azadlıq”
meydanında keçirdiyi aksiyalar polis və daxili qoşun qüvvələrinin
zorakılığı ilə dağıdılaraq, yüzlərlə insanın yaralanması, həbsi və
bir nəfərin ölümü ilə nəticələndi. Həmin gündən başlayaraq apa-
rılan həbslər nəticəsində 800-dən artıq şəxs, o cümlədən siyasi
liderlər saxlanıldı, bəziləri polis bölmələrində işgəncələrə məruz
qaldı.
Təkpartiyalı siyasi idarəetmə sistemindən
autokratik hakimiyyətə keçid
1) Siyasi durğunluq dövrünün seçkiləri
15-16 oktyabr 2003-cü ildə müxalif fəalların kütləvi həbsi ilə
müşayiət olunmuş hadisələr nəticəsində demokratiya və insan
haqqları sahəsində yaranmış böhran yalnız 2005-ci ilin parla-
ment seçkiləri ərəfəsində qismən aradan qalxdı. Qeyd edək ki,
15-16 oktyabr etirazlarında həbs olunan 136 nəfərin məhkəmə
prosesi 2004-cü ilin 10 ayı ərzində davam etdi. Polis, prokuror-
luq və məhkəmə orqanlarının siyasi motivlərlə yürütdüyü proses
nəticəsində 42 nəfər, o cümlədən Müsavat, Demokrat və Ümid
partiyalarının liderləri və digər fəallara 1 ildən 6 ilədək həbs
cəzası verildi.
2004-cü ilin bələdiyyə seçkiləri ərəfəsində bir sıra siya-
si məhbuslar azad edilsə də, siyasi təqiblər, həmçinin söz və
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
142
Quliyevin ABŞ-dan Bakıya nəzərdə tutulan səfəri onun mindi-
yi təyyarəyə Bakı Hava Limanına enmək üçün hava korridoru
verilmədiyindən baş tutmadı. Həmin gün respublikanın əksər
bölgələrindən Bakıya nəqliyyatın gəlişi məhdudlaşdırıldı, onlar-
la siyasi fəal saxlanıldı və polis postlarında pasport rejimi tətbiq
edildi. Bu hadisələrdən az sonra seçkilərə birbaşa təsir edən
həbslər baş verdi – səhiyyə naziri Əli İnsanovla iqtisadi inkişaf
naziri Fərhad Əliyev, o cümlədən bir neçə keçmiş nazir və millət
vəkili həbs edildilər. Dövlət orqanları həbs edilən şəxslərin Rəsul
Quliyevlə birgə dövlət çevrilişinə hazırlaşdığını bəyan etdilər. Bu
hadisə ilə yanaşı Əli İnsanov və Fərhad Əliyevə yaxın sayılan
şəxslərin deputatlığa namizədliyi qanunsuz iddialarla ləğv edildi.
Bununla belə, 2005-ci il parlament seçkilərində qeydiyyata alı-
nan namizədlərin sayı ölkənin müstəqillik tarixində qanunverici-
lik orqanına keçirilən bütün seçkilərdəki namizədlərin sayından
daha çox idi. Məsələn, 2010-cu ildə qeydiyyatdan keçmiş depu-
tatlığa namizədlərin sayı 695 nəfər olduğu halda, bu göstərici 6
noyabr 2005-ci il parlament seçkilərində 2063 nəfər olmuş, və
onlardan 661 nəfəri isə siyasi partiyaları təmsil edirdilər.
2) Güclü siyasi rəqiblərin olmadığı seçkilər vasitəsilə
siyasi hakimiyyətin qorunması
Azərbaycanda 2003-cü il seçkilərindən sonra meydana çıxan
siyasi durğunluq mühiti 2005-ci il parlament seçkiləri istisna ol-
maqla digər seçkilərə də mənfi təsirini göstərdi. 2008-ci il prezi-
dent seçkisi bu baxımdan alternativsizlik şəraitində baş tutaraq,
seçicilərin qarşıduran siyasi qüvvələr arasında seçim imkanının
məhdulaşması ilə yadda qaldı. Xatırladaq ki, 15 oktyabr 2008-ci
il prezident seçkilərində 2003 və 2005-ci il seçkilərində hakim
siyasi qüvvə ilə bərabər rəqabətdə olmuş müxalif siyasi partiya-
lar – Müsavat, Milli istiqlal, Xalq Cəbhəsi, Liberal və Demokrat
partiyaları iştirak etməməklə bunu qeyri-demokratik seçki mühiti
və siyasi azadlıqların boğulması ilə əsaslandırdılar. Ancaq yerli