Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə44/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
140
pərakəndə qaydada seçkilərə qoşulan siyasi qüvvələrin 2003-cü 
il  ərəfəsində  monolitliyini  itirməsi,  növbəti  prezident  seçkisində 
müxalifət  düşərgəsindən  3  əsas  namizədin  ayrılıqda  iştirakına 
yol  açdı.  Bununla  belə  15  oktyabr  2003-cü  il  prezident  seçkisi 
ölkə tarixində ən rəqabətli və qaynar keçən seçki sayıla bilər. 
2003-cü il prezident seçkiləri ərəfəsində başlayan siyasi rep-
res siyalar  seçki  günü  və  seçkinin  ertəsi  günü  davam  etməklə 
öl kədə  insan  hüquqları  ilə  bağlı  böhranın  yaranmasına  səbəb 
oldu. Məsələn, 16 oktyabr 2003-cü ildə prezidentliyə namizəd İsa 
Qəmbərin tərəfdarlarının MSK-nın binası qarşısında və “Azadlıq” 
meydanında keçirdiyi aksiyalar polis və daxili qoşun qüvvələrinin 
zorakılığı ilə dağıdılaraq, yüzlərlə insanın yaralanması, həbsi və 
bir nəfərin ölümü ilə nəticələndi. Həmin gündən başlayaraq apa-
rılan həbslər nəticəsində 800-dən artıq şəxs, o cümlədən siyasi 
liderlər saxlanıldı, bəziləri polis bölmələrində işgəncələrə məruz 
qaldı. 
Təkpartiyalı siyasi idarəetmə sistemindən
autokratik hakimiyyətə keçid
1) Siyasi durğunluq dövrünün seçkiləri 
15-16 oktyabr 2003-cü ildə müxalif fəalların kütləvi həbsi ilə 
müşayiət  olunmuş  hadisələr  nəticəsində  demokratiya  və  insan 
haqqları  sahəsində  yaranmış  böhran  yalnız  2005-ci  ilin  parla-
ment seçkiləri ərəfəsində qismən aradan qalxdı. Qeyd edək ki, 
15-16 oktyabr etirazlarında həbs olunan 136 nəfərin məhkəmə 
prosesi 2004-cü ilin 10 ayı ərzində davam etdi. Polis, prokuror-
luq və məhkəmə orqanlarının siyasi motivlərlə yürütdüyü proses 
nəticəsində 42 nəfər, o cümlədən Müsavat, Demokrat və Ümid 
partiyalarının  liderləri  və  digər  fəallara  1  ildən  6  ilədək  həbs 
cəzası verildi.
2004-cü  ilin  bələdiyyə  seçkiləri  ərəfəsində  bir  sıra  siya-
si  məhbuslar  azad  edilsə  də,  siyasi  təqiblər,  həmçinin  söz  və 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
141
mətbuat  azadlığının  müdafiəsi  sahəsindəki  acınacaqlı  vəziyyət 
dəyişmədi. 2004-cü ildə insan haqqları və demokratiya sahəsində 
böhran öz təsirini siyasi proseslərə də göstərdi. İqtidar-müxalifət 
münasibətlərində müşahidə olunan gərginlik siyasi həyatda qar-
şılıqlı  etimad  və  siyasi  plüralizmə  xələl  gətirdi.  Ümumiliyyətlə, 
2003-cü il prezident seçkilərindən sonra ölkədə yaranmış ictimai-
siyasi durumu durğunluq və siyasi fəaliyyətə qadağalar dövrü də 
adlandırmaq  olar.  Məsələn,  2004-cü  il  ərzində  ölkədə  müxalif 
siyasi partiyaların etiraz xarakterli tədbirlərinə – piket, yürüş və 
mitinqlərə icazə verilmədi. Nəticədə ölkədəki ictimai-siyasi şərait 
gözlənildiyi  kimi  bələdiyyə  seçkilərinin  xeyli  dərəcədə  passiv 
rəqabətlə müşayət olunmasına rəvac verdi. 
2005-ci  il  parlament  seçkiləri  ərəfəsində  Ukrayna  və  Qırğı-
zıs tanda  baş  verən  rəngli  “inqilablar”  Azərbaycanda  da  siya-
si fəal lığın artmasına stimul verdi. Ancaq seçki ili başlayandan 
2 ay sonra “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 
yaşa dığı  binada  qətlə  yetirildi.  Bu  hadisə Azərbaycanda  siyasi 
fəallığın, habelə beynəlxalq təşkilatların insan hüquqları ilə bağlı 
tənqidlərinin artmasını sürətləndirdi. 
2005-ci il parlament seçkiləri üçün səciyyəvi cəhətlərdən biri 
də AXCP,  Müsavat  və  Demokrat  patiyalarının  yeni  müxalif  bir-
lik – “Azadlıq” Seçki bloku təsis etməsi oldu. Bu blokla yanaşı 
Yeni Siyasət seçki Bloku və Liberal partiyası müxalif elektoratı 
təmsil edən əsas siyasi qüvvələr oldular. Həmin dövrdə müxa-
lif  siyasi  partiyaların  təmərküzləşməsinə  paralel  qaydada  YAP 
və  digər  iqtidar  çevrələrində  siyasi  hakimiyyətə  təsir  uğrunda 
çəkişmə və mübahisələr müşahidə edilirdi. Məsələn, YAP-ın 26 
mart 2005-ci ildə keçirilən qurultayında səhiyyə naziri Əli İnsanov 
tərəfdarlarına qarşı partiyadaxili diskriminasiyanın olduğu etiraf 
edildi.  İnsanov  tərəfdarlarını  açıq  mübarizəyə  və  qorxmamağa 
çağıraraq,  “bunu  Heydər  Əliyevin  siyasi  dəsti-xəttini  qorumaq 
naminə” zəruri sayırdı. 
Parlament  seçkiləri  ərəfəsində  –  17  oktyabr  2005-ci  ildə 
“Azad  lıq” blokundan deputatlığa namizəd olan eks-spiker Rəsul 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
142
Quliyevin ABŞ-dan  Bakıya  nəzərdə  tutulan  səfəri  onun  mindi-
yi  təyyarəyə  Bakı  Hava  Limanına  enmək  üçün  hava  korridoru 
verilmədiyindən  baş  tutmadı.  Həmin  gün  respublikanın  əksər 
bölgələrindən Bakıya nəqliyyatın gəlişi məhdudlaşdırıldı, onlar-
la siyasi fəal saxlanıldı və polis postlarında pasport rejimi tətbiq 
edildi.  Bu  hadisələrdən  az  sonra  seçkilərə  birbaşa  təsir  edən 
həbslər baş verdi – səhiyyə naziri Əli İnsanovla iqtisadi inkişaf 
naziri Fərhad Əliyev, o cümlədən bir neçə keçmiş nazir və millət 
vəkili həbs edildilər. Dövlət orqanları həbs edilən şəxslərin Rəsul 
Quliyevlə birgə dövlət çevrilişinə hazırlaşdığını bəyan etdilər. Bu 
hadisə ilə yanaşı Əli İnsanov və Fərhad Əliyevə yaxın sayılan 
şəxslərin deputatlığa namizədliyi qanunsuz iddialarla ləğv edildi. 
Bununla  belə,  2005-ci  il  parlament  seçkilərində  qeydiyyata  alı-
nan namizədlərin sayı ölkənin müstəqillik tarixində qanunverici-
lik orqanına keçirilən bütün seçkilərdəki namizədlərin sayından 
daha çox idi. Məsələn, 2010-cu ildə qeydiyyatdan keçmiş depu-
tatlığa namizədlərin sayı 695 nəfər olduğu halda, bu göstərici 6 
noyabr  2005-ci  il  parlament  seçkilərində  2063  nəfər  olmuş,  və 
onlardan 661 nəfəri isə siyasi partiyaları təmsil edirdilər.
2) Güclü siyasi rəqiblərin olmadığı seçkilər vasitəsilə 
siyasi hakimiyyətin qorunması 
Azərbaycanda 2003-cü il seçkilərindən sonra meydana çıxan 
siyasi durğunluq mühiti 2005-ci il parlament seçkiləri istisna ol-
maqla digər seçkilərə də mənfi təsirini göstərdi. 2008-ci il prezi-
dent seçkisi bu baxımdan alternativsizlik şəraitində baş tutaraq, 
seçicilərin qarşıduran siyasi qüvvələr arasında seçim imkanının 
məhdulaşması ilə yadda qaldı. Xatırladaq ki, 15 oktyabr 2008-ci 
il  prezident  seçkilərində  2003  və  2005-ci  il  seçkilərində  hakim 
siyasi qüvvə ilə bərabər rəqabətdə olmuş müxalif siyasi partiya-
lar – Müsavat, Milli istiqlal, Xalq Cəbhəsi, Liberal və Demokrat 
partiyaları iştirak etməməklə bunu qeyri-demokratik seçki mühiti 
və siyasi azadlıqların boğulması ilə əsaslandırdılar. Ancaq yerli 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə