Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə52/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
165
populyarlıq qazanmışdı. Onun bu hərəkəti göstərdi ki, köhnə So-
vet  məkanında  korrupsiyanı  dəstəkləyən  və  ona  hamilik  edən 
müasir bir dövlət həm də korrupsiyanın effektiv və öldürücü bir 
düşməninə  çevrilə  bilər.  Saakaşvilinin  bu  siyasəti  sübut  etdi 
ki, siyasi və iqtisadi hakimiyyətin birləşməsi heç də lokal adət-
ənənələrin məhsulu deyil.
Lakin Saakaşvili korrupsiya problemini daha yüksək vəzifədə 
olan nazir və nazir müavinləri səviyyəsində aradan qaldırmağa 
çalışmadı. Xüsusilə də siyasi motivlər üzərində olan korrupsiya 
halları  yüksək  dairələrdə  davam  etdi  (hakimiyyətdə  olan  Mil-
li  Hərəkatı  müdafiə  üçün).  Amerikalı  biznesmen  Feydi  Əzlinin 
məruzə etdiyi kimi: 
“[2008-ci  ildə,]  hakimiyyət  süni  monopoliyalar  yaratmaq-
la büdcə üçün əlavə gəlir mənbəyi yaratmaq qərarına gəldi və 
nəticədə bir çox biznes sahələri hökumətdə olan bir sıra yüksək 
rütbəli  məmurların  dayağına  çevrilən  onların  yaxın  dostlarına 
“həvalə  edildi”.  Müxalifət  yönümlü  biznes  qrupları  isə  sadəcə 
olaraq  fəaliyyət  göstərə  bilmirlər,  onlar  sonsuz  davam  edən 
auditlərin, gömrük gecikdirmələrinin, hesablarındakı ləngimələrin 
qurbanı olur, və son nəticə olaraq həbs olunmasalar da ölkədən 
didərgin düşürlər”
iii

Faktiki olaraq, hakimiyyətdə olan elitadan savayı digərlərinin 
mülkiyyəti  daha  asanlıqla  əllərindən  alınır,  özləri  yüksək  məb-
ləğ də  ödənişlər  etməyə  məcbur  edilir  və  bu  hadisələr  zamanı 
da  adətən  leqal  proseslərin  heç  birindən  bəhrələnə  bilmirlər. 
Əzlinin  dediyi  kimi  bu  maliyyə  terrorunun  məntiqi  nəticəsi  ola-
raq “Gürcü biznesmenləri ölkəyə sərmayə qoymağı dayandırdı-
lar”. Vətəndaşlar üçün ən vacib məqamlardan biri olan mülkiyyət 
uğrunda  gedən  mübarizə  hökumət  tərəfindən  demək  olar  ki, 
tamamilə inkar edildi və yalnız bəzi prestijli layihələr qəbul edildi 
ki, bunlar da çox kiçik bir qrupun maraqlarına xidmət edirdi. Sor-
ğu  nəticələrinə  görə  əhalinin  70  faizi  işləmir.  Beləliklə,  birbaşa 
bilavasitə, yüksək təbəqə arasında korrupsiya ilə mübarizədə 
olan uğursuzluq xalqın kütləvi narazılıqlarına səbəb oldu və Sa-


22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
166
akaşvilinin Milli Hərəkat qrupunun hakimiyyəti itirməsinə aparıb 
çıxartdı  (Prezidentlik  istisna  olmaqla).  Saakaşvili  göstərdi  ki, 
dövlət korrupsiyanı tamamilə aradan götürə bilər. Əgər o, yaxın 
dostlarını və tərəfdarlarını da korrupsiya ilə mübarizə prosesində 
istina etməsəydi, indi bəlkə də Milli Hərəkat hələ da hakimiyyətdə 
qala bilərdi. 
Ehtimal ki, Saakaşvili siyasi və iqtisadi hakimiyyətin birləş mə-
si nin qarşısını almaq üçün hərəkətə keçmədi çünki onda insan-
lara, kommunizmdən irsi olaraq keçən biganə ve etinasız yanaş-
ma tərzi var. Lakin kommunizm tədricən yox olduqca, və Sovet 
təcrübəsi ilə yetişməyən yeni nəsillər dünyaya gəldikcə və yaş-
landıqca  kommunizmin  psixoloji  mahiyyəti  də  yavaş-yavaş  in-
sanların şüurunu tərk edəcək. Tiflisdə bu dəyişikliyi onda görmək 
olar ki, kommunizmə məxsus olan mülkiyyət satma üsulu olan ic-
timai məkanın boşaldılması metodu mənzillərdə mülkiyyət satma 
nişanələri və satış üçün ev nişanələri ilə əvəz olunur. Amerikada 
bu  üsul  satış  üçün  qoyulan  mülkiyyətin  reklam  olunması  üçün 
ən ümumi qəbul edilən və ən effektiv bir vasitədir. Bu yaxınla-
ra  qədər  bu  metod  Gürcüstanda  tətbiq  edilməyib.  Nəyə  görə? 
İnsanlar  arasında  belə  çox  güclü  bir  qorxu  hissi  var  ki,  birdən 
başqaları, xüsusilə də hökumət görər ki, sənin pulun var, ya da 
sən  böyük  məbləğdə  pul  köçürmələrinə  cəlb  olunmusan.  Son 
üç-dörd il ərzində Tiflisdə yaşayanlar belə satış nişanlarına daha 
çox təsadüf etməyə başlayıblar. Təqibçi Milli Hərəkat hökuməti 
hakimiyyətdən getdikdən bəri satış nişanələrinin sayı sürətlə art-
mağa başlayıb. 
Siyasi və iqtisadi gücün birləşməsinin əksinə olan istənilən bir 
hərəkət tarixin açdığı həqiqətlərdən faydalana bilər. Amerikada 
milli hökumət hər hansı bir biznes qrupları ilə işləməkdən əsaslı 
şəkildə boyun qaçırır və onlara rüşvətxorluq müqabilində borclu 
olmaqdan azaddır çünki demokratik media və ictimaiyyət belə bir 
əlbir hərəkət olması ehtimalına daim şübhə ilə yanaşır. Biznes si-
yasi təsir obyekti ola bilər, amma biznes qrupları dövlət tərəfindən 
onların  rəqiblərinə  olan  ayrıseçkilik  və  əlavə  dəstəyin  o  qədər 


167
22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
əleyhinədirlər ki, onlar ümumilikdə hökumətin minimal müdaxiləsi 
olan azad bazar iqtisadiyyatı olan bir sistemi daha üstün tuturlar. 
Laki yerli, ştatlardakı icraedici orqanlar isə, əsasən də Amerika-
nın Cənub ştatlarında daha çox rüşvətxordurlar. Bu nümunə ona 
dəlalət edir ki, siyasi və iqtisadi hakimiyyətin birləşməsi lokal hal-
larda və məhdud bir maddi məbləğ müqabilində ola bilər, amma 
belə hallar bütün sistemin köklü şəkildə transformasiyasına apa-
rıb çıxarmır. 
Siyasi  və  iqtisadi  gücün  birləşməsi  elə  bir  prosesdir  ki,  bu 
həm də tez bir zamanda yoxa çıxa bilər. Böyük tarixçi Makula-
yın təbirincə, İkinci Çarlzın hakimiyyətindən Amerika İnqilabının 
sonuna qədər olan bir zaman kəsiyində yəni bir əsr boyunca Bri-
taniya Parlamenti, hökumət tərəfindən verilən müxtəlif cəlbedici 
hədiyyələr və mülklər hesabına daha asanlıqla rüşvətxorluğa cəlb 
oluna bilirdi
10
. Üçüncü Corc narahatçılıq içində olan Parlament 
üzərində kral ailəsinin dominantlıq cəhdlərinin qarşısını almaqla 
bu məsələ ortadan qalxmış oldu. 1840-cı illərin əvvəllərində En-
gels 1844-cü ildə İngiltərədəki Fəhlə Təbəqəsinin Vəziyyəti adlı 
təhdqiqatını həyata keçirərkən hətta ən çox rüşvətxorluğa məruz 
qalan zavod müfəttişləri belə heç bir şeydən çəkinmədən işçilərin 
vəziyyəti haqqında məlumat verməyə başlamışdılar ki, bu da var-
lı təbəqənin çoxlu pul itirməsinə səbəb olmuşdu. Siyasi və iqti-
sadi  gücün  birləşməsi  böyük  bir  dənizə  bənzəyir  ki,  postsovet 
məkanında yaşayan insanlar onun içində üzürlər və bu dənizin 
quruması qeyri-mümkün görünür. Lakin bu yaranmış vəziyyətin 
səbəblərinin  və  tarixinin  daha  dərin  öyrənilməsi  bunun  aradan 
qalxa biləcəyin dəlalət edir. 
–––––––––––––

OSCE, “International Election Observation Mission: Georgia-Parliamentary Elections, 1 Oc-
tober 2012, Statement of Preliminary Findings and Conclusions,” 2 and 9
.
ii
 Lucan A. Way, “Ukraine’s Orange Revolution: Kuchma’s Failed Authoritarianism,” Journal of 
Democracy 16 (April 2005): 137 ff.
iii 
Interview with Madona Gasanova, The Financial (Tbilisi), 22 October 2012.
10
 Thomas Babington Macaulay, History of England from the Accession of Charles II, ed. C. 
H. Firth, (London: Longmans, Green, 1913- ), Vol. IV, pp. 1798-1803.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə