Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

Ramazan Gözən
Türkiyənin siyasi və iqtisadi 
transformasiyası: realist və natamam
Sovet modelindən liberal modelə doğru
Müqəddimə: nəzəriyyələr barəsində 
məlumat
Bu məqalənin cavablandırmaq istədiyi sual budur ki, Türkiyədə 
iqtisadi və siyasi gücün birləşməsi prosesi necə gedir. Mən başa 
düşürəm  ki,  Türkiyənin  daxilində  bu,  siyasət  və  iqtisadiyya-
tın qarşılıqlı təması nəticəsində baş verir. Bu suala cavab tap-
maq üçün biz əvvəlcə bu prosesi izah edə biləcək nəzəriyyələri 
gözdən keçirməliyik. Görək siyasət (dövlət və dövlət məmurları) 
və iqtisadiyyat (açıq bazar mühiti və ordakı əsas aktorlar) nəzəri 
perspektivdən hansı şəkildə qarşılıqlı münasibətdədirlər. 
Bu məsələyə aydınlıq gətirə biləcək üç əsas nəzəriyyə möv-
cuddur. Liberalizmə görə siyasət və iqtisadiyyat bir-birindən ayrı 
olmalıdırlar  və  biri  digərinin  fəaliyyət  sahəsinə  müdaxilə  edə 
bilməz. Belə ki, siyasi aktorlar və siyasi məqsədlərlə görüləcək 
işlər bazar mühitində iqtisadi proseslərə nəinki bir ölkə daxilində, 
həm  də  ölkələr  arası  əlaqələrdə  də  təsir  göstərməməlidir.  Bu 
nəzəri məktəbin ən böyük bilicisi Adam Smitdir. O deyir ki, açıq 
bazar  prinsipləri  üzərində  fəaliyyət  göstərən  iqtisadiyyatda  heç 
bir  siyasi,  ideoloji  və  fiziki  səbəblər  iqtisadi  proseslərə  mane 
olmamalıdır. Fakt isə budur ki, bu fikir tam şəkildə heç bir vaxt 
praktik  olaraq  reallaşmayıb.  Dövlət  həmişə  iqtisadi  proseslərə 
müxtəlif səviyyədə müxtəlif yollarla təsir göstərmişdir. Qloballa-
şan  dünyada  dövlətlər  arasında  gömrük  tariflərinin  azaldılması 
və  başqa  bu  kimi  maneələrin  aradan  götürülməsi  nəticəsində 
qlobal bazar iqtisadiyyatına dogru irəliləyiş olmuşdur, hətta Avro-
pa Birliyində dövlətlər arasındakı siyasi sərhədlər belə ləğv edil-


mişdir, amma bütün bunlara baxmayaraq biz liberalistlərin iddia 
etdiyi və ya gözlədiyi kimi olan bir dövrdən hələ də uzaq olan bir 
mühitdə yaşayırıq. 
Buna  görə  də  digər  iki  nəzəriyyədə  ifadə  olunan  fikirlərdə 
siyasi  və  iqtisadi  sferaların  bir-birindən  ayrılması  qeyri-müm-
kün  görünür.  Marksizmdə  deyilir  ki,  iqtisadi  prinsiplər  siyasi 
məqsədlərin  və  digər  şeylərin  əsas  təyinedicisi  rolunu  oynayır. 
Beləlikə, daha yüksək struktura malik olan siyasətin əsas özəyini 
iqtisadiyyat təşkil edir. İqtisadi və siyasi maraqlar qarşılıqlıdır. Bu 
baxımdan Sovet İttifaqı və ondan asılı olan dövlətlər, iqtisadi re-
sursların və iqtisadi fəaliyyətlərin mərkəzləşdirilmiş siyasi aktor-
lar və bürokratiya tərəfindən idarə olunduğu bir system yaratmış-
dılar.  Mərkəzləşdirilmiş,  yəni  mərkəz  tərəfindən  planlaşdırılmış 
iqtisadiyyat siyasi aktorlara imkan verir ki, iqtisadi proseslərə tam 
şəkildə  müdaxilə  edə  bilsinlər.  Bu  sistemdə  iqtisadi  məqsədlər 
əsas  prioritetlərdir. Amma  həqiqətən  də  bu  belədirmi?  İqtisadi-
yattın  idarə  olunmasında  siyasi  maraq  və  strategiyaların  rolu 
nədir?  Bu  sistemdəki  siyasətçilərin  və  monopoliya  qruplarının 
maraqları  nədir?  Mənim  fikrimcə  bu  sualın  cavabı  iqtisadiyyatı 
və iqtisadi prosesləri təyin edən subyektin dövlət olduğunu iddia 
edən İqtisadi realizm nəzəriyyəsidir, realizm nəzəriyyəsinə görə 
dövlətin gücü və maraqları digər hər şeydən, daxili və dünya iqti-
sadiyyatından da üstündür. 
Real həyatda biz bu nəzəriyyələrdən heç birinin tam praktik 
olaraq həyata keçirildiyinə rast gəlmirik. Nə liberalizm, nə realizm 
nə də marksizm real həyatda nəzəriyyələrində iddia edildiyi kimi 
işləmir. Amma bu gün, Markizm modelinin mövcud olmadığı bir 
dövrdə  Realist  və  Liberalist  nəzəriyyələrin  kombinasiyasından 
yaranan müxtəlif tipli modellər daxili və beynəlxalq səviyyədə öz 
əksini tapır. 
Mən inanaraq iddia edirəm ki, Türkiyə məhz bu dövlətlərdən 
biridir. Həqiqətən də Türkiyə bu modellərin tətbiqi indiyə qədər 
fərqli vaxtlarda öz əksini tapmış maraqlı bir nümunədir. Bu nəzəri 
perspektivlərdən  baxdıqda  mənim  arqumentim  budur  ki,  son 
169
22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
170
əsrdə  Türkiyə  Realist  və  Natamam  şəkildə  tətbiq  olunan  So-
vet modelindən iqtisadiyyatın və siyasətin birləşməsini özündə 
təcəssüm  etdirən  Liberalizm  modelinə  doğru  dəyişmişdir.  Mən 
bu dəyişikliyin necə baş verdiyini izah edəcəm. Mən göstərəcəm 
ki,  Türkiyədə  siyasi  və  iqtisadi  hakimiyyət  necə  qurulur  və 
tətbiq olunur. Buna görə də bu məqalədə Türkiyənin timsalında 
siyasətin  və  iqtisadiyyatın  bir-biri  ilə  qarşılıqlı  münasibəti  tarixi 
perpektivdən  analiz  ediləcək.  Türkiyənin  bu  təcrübəsini  daha 
yaxşı başa düşməkçün bəzi əsas parametrləri işıqlandıracam. 
Əsas parametrlər
1.  Bu  qeyd  edilməlidir  ki,  prinsip  etibarilə  Türkiyədə  dövlət 
nəzarəti  siyasi  və  iqtisadi  sistemin  fəaliyyətində  dominant  rol 
oynamışdır. Türkiyə dövləti və siyasətçiləri iqtisadiyyatın təşkili 
və  idarə  olunmasında  önəmli  imtiyaza  malik  olublar.  Lakin  bu 
heç  də  Sovet  İttifaqı  və  bu  kimi  digər  korporatist  dövlətlərdə 
mövcud  olduğu  kimi  olmayıb.  Türkiyədə  dövlət  və  özəl  sektor 
həmişə ayrı olub, və Osmanlı zamanından bəri belə dövlətin si-
yasi hakimiyyəti və iqtisadiyyat bir-birindən demək olar ki, ayrı ol-
muşlar. Baxmayaraq ki, nəzəri və həm də praktik olaraq Osmanli 
sultanı dövlətin, bütün ölkənin və əhalinin (xidmətçi və qulların) 
sahibi idi, o həmişə icazə verib ki, insanlar özəl mülklərə sahib 
ola və öz bizneslərini qura bilsinlər. Məsələn, 1915-ci ildə 264 
biznes müəssisəsindən 214-ü, yəni təxminən 80 faizi özəl sahib-
karlara məxsus idi
1
. Umumiləşdirərək iddia etmək olar ki, bu hal 
müxtəlif vaxtlarda bəzi dəyişikliklər olmaqla bərabər növbəti on 
illiklərdə də bu şəkildə davam edib. Biz deyə bilərik ki, Sovet İt-
tifaqında və ondan asılı olan ölkələrdə olduğu kimi iqtisadiyyatın 
və siyasətin bir-birilə ilə tam bütövləşməsi baş verməyib. Aşağı-
da verilən məlumat müasir Türkiyədəki istehsalat sənayesində 
dövlət və özəl sektorun payını görməyə köməklik göstərə bilər. 
1
 Güven Delice and Cengiz Yavilioğlu, “Dönemler itibarıyla Türkiye’de devlet-ekonomi ilişkileri”, 
Cengiz  Yavilioğlu,  Güven  Delice  and  Onur  Özsoy,  Dünya’da  ve  Türkiye’de  Özelleştirme 
Uygulamaları: Teorik ve tarihsel bir perspektif (Ankara: T.C.Başbakanlık Özelleştirme İdare 
Başkanlığı Yayını, 2010), s.290. Metin Toprak, Ömer Demir at al. Türkiye Ekonomisi: Serbest 
Piyasa Devriminin Serüveni (Ankara: Siyasal Kitabevi Y., 2001).


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə