Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə49/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
156
Siyasi və iqtisadi hakimiyyətin birləşməsi:
ümumi səbəblər 
Tarix  boyu  siyasi  hakimiyyət  var-dövlət  qazanmağın  əsas 
vasitələrindən biri olmuşdur. Britaniya arxivlərinə nəzər yetirsək 
gö rərik  ki,  1760-cı  illərə  təsadüf  edən,  və  İcmalar  Palatasının 
təx mi nən üçdə birinin, Nyukaslın Hersoqu rütbəsini daşıyan Baş 
Nazir  tərəfindən  müəyyən  məbləğ  müqabilində  rüşvətxorluğa 
cəlb edil məsi barədə məşhur bir siyahı vardır. Amma hal-hazır-
da mən bu məqaləni yazdığım bir vaxtda, İllinoy Ştatının sabiq 
başçısı Rod Bla qoyeviç Barak Obamanın Amerika Senatındakı 
boş qalan qoltuğu nu rüşvət müqabilində satmaqda ittiham edildi-
yi üçün həbs dədir. 
Bir  sıra  tradisional,  yəni  köhnə  ənənələrə  sadiq  siyasi 
sistemlərdən fərqli olaraq muasir Qərbdə siyasətin korrupsiyaya 
məruz qalmasına daha nadir hallarda rast gəlinir. Siyasi arena-
da, həmçinin də kəmiyyət baxımından xalqin təmsil olunması fikri 
ilə də əlaqədar olaraq, şəxsi mənafe güdməmə düşüncə tərzi, 
hakimiyyətdəkilərin öz qoltuqlarından şəxsi məqsədlər üçün sui-
istifadə marağını daha da azaltmışdır. Demokratik ölkələrdə xalq 
rəsmi  şəxslərin  ictimai  səlahiyyətlərindən  öz  şəxsi  məqsədləri 
üçün istifadə edəcəyinə mütamədi olaraq şübhə ilə yanaşır çün-
ki xalqın siyasətdə təmsil olunması ideyası özü bu şübhələrçün 
əsas  meyardır.  Beləliklə,  bütün  bunlara  görə  köhnə  Sovet 
ölkələrinin korrupsiyaya daha çox meylli olması təəccübləndirici 
bir hal deyil ona görə ki, bu dövlətlərdə, Qərb siyasi sistemində 
daimi yaşana biləcək korrupsiya təhlükəsini azaldan məlum fak-
torlar mövcud deyil. 
Sovet və postsovet dövrünə aid, korrupsiya mühitini forma-
laş dırmağa yardım edən spesifik səbəblər vardır. Sovet İttifaqı, 
Hobbs və əsasən də Makiavellinin neytral dövlət ideasına, yəni 
döv lətin heç bir şəxsi və qrup mənafeyinə xidmət etməməsi prin-
si pinə  əsaslanaraq  korrupsiya  konseptini  heç  bir  şəkildə  qəbul 
etmirdi.  Kommunist  partiyasının  təmsil  etdiyi  Sovet  Hökuməti 
burjua sinfinin, aristokratiyanın, məmurların, keşiş və üləmaların 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
157
deyil, əksinə işçi sinfinin və kollektiv kəndli sovxozlarının maraq-
larına xidmət etməli idi. Bu prinsipin bir göstəricisi idi ki, yuxarıda 
adı çəkilən sinif və qruplara məxsus insanlar 1936-cı ilə qədər 
səsvermə hüququndan məhrum idilər. Amma vaxt keçdikçə des-
potizmin məntiqi nəticəsi olaraq Milovan Gilasın “Yeni Sinfi” “is-
tismarçı sinifləri” əvəz etməyə başladı. Lakin əhalini ictimaiyyətə 
dəyərli işlər görməyə meylləndirən yüksək ab-hava heç vaxt yoxa 
çıxmadı. Nəticə etibarilə ümumi qəbul edilən ictimai prinsiplər icti-
mai mühitdən yoxa çıxmağa başladı. Hətta şad-xürrəm günlərdə 
belə ailə həyatını ictimai görüntüdən gizli saxlamaq üçün yara-
dılan agır səddlər bu prosesin əsas rəmzi göstəricisi idi. Prinsip 
olaraq hakimiyyətdəkilər sənin şəxsi həyatın haqqında bilməməli 
idilər.  Sovet  İttifaqının  sona  çatmasından  sonra  saxta  şəkildə 
mövcud  olan  ictimai  mühit  yoxa  çıxdı,  və  post-Kommunizm 
dövründəki etnik konfliktlərdə iştirak edən əsgərlər hərbi formala-
rı geyməməyə üstünlük verirdilər. 
Sovet hökuməti tərəfindən ictimai mühitin dağıdılması insan-
la rın  şəxsi  maraqlarına  çatmaq  üçün  istifadə  etdikləri  yollara 
çox mühüm bir şəkildə təsir göstərdi. Qərbdə insanlar öz mad-
di vəziyyətlərini kategorik vasitələrlə yaxşılaşdırmağa çalışırlar, 
məsələn fermerlərə, neft şirkətlərinə ya da Amerika siyasətində 
ən güclü “lobbi” sayılan yaşlı insanlara təqaüd kəsilməsi və digər 
köməkliklərin göstərilməsinə nail olmaqla. Postsovet məkanında 
yaranan bu ictimai boşluqda isə adamlar daha çox üz-üzə, şəxsi 
münasibətlər hesabına, istədiyini verə biləcək insanları tapmaq 
ya da onları əldə etmək üçün başqa adamlarla əlaqələr qurmaq 
vasitəsilə öz güzaranlarını daha yaxşı etməyə çalışırlar. Köhnə 
Sovet ölkələrində əgər iş tapmaq çətindirsə, o zaman insanlar 
bunu dostlarının ya da qohumlarının vasitəsilə həyata keçirməyə 
cəhd edirlər. Bu ona dəlalət edir ki, açıq bazar sisteminin uzun 
müddət  zəif  olması  çətinlik  çəkmədən  nəsə  qazanmağın,  yəni 
mükafatlandırılmanın  və  çəkincənlik  hisslərinin  şəxsi  key fiy-
yətlərin bir hissəsi olaraq inkişafına aparıb çıxarıb. Bazar iqtisa-
diyyatının  mövcud  olduğu  Qərbdə  insanlar  iş  axtararkən  şəxsi 
əlaqələrə daha az müraciət etməklə iş əldə edirlər. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
158
Sovet Ittifaqı Vəhşi Kapitalizm üçün 
hazırlaşır: iqtisadiyyatdakı uğursuzluq
Markizm  dialektikasının  proqnoz  edə  biləcəyi  kimi  Sovet  İt-
ti  faqının dağılması sosial demokratiyaya aparıb çıxartmadı, ək-
sinə kapitalizmin ən qəddar formada yayılmasına şərait ya ratdı. 
Lakin bu kapitalizm “yetişmiş sosializm” tərəfindən ha zır lan mışdı. 
İnsanların həyatına rahatlıq gətirmək məqsədi daşıyan planlaş-
dırılmış  iqtisadiyyatın  uğursuzluğa  düşməsi  insanları  düçar  və 
həris vəziyyətinə saldı. 
Insanların biganəliyi (sinizmi)
Parlamentin Sədri Nino Burcanadzenin 2008-ci ilin Mayında 
ke çiriləcək Parlament seçkilərindən öncə hökuməti tərk et mə sin-
dən sonra onu muxalifətə qoşulmaqdan yayındırmaq üçün sözü-
geden  şəxsə  “Demokratiya  və  Parlamentin  inkişafında”  verdiyi 
töhfələrə görə Tiflis yaxınlığındakı ən məşhur bağ evləri ərazisi sa-
yılan Çeknetidən 31.696 kvadrat metr torpaq sahəsi olan bir villa 
cəmi bir Lariya “satilib”. Burcanadzenin, bu villaya görə 2.8 milyon 
Lari olan dəyər vergisini ödəmək öhdəliyi qüvvədə qalırdı, lakin o 
vaxtlar buna elə də əhəmiyyət verilmədi. Saakaşvili hökumətinin 
Avqustda baş verən müharibədən sonra zəifləməsi və Burcanad-
zenin müxalifətə qoşulmasından sonra vergi müffəttişləri itaətkar 
məhkəmənin də təsdiq etdiyi belə bir qərara gəldilər ki, evin həqiqi 
dəyəri  12  milyon  Lari  idi,  və  bu  o  deməkdir  ki,  ödəniləcək  ver-
gi də 4 dəfə çox olmalı idi. Nəticədə Burjanadzeyə mükafat kimi 
verilən  bu  mülk  hərracda  satıldı
4
.  Daha  yaxın  zamanlarda  baş 
verən buna bənzər hadisə isə bir vaxtlar bütün ölkə ərazisində 
yayımlanan tək müstəqil televiziya kanalı olan İmedinin aqibətidir. 
Televiziyanın sahibi olan müxalifətçi milyoner Badri Patarkatşiş-
vilinin 2008-ci ilin Yanvarında ölümündən sonra hökumət televi-
4
 “Court Upholds GEL 1.25 mln [sic] Tax Claim against Burjanadze,” Civil Georgia, August 
18, 2009.” 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə