Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə45/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
143
və beynəlxalq ictimaiyyətə prezident seçkisinin nəticələrini tanı-
madığını bəyan edən müxalif siyasi partiyalar, bu seçki dövründə 
aktiv boykot, nə də aktiv müşahidə həyata keçirdilər. 
Prezident  seçkisinin  nəticələri  elan  olunduqdan  2  ay  sonra 
-  16  dekabr  2008-ci  ildə  iqtidarda  olan Yeni Azərbaycan  Parti-
yası  (YAP)  “Azərbaycan  Respublikası  Konstitusiyasına  əlavə 
və  dəyişikliklər  edilməsi  haqqında”  Referendum Aktı  layihəsini 
parlamentə  təqdim  etdi.  Bundan  bir  həftə  sonra  Konstitusiya 
Məhkəməsinin  Plenumu  “Azərbaycan  Respublikası  Konstitu-
siyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum 
Aktı  layihəsinə  müsbət  rəy  verdi.  Konstitusiya  Məhkəməsinin 
Rəyi elan edildikdən sonra parlament 18 mart 2009-cu ilə yeni 
referendum təyin etdi.
Nüfuzlu  QHT-lər  və  siyasi  partiyalar  Konstitusiyaya  təklif 
edilən əksər əlavə və dəyişikliklərin texniki xarakterli olduğunu, 
bəzi müddəaların isə ölkədə insan hüquq və azadlıqlarını məh-
dud laşdıracağını bildirdilər. Referendum Aktında daha çox mü-
zakirə olunan məsələ Konstitusiyanın 101.5-ci maddəsinin ləğ-
vinin nəzərdə tutulmasıdır. Həmin müddəaya görə “heç kəs iki 
dəfədən  artıq  təkrarən  Azərbaycan  Respublikasının  pre zi denti 
seçilə bilməz”. Ancaq təklif edilən yeni versiyada bu mad dənin 
ləğvi,  əvəzində  isə  aşağıdakı  müddəa  təklif  edilib:  “Müharibə 
şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Res pub-
li
 
kası  Prezidenti  seçkilərinin  keçirilməsini  mümkün  etmədikdə 
Azər baycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi 
əməliy yatların  sonunadək  uzadılır.  Bu  barədə  qərar  seçkilərin 
(refe rendumun)  keçirilməsini  təmin  edən  dövlət  orqanının  mü-
raciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məh-
kə məsi tərəfindən qəbul edilir”.
Əslində, 18 mart 2009-cu ildə keçirilən referendum Konstitu-
si yaya dəyişikliklə bağlı hüquqi yanaşmadan çox məqsədyönlü 
siyasi plan idi – məqsəd ölkədə təkpartiyalı siyasi sistemin forma-
laşması yönündə əsas hüquqi maneəni aradan qaldırmaq oldu. 
Bu niyyət referendumdan 9 ay sonra keçirilən 23 dekabr 2009-cu 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
144
il bələdiyyə seçkiləri zamanı bir daha təsdiqini tapdı. Məsələn, 
bələdiyyə  şuralarına  seçkilərdə  qeydiyyatdan  keçmək  istəyən 
müxalif və bitərəf namizədlərə ciddi maneələr yaradıldı və qey-
diyyatdan keçmiş 31 min 861 namizəddən təxminən 40 faizi Yeni 
Azərbaycan  Partiyasının  üzvləri  olduğu  halda,  digər  17  siyasi 
partiyanın namizədlərinin ümumi sayı 1679 nəfər (namizədlərin 
6  faizi)  oldu.  Qeyd  edək  ki,  eyni  ssenari  2010-cu  il  parlament 
seçkilərində  də  təkrarlandı;  namizədlərin  qeydiyyatı  dövründə 
YAP-ı təmsil edən şəxslərin qələbəsi üçün alternativsizlik şəraiti 
süni olaraq yaradılaraq, müxalif namizədlərin qeydiyyatından qa-
nunsuz əsaslarla imtina edildi. Məsələn, 7 noyabr 2010-cu il par-
lament seçkilərində 125 deputat yerinə qeydiyyatdan keçmiş 695 
nəfər deputatlığa namizədin 111 nəfəri (16 faizi) YAP-dan olduğu 
halda, müxalif siyasi partiyalardan ən yüksək göstərici – 37 nəfər 
deputatlığa  namizəd  (6  faiz) AXCP-Müsavat  seçki  blokuna  aid 
olub. Digər siyasi partiya və seçki blokları üçün bu göstərici 1-5 
faiz arasında olub. 
3) Seçki prosesinə marağın azalması 
2003-cü il prezident seçkisindən bəhs edərkən bu prosesdə 
siyasi  fəallığın  yüksək  səviyyədə  olduğunu  qeyd  etdik.  Ancaq 
həmin  seçkidən  sonra  getdikcə  ölkədə  siyasi  fəallıq  azalmış, 
tədricən seçici fəallığında eniş yaşanmışdır. 
Şübhəsiz ki, ölkədə seçici fəallığının azalması vətəndaşların 
ümumi seçki mühitində baş verən qanun pozuntuları və nöqsan-
lar  nəticəsində  inamının  sarsılması,  habelə  uzun  illər  ərzində 
seçkilər vasitəsilə hakimiyyət dəyişikliyinin yaşanmaması ilə bağ-
lıdır. Seçkilər dönəmində və seçkilər arası dövrdə siyasi azad-
lıqların  boğulması,  siyasi  fəallara  qarşı  təqiblər  və  həbslər  də 
seçkilərdə vətəndaş fəallığının azalmasına rəvac verib.
Seçki prosesinə fəal ictimai-siyasi çevrələr tərəfindən mara-
ğın azalmasını şərtləndirən digər amil son illər Seçki Məcəlləsinə 
edilən  əlavə  və  dəyişikliklərlə  bağlıdır.  Təəssüf  ki,  hər  hansı 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
145
ictimai  ehtiyac  olmadan  və  gerçək  səbəblər  irəli  sürülmədən 
2008 və 2010-cu illərdə Seçki Məcəlləsinə mürtəce dəyişikliklər 
edildi.  Məsələn,  2  iyun  2008-ci  ildə  Prezident Administrasiyası 
parlamentə təqdim etdiyi Secki Məcəlləsinə əlavə və dəyişikliklər 
barədə  qanun  layihəsində  seçki  müddətinin  120  gundən  75 
günədək  azaldılması,  namizədlərin  qeydiyyatı  üçün  alternativ 
variant kimi nəzərdə tutulan qeydiyyat depozitinin (secki girovu) 
ləğvi nəzərdə tutulurdu. 18 iyun 2010-cu ildə isə Milli Məclis Yeni 
Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların təşəbbüsü 
ilə  “Secki  Məcəlləsinə  əlavə  və  dəyişikliklər  haqqında”  novbəti 
qanun layihəsini qəbul edib. Bu layihəyə əsasən seçki müddəti 
bu dəfə 75 gündən 60 günədək azaldıldı, həmçinin qeydə alınmış 
namizədlərin təbliğat aparması üçün dövlət büdcəsindən maliyyə 
ayrılması qaydası ləğv edilib. Qeyd edək ki, yuxarıda sözügedən 
qanun layihələri ilə bağlı Avropa Şurası Venesiya Komissiyasının 
rəyi öyrənilməyib. Ümumiyyətlə, hər iki qanun layihəsinin qəbul 
edilməsi  nəticəsində  namizədlərin  irəli  sürülməsi  və  qeydiyyatı 
qaydaları çətinləşdi, seçkiqabağı təşviqat imkanları məhdudlaşdı. 
Bununla da əvvəlki illərlə müqayisədə seçkilərin daha maraqsız 
və  qısamüddətli  siyasi  hadisə  olması  planı  baş  tutdu;  seçkidə 
iştiraka həvəsli olan siyasi partiyalar, qruplar və ya fəalların sayı 
2008-2010-cu illərdə keçrilən seçkilər zamanı xeyli azaldı. 
4) Korrupsiyanın seçkilərə və siyasi proseslərə təsiri 
2012-ci ilin yayında Beynəlxalq Universitetin keçmiş rektoru 
Elşad Abdullayev tərəfindən onun parlamentə deputat seçilməsi 
ilə üçün apardığı sövdələşmənin gizli video görüntüləri yayıldı. 
Videoda YAP-ın üzvü və millət vəkili Gülər Əhmədova 1 milyon 
manat müqabilində Abdullayevin deputat yeri qazanacağını vəd 
edir və bu danışıqlarda Prezident Administrasiyasının rəhbəri Ra-
miz Mehdiyevin təmsilçisi kimi sövdələşmə aparır. Ölkə siyasəti 
üçün ciddi olaya çevrilən bu hadisə üzrə ortaya çıxan suallardan 
biri də ölkədə seçkilərin korrupsiyaya məruz qalması ilə bağlı idi. 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə