Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə47/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

3-CÜ HISSƏ
POSTSOVET MƏKANINDA
SİYASİ VƏ İQTİSADİ  
HAKİMİYYƏTİN BİRLƏŞ-
MƏSİNİN QARŞISINI NECƏ 
ALMAQ OLAR: YERLİ VƏ 
BEYNƏLXALQ TƏCRÜ    -
BƏ DƏN NÜMUNƏLƏR


Çarlz H. Ferbenks Jr.
Siyasi və iqtisadi hakimiyyətin 
birləşməsi: səbəbləri və həlli yolları 
Siyasi və iqtisadi hakimiyyətin birləşməsi bütün köhnə Sovet 
ölkələri üçün səciyyəvi olan bir xüsusiyyətdir. Mən çalışaram ki, 
bu  qısa  məqalədə  postsovet  məkanında  (Baltikyanı  ölkələrini 
çıxmaq  şərtilə)  bunun  səbəbləri  haqqında  ümumi  olaraq  danı-
şım və bu problemin həlli üçün bəzi təkliflər irəli sürüm
1
. Demok-
ratik  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  olduğu  kimi,  mənim  indi 
yaşadığım  yerdə,  var-dövlət  siyasi  hakimiyyəti  gücləndirmək 
üçün  vasitə  deyil,  həm  də  siyasi  hakimiyyətlə  birləşmək  və  ya 
müttəffiqlik etməklə özü üçün daha çox varidat əldə etməyin bir 
üsuludur.  Mülkiyyət,  çox  massiv  bir  formada  postsovet  hö ku-
mətləri tərəfindən tutulur, və başqaları arasında mütəmadi ola-
raq  siyasi  bir  hədiyyə  kimi  bölüşdürülür.  Gürcüstan  prezidenti 
Saakaşvili 2009-cu ildə etiraf edərək onun işdən azad olunmuş 
Baş Naziri Zurab Noqaydeli haqqında bu sözləri dedi: “Onun var-
dövləti çoxdur…mən qəbul etmək istəyirəm ki, bəlkə də bu pulla-
rın çoxu mənim Prezidentiliyim dövründə qazanılıb.
2
” 
Siyasət  və  var-dövlət  arasındakı  bu  əlaqə  siyasi  elitanın 
mo tivlərinə  hədsiz  dərəcədə  təsir  göstərir,  və  hər  şeydən  də 
va cibi  odur  ki,  hakimiyyətin  bölüşdürülməsi  və  ya  müvəqqəti 
olaraq  səlahiyyətləri  məhdudlaşdırmaq  Prezidentin  və  onun 
müttəffiqlərinin siyasi maraqlarına ən yaxşı formada xidmət edə 
bilər.  Prezident  ata  Corc  Buşu  müşahidə  edənlər  deyirlər  ki, 
1992-ci  il  yeni  seçki  kampaniyasında  onun  enerjisi  çox  az  idi. 
Özüm 2009-cu ildə Britaniyada yaşayaraq analoji hadisəni orada 
da müşahidə etmişəm, belə ki, Qordon Braunun qeyri-populyarlı-

Bu fenomen əksər postsovet məkanı ölkələrində rahatlıqla müzakirə edilə bilmədiyinə görə 
mən, 1 Oktyabr 2012-ci il seçkiləri ilə azadlığa çıxan Gürcüstanı nümunə olaraq götürürəm 
çünki orada hakimiyyət dəyişikliyi ilə əlaqədar olaraq əvvəlki hökumət gördüyü işləri gizlədə 
bilmir, və ən azından müvəqqəti də olsa siyasi mühit bunları müzakirə etməyə imkan verir.
2
 “Saakashvili Slams Former Allies-Turned-Foes,” Civil Georgia, June 5, 2009.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
151
ğının da təsirindən irəli gələrək Fəhlə Partiyası siyasi hakimiyyəti 
itirməməkçün çox az həvəs göstərirdi. Köhnə Sovet məkanında 
yaşayanlar üçün isə hakimiyyətdən getmək üçün bu qədər həvəs 
göstərmək  bir  az  qəribə  səslənə  bilər.  Amma  bu  rasional  bir 
şeydir. Hətta postsovet hökumətləri də siyasi hakimiyyəti əldən 
verirlər. Və vaxt keçdikcə bütün siyasi administrasiyalar enerji-
ni, həvəsi və sahib olduqları ideyaları itirirlər. İkinci dəfə prezi-
dent seçilən Amerika Prezidentləri demək olar ki, həmişə daha 
pisdirlər və birinci dəfə seçildikləri müddətlə müqayisədə daha az 
məşhurdurlar. Siyasi hakimiyyətdən getməklə Qərb ölkələrindəki 
siyasi partiyalar özlərini həvəsləndirəcək yeni mənbələr axtarırlar, 
öz ideyalarını yeniləyirlər, təzə üzvlər qəbul edirlər və mübarizə 
əzmini bərpa etməyə çalışırlar. 
Sovetlər dövründə hakimiyyət səlahiyyətlərini vermək öz var-
dövlətini itirmək riski və dostlarını da bu imkandan məhrum etmək 
riski ilə üzbəüz qoymaq idi. Beləliklə, Kommunizmin dağılmasın-
dan sonra baş verən dəyişikliklər yeni şeylər vəd edirdi ki, bun-
lara pulun vacibliyi və özəlləşdirmə prosesi va si təsilə inanılmaz 
miqdarda var-dövlət qazanma potensiali, Kom mu nist siyasətinin 
əsas  struktural  məğzini  aradan  gotürmək,  si yasi  hakimiyyət 
üzərində mərkəzləşdirilmiş monopoliya qur
 
maq daxil idi. Bundan 
başqa, bu mülklər hüquqi baxımdan sual doguran yollarla ələ ke-
çirilir. Məhkəmə sistemi tanış və ya dost  lardan ibarətdirsə, bunu 
etmək  daha  asandır,  lakin  başqa  adamların  əlindədirsə,  o  za-
man bunu itirmək çətin olmur. Bundan başqa, yeni post-kommu-
nizm dövründə pul və hərisliyin daha vacib bir amilə çevrilməsi 
dövlət  idarəçiliyində  olan  şəxslərin,  hakimiyyətdən  heç  vaxt  əl 
çəkməmək istəklərinin əsas bir səbəbi olmaqla yanaşı, onların 
daha asan şəkildə şantaj obyektlərinə çevrilməsinə də şərait ya-
radır. Bu səbəbdən də siyasi və iqtisadi hakimiyyətin birləşməsi 
köhnə Sovet məkanında demokratiyanın in ki şafına əngəl törədən 
ciddi bir problemdir. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
152
Birləşmə prosesindəki birinci amil:
kompromat
Siyasi və iqtisadi hakimiyyətin birləşməsi prosesində iki əsas 
xa rakterik xüsusiyyət mövcuddur. Bunlardan biri post-Kommunist 
siyasi aləmində şantajın, və ya başqa dildə desək kompromatın 
tutduğu önəmli yerdir. Bu, varlanmaq üçün siyasi gücdən istifadə 
olunması və hakimiyyətdə olan qrupa biznesdən əldə edilən pul 
və var-dövlətlə dayaq durulması anlamına gəlir. Müxalifəti daha 
çox çəkindirmək ya da onların qazandıqları etibarı azaltmaq üçün 
uyğun  olan  bir  metod  onlar  haqqında,  daha  çox  cinayətkarlıq 
işlərinə  cəlb  olunma  ilə  əlaqədar  məlumatların  toplanması  və 
bütün bunların, müxalifəti itaətkar vəziyyətə gətirmək məqsədilə 
istifadə  olunması  ya  da  müxalifət  liderlərinin  ad-sanına  xələl 
yetirmək  üçün  ictimaiyyətə  yayılmasıdır.  Müxalifəti  itaətkar 
mövqedən  yanaşmağa  sövq  edən  şantaj  materialları  haqqın-
da bizdə elə çox məlumat yoxdur, amma çox müxalifət liderləri 
onlar  haqqında,  əksərən  də  onları  daha  pis  göstərməkçün 
saxtalıqla  dəyişdirilən  utancverici  video  və  audio  yazıların  ya-
yılmasından  çox  əziyyət  çəkirlər.  Gürcüstana  aid  təkcə  iki  fak-
ta  istinad  etsək,  müxalifətin  maliyyə  dəstəkçisi  Badri  Patar-
katşişvili  Daxili  İşlər  Nazirliyinin  hərbi  qruplarının  komandirinə 
etiraz  nümayişlərində  hərbi  qüvvələrin  neytral  mövqe  tutması 
məqsədilə rüşvət verərkən, aydındır ki, onu sancmaq məqsədilə 
çəkilən videosu, hökumət tərəfindən sözügedən şəxs tərəfindən 
planlaşdırılmış hərbi çevriliş cəhdi kimi qiymətləndirildi. Başqa bir 
ssenaridə  isə  Mühafizəkarlar  Partiyasının  böyüyən  lideri  Koba 
Davitaşvili 2006-cı ildə Tiflis Şəhər Şurasına seçildikdən az bir 
müddət  sonra  onun  haqqında  rüşvət  alaraq  öz  partiyasındakı 
qoltuqlarını satdıgı barədə video görüntülər yayımlandı, və bun-
dan sonra sözügedən şəxs siyasi arenanı tərk etməyə məcbur 
oldu. Kompromat ifadəsinin Gürcü siyasətində işlədilməsi Sovet 
dövründən qalma bir xüsusiyyət kimi səciyyələndirilə bilər: Polit-
büro üzvlərinin partiyanı xoşagəlməz ünsürlərdən mübahisəli və 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə