Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə48/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
153
ziddiyətli formada təmizləmə və buna bənzər digər proseslərdə 
iştirak etməsi haqqında məlumatın toplanması və yeri gəldikdə 
bütün  bunları  onlar  əleyhinə  əyani  bir  dəlil-sübut  kimi  istifadə 
etmək  Sovet  siyasətinin  özünəməxsus  cəhəti  idi.  Məsəl  üçün 
1950-ci  illərdə  N.S.Xruşşov  G.M.Malenkovun  əleyhinə  uğurla 
təb liğat apararkən bu, Leninqrad hadisələri (1949-50) adı altin-
da  ictimaiyyət  arasında  yayıldı,  halbuki  ikinci  birinci  haqqında 
təşviqat kampaniyası keçirəndə isə bu proses Həkim hadisələri 
(1951-53) adı ilə xalq arasında yayılmağa başlamışdı. Sovetlər 
Birliyinin  bütün  tarixini  dəyişən  ən  böyük  iki  hadisə:  Xruşşo-
vun  1956-cı  ildən  sonra  başladığı  de-Stalinizasiya,  yəni  Stalin 
əleyhinə  olan  kampaniyası  və  Qorbaçovun  “Qlasnost”  siyasəti 
kompromat terminin praktik olaraq ən böyük nümunələridir. Si-
yasi  və  iqtisadi  hakimiyyətin  birləşməsi  prosesində  mühüm  rol 
oynayan bu mərhələ Kommunizmdəki qəddar taktika və əxlaqi 
dəyərlərə  etinasız yanaşmanın birləşməsindən  meydana  gəlib. 
Kommunizm  dəyərləri  öz  varlığını  itirdikcə  bu  mərhələnin  təsir 
mexanizması da tədricən azalacaq. 
Postsovet  Respublikalarında  agır  cəza  tədbirləri  və  mül-
kiy yət  müsadirəsi  həyata  keçirilməsi  hökumət  və  siyasi  elita-
lar  tərəfindən  kompromatın  müxtəlif  növlərinin  işlədilməsi  kimi 
səciyyələndirilə  bilər.  Eyniylə,  siyasi  arenadakı  rəqiblərin  fəa-
liyyəti  bu  cür  döv lət  özbaşınalıqları  nəticəsində  zəifləyə  bilər. 
Gürcüstandakı “Qızılgül” inqilabından sonra hökumət Şevardna-
dze dövrünə aid bir çox şəxsləri rüşvətxorluqda ittiham edərək 
həbs etdi, lakin bir müddət sonra onları, heç bir məhkəmə qərarı 
ilə  təyin  olunmamış  böyük  məbləgdə  pul  cərimələrini  ödəmək 
şərtilə həbsdən azad etmək barədə qərar verdi. Bu zorakılıqların 
sayı azaldı, amma 7 Noyabr 2007-ci ildən sonra bu məcrada da-
vam edən intiqam alma prosesi yenə də gücləndi. Yalnız, hələ o 
vaxtlar xaricdə yaşayan milyoner Badri Patarkatşişvilinin başına 
gətirilənləri nəzərə alsaq, onun televiziya stansiyasi ilk olaraq fi-
ziki hücuma məruz qaldi, sonra məhkəmənin qərarı ilə bağlanıldi 
və nəhayət yuxarıda təsvir edildiyi formada müsadirə olundu. Ona 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
154
məxsus əyləncə parkı tutuldu, və Gəlir Komitəsi onun sərmayə 
qoyuluşlarını və şəriklərini yoxlamağa başladı. Kimsə, böyük eh-
timal ki, hökumət ona məxsus Standard Bankla işləməməkçün 
depozitorlara təzyiqlər etməyə başladi və nəticədə depozitorlar 
“mövcud likvidasiya problemləri ilə” əlaqədar olaraq müvəqqəti 
inzibatçı  təyin  etməklə  hökumətin  bəraətini  qazanaraq  geri 
çəkilməyə sövq oldular. Bu bank sonra hökumətin müttəfiqləri ilə 
əməkdaşlıq etməyə başladı. 
2011-12-ci  illər  ərzində  Parlament  seçkiləri  ilə  bağlı  seçki 
kampaniyasında Milli Hərəkat hökuməti onun siyasi rəqibi olan 
Bidzina İvanişvili, onun bankı, başqa şirkətləri, siyasi müttəfiqləri, 
və donorlarını qeyri-leqal yardım etmək və rüşvətlə səs almaqda 
səbəbsiz  yerə  günahlandıraraq  125  milyon  dollar  miqdarında 
cərimələndirdi. ATƏT qeyd edir ki, hökumətin seçki kampaniyası 
ilə əlaqədar olan qanunları gücləndirmək məqsədilə tətbiq etdiyi 
mexanizm əsasən müxalifət qüvvələrini hədəfə almışdı, və dövlət 
rəsmiləri  insanlara  heç  bir  hörmət  qoymadan  ya  da  “onları  qı-
cıqlandıracaq şəkildə inzibati prosesləri həyata keçirirdilər ki, bu 
da digər potensial donorların ortaya çıxmasına əngəl törədirdi.”
i
 
Böyük məbləğdə olan cərimələr əsasən üç dəfə tətbiq olunub: 
bir dəfə donora qarşı, bir dəfə donoru qəbul edən subyektə qarşı 
(bu əsasən Gürcüstan Röyası adlı koalisiya partiyası olub), və 
bir dəfə də əsassız olaraq donorun başlıca maddi mənbəyi ol-
maqda günahlandırılan İvanişviliyə qarşı (bunu hökumət heç bir 
zaman  sübut  etməyib).  Əlavə  olaraq  qeyd  etmək  yerinə  düşər 
ki, hökumət kəsilən cərimə məbləğini seçki kampaniyası ilə əla-
qə dar olan yardımın bir hissəsi olaraq hesaba almaqla Gürcüs-
tan  Röyası  koalisiyasının  çəkdiyi  xərcləri  seçki  kampaniyası 
müddətində çəkilə biləcək xərclərin maksimum limitinə yaxınlaş-
dırdı.  Ödənişlərini  ödəməyən  ya  da  ödəyə  bilməyənlərin  bank 
hesabları və biznesləri bağlanır, evləri əllərindən alınır, hərraca 
çıxarılır və bəzən də hökumət tərəfdarlarına bazar qiymətlərindən 
aşağı satılırdı. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
155
Ikinci amil: qanun aliliyinin pozulması 
Prosedural  leqal  qanunları  və  sadə  ədaləti  skandallı  olaraq 
da vamlı şəkildə pozan və ölkəni utanc vəziyyətinə salan, və Gür-
cüstanda Saakaşvili dönəmində siyasi sistemin ən az sərbəstliyə 
malik olan hissəsi məhkəmələr olmuşdur. Nəticə bu idi ki, Tiflis 
məhkəməsində qəbul edilən qərarların bir faizinin yalnız cüzi bir 
hissəsi bəraət vermə qərarları idi. 2006-cı ildə Sandro Qrqvlia-
ninin ölümü ilə bağlı Avropa İnsan Haqqları Məhkəməsi şikayət 
etmişdi ki, istintaq prosesində müstəqillik, obyektivlik, qərəzsizlik 
və müfəssəllik açıq şəkildə çatışmırdı… müxtəlif dövlət qurum-
larının qəddarlıqla törədilmiş bu qətl hadisəsi haqqında ədalətli 
qərar  vermə  prosesinə  maneə  olması  Məhkəməni  çıxılmaz 
vəziyyətə salmışdı
3

Köhnə  Sovet  Respublikalarına  aid  olan  bu  şərtlər  siyasi  və 
iqtisadi  gücün  birləşməsini  birmənalı  şəkildə  zəruri  edirdi  çün-
ki əgər hökumət oğrunun tərəfində durursa, o zaman bu, onlar 
üçün başqalarının mülkiyyətini oğurlamağı daha asan edir. Daha 
vacib olan fakt isə budur ki, bütün bunlar onlara kömək edir ki, 
hakimiyyəti buraxmağa onları vadar edəcək istənilən hərəkatın 
qarşısını alsınlar çünki yaltaqlıqla xidmət göstərən məhkəmələr 
hakimiyyətdən gedən hökumətin mülkiyyətini müdafiə etməyəcək. 
Milli Hərəkat Gürcüstanda siyasi hakimiyyəti itirəndən bəri sabiq 
hökumət  rəsmilərinə  və  onların  biznesdəki  müttəfiqlərinə  qarşı 
bir sıra ziddiyətli cinayət hadisəsi açılıb. 
Qanunların  effektiv  işləməməsi  hal-hazırkından  daha 
çox  diq qət  məqamına  çəkilməlidir.  Demokratiyanın  oturuş-
duğu  ölkə lərdə  məh kəmələr  siyasətin  ən  az  proqnoz  verilə 
biləcək  elementidirlər,  və  Parlamentin,  seçicilərin,  hətta  me-
dia və biznesin deyil, icra edici orqanların təsiretmə qüvvəsinə 
daha  az  məruz  qalırlar.  Postsovet  siyasətində  məhkəmələrin 
Prezidentlərə bağlılığı mər kəz ləş dirilmiş, autokratik idarə et mə-
nin göstəricisidir. 
3
 Civil Georgia, 26 April 2011, accessed July 31, 2011.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə