Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə51/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
162
nı həbs etmişik. Təkcə Tiflisdə biz 8.000 adamı mühakimə etmişik 
və bu gün onların bütün qohumları mənim istefamı tələb edir”.
8
 
Başqa sözlə desək, Saakaşvilinin rəqibləri məhrum və defekt 
insanlardır, və o özündə məsuliyyət hiss etmir ki, bu insanların 
həyatı onun həyata keçirdiyi islahatlar ucbatından rahatsız olub 
və ya onlar çox ciddi zərər görüblər. 
Siyasi və iqtisadi hakimiyyətin 
birləşməsinin səbəbləri
Siyasi və iqtisadi gücün birləşməsi səbəbləri Sovet İttifaqının 
də rin  keçmişinə  söykənir.  Lakin  hansı  xüsusi  səbəblər  var  idi 
ki, bunun meydana gəlməsinə şərait yaratdı. Sovet xalqı bö yük 
təzyiq altında yaşayırdı çünki hökumət gözləyirdi ki, xalq yüksək 
əhval  ruhiyyədə  olsun.  Qəfildən,  bu  formal  idealist  rejimin  da-
ğılmasından  sonra  bu  təzyiqlər  götürüldü.  Qaçılmaz  nəticə  isə 
bu oldu ki, insanların xudbinliyi və eyş-işrətə aludəliyi azad bir 
hissə  çevrildi.  Oxşar  dialektik  dəyişikliklər  Qərbdə  də  böyük 
müharibələr sonrasında təzahür etmişdi: Amerikada Birinci Dün-
ya  Müharibəsi  20-ci  illərdə  acı  və  qəhərli  bir  dövrlə,  Vətəndaş 
Müharibəsi isə acgözlük və Qızıl hərisliyi Əsri ilə əvəz olunmuş-
du. Köhnə Sovet məkanında isə təzyiqlər daha çox, 70-74 il ara-
sı davam etdiyi üçün reaksiya da daha böyük və köklü şəkildə 
təzahür etdi. 
Kommuzmi əvəz edən hökumətlər legitim yollarla hakimiyyətə 
gəlməmişdilər çünki onlar nə Kommunist nə də Liberal-de mok-
ratik idilər. İstənilən halda, demokratiyanın inkişaf etdiyi cə miy-
yət lərdə xalqın istədiyi şeylər, müxtəlif mexanizmlər, mə sələn, si-
yasi partiyalar və ya azad media müstəsiviylə təmsil olunan qrup 
maraqları  vasitəsilə  liderlərin  seçiminə  çevrilir,  və  belə  şeylər 
postsovet cəmiyyətinə yad bir xüsusiyyətdir. Maraqlar üzərində 
qurulan sosial qrupların olması əvəzinə, ayrılmış ailələrdə hökm 
sürən  xaos  onların  birləşərək  liderlərin  fəaliyyəti  üçün  zəmin 
8
 “Mikheil Saakashvili: “Where Are My Western Friends?,” Newsweek, August 20, 2009.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
163
yaratmalarına  mane  olurdu.  Postsovet  özbaşnalıqlarının  çirkli 
palçığı üzərində ayaqda dura bilmək üçün siyasi liderlər yardım 
almağa möhtac idilər. Onlar bu yardımı güclülərə icmaya sahib-
karlığını oğurlamağa icazə vermək bahasına aldılar. Rusiyanın 
təzyiqi  ilə  qatıldığı  bir  sammitdə  Şevardnadze  demişdi,  “Əgər 
mənim ətrafımda mənə sadiq 200 nəfər adam olsaydı, mən indi 
burada olmazdım
9
.” 
Bu problemdən çıxış yolları
Postsovet  dünyası  və  onun  içində  yaşayanlar  üçün  pul 
siyasətə giriş üçün əsas vasitə rolunu oynayır, və öz növbəsində 
də siyasət pul qazanmağın başlıca yolu hesab edilir. Bu iki ün-
sür kifayət dərəcədə biri-birinə bağlı görünür. Lakin təhdqiqatlar 
göstərir ki, bu zahirən belədi. Başlamaq üçün onu demək olar ki, 
postsovet məkanındakı bu ağrı-acı autokratik hökumətin rolunu 
gücləndirir və həm də onun mövcudluğuna qarşı təhdid törədir. 
Lukan  Vey  israr  edir  ki,  biznes  oliqarxları  rəqabətə  meylli  olan 
autokratik hökumətlərin hakimiyyətinə qarşı böyük təhlükədirlər
ii

O Ukraynadakı Narıncı İnqilab haqqında yazır ki, varlı insanlar 
görəndə ki, onların pulu daha böyük milyarderlərin pulundan az-
dır, və onlar daha çox əldə etmək istəyirlər, o zaman onlar daha 
zəngin  milyarderlərlə  əlbir  hərəkət  edən  hökumətə  qarşı  nara-
zı  kütlələri  müdafiə  etməyə  başladılar.  Lakin  Bidzina  İvanişvili 
tərəfindən Gürcüstandakı rəqabətə meylli avtoritar rejimə qarşı 
həyata keçirilən uğurlu mübarizə başqa bir mexanizm vasitəsilə 
şəxsi  var-dövlətin  bu  tip  hökumətləri  silkələmə  gücünə  sahib 
olduğunun  göstəricisidir.  İvanişvili  həddindən  artıq  zəngin  idi, 
Gürcüstanda  ən  zəngin  adam  idi,  və  özündən  daha  kiçik  olan 
insanlara qarşı baş verən bu özbaşınalıqlara və ədalətsizliklərə 
görə açıq şəkildə narazılıq edirdi. Bir də ona hər halda darıxdı-
rıcı gəlirdi ki, 6 milyard dollar və ya daha çox pulu çox kiçik bir 
əziyyət müqabilində qazanırdı. Baş nazir kimi onun fəaliyyəti isə 
9
 Interview with Jirair Libaridian, First Deputy Foreign Member of Armenia in 1993.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
164
onu göstərir ki, o hər şeyi özü əldə etmək istəyir və bu da autok-
ratik idarəedicilərin hakimiyyətinə birbaşa təhlükədir.
Əlbəttə,  Narıncı  İnqilab  böyük  ölçüdə  uğursuzluğa  düçar 
oldu, və siyasi və iqtisadi hakimiyyət Ukraynada birləşmiş şəkildə 
qalmaqda  davam  etdi.  Biz  Gürcüstandakı  Oktyabr  Seçkilərinin 
nəticələrini  hələ  bilmirik.  Postsovet  ölkələrində  yaşayan  əksər 
vətəndaşlar  hakimiyyətdən  xüsusilə  bu  şəkildə  sui-istifadə 
hallarına  böyük  bir  ümidsizliklə  yanaşırlar.  Ümumiyyətlə  mən 
deyərdim ki, vətəndaşlar postsovet mazoxizmi adlandırdığım bir 
məhfumun  qurbanıdırlar.  Postsovet  mazoxizmi  universallıqdan 
kənara  çıxaraq  xüsusi  bir  ölkənin  vətəndaşı  və  ya  xüsusi  bir 
xalqın üzvü kimi özü öz üzərində baş verir. Əgər Tiflisdə taksidə 
tıxaca düşmüsənsə, taksi sürücüsü deyəcək, “Gürcülər düzgün 
maşın idarə etməyi bilmirlər”. Bu formada olan bir mazoxizm in-
sanlarda dəyişməyə olan meyli öldürür və ya aşağı salır. Amma 
sadə  şəkildə  düşündükdə  digər  şəhərlərdə  də  tıxac  problemi 
eyni formada olur, bəs onda bunun Gürcü olmaqla əlaqəsi nədir? 
Siyasi  və  iqtisadi  gücün  birləşməsi  bütün  postsovet  məkanını 
və ondan da geniş bir mühiti xarakterizə edən bir xüsusiyyətdir. 
Bunu yalnız bir xalqla əlaqələndirmək yerli mədəniyyətin əsrlərlə 
davam edən öz spesifik xüsusiyyətidir və onu dəyişmək çətin bir 
proses olacaq. 
Bu sosial və humanitar sahə ilə məşğul olan elm adamlarının 
qəbul etdiyi ümumi bir fikirdir. 2004-cü ildən indiyə qədər Gür-
cüstanın  prezidenti  vəzifəsini  yerinə  yetirən  Mixayıl  Saakaşvili 
tarixi bir nailiyyət olaraq sübut etdi ki, ekspertlərin bu haqda olan 
mülahizələri yanlışdır. Saakaşvili hakimiyyətə gələndə ona Şe-
vardnadzenin qoyub getdiyi, və Nazir ya əyalət idarəçilərindən 
tutmuş yol polislərinə qədər başdan ayağa rüşvətə qərq olmuş 
bir sistem qalmışdı. Saakaşvili başa düşdü ki, korrupsiyanın bu 
səviyyədə  olması  əksər  insanları  narahat  edən  bir  məqamdır 
(Başqa  prezidentlər  də  bunu  başa  düşə  bilərdilər).  O,  tez  bir 
şəkildə ilk iki ya üç il ərzində aşağı və orta səviyyədə baş verən 
korrupsiya hallarının qarşısını almağa başladı və buna görə də 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə