Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
186
olmuşdu, belə ki, yüksək inflyasiya, böyük büdcə kəsiri, maliyyə 
şokları və yüksək işsizlik səviyəssi mövcud idi. 
Bu vəziyyət hərbi bürokratiyanın artan gücü və təsiri ilə daha 
da  pisləşirdi.  Qismən  PKK  terroruna  qarşı  mübarizə  apardığı 
üçün, qismən də Türkiyənin dövlət strukturundakı hegemonik po-
zisiyasına görə hərbi qüvvələr, Milli Təhlükəsizlik Şurasının üzvləri 
kimi sivil-siyasi dəyişikliklərə müdaxilə edərək 28 Fevral 1997-ci 
ildə Rifah-Yol koalisiya hökumətinin liderləri, İslamçı Nəcməddin 
Ərbakan və Mühafizəkar Tansu Çilləri hakimiyyətdən devirdi. 
Hərbçilərin artan təsiri və proseslərə olan müdaxilələri nəinki 
Türkiyənin  siyasətinə  və  iqtisadiyyatına  mənfi  şəkildə  təsir 
göstərdi, həmçinin ölkənin Avropa Birliyi ilə olan münasibətlərini 
də korladı. 1990-cı illərdə Türkiyənin AB-nə üzvlük məsələsi çox 
nizamsız bir şəkil almışdı. Türkiyə və AB arasında 1996-cı ildə 
tamamlanan Gömrük Birliyi sazişini istisna etmək şərtilə AB-nə 
üzvlük  prosesi  çox  sərt  bir  şəkildə  düşüş  yaşadı  çünki AB-nin 
Lüksemburq  Şurasının  qərarı  ilə  Türkiyə Avropa  Birliyinə  üzv-
lük  üçün  namizədlər  sırasından  çıxarıldı.  AB  tərəfindən  Alma-
niya  kansleri  Gerhard  Şröderin  və  Fransanın  prezidenti  Jak 
Şirakın,  Türkiyə  tərəfindən  isə  Demokratik  Solçu  Partiyasının 
nümayəndələri İsmayıl Cem və Bülent Ecevitin səyi və uzaqgörən 
liderliyi nəticəsində üzvlük prosesi 1999-cu ildə Helsinkidə topla-
nan şuranın qərarı ilə bərpa edildi. 
Sonda, bütün bu daxili siyasi və iqtisadi qeyri-sabitlik və xari-
ci siyasətdə müşahidə olunan kriz vəziyyətləri Türkiyəni ilk ola-
raq 1994, sonra 1999, və nəhayət ən pis şəkildə isə 2000-01-ci 
illərdə dərin və dağıdıcı böhranlara sürüklədi. 2000-01-ci illərdə 
baş verən krizis bunların arasında ən böyük dağıdıcı nəticələrə 
aparıb çıxaran biri idi, lakin bu 2000-ci illərdə Türkiyənin transfor-
masiyasında dönüş nöqtəsi idi. Bu krizisin nəticəsi olaraq hərbi 
çevrilişçilər tərəfindən müdafiə olunan Ecevit, Yılmaz və Bahçe-
linin  qurduğu  koalisiya  hökuməti  çətin  vəziyyətdə  qalmışdı,  və 
iqtisadi və siyasi stabilliyi qoruyub saxlamağa gücü çatmırdı. 
3  Noyabr,  2002-ci  ildə  keçirilən  növbəti  seçkilərdə  Türkiyə 
siyasətində radikal dəyişiklik və transformasiya baş verdi: Bütün 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
187
koalisiya  partiyaları  olan  Ecevitin  Demokratik  Solçu  Partiyası, 
Yılmazın  Ana  Vətən  Partiyası  və  Bahçelinin  Milliyətçi  Hərəkat 
Partiyası  siyasi  arenadan  uzaqlaşdırıldılar,  və  hakimiyyətə 
yeni, Rəcəp Tayyib Ərdoğanın və Abdulla Gülün təmsil olundu-
ğu Ədalət və İnkişaf Partiyası gəldi. Ədalət və İnkişaf Partiyası 
əslində 28 Fevral proseslərinin yaratdığı digər bir məhsul idi: İs-
lamçı ənənələrə görə hərbi müdaxilənin qurbanı olan Erbakanın 
Rifah Partiyasının üzvləri olan Ərdoğan və Gül yeni ideologiya 
qurmaq məqsədilə Ədalət və İnkişaf Partiyasını yaratdılar. Par-
tiya rəsmi olaraq özünü təqdim etdiyi kimi yeni ideologiya anti-
Kamalizm və anti-militarizm üzərində qurulub, amaa neoliberal, 
müasir  İslamçı,  “mühafizəkar-demokratizm”  dəyərləri  də  əsas 
prinsiplər olaraq qəbul edilməkdədir. 
Yüksələn demokratikləşmə tendensiyasi 
ilə müşayiət olunan neoliberal iqtisadi 
siyasət: Ədalət və Inkişaf Partiyası dövrü 
(2002-2012) 
Ədalət və İnkişaf Partiyası Türkiyə fəlsəfəsi, siyasəti, iqtisa-
diyyatı,  cəmiyyəti,  mədəniyyəti,  və  xarici  siyasətində  və  başqa 
sahələrdə yeni bir səhifə və fenomendir. Ədalət və İnkişaf Parti-
yası mühafizəkar-İslami fikirləri müasirlik-dünyəvilik ideyaları ilə 
birləşdirərək yeni bir ideologiya və siyasi bir hərəkat yaratdı. Bu 
partiyanın təməl prinsiplərinə görə mühafizəkar və İslami fikirlər 
modernism, neoliberal, qlobal və dünyəvi dəyərlər çərçivəsində 
mövcud ola bilər. Həm daxili, həm də xarici siyasətdə bu partiya 
liberal dəyərləri prinsip tutmaqla Türkiyənin inqilabi deyil, təkamül 
yolu ilə transformasiyasını təmin edən islahatlar həyata keçirib. 
Bu  transformasiyanın  ən  ümdə  xarakteri  Türkiyə  dövlətinin 
kimliyində  böyük  dəyişikliklər  edilməsidir.  İlk  dəfə  olaraq,  ikinci 
dərəcəli, yəni əyalət qrupları özünəməxsus real bir kimliklə siyasi 
arenaya daxil olmuş, və mərkəzdə duran digər aktorları demək olar 
ki, tam əvəz etməklə dövlət sistemi üzərində siyasi hakimiyyətə 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
188
sahiblənmişdir. Bu o deməkdir ki, Türkiyə daxili siyasətində ilk dəfə 
olaraq İslami dəyərlərə önəm verən və anti-Kamalizm ruhuna sa-
hib olan bir siyasi partiya seçkilərdə üç dəfə arxa-arxaya müvafiq 
olaraq 2002, 2006 və 2010-cu illərdə, səslərin 50 faizdən çoxunu 
toplamaqla  və  digər  partiyalara,  özəlliklə  də  Cumhuriyyət  Xalq 
Partiyasına qalib gəlmişdir. Bu özü Türkiyənin dövlət sistemində 
baş verən transformasiyanın ən önəmli cəhətidir, lakin izaha ehti-
yacı olan başqa məqamlar da mövcuddur:
Bu transformasiyanın başlıca mənbəyi və gücü Türkiyədə son 
üç onillikdə geniş xalq kütlələri arasında baş verən dəyişikliklərdir. 
Əyalətlərdən olan iqtisadi aktorlar, başqa sözlə Anadolu Pələng-
ləri  adlandırılan  qruplar  o  dərəcədə  inkişaf  etmişlər  ki,  onlar 
əsas  qrupların  iqtisadi  gücü  ilə  rəqabət  apara  biləcək  potensi-
ala  sahiblənmişlər.  Əyani  sübut  olaraq  demək  olar  ki, Anadolu 
Pələnglərini təmsil edən Müstəqil və Müsəlman Biznesmenləri As-
sosiasiyası İstanbulda cəmləşən biznesmenlərin nümayəndəliyi 
olan  Türk  Biznesmenlərin  Assosiasiayasına  nisbətdə  o  qədər 
güclənib ki, onun artıq Türkiyənin iqtisadiyyatı və siyasətinə mü-
hüm təsir potensialı vardır
10
. Bundan əlavə, ikinci dərəcəli qruplar 
digər sahələrə də yayılıb və genişlənmişdir, məsələn elm sahəsi, 
mətbuat,  bələdiyyə,  bürokratiya,  sivil  cəmiyyət  təşkilatları  və 
başqa  birliklər.  Həqiqətən  də  bu  partiyanın  qələbəsi  və  gördü-
yü işlər əyalətlərdəki xalq kütlələrinin fəaliyyətinin böyüməsi və 
genişlənməsinin nəticəsi idi. 
Ədalət və İnkişaf Partiyasının gücünü onun xarici və ya bey-
nəl xalq  əlaqələrini  bilmədən  ya  da  başa  düşmədən  düzgün 
qiymətləndirmək  olmaz.  Ədalət  və  İnkişaf  Partiyası  ABŞ,  Av-
ropa  birliyi  və  başqa  qlobal  aktorlarla  əlaqələrini  genişləndirib, 
Türkiyənin  NATO-dakı  yerini  möhkəmlədib,  Avropa  Birliyinə 
tam hüquqlu üzv olması barədə olan danışıqları bərpa edib, və 
beynəlxalq maliyyə institutları olan Beynəlxalq Valyuta Fondunun 
və Dünya Bankının qoyduğu azad ticarət, xarici sərmayə, maliyyə 
10 
MÜSİAD dedikdə “MÜS əslində “Müstəqil” anlamına gəlir, amma insanlar onu daha çox 
“Müsəlman” deyə anlayırlar. Və bu MÜSİAD-ın TÜSİAD-dan gələn “Türkçü”lük ideyasının 
əleyhinə olması anlamına gəlmir. Lakin biz iddia edirik ki, MÜSİAD ideoloji, siyasi və iqtisadi 
fikir kimliyi baxımından TÜSİAD-a alternativdir. 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə