22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
183
1980-2002: qloballaşma dövründə hərbi rejimin rəhbərliyi
altında neo-liberal iqtisadi modelin fəaliyyəti
General Kənan Evrən rəhbərlik etdiyi 1980-ci ilin hərbi çevriliş
liderləri çox qəribə bir dövlət rejimi qurdular: siyasi və demokratik
baxımdan çox avtoritar bir rejim olmasına baxmayaraq, iqtisa-
di model çox liberal idi. 1982-ci il Konstitusiyası bu hökumətin
çox avtoritar bir hakimiyyət qurduğunun bariz nümunəsidir: la-
kin 24 Yanvar, 1980-ci ildə qəbul edilən ciddi islahatlar proqramı
isə liberal iqtisadi siyasət modelinin tətbiqinin göstəricisidir. İddia
etmək olar ki, Türkiyənin siyasi və iqtisadi sistemi elə bu gün də
bu əsaslar üzərində qurulub. 1982-ci il Konstitusiyası və 1980-ci
ildə qəbul edilən liberal proqram bunların hər ikisində baş verən
çoxlu dəyişikliklərə baxmayaraq Türkiyə dövlətçilik sisteminə bu
gün də formal və praktik olaraq təsir göstərməkdə davam edir.
Türkiyənin siyasəti leqal olaraq hələ də 1980-ci il Konstitusiya-
sının çərçivəsində fəaliyyət göstərir, və Türkiyə iqtisadiyyatı isə
liberal və neoliberal ideyaların tam təsiri altındadır.
1980-ci illərdə Türkiyə siyasəti və iqtisadiyyatında iki əsas
güc mərkəzi mövcud idi. Birincisi və başlıcası, Kənan Evrənin
rəhbərlik etdiyi hərbi rejim, və ikincisi isə Turqut Özalın idarəçiliyi
altında olan sivil hökumət. Hərbi rejimin Kamalizm ideologiyasını
və hakimiyyətini təmsil etdiyi halda, Özal hökuməti mühafizəkar
qrupu təmsil edirdi. Ümumiyyətlə hər iki tərəf arasında aşağıdakı
əmək bölgüsü var idi: Hərbi hökumət ideologiyanın, təhlükəsizliyin
və dövlətin güc siyasətinin cavabdehliyini daşıyırdı, və Özal isə
iqtisadi və xarici siyasətə rəhbərlik edirdi.
Özalın rəhbərliyi altında olan Türkiyə hökuməti 1980-ci illərdə
liberal dəyərlərə olan simpatiyanın təzahürü olaraq radikal şəkildə
qloballaşmanın tərəfdarına çevrildi. Bu, Realizm, Natamam So-
vet modelindən Liberal modelə doğru olan çox əhəmiyyətli bir
dəyişiklik idi. Ekspertlərdən biri bunu “liberal inqilab” adlandırır-
dı
9
. 1980-ci illərdən etibarən Türkiyə iqtisadi sistemində idxa-
9
Dankward A. Rustow, “Turkey’s Liberal Revolution”, The Middle East Review, Vol.17, No.3,
(Spring 1985)
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
184
latın məhdudlaşdırıldığı iqtisadi model ixracat yönümlü iqtisadi
inkişaf strategiyası ilə əvəz olundu. Türkiyə iqtisadiyyatı qlobal
rəqabətə açıldı, Türk valyutasının dəyəri qalxdı, və idxalat-ixra-
cat üzərindəki dövlət rüsumları tədricən azaldıldı. Türkiyə sivil
cəmiyyəti və sahibkarlar inkişaf etməyə
və daha çox təcrübə qa-
zanmağa başladılar.
İxracatı artırmaq məqsədilə Türkiyə Yaxın Şərqdəki bazarlara,
xüsusilə də neft ixrac edən ölkələrə, İraq, Küveyt, İran, Səudiyyə
Ərəbistanı, Liviya ilə məhsul ixcar etməyə başladı. Beləliklə
Türkiyənin Yaxın Şərqlə olan əlaqələri o dərəcədə inkişaf etdi ki,
bu Türkiyə xarici siyasətinə də təsir edirdi. Türkiyə-Avropa Birliyi
münasibətləri isə çox da yaxşı deyildi çünki Avropa Birliyi ölkələri
hərbi çevrilişin və hərbi qurumun siyasətinin tənqidçisi idilər. Amma
bu o demək deyildi ki, bütün bunlar Türkiyənin NATO və Qərblə
əvvəlki münasibətlərinə xələl gətirirdi. Tam əksinə, ABŞ-Türkiyə
münasibətləri 1980-ci illərdə intensiv olaraq qalxan müstəvidə in-
kişaf edirdi. Türkiyə NATO və ABŞ tərəfindən dəstək alırdı çünki
1980-88-ci illərdəki İran-İraq müharibəsində Türkiyənin rolu da-
nılmaz idi. Bu müharibədə Türkiyənin neytral mövqe tutmasını
demək olar ki, bütün müttəfiq dövlətlər müdafiə edirdi.
Lakin 1990-91-ci illərdə baş verən Körfəz savaşında görün-
düyü kimi Türkiyə heç də həmişə neytral mövqe tutmurdu. Özal
ABŞ-ın rəhbərliyi ilə İraqa qarşı tətbiq olunan BMT embarqosu-
nu dəstəkləmək məqsədilə ehmalca və qəti şəkildə İraqı idarə
edən Səddam Hüseyn hökuməti ilə bütün əlaqələri kəsdi. Özal,
1980-ci illərdə Türkiyənin ən böyük iqtisadi partnyoru olan İraq-
la cəlb edici iqtisadi münasibətləri kəsməkdə bir caizlik görmədi.
Xüsusilə, Türkiyə İraqın Kərkük şəhərindən Türkiyənin Yumurta-
lıq ərazisinə neft aparan iki boru kəmərinin fəaliyyətini dayandır-
dı. Bu sanskiyalardan sonra Türkiyə biznesmenləri çox miqdarda
pul itirdilər. Bu embarqo nəticəsində Türkiyənin iqtisadi itkisi 100
milyard dollar həcmində dəyərləndirir.
Özəl sektoru və iqtisadiyyatı inkişaf etdirmək məqsədilə edilən
bütün liberal reformlara baxmayaraq dövlət idarəçiləri İraqla iq-