Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
189
strukturlarının  inteqrasiyası  və  bu  kimi  başqa  qaydalara  əməl 
edib. “İsti pul böhranına” səbəb olan 1990-cı illərin “idarə oluna 
bilməz liberalizmi” ilə mübarizə aparmaq üçün maliyyə sektorun-
da və ictimai xərclərin nizamlanması sahəsində nəzərəçarpacaq 
islahatlar  və  tənzimləyici  iqtisadi  siyasət  planları  həyata  keçiri-
lib
11
. Bütün bu əlaqələr və islahatlar təkcə Türkiyə iqtisadiyyatının 
inkişafına aparıb çıxarmaqla yanaşı, eləcə də partiyanın imicini 
və beynəlxalq aktorlarla və institutlarla olan əlaqələrinə müsbət 
təsir göstərmişdir. Nəticə etibarilə, G-20-yə üzv olan Türkiyə və 
Türkiyənin iqtisadiyyatı müvafiq olaraq qlobal güc və iqtisadiyyat 
kimi tərənnüm edilir
12

Ədalət və İnkişaf Partiyasının səyi nəticəsində Türkiyə daxili 
və xarici siyasətdə böyük bir transformasiya prosesi keçdi. Daxi-
li  siyasət  barədə  onu  demək  olar  ki,  demokratikləşmə  prosesi 
kontekstində hərbi struktur və hərbinin hegemoniyasına son qo-
yulmuşdur çünki Ərgənəkon və Bayloz adlı hərbi çevrilişə cəhd-
də  ittiham  olunan  təqaüddə  olan  və  xidmət  edən  hərbçilərin, 
hərbi nazir, hava, quru, dəniz və ordu qüvvələrinin generalları, 
həm çinin də onlarla hərbi çevriliş cəhdində əlbir olan başqa sivil 
vətəndaşlar misli görünməmiş məhkəmə prosesləri nəticəsində 
həbs edilmiş və ömürlük cəzaya məhkum olunmuşlar. Əlavə ola-
raq, bu partiyanın hakimiyyəti dövründə iqtisadi gəlirin bölgüsü 
nəzərə  çarpacaq  dərəcədə  əyalətdən  olan  sektorların  xeyrinə 
dəyişmişdir. Bəziləri iddia edirlər ki, bu, yeni (müasir və dünyəvi) 
həyat forması və siyasi dəyərləri olan Müsəlman burjuaziyasının 
yaranmasına dəlalət edir. 
Xarici  siyasətdə  Ədalət  və  İnkişaf  Partiyası  Türkiyənin  Av-
ropa  Birliyinə  tam  hüquqlu  üzv  olması  məqsədilə  bu  təşkilatla 
olan müzakirələri 2005-ci ildə yenidən başlamaqla çox böyük bir 
uğura imza atmışdır. Bu hadisə Türkiyə xarici siyasətində tarixi 
bir dəyişiklik idi, çünki Türkiyənin üzvlük məsələsi ilk dəfə olaraq 
nəzəri  çərçivədə  olan  danışıqlardan  çıxaraq  praktik  səviyyəyə 
11
 Bu məlumatı mənimlə bölüşdüyü üçün Dr. Mustafa Kutlaya təşəkkür edirəm
12
 Nümunə üçün, Ramazan Gözen, İmparatorluktan Küresel Aktörlüğe Türkiye’nin Dış Po-
litikası (Ankara: Palme, 2009).


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
190
qaldırılıb. Lakin bu proses tam uğurlu şəkildə davam etdirilmədi 
çünki bəzi Avropa dövlətləri Türkiyənin tam hüquqlu üzv olma-
sına  şübhə  ilə  yanaşırdılar.  Həm  də  Ədalət  və  İnkişaf  Partiya-
sının  bəzi  üzvləri  və  seçicilər  Türkiyənin  Avropa  Birliyinə  tam 
hüquqlu üzvlüyünü dəstəkləmədilər. Bu həm də ona görə oldu 
ki, Ədalət və İnkişaf Partiyası öz xarici siyasətində Yaxın Şərqlə 
olan  münasibətlərin  dərinləşdirilməsinə  daha  çox  fikir  verməyə 
başladı,  və  bu  siyasət  Türkiyənin  Prezidenti  və  Baş  Nazirinin 
xarici  məsələlər  üzrə  məsləhətçisi,  və  daha  sonra  Xarici  İşlər 
Naziri postunda xidmət göstərən Prof. Dr. Əhmət Davudoğlunun 
himayədarlığı və nəzarəti altında həyata keçirilmişdir. Türkiyənin 
yeni xarici siyasətinin məqsədi Yaxın Şərqdəki problemlərin, və 
hal-hazırda  Ərəb  Baharının,  xüsusilə  də  İran,  İraq,  Suriya,  Li-
van, Misir, Fələstin və başqa bu kimi yerlərdə olan problemlərin 
həllində yaxından iştirak etməkdir. 
Ədalət və İnkişaf Partiyasının Yaxın Şərqdəki uğurlu siyasəti 
qismən bu partiyanın liberal və müasir İslami dəyərlərə sahib ol-
ması, bir tərəfdən isə qlobal iqtisadi böhranda onun yürütdüyü 
uğurlu iqtisadi siyasətin nəticəsidir. Qərbdəki qonşusunun (Yuna-
nıstan) dağılmış iqtisadiyyatı ilə müqayisədə Türkiyə daha yaxşı 
iqtisadi inkişaf tempinə və maliyyə sabitliyinə nail olmuşdur. 
Bu uğurlu iqtisadi inkişafın təməli 30 il əvvəl, 1980-ci illərdə 
qəbul olunmuş liberal iqtisadi proqramın tətbiqiylə qoyulmuşdur. 
Hal-hazırda Türkiyədə bazar iqtisadiyyatı, bütün müxtəliflikləri ilə 
özəl firmalar və sənayəçilər eləcə də bankçılıq sektoru, innova-
siyaların tətbiq olunduğu universitetlər, daim hərəkətdə olan və 
yeni növ konservativ (yəni İslami) və demokratik (yəni liberal və 
qloballaşma prosesinin bir hissəsi olan) dəyərləri özündə təzahür 
etdirən sivil cəmiyyət mövcuddur. 
 PKK ilə qeyri-rəsmi olaraq alians yaratmış və hal-hazırda ge-
niş vüsət almaqda olan Kürd milliyətçi hərəkatını Türkiyə Böyük 
Millət Məclisində təmsil edən Sülh və Demokratiya Partiyasını da 
qeyd etmək lazımdır. İddia etmək olar ki, bu Türkiyənin transfor-
masiyasının ən zəif görünən cəhəti olmuşdur. Ədalət və İnkişaf 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
191
Partiyası bu problemi yalnız iqtisadi məsələləri həll etmək yolu 
ilə, siyasi instrument və milli kimlik məsələsini işlətmədən aradan 
qaldırmağa  çalışdı. Amma  bu,  problemin  münasib  formada  və 
əhəmiyyətli şəkildə həll olunmasına gətirib çıxarmadı. 
Lakin  indi,  2013-cü  ilin  başlanğıcında  bu  məsələni  aradan 
qaldırmaq üçün radikal bir proses başladılmışdır. Ədalət və İn-
kişaf  Partiyası  və  Sülh  və  Demokratiya  Partiyası  bir-biriləri  ilə 
sözügedən “Həll Olma Prosesində” əməkdaşlığa girmişlər. PKK-
nın Mərmərə Dənizindəki həbsxanada yatan lideri Abdulla Öca-
lanın da bu işə cəlb olunması ilə “Həll Olma Prosesi” kritik bir 
məcraya gəlib çıxmışdır: PKK atəşkəs elan etmiş və öz silahlı 
terrorist  birləşmələrinin  Türkiyə  ərazisindən  çəkiləcəyi  barədə 
öhdəlik götürmüşdür, və öz növbəsində isə hökumət yeni qəbul 
ediləcək konstitutsiyada bir əsrə yaxın olan Kürd problemini həll 
etmək üçün Kürdlərin iddialarını nəzərə almağı planlaşdırır. Əgər 
bu proses uğurlu alınsa, o zaman biz deyə bilərik ki, Ədalət və İn-
kişaf Partiyası 2023-cü ilə qədər yeni Türkiyəni yaratmış olacaq. 
Bəziləri  2023-cü  ildə  Türkiyə  Respublikasının  100  illiyini  ikinci 
Respublikanın qurulması kimi təsvir edirlər. Bunun olub olmaya-
cağını isə gözləyib görəcəyik. 
Nəticələr
Yuxarıda  qeyd  etdiyim  kimi,  Türkiyənin  siyası  və  iqtisadi 
sistemi Realizm (dövlətin əsas rol oynadığı bir system) və Na-
tamam  Sovet  (mərkəz  tərəfindən  planlaşdırılmış  iqtisadiyyat) 
modelindən Liberalizm (bazaar iqtisadiyyatı və pluralizmin möv-
cud olduğu bir system) modelinə böyük bir transformasiya etmiş-
dir. Lakin bunu demək səhv olardı ki, bu dəyişiklik tam uğurlu və 
sərbəst  şəkildə  baş  vermişdir.  Birincisi,  bu  transformasiya  heç 
də  tam  və  müfəssəl  şəkildə  tamamlanmamışdır  çünki  hələ  bu 
gün  də  Türkiyədə  realizm  və  Yarı-Sovet  modelinin  qalıqlarını 
və elementlərini müşahidə etmək mümkündür. Məsələn, 1982-
ci ildə hərbi rejim tərəfindən qəbul olunan konstitusiya hələ də 
qüvvədədir,  və  böyük  miqdarda  iqtisadi  resurslar  dövlət  sekto-


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə