Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə62/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   59   60   61   62   63   64   65   66   67

ziddiyətlər şəraitində sosial əlaqələrini yaradır. Təfərrüata varma-
dan qeyd edək ki, indiki Avropa böhranı göstərdi ki, inşafın siya-
si və iqtisadi əsasları üçün sinxronlaşdırma çox vacibdir. Lakin 
siyasətçilər  də  iqtisadi  nemətlərin  paylanması  funksiyasını  iqti-
sadiyyatdan kənar üsullarla da olsa yerinə yetirirlər. Bu son nü-
ans şox vacibdir və bizim aşağıda müzakirə edəcəyimiz bir çox 
fenomenləri izah edir. Bu məqamda məsələnin əsas məğzi icarə 
haqqıdır.  Sonuncu  heç  də  həmişə  xammal  resursları  üzərində 
nəzarət ilə bağlı bir məsələ deyil. Renta, məsələn qərar qəbul 
edən dairələrə biznesin yaxınlığı da ola bilər.
Tarixə  kiçik  bir  ekskursiya  edəcək.  Bəzi  tarixçilər  hesab 
edirlər ki, Çingiz xanın zəfər yürüşləri onun iqtisadi qazanca olan 
münasibəti ilə əlaqəli idi. Bəllidir ki, o işğal olunmuş şəhərləri or-
duya qarət olunmağa verirdi. Lakin çox qısa müddətdən sonra 
qarət  olunmuş  hər  şey  əllərdən  alınır  və  xəzinəyə  qaytarılırdı 
ki,  yenidən  irəli  getmək  üçün  stimul  olsun.  Əgər  əsgərlər  var-
lansaydılıar  onlar  oturaq  həyata  keçərdilər.  Dünyanı  fəth  edən 
şöhrəstpərəst hökmdar isə irəli getmək və daha çox ərazilər ələ 
keçirmək istəyirdi. Beləliklə kasıblıq əsrlərlə yaşayan idarəetmə 
mexanizmlərindən  birinə  çevrildi.  Lap  bu  yaxınlarda  olmuş, 
cəmiyyət üzərində nəzarəti asanlaşdıran sosial bərabərləşdirmə 
olan Sovet vaxtını yada salaq. Lakin qul əməyi vasitəsilə Stalinə 
sənayeləşməni  yaratmağa  imkan  verən  “kasıblıqda  bərabərlik” 
prinsipi,  sonralar  iqtisadiyyatın  inkşafına  mane  olmağa  başladı 
və beləliklə SSRİ dağıldı.
Amma  istehlakçının  alıcılıq  qabiliyyətini  hərtərəfli  təşviq 
etməklə də cəmiyyəti idarə etmək olar. Qloballaşma həmişə ge-
dirdi. Məhz ABŞ dünya iqtisadiyyatının geniş miqyaslı kommer-
sializasiyası və finansializasiyası üsulu kimi qloballaşmaya yeni 
təkan verdi. Bəzi sosioloqlar hesab edirlər ki, maliyyə kapitalının 
əsas məqsədi “istehlakçı dünyasının” tam və sözsüz qələbəsini 
təmin etmək, qlobal vətəndaş cəmiyyətinin modelləşməsi üçün 
unifikasiya  materialı  olmaqdır.  Bu  elə  də  yaxşı  görünməyən, 
amma siyasi məsələdir. Eyni zamanda Devid Harvi hesab edir 
ki, məhz radikal finansializasiya kapitalist iqtisadiyyatını “yenidən 
195
22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
196
bərpa etdi” və dərinləşmiş krizisin toxumlarını səpdi. Həqiqətən 
də dünya iqtisadiyyatındakı bütün aktivlərin 99%-i bu gün maliyyə 
sferasında toplanır. 
Formalaşan  yeni  kapitalın  “rəngi”,  və  xarakteri  də  böyük 
əhəmiyyət kəsb edir. Baş nazir Ərdoğanın və türk hərbçiləri ilə 
qarşıdurmasının səbəblərinin standart izahı var- ölkənin demok-
ratik inkşafını təmin etmək və “demokratik klubda” təmsil olun-
ması arzusunu reallaşdırmaq. Lakin türk generallarına qarşı baş 
nazirin göstərdiyi amansızlığın nə qədər də qəribə olsa iqtisadi 
səbəbləri vardı. Türk hərbçilərinin cəmiyyətin “ağ dirəkləri” olaraq 
Qərbin  maliyyə  dairələrində  böyük  əlaqələri  və  nüfuzu  var  idi. 
Türk  iqtisadiyyatının  finansializasiyası  hərbçilərin  cəmiyyətdəki 
böyük  rolunu  nəzərə  alsaq  əhəmiyyətli  dərəcədə  məhz  bunun 
səbəbi  idi.Lakin  Ərdoğana  öz  sosial  bazasını  genişləndirmək  , 
həm də maliyyə kapitalını sıxışdıraraq yeni türk sənayesinin ink-
şafına başlamaq lazım idi. İqtisadiyyata yeni biznes gəlməyə baş-
ladı,  “anadolu  pələngləri”  meydana  çıxdı, Türkiyənin  depressiv 
rayonlarında yüzlərlə yeni müəssisələr yarandı. Onlar həqiqətən 
türk iqtisadiyyatını qaldırdılar, baxmayaraq ki, 20 il bundan qa-
baq orada korrupsiya bizim ölkədə olduğundan daha güclü idi.
Bu  ekskursiyaya  onu  da  əlavə  etmək  olar  ki,  şəxsi  azadlıq 
–  siyasi,  iqtisadi  əminamanlıq  isə  iqtisadı  məsələlərdir. Amma 
çox vaxt şəxsi azadlıqların olmaması iqtisadi rifaha doğru olan 
yolu kəsir. Maraqlıdır ki, elə iqtisadçılar var ki hesab edirlər ki, 
istənilən siyasi quruluşu iqtisadi quruluşla əvəz etmək olar.On-
lar düşünürlər ki, nəinki iqtisadiyyatla siyasət və hüquq arasında 
inteqrativ əlaqə müqayisə olunmalıdır, həm də siyasət və hüquq 
əlaqələri də nəzərdən keçirilməlidir. 
Siyasət və iqtisadiyyat arasında dəqiq balans heç kimə bəlli 
deyil.  Ancaq  ümumiləşmiş  şəkildə  demək  olar  ki,  iqtisadiyyat 
azad rəqabət şəklində inkşafa təkan verir, siyasət isə bu prosesi 
korrektə edir. Hazırda dünya siyasəti daha da mürəkkəbləşmişdir, 
lakin  20-30  il  bundan  qabaq  biz  artıq  Avropa  ölkələrində  ox-
şar  mənzərəni  seçkilərdə  siyasi  elitanın  bir  birini  əvəzləməsi 
prosesində  də  görürdük.  Bu  liberallar  və  sosial  demokratlar 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
197
arasında  daimi  olaraq  davam  edən  mübarizədir.  Hakimiyyətə 
liberallar  gələndə  kapitalist  sinfi  öz  enerji  və  təşəbbüskarlığını 
genişləndirmək üçün bütün imkanlara yiyələndi. Autsayderlər ba-
zardan  tamamilə  çıxarıldı.  İqtisadiyytın  inkişafı  əlavə  bir  stimul 
alırdı.  Belə  qeyri  bərabərlik  şəraitində  hakimiyyətə  sosial  de-
mokratlar gəldi. Əhalinin rifah halının yaxşılaşması , cəmiyyətdə 
bərabərlik və sosial reformlara doğru bir yuvarlanma prosesi baş-
ladı. Təxminən demək olar ki, Qərb cəmiyyəti bu iki qütb arasın-
da inkişaf edir. Müəyyən dərəcədə biz bunu ABŞ-da müşahidə 
edirik,  belə  ki,  prezident  Obamanın  siyasəti  iqtisadi  liberalizm 
siyasətindən yayınma halı kimi qiymətləndirilir.
Siyasətə  çox  vaxt  iqtisadiyyatın  qatlaşdırılmış  ehtivası  kimi 
istinad  edirlər.  Lakin  real  praktika  başqa  şey  deyir.  Bazar  özü 
özlüyündə heç də cəmiyyətin siyasi quruluşunu müəyyənləşdirmir. 
Üstəlik,  qlobal  bazarlar  tamamilə  malın  mənşəyinə  laqeyd 
münasibətdədirlər, aşkar yayınma halları istisna olmaqla ki, biz 
İrana qarşı bu gün də bu rəftarı müşahidə edirik. Azad bazar ola 
bilər,  amma  o,  azad  cəmiyyəti,  siyasi  azadlıqlar  sistemini,  de-
mokratiya  yaratmır.Bu  ancaq  hüquqi  sistemdə  mümkündür  ki, 
mülkiyyəti  hakimiyyətdə  olan  şəxsin  ya  şəxslərin  iradəsindən 
azad edir. Məhz buna görə də demokratiyada həmişə azad ba-
zarın olması qarantiyası var.
Reallıqda  bu  gün  bəzi  iqtisadçılar  hesab  edir  ki,  bütün 
digərlərini müəyyən edən siyasət və hüquqi və siyasi sistemdir. 
Bu haqda xüsusilə də son 20 ilin bəşər tarixinin təcrübəsi da-
nışır. Avropanın orta əsrlər iqtisadiyyatı haqqında monumental 
əsər yazan Fernan Brodel Avropada azad şəhərlərin meydana 
çıxmasını rəngarəng təsvir etmişdi. Avropa istisna olmaqla hər 
yerdə  başqa  şəhərləri  yuxarı  hökmdar  tərəfindən  təyin  edilən 
yerli hakimlər idarə edirdilər. Avropada isə şəhərləri səsvermə 
ilə  seçilmiş  insanlar  idarə  edirdilər.  Bu  monarxiyalar  dövrü 
idi, və şəhərlər azad buraxılırdılar ki, monarxa daha çox xeyir 
gətirsinlər.
Beləliklə iqtisadiyyat administrativ quruluşa malik idi, şəhərlər 
isə  vətəndaşların  şəxsi  hüquqlarını  qoruyan  demokratik  siyasi 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə