Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   59   60   61   62   63   64   65   66   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
204
il  bu  ölkədə  korrupsiyanın  həcmi  300  milyard  dollar  dəyərində 
qiymətləndirilmişdir  ki,  bununda  10%-i  məişət  korrupsiyasının 
hesabına düşür. Bizim ölkədə korrupsiyanın miqyasını ancaq o 
gözə girdiyi vaxt dolayı dəlillərlə başa düşmək olar. Idarəetmənin 
korrupsiya sistemi bütünlüklə pul gəlirlərinin hərəkətinə nəzarətin 
üzərində qurulub. Pullar isə bəllidir ki, susmağı sevir. Çox yayıl-
mış formula var ki, pula nəzarət pulun özündən vacibdir. Əslində 
isə bu nəzarət siyasi hakimiyyətin strukturunu müəyən edir. Əgər 
bu axınlar dayanırsa, o deməkdir ki, sistem çöküb. Pula axını-
nın davamlılığı elə görüntü yaradır ki, sistem tam nəzarətdədir 
və idarə olunur. Məhz 90-cı ilərdə “korrupsiya yağı” termini əmələ 
gəlmişdi.
Bu gün Azərbaycan Cənubi Qafqazın ən iri iqtisadiyyatı olan 
ölkəsidir. Onun ÜDM-u (keçən il 54 milyar manat) regionun digər 
ölkələri ilə müqayisə edilə bilməz. Burada nəhəng infrastrukturlu 
layihələr reallaşdırılır. Krizis dövründə ölkə onun təsirindən uğur-
la qaça bildi. Azərbaycan hələ ki, dünya bazarında neft qaz satışı 
vasitəsilə dünya iqtisadiyyatında yer ala bilib. Bütün bunlara bax-
mayaraq hələ də xarici konyuktur şoklara qarşı olduqca zəifdir. 
Bu şəraitdə hakimiyyətin daha da mərkəzləşməsi, və siyasi və 
iqtisadi kapitalın birləşməsi bu riski gücləndirir.
Keçən  onilliyin  sonlarına  siyasi  və  iqtisadi  gücün  konsen-
trasiyasının  pik  nöqtəsi  düşür.  Ölkənin  gələcək  inkşafını  təyin 
edə biləcək siyasi və iqtisadi oyunçuların sayı nəzərə çarpacaq 
dərəcədə azalmışdı.Siyasi və iqtisadi sinfin tam konsolidasiya-
sı baş vermişdi. Bununla bərabər 2008-ci il krizisi vaxtı siyasət 
və iqtisadiyyatın bir-birilə əlaqəsi ilə bağlı olan müzakirələr yeni 
mahiyyət  və  yeni  ideyalarla  doldu.  Bizim  hakimiyyət  eşitmək 
istədiyini  eşitməyə  başladı.  Dövlətin  iqtisadiyyatda  rolu  başqa 
rakursda  müzakirə  olunmağa  başladı.Qərb  cəmiyyətində  daha 
tez –tez dövlətin “iqtisadiyyata “ qayıtması çağırışları eşidilməyə 
başladı. Bizim ölkənin rəhbərliyi daha çox o fikri söyləyirdi ki, ar-
tıq uzun müddətdir iqtisadiyyata çox ciddi rejimdə rəhbərlik edir 
və iqtisadiyyatın dövlət idarəetməsindən yayındırılmasına imkan 
verməyəcək. Bizim siyasi sistemə yerləşmiş və yalnız daha çox 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
205
varlanma ehtirası ilə dolu olan iqtisadi sinif bir şeyi nəzərdən qa-
çırdı ki, Avropa və ABŞ-da maliyyə krizisinin ən qızğın vaxtında 
belə elmə sahəsinə çəkilən xərclər artırıldı. Bu anlaşılan idi, çün-
ki inkşaf etmiş dünya artıq “elmi biliklərə əsaslanan iqtisadiyyat” 
epoxasına  daxil  olmuşdu.  Həmçinin  bizim  hakim  iqtisadi  sinif 
özünü qloballaşmış iqtisadiyyatın bir hissəsi hesab edirdi. 
Dünyada azad və pis tənzimlənən kapital axını belə bir illuzi-
ya yaratdı ki, dünya iqtisadiyyatına inteqrasiya kapitalı öz evində 
yığmaq kimi feodal formalar hüququnu saxlamaqla da mümkün-
dür. Bu məsələdə müəyyən illuziyalar var, çünki dünyada artıq 
“yeni pulların” arxasınca ov başlanmışdır. 
Siyasət və kapitalın birləşməsinin
neqativ cəhətləri
Bu  hissədə  ölkədə  monopolist  qrupları  gücləndirən  və  son-
radan hakimiyyətlə birləşməyə şərait yaradan iqtisadiyyatın ya-
ratdığı problemlər üzərində dayanacağıq. Daha dəqiq desək bu 
proses nə üçün cəmiyyətin iqtisadi rifahına və ölkənin inkişafına 
təhlükə törədən faktor kimi səciyyələndirilir? 
Problem  təkcə  bir  qrup  insanın  varlanmasının  getdiyində 
deyildi.  Bu  proses  bütün  postsovet  məkanı  üçün  analoji  bir 
xüsusiyyətdir.  Problem  onda  idi  ki,  siyasi  və  iqtiosadi  kapitala 
malik  olan  və  öz  oyun  qaydalarını  diktə  edən  kiçik  monopolist 
qrup formalaşmışdı.
Bu qrup hakimiyyətin bütün dəliklərinə – icraedici və qanun-
verici hakimiyyətə girir və məhkəmə qərarlarına nəzarət edə bilir, 
və bu qərarlar həmişə onun xeyrinə həll edilir. O həm də yerlərdə 
pərdəarxasından icraedici orqanlara nəzarət edir. Pərdəarxası bir 
çox KİV-lərdə bu mövcuddur və bu zaman təkcə dövlət səviyyəli 
deyil, həm də öz lokal məsələlərini həll edir. Və əlbəttə iqtisadiy-
yatı idarə edir. Əsas odur ki, bu qrupların çoxlu varlanma kanalla-
rı mövcuddur və təsadüfi deyil ki, böyük iqtisadi sənaye qrupları 
və holdinqlər formalaşmağa başlayır. Onların hakimi-dövranlığı 
iqtisadiyyatı deformasiya edir. İstənilən biznesi ayağa qaldırmaq, 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
206
effektiv  və  rəqabətə  davamlı  etmək  lazımdı.  Lakin,  əgər  sənin 
digər varlanma mənbələrin varsa, və bu zaman rəqabət yoxdur-
sa onda belə rəqabətli biznes qurmaq vacib deyil. 
Məhz bu onu deməyə əsas verir ki, oliqarxların yaratdığı bir 
çox sənaye müəssisələri effektiv olmadılar. Normal biznes ,moti-
vasiya, risklərin ölçülməsi itir ki, bu da iqtisadiyyatın inkşafı üçün 
çox  pisdir.  Siyasi  və  iqtisadi  hakimiyyətin  konsolidasiyasının 
güclənməsi üçün ciddi faktorlardan biri büdcə gəlirlərinin kəskin 
artması oldu. 2000-ci illərin ortalarından etibarən petro-dollarlar 
ölkəyə axmağa başlayandan sonra böyük sərmayənin büdcəyə 
yolu açıldı. Bu artıq onun inkşafının yeni mərhələsi idi. Nazirliklərdə 
şəxsi strukturlar formalaşmağa başladı ki, büdcə pulları ora ötü-
rülür,  büdcənin  özü  isə  ancaq  rentabelli  neft  fondunun  gəlirləri 
hesabına formalaşırdı. Böyük məmurlar üçün məhz büdcə kapital 
yığımının əsas mənbəyinə çevrilir. Nəhəng dəyərləri olan infras-
truktur layihələr reallaşmağa başlayır, məsələn 654 mln manatlıq 
yol tikintisi, bir neçə yüz milyonluq dəyəri olan parkların salınması 
və  s. Təkcə  bu  il  büdcənin  investisiya  xərcləri  10.5  mld  manat 
təşkil edir və prezident isə etiraf edir ki, büdcə investisiyalarına 
nəzarəti hələ də yerinə yetirmək mümkün deyil.
Kapital  böyüdükcə  onun  qorunub  saxlanması  vacibliyi  yara-
nır. Bunun bir forması siyasi və iqtisadi hakimiyyətin konsolidasi-
yası və verilmiş ümumi qaydalara tabe olmaqdır. Bu bütövlükdə 
hakimiyyəti  gücləndirir.  Amma  ölkənin  iqtisadi  reforması  pla-
nında  onun  əl-qolunu  bağlayır.  Digər  tərəfdən  müdafiə  oluna-
raq böyük kapital daha çox əl altında olan vasitələrdən istifadə 
etməyə  hazırdır-bunlar  maliyyə,  administrativ,  hətta  repressiv 
üsullardır. Biz əminik ki, uzun illər müzakirə olunan və ya ener-
getikada  və  telekomunikasiyalarda  sənayə  ombudsmanı  və 
ya  müstəqil  tənzimləyicinin  yaranması  məsələsi  də  elə  həmin 
qruplar  tərəfindən  blok  edilir.  İqtisadiyyatda  monopoliya  həmişə 
olub.  Lakin  indi  oliqarx  kapitalı  hər  hansı  “sistemdən  xaric”  ka-
pitalı sıxışdırır. O, onu xüsusi ehtiyac olmayan yerdə belə sıxış-
dırır  və  bununla  öz  şəxsi  seqmentinin  hüdudlarından  kənarda 
olan yeni iqtisadi sektorlar ələ keçirir. İqtisadiyyatda demək olar 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə