Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   59   60   61   62   63   64   65   66   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
198
quruluşa və hüquqi sistemə malik olaraq siyasi cəhətdən azad 
idilər. Və həmin vaxt yaranan belə iki hüquqi sistem görünür fərqli 
xüsusiyyətlərə malik idi. Ingilisdilli hüququn əsasında azadlıqla-
rın  Böyük  Xartiyası  və  Xabeas  korpusu,  yəni  həbsdə  olanlara 
öz azadlıqlarını qazanmaq üçün müdafiə haqqını vermək durur-
sa, alman şəhərlərinin qanunlarından isə qitənin Avropa hüququ 
inkşaf  etmişdir.  Bütün  bu  paralel  olaraq  əmələ  gələn  aktlar  in-
san haqlarının və azadlıqlarının əsaslarını möhkəmləndirmişdi. 
Bu  azad  şəhərlər  elə  demokratiyanın  beşiyinə  də  çevrildilər. 
Bu şəhərlərdə siyasi azadlıqları və hüquqi qayda qanunu uzun 
müddət  saxlamaq  mümkün  oldu.  Administrativ  elementlərə 
gəldikdə  isə Avropada  baş  verən  burjua  inqilabları  nəticəsində 
bunlar tədriçən heçə endi. Azad şəhərlər tam olaraq öz missiya-
larını yerinə yetirdi. 
Siyasətin  və  siyasi  sabitliyin  aparıcı  rolu  bir  sıra  müasir 
dövlətlərdə daha yaxşı görünür. ABŞ-a hətta kəskin krizis vax-
tı  da  xarici  investisiyalar  yatırımları  təkcə  maliyyə  sisteminin 
mükəmməl  olmasında  deyildi,  onun  arxasında  dayanıqlı  siyasi 
sistem dururdu ki, bu da kapitalın qorunması üçün ən yaxşı qa-
rantdır.Burada söhbət demokratiyanın formalaşdırdığı sistemdən 
gedir. Amma avtoritar Çin də siyasi sabitlik nümayiş etdirir və in-
vestorları cəlb edə bilir. Lakin burada proses həm də xarici in-
vestorun  maraqlarını  qoruyan  məhkəmə  sisteminin  keyfiyyəti, 
Qərb  demokratik  sisteminin  elementlərindən  olan  korrupsiya 
ilə  mübarizə,  azad  iqtisadi  zonalar  kimi  demokratik  qurumların 
fəaliyyəti ilə dəstəklənir. 
Mürəkkəbləşmiş müasir cəmiyyətlərdə hakimiyyət və sərmayə 
əlaqələrinin tam dərk edilməsi çətin məsələdir. Amma istənilən 
halda bu törəmə bir dəyər qaydalarıdır ki, onları dövlət seçir.
Azərbaycanda kapital yığımı və 
onun siyasi proseslərə təsiri
Müstəqil Azərbaycanın  tarixində  kapitalın  toplanmasının  si-
yasi  sistemin  formalaşmasına  necə  təsir  etdiyini,  onun  isə  öz 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
199
növbəsində cəmiyyətin iqtisadi qurulmasını irəlicədən müəyyən 
etməsini müşahidə etmək olar. Proses sıfır səviyyədən başlan-
mışdı ona görə də ibrətamizdir.
Mütəllibov Azərbaycanın ilk prezidenti olanda özünün siyasi 
hakimiyətinin  gücləndirilməsi  ilə  bağlı  böyük  problemlər  qarşı-
sında qaldı. Keçmiş “qırmızı direktorun” və Dövlət Plan komitəsi 
sədrinin instikti diqtə edirdi ki, siyasi və iqtisadi rejimin qismən 
liberallaşmasına getmək lazımdır. Məhz buna görə hakimiyyətin 
və müxalifətin bərabər təmsil olunduğu Parlament yarandı. İqti-
sadiyyatda  isə  liberallaşmanın  ilk  əlamətləri  görünməyə  başla-
dı. Lakin o cəmiyyətin etimadını qazanmaq üçün kifayət qədər 
siyasi və iqtisadı resursları akkumulyasiya edə bilmədi. “Qırmı-
zı  direktorlarda”  qalan  kapital  konsolidasiya  prosesinə  yardım 
etmək üçün yetərli deyildi. Və Ermənistan ilə bütün kəskinliyi ilə 
gündəmi zəbt edən Qarabağ konflikti başlanmışdı.
Onu  əvəz  edən Azərbaycan  Xalq  Cəbhəsi  höküməti  siyasi 
rəqiblərin  ona  necə  münasibətindən  asılı  olmayaraq  demokra-
tik entusiazmla dolu idi. Lakin Sovet dövründə toplanmış kapi-
talın  iqtisadiyyata  cəlb  edilməsi  mümkün  olmadı.  Buna  səbəb 
böyük müəssisələrin qoca direktorlarının kütləvi şəkildə digərləri 
ilə  əvəzlənməsi  oldu.  Cəbhəçilərin  hakimiyyətinin  sonunda  ya-
ranmış  maliyyə  ehtiyatının  (30  mln  dollar)  böyük  hissəsi  əhali 
tərəfindən verilən ianələr idi. Yeni hökümət öz siyasi hakimiyyətini 
möhkəmləndirmək  və  hüquqi  sahəni  genişləndirməyə  başladı. 
Rəsul Quliyevi real kapitaldan uzaqlaşdıraraq ARDNŞ-dən baş 
nazirin müavini vəzifəsinə gətirilməsi hakimiyyətin öz iqtisadi im-
kanlarını genişləndirmək cəhdi kimi səciyyələndirmək olar. Lakin 
tezliklə siyasi qarışıqlıq (daxili qüvvələrin hesabına) başlandı, və 
nəticədə bu hakimiyyətin isə geniş miqyaslı özəlləşdirmə və xa-
rici şirkətlərlə neft sahəsində olan kontraktların bağlanması üçün 
müddəti həddən artıq az oldu.
Heydər Əliyevin hakimiyyətə gəlişinin təfərrüatına varmadan 
qeyd  edək  ki,  hakimiyyətə  gələn  kimi  o,  ölkədə  dərhal  siyasi 
hakimiyyətin möhkəmləndirilməsinə başladı. Əvvəl axır istənilən 
siyasi  hakimiyətin  taleyini  rəhbərliyin  siyasi  iradəsi  ,  əldə  olan 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
200
kapital və ideologiya həll edir. Heydər Əliyevin keçmiş siyasi bi-
oqrafiyası ideoloji kapitalın toplanmasında onun köməyinə gəldi. 
Bu məhz o dövrdə referendum və prezident seçkilərinin asanlıq-
la keçməsinin izahıdır. Lakin siyasi və iqtisadi hakimiyyət kifayət 
qədər qeyri müəyyən idi. Paradoks olsa da hakimiyyətin hər üç 
qolu qısa müddətə də olsa müstəqillik və sərbəstlik qazandılar. 
İcra hakimiyyəti devrimçi polkovnik Surət Hüseynovda, bir çox iq-
tisadi güc vasitələri isə Heydər Əliyevin hakimiyyətə gəlməsində 
aktiv  iştirak  edən  parlamentin  yeni  spikeri  Rəsul  Quliyevdə  idi. 
Bu qeyri-müəyyənlik uzun çəkmədi. Ölkədəki hərbi müxalifət kimi 
Surət Hüseynov qiyamçı adlandırılaraq öz postundan götürüldü 
və həbs edildi, az müddət sonra isə Rəsul Quliyev hakimiyyətdən 
uzaqlaşdırıldı. H.Əliyev bütün hakimiyyəti əlində cəmləşdirməyə 
başladı. Bu modelin realizə olunmasında isə təkcə H.Əliyevin şəxsi 
keyfiyyətləri deyil, həm də həll olunmayan Qarabağ münaqişəsi, 
sonrakı mərhələdə isə ölkənin artan neft gəlirləri əsas rol oynadı.
Apriori hesab olunurdu ki, dövlətin nəzarəti olmadan neft gəlir-
ləri bu gəlirlərin bölünməsində və siyasi sahədə xaos yaradacaq, 
bu isə ölkənin iqtisadi inkşafını ləngidəcək. İqtisadiyyat sahəsində 
o dövrdə həm də daha böyük bir məsələ dururdu –  dayağı olma-
dan nə avtoritar nə də demokratik quruluş mümkün olan milli burju-
aziyanın yaranması. Bu inkşaf strategiyasının bazis bəndlərindən 
biri idi. Burada hər şeyin bir qədər fərqli olduğu 90-cı illərin Rusi-
yası ilə paralellər aparmaq olar. Məhz demokratlar və iqtisadi libe-
rallar o vaxt bu ölkədə böyük kapitalın yaranması prosesinə təkan 
verdilər.  Ölkənin  demokratikləşməsi  üçün  resurslar  sadəcə  yox 
idi, odur ki, böyük kapitalın azad inkşafı bütün mümkün üsullarla 
təqdir olunurdu – girov auksionları, və fond bazarının partlayışlı 
artımı vasitəsilə. Ölkəni krizisdən çıxarmaq, yeni iş yerləri açmaq, 
investisiyalar üçün münasib şərait yaratmaq, maliyyə ehtiyatları 
yaratmaq lazım idi. Lakin bu kapital iddia irəli sürməyə başladıqda 
onu sadəcə kənarlaşdırdılar. Sonralar Putin “oliqarxların bərabər 
sıradan çıxarılması” anlayışını ortaya gətirdi. Düzdür Putinin vax-
tında yeni “Putin” kapitalı peyda oldu ki, onun nümayəndələrinin 
adlarını Rusiya mətbuatı bütün məqamlarda hallandırırdı. Lakin 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə