Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə64/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   59   60   61   62   63   64   65   66   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
201
kapital toplanmasında və ya buna cəhddə də ifşa olunan nazirlər 
hakimiyyətdən uzaqlaşdırılırdılar. Rusiyada müstəqil kapital for-
malaşmağa başladı. İndi isə üçüncü mərhələdən – dövlət apa-
ratında,  həmçinin  onu  yuxarı  eşelonunda  aparılan  təmizlənmə 
cəhdlərindən  danışmaq  olar.  Ölkənin  əvvəlki  siyasi  quruluşunu 
saxlmaqla buna nail olmaq olarmı? Buna ancaq bir cavab ola bilər 
“yox”! Baxmayaraq ki, müasir siyasətdə avtoratitar hakimiyyətin 
korrupsiyanın öhdəsindən gəldiyi haqqda çoxlu misallar tapmaq 
olar. Beləliklə konfrans təşkilatçılarının sualına cavab olaraq ilk 
öncədən deyirik ki, bütün postsovet ölkələrində kapital yığımı ink-
şafın spesifik mərhələsi olmuşdur. 
Azərbaycanda kapital toplanmasının ilkin mənbələri çox müx-
tə lif  olmuşdur.  Doxsanıncı  illərin  birinci  yarısında  bəziləri  qara 
valyuta bazarında, digərləri kreditlər almaq imkanları ilə varlanır-
dılar. Belə ki, inflyasiya spiralının boşalması hesabına kreditlər bir 
neçə ayın içində qiymətdən düşürdü. Yeni burjuaziyanın kiçik bir 
hissəsi sovet hökümətində topladıqlarını üzə çıxaran və biznesə 
yönəldən keçmiş partokratlar idi. Varlanma mənbələrindən biri də 
maliyyə piramidalarının yaranması – reeksport idi. Çox vaxt bu 
özbaşına  bir  proses  idi,  lakin  o  da  hakimiyyətdə  olan  hansısa 
qrupların dəstəyinə möhtac idi. İstər istəməz bu ictimai əmlakın 
qoparılması  idi.  Kapital  heç  vaxt  öz-özünə  əmələ  gəlmir  əgər 
yeni məhsul yaranmırsa, halbuki bu heç yox idi də, yoxdan isə 
var olmur. Sənayenin deqradasıyası məhz o vaxt başladı ki, bö-
yük  müəssisələr  kiçik  müəssilərə  bölündü,  və  nəticədə  köhnə 
müəssisələrin  avadanlığı  dağıdılır  və  ya  ucuz  qiymətə  satılır-
dı.  Varlanmanın  xarakteri  yeni  dövlətin  Vaşinqton  konsensusu-
nun şərtlərinin əsas hissəsini qəbul edəndən sonra əhəmiyyətli 
dərəcədə dəyişdi. Bu heç də əsl könüllü bir addım deyildi. Belə 
ki,  gənc  dövlətin  dəstəklənməsi  üçün  bir  çox  tədbirlər  BVF-u 
tərəfindən təmin olunurdu. BVF isə bu maliyyə və institutsional 
köməyi konsensus şərtlərinə əməl etmək şərtilə yerinə yetirirdi. 
Və nəticə etibarilə indi varlanma yuxarılarda yaranırdı. 
Vaşinqton konsensusu hələ 1989-cu ildə təklif olunanda apriori 
ehtimal olunurdu ki, iqtisadiyyatlarda bazar qaydaları tətbiq olun-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
202
sa siyasət buna uyğunlaşa biləcək . Azərbaycan hakimiyyətinin 
demokratiya  oyunları  (bu  gün  bir  çoxları  təsdiq  edir  ki,  o  za-
man müxalif siyasi partiyalar daha müstəqil fəaliyyət göstərirdi, 
sərbəst  toplaşma  daha  yaxşı  təmin  olunurdu)  bu  gözləntiləri 
gücləndirirdi. Qeyd edək ki, yuxarıda göstərilən addımlar heç də 
sovet ölkələri üçün deyil, Şərqi Avropa üçün nəzərdə tutulurdu.
Orada  hər  şey  alınmışdı,  yəni  tətbiq  olunan  yeni  sistem 
işləyirdi.  Sovet  İttifaqı  dağılanda  isə  həmin  bazar  iqtisadiyyatı 
şərtləri  yarı  dağıdılmış  postsovet  ölkələrində  də  eyniylə  tətbiq 
olunmağa başlandı. Hesab olunurdu ki, bu azad bazar iqtisadiy-
yatına surətli keçid üçün ən qısa yoldur. Reformasiya olunmuş iq-
tisadiyyat isə özü (həmdə surətlə) ölkəni siyasi reformalara apara-
caq. İş-işə gələndə isə başqa cür alındı. Siyasətdə əsas nöqətləri 
ələ keçirən o vaxtkı hakim olan elita təklif olunan Vaşinqton Kon-
sensusunun şərtlərini çox asanlıqla bir qrup insanın maraqlarına 
yönəldə  bildi.  Xarici  ticarətin  liberallaşması  onunla  qurtardı  ki, 
gömrük biznesi böyük güc qazandı və hakimiyyətlə sığortalanmış 
məmurlar isə asanlıqla idxal ticarətində əsas pozisiyaları tutdular. 
İxrac liberallaşdı lakin ixraca bütün açarlar elə həmin gömrüyün 
əlində  qaldı.  Bu  proses  çökmüş  imperiyanın  bütün  ölkələrində 
gedirdi. Rusiyada məsələn bu prosesi vaxtında saxlaya bildilər. 
Bizdə isə elə həmin idxal məhsulu bazarı öz üzvlərinə məhsulun 
hansısa seqmentini götürmüş monopoliyaçı qruplar arasında bö-
lündü. Bu qrupların monopoliyası indiyə qədər qorunub saxlanılır. 
1996-cı ildə özəlləşdirmənin başlanması çoxlu pozitiv məqamlara 
malik idi. Onmillərlə kiçik sahibkarlar və sənətkarlar azad əməklə 
məşğul olmaq imkanı qazanmışdılar. Və bu elə özəlləşdirmənin 
yeganə pozitiv sosial nəticəsi idi. Özəlləşdirmə vaxtı ən cəlbedici 
müəssisələr  hakimiyətə  yaxın  qruplar  tərəfindən  alındı.  Əgər 
müəssisə  ümidsizliyə  düçar  olmuşdusa  elə  həmin  qruplar 
tərəfindən yeni binaların və ofislərin tikilməsi üçün torpaq sahəsi 
kimi alınırdı. Daha bir maliyyə mənbəyi infrastrukturun inkişafına 
təkan verən artıq başlanmış neft sahəsində olan investisiyalar idi. 
Strateji neft kəmərləri investisiyalarına ciddi nəzarət təbii ki əsas 
Azərbaycan neft ayataqları olan Azəri-Çıraq-Günəşli konsorsiu-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
203
munun  iştirakçıları  tərəfindən  aparılırdı.  1994-cü  ildən  2000-ci 
ilə qədər “İstehsal Bölgüsü Razılıqları” tipli 32 saziş bağlanmış-
dı lakin elə həmin şirkətlərə yeni ofis, yaşayış yeri yollar lazım 
idi  və  burada  dövlətin  müəyyən  proteksiyasından  istifadə  edə 
bilən  şirkətlər  fəaliyyət  sahəsi  tapırdılar.  Amma  problem  onda 
idi  ki,  çox  nadir  hallar  istisna  olmaqla  yeni  kapital  özü  haqqın-
da  açıq  fikir  bildirə  bilmirdi.  Həmdə  o,  reallaşması  üçün  admi-
nistrativ resurslar lazım olan çox mürəkkəb sxemlər nəticəsində 
əməl  gəlmişdi.  Bu  o  demək  idi  ki,  siyasi  gözdəndüşmə  həmdə 
toplanmış  var  dövlətin  itirlməsidir.  Hakimiyyət  daxilində  böyük 
kapitalın  formalaşması  və  siyasi  oyunlara  qoşulması  cəhdləri 
indiyə  qədər  həmişə  uğursuzluqla  sonuclanmışdır.  1996-cı  ildə 
Rəsul Quliyevlə, 2005-ci ildə isə iki nazir Fərhad Əliyev və Əli 
İnsanovla  baş  vermişdi.  Avtoritarizm  güclənmişdir  və  cavab 
verilməsi  lazım  olan  yeni  tələblər  meydana  çıxırdı.  Demokratik 
institutlar  (bizdə  onar  konstitusiya  ilə  möhkmələnib)  yaradılan 
ölkələrdə postsovet məkanının avtoritar rejimləri iki qütb arasında 
qalır-ya totalitarizmə yuvarlanma və ya qaçılmaz demokratiyaya 
keçid.  Xüsusilə  də  uğurlu  nəticələnən  avtoritarizmin  müəyyən 
döngəsində  onu  öz  yaşam  problemləri  daha  çox  məşğul  edir. 
Məhz buna görə də bizdə bu sahədə işləyəcək konstruksiyalar 
yaranır-hakimiyyətin sonrakı mərkəzləşməsi siyasi və iqtisadi ka-
pitalın total birləşməsi prosesi 2003-cü il prezident seçkilərindən 
sonra nəzərə çarpacaq dərəcədə güclənmişdi. Hərçənd ki, bütün 
siyasi-iqtisadi quruluş əvvəlki kimi qalmışdı. İndi bütün yad olan-
yeni  siyasi  oyunçunun  meydana  çıxması  istənilən  xarici  inves-
tisiyalar, ölkə daxilində digər iqtisadi strukturların formalaşması 
mövcud  sistem  üçün  sui  qəsd  kimi  qəbul  olunurdu.  Sistem  öz 
konservativliyini qoruyur ki, bu da iqtidsadiyyata olduqca mənfi 
təsir göstərir. Monopoliya, rəqabətin yoxluğu mütləq korrupsiya 
yaradır. Burda təkcə “Oğurlayırlar” sözünü yüksək tonla deməklə 
iş  bitmir.  Korrupsiya  istənilən  ölkədə  ola  bilər  və  əsas  məsələ 
ona  nə  qədər  müqavimət  göstərilməsidir.  Bizdə  isə  heç  kor-
rupsiyanın səviyyəsini belə qeyd etmək qəbul olunmur, halbuki 
Rusiyada  o  dövlət  səviyyəsində  qiymətləndrilir.  Məsələn  keçən 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə