Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
192
runa məxsusdur və bəzi xidmət sektorları, xüsusilə də dəmiryol, 
təhsil,  elektrik,  telekommunikasiya  və  başqaları  dövlət  sektoru 
kimi idarə olunur. İkincisi, bu proses asan şəkildə baş verməyib 
çünki bütün tərəflər transformasiya dövründə yüksək dərəcədə 
zərər görmüşdür. Misal üçün, 1960, 1971, 1980, 1997-ci illərdə 
baş verən hərbi çevrilişlər nəticəsində, ümumi strukturun hərbi 
qəyyumluğa çervilməsini bir kənara qoysaq belə, Türk xalqının 
sosial  durumu,  siyasi  və  iqtisadi  systemi  pərakəndə  vəziyyətə 
düşmüşdür.  Türkiyənin  bu  prosedən  itirdiyi  şeylər  də  çoxdur. 
Üçüncüsü, bu proses kifayət qədər uğurlu alımayıb çünki sosial 
və iqtisadi qruplar arasında gəlirin və hakimiyyətin qeyri-bərabər 
şəkildə  bölünməsi  və  arada  artan  fəqlilik  kimi  mənfi  nəticələrə 
aparıb  çıxarmışdı.  Beləliklə,  transformasiya  prosesi  növbəti 
illərdə də əsasən iki məcrada davam edəcək: daxili arenada Kürd 
problemi, və xarici siyasətdə isə Suriya məsələsi. Türkiyənin si-
yasi və iqtisadi sisteminin transformasiyasının taleyi və gələcəyi 
bu iki məsələnin hansı bir şəkildə həll edilməsindən asılı olacaq. 
Mən fikirləşirəm ki, bu məqalə göstərir ki, Türkiyə dövlət quru-
culuğu prosesində gücün siyasi və iqtisadi cəhətdən bölünməsi 
necə, niyə və hansı şərtlər altında dəyişmişdir. Eyni olmasa da, 
xüsusilə “Sovet təsiri” nəticəsində Türkiyə ilə bir çox oxşarlıqların 
olmasına görə Türkiyənin təcrübəsindən bir sıra pozitiv və neqa-
tiv dərslər və ideyalar əldə edilə bilər
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar:
• Daimi olaraq ikinci dərəcəli və ya əyalətdən olan demokra-
tik qruplar tərəfindən mütəmadi şəkildə əleyhinə gedilməsinə və 
tədricən  dəyişilməsinə  baxmayaraq, Türkiyənin  iqtisadiyyatı  və 
siyasəti  mərkəzdə  dövlət  hakimiyyəti  və  hərbi  tərəfindən  idarə 
olunub.  Xüsusilə  də  Soyuq  Savaş  dönəmində  baş  verən  dörd 
hərbi  çevriliş  nəticəsində  Türkiyənin  siyasi  sistemi  formalaşıb. 
Lakin,  Türkiyə  iqtisadiyyatının,  xüsusilə  də  1980-ci  ildən  son-
ra  liberalizm  modelinə  keçidi  prosesinin  qarşısı  alına  bilməyib. 
Türkiyənin siyasi və iqtisadi sistemi ideyalar, milli kimliklər, ma-
raqlar və aktorlardan ibarət olan iki qrup arasında hakimiyyət uğ-


193
22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
runda gedən mübarizə və yarışmadır. Ümumilikdə bunu demək 
olar ki, siyasi hakimiyyət iqtisadiyyat üzərində daha çox üstünlüyə 
malik olmuşdur, əksinə deyil. 
•  Bu,  bir  qrup  şəxsin  və  insanların  dövlət  resursları  və  ins-
tru mentləri üzərində monopoliya qurması anlamına gəlmir. De-
mok ratiyanın və sivil cəmiyyətin mövcudluğunun hesabına höku-
mət lər  dəyişilə  bilən  idilər.  Lakin,  hökumətdə  xidmət  edən  bu 
siya sətçilər  və  bürokratlar  qanun  çərçivəsində  əlavə  status  və 
var-dövlət qazana bilərdilər. Əks halda böyük və çoxlu korrupsiya 
hallarına rast gəlinməyib. 
• Xalqın hərbçilər tərəfindən yazılsa belə konstitusiyalara olan 
hörməti  və  Türk  konstitusiyaçılıq  ənənələrinin  mövcud  olması 
Türkiyədə  qayda  qanunun  qorunub  saxlanmasında  mühüm  rol 
oynamışdır. Bu Türk konstitusiyalarının heç biri leqal olaraq iqti-
sadi və siyasi hakimiyyətin bir-birindən ayrılmasına yardımçı ol-
mamış, və demokratiyanın və bazar iqtisadiyyatının inkişafında 
da birbaşa rol oynamamışdır. 
•  Əvəzində  isə  Türkiyənin  qərbə  inteqrasiyası  və  qlobal laş -
ma prosesi bu ölkənin siyasi və iqtisadi inkişafına təkamül ver-
mişdir.  İddia  etmək  olar  ki,  yarım  əsrdən  çox  davam  edən  de-
mok ratikləşmə prosesi nəticəsində siyasi və iqtisadi haki miy yə-
tin mərkəz qüvvələrdən ikinci dərəcəli və ya əyalət lər dən inkişaf 
edən qruplara keçməsində AB, BVF və digər beynəlxalq təşkilatlar 
tərəfindən irəli sürülən nizamnamələr önəmli rol oynamışdırlar. 
•  Demokratikləşmə  prosesi,  sivil  cəmiyyətin  artan  gücü,  çox 
partiyalı sistemin fəaliyyəti, azad mətbuat, elm, sahibkarlıq, və özü-
nü ifadə etmək azadlığı, bütün bunlar Türkiyənin siyasi və iqtisadi 
transformasiyasının həyata keçməsində çox vacib rol oynamışlar. 
•  Bu  prosesin  inkişafında  ən  vacib  faktorlardan  biri  1980-ci 
illərdən  bu  günə  qədər  artan  sayla  davam  edən  özəlləşdirmə 
prosesidir
13

 
13
 Məlumat üçün: Cengiz Yavilioğlu,”Türkiye’de Özelleştirme Uygulamaları: Kaynaklar ve Kul-
lanımlar”, Cengiz Yavilioğlu, Güven Delice and Onur Özsoy, Dünya’da ve Türkiye’de Özel leş-
tir me Uygulamaları: Teorik ve tarihsel bir perspektif (Ankara: T.C.Başbakanlık Özelleştirme 
İdare Başkanlığı Yayını, 2010), p.368. 


Toğrul Cuvarlı
Postsovet siyasi reallıqlar və kapital: 
Azərbaycan təcrübəsi 
Problemə giriş
Siyasət və iqtisadiyyətin qarşılıqlı əlaqələri tarixi elə dövlətlərin 
tarixi  qədər  uzundur.  Bütün  dövrlərdə  və  bütün  rejimlərdə  bu 
anlayışları ayırmaq və yaxud da əksinə, bütün siyasi və iqtisa-
di hakimiyyəti tam qovuşana qədər bir əldə cəmləmək cəhdləri 
olmuşdur. Sırf ritorik səviyyədə hesab olunur ki, siyasət və iqti-
sadiyyatın tandemi cəmiyyətlərdə sosial sülh və sabitlik naminə 
işləməlidir.  Lakin  heç  də  həmişə  belə  olmur.  Siyasət  və  iqtisa-
diyyatın  qarşılıqlı  əlaqələri  isə  müxtəlif  cəmiyyətlərdə,  müxtəlif 
dövrlərdə və müxtəlif coğrafiyalarda müxtəlif cür dərk edilir.
Yeni dövrdə iri kapital həmişə hakimiyyətə gəlməyə cəhd edib. 
Bəzən bu biznes hüdudlarından kənarda da öz kompetensiyasını 
genişləndirmək kimi iddialı istək kimi əks olunmuşdur. Başqa hal-
larda isə biznesin siyasətə hərəkəti şəxsi kapitalı qorumaq istəyi 
ilə diktə olunurdu. Böyük biznesin dövlətlərdə əhəmiyyəti tam an-
laşılan pərdəarxası rolu da var. Amma bir də var ki, artıq siyasət 
kapital  toplamaq,  onu  yaratmaq  və  çoxaltmaq  üçün  alət  olaraq 
çıxış yolu kimi qəbul edilir. Cəmiyyətin demokratik nəzarəti təmin 
edən institutları mövcud olan bir sistemdə kapitalın siyasətə böyük 
təsiri olmasına baxmayaraq siyasəti kapitaldan ayırmaq mümkün-
dür. Burada Nobel Mükafatı Laureatı Stiqlitsin bu yaxınlarda öz 
ölkəsindəki siyasət və korporasiyaların tandemini amansız analiz 
edən “Bərabərliyin qiyməti” adlı parlaq əsərini yada salmaq yerinə 
düşər. Bu kitabın pafosu odur ki, hökumət biznesə mane olmama-
lıdır, biznes isə öz sosial məsuliyyətini dərk etməlidir.
Lüğətə  istinad  etsək  ictimai  praktikanın  iqtisadi  əsası  –  ic-
timai  həyatın  maddi  əsaslarının  istehsalı  və  təkrar  istehsalıdır. 
Siyasət isə istehsalın və təkrar istehsalın sosial müxtəlifliklər və 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə