A. Ölkə inkişaf proqramı



Yüklə 85,96 Kb.

tarix27.03.2018
ölçüsü85,96 Kb.


Ölkənin inkişaf gündəliyi və prioritetləri 

 

 



A.

 

Ölkə inkişaf proqramı  

 

1.

 



Hökumətin inkişaf proqramı barədə məlumat müxtəlif mənbələrdən əldə edilə bilər:  

Onun  əsasını Yoxsulluğun Azaldılması  və  İqtisadi  İnkişaf üzrə Dövlət Proqramı (YAİİDP) və 

ondan sonar qəbul olunmuş Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı 

(2006 – 2015) təşkil edir. Geniş inkişaf məqsədlərinə makroiqtisadi sabitliyin saxlanılması, gəlir 

əldə etmək imkanlarını yaxşılaşdırmaq üçün əlverişli şəraitin yaradılması, baza səhiyyə və təhsil 

xidmətlərinə 

çıxışın və onların keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun 

təkmilləşdirilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi daxildir. Həmin zamandan etibarən 

bu geniş məqsədlər daha konkret strategiyalarla müşayiət olunmuşdur. Bura 2009-2012-ci illər 

üzrə hökumətin regional inkişaf proqramı və konkret sektorlar üzrə tədbirlər planları daxildir.  

 

2.

 



Bu yaxınlarda, 2009-cu ilin maliyyə böhranı Hökumətin ölkəni diversifikasiya 

olunmuş, müasir iqtisadiyyata transformasiya etmək istəklərini daha da gücləndirdi. Ölkə 

prezidentinin nitqlərində  ərzaq təhlükəsizliyi, biznes mühiti və kontr-tsiklik xərclərlə bağlı 

məsələlərə toxunulmuşdur. Hökumət və Bank tərəfindən birlikdə  təşkil olunmuş yüksək 

səviyyəli forum böhrandan sonrakı dünyada Hökumətin siyasətinin strateji istiqamətlərini 

müəyyənləşdirdi. Birlikdə götürdükdə bu mənbələr ölkənin gələcəyi ilə bağlı baxışları 

formalaşdırmağa imkan verir. Bu baxışlarda neft və qaz vacib rol oynamaqda davam edir, lakin 

yeni artım mühərrikləri ilə müşayiət olunur. Hökumət ölkənin coğrafi mövqeyini tranzitlə bağlı 

xidmətlərin göstərilməsi üçün ideal hesab edir. Azərbaycanın inkişaf etmiş nəqliyyat mərkəzinə 

çevrilməsi, yüksək  əlavə  dəyərli qida emalı  və digər yüngül sənaye sahələrinin 

formalaşdırılması, və  hətta regional turizm mərkəzi kimi inkişaf etməsi bu baxışların tərkib 

hissəsidir.  

 

3.



 

Bu baxışları  həyata keçirmək üçün Hökumət özü üçün həm ictimai infrastruktur 

investisiyaları, həm də siyasət və  tənzimləmə islahatları sahəsində  fəal rol nəzərdə tutur.  

Yol, kənd təsərrüfatı, su, elektrik təchizatı, qaz sahələrində infrastrukturun genişləndirilməsi 

vacib hesab olunur. Biznes mühitinin yaxşılaşdırılması da vacib məqsəd hesab olunur. Bura 

dövlət müəssisələrinin kommersiyalaşdırılması (onlar hətta dövlət mülkiyyətində qalsalar da, 

məsələn dəmir yolunda olduğu kimi) və biznes üçün əlverişli  şəraitin yaradılması (məsələn, 

prezidentin 2010-ci ilin aprelində yoxlamalarla bağlı sərəncamı) daxildir. Konkret istiqamətlərə 

aiddir: infrastruktur, biznes fəaliyyətinə yardım, kənd təsərrüfatı, sənaye və ixracat, təbii mühit, 

regional inkişaf   



 

4.

 



Hökumətin strategiyaları  həmçinin Azərbaycanda insan kapitalının və sosial 

xidmətlərin gücləndirilməsini nəzərdə tutur.   Hökumət vətəndaşlara sosial xidmətlərin 

göstərilməsində dövlətin rolunu mərkəzi hesab edir. Hökumət ünvanlı sosial yardım vasitəsilə 

yoxsulluğun azaldılmasından, təhsil və  səhiyyə infrastrukturunun təkmilləşdirilməsindən qürur 

duyur. Buna baxmayaraq hökumət institutların inkişafından və peşəkar kadrların 

hazırlanmasından daha çox fiziki infrastrukturun (məktəblər, xəstəxanalar) qurulmasına daha çox 

diqqət yetirmişdir.  

 



B.

 

Əsas iqtisadi və sosial prioritetlər  

 

(i)



 

İqtisadi rəqabət qabiliyyəti  

 

5.

 



Makroiqtisadi sabitlik davamlı artımın bünövrəsi olmalıdır. Hal-hazırda ümumi 

makroiqtisadi vəziyyət sabitdir, yüksək artım tempi, aşağı borc səviyyəsi və 2010-cu ilin sonuna 

həcmi 25 mlrd ABŞ dollarına çatacaq neft fondu mövcuddur. Lakin daha əvvəl qeyd edildiyi 

kimi, Azərbaycan özünün neftə  əsaslanan ÜDM artımının yuxarı limitinə çatmaqdadır, 

baxmayaraq ki, qaz sektoru hesabına artım bu sahə hesabına baş verən artımın azalmasını bir 

neçı il yubada bilər.  İqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlmiş 

makroiqtisadi siyasətlər zəruri olacaq. İzafi vəsaitin büdcəyə transfer edilməsi təzyiqlərinə sinə 

gərə bilən, yaxşı idarə olunan neft fondunun saxlanılması da zəruri olacaq.  

 

6.

 



Makroiqtisadi sabitlik sahəsində  mərkəzi vəzifə Holland sindromunun qarşısını 

almaqdan ibarətdir.  Holland sindromu o zaman baş verir ki,  iri həcmli xarici valyuta  daxil 

olmaları (bu halda təbii sərvət gəlirlərindən) real mübadilə  məzənnəsini bahalaşdırır ki, bu da 

qeyri-xammal ixracını daha az rəqabət qabiliyyətli edir. Bunun qarşısının alınması çoxistiqamətli 

yanaşmanı  tələb edir. Birinci istiqamət mümkün olan dərəcədə  gəlirlərin daxili bazara daxil 

olmasının qarşısını almaqdan ibarətdir. Azərbaycan Neft Fondu bu sahədə mərkəzi rolu oynayır 

və Azərbaycanın bu günədək  əldə etdiyi fiskal gəlirlərin təxminən yarısı bu fondda 

akkumulyasiya olunmuşdur. İkinci istiqamət neft gəlirlərinin xərclənməsi üzrə aydın qaydaların 

tətbiqi və OMXS gücləndirilməsi vasitəsilə maliyyə ehtiyatlılığının saxlanılmasından ibarətdir.

1

  

Üçüncü istiqamət çevik idxal rejiminə imkan verilməsidir ki, ölkəyə daxil olan xarici valyutanın 



bir hissəsi ölkəni tərk edə bilsin. Təəssüf ki, Azərbaycan Doing Business hesabatının ticarətin 

asanlaşdırılması indeksi üzrə aşağı nəticəyə malikdir. Dördüncü istiqamət məhsuldarlığı artırmaq 

və özəl sektorun bazar qüvvələrinə asan reaksiya verməsinə imkan yaratmaq üçün struktur 

islahatlarının sürətləndirilməsi və infrastrukturun təkmilləşdirilməsindən ibarətdir.  

 

7.

 



Azərbaycanın neft və qaz gəlirlərinin xüsusiyyətini nəzərə alaraq fiscal ehtiyatlılıq 

xüsusilə vacibdir.  Çox güman ki, Azərbaycanın müsbət fiskal saldosu neft istehsalının sabit 

qalacağı (2010-15-ci illər) və qaz gəlirlərinin reallaşacağı sonrakı bir neçə il ərzində davam 

edəcək. Amma orta müdətli planda neft və qazdan fiskal gəlirlər nominal ifadədə  və ÜDM-in 

payı kimi əhəmiyyətli dərəcədə azalacaq. Bankın hesablamaları göstərir ki, Azərbaycan artıq 

“daimi gəlir” yanaşmasına münasibətdə  gəlirlərdən ifrat istifadə etməkdədir. Azərbaycan 

prioritet investisiyaları və sosial ehtiyacları dəstəkləmək imkanına malik olacaq; və həqiqətən də 

bu investisiyalar rəqabət qabiliyyətini gücləndirmək üçün vacibdir. Amma bu, investisiyaların 

diqqətli təhlili və ümumi xərc limitini keçmədən həyata keçirilməlidir.  

 

8.

 



Dövlət vəsaitlərinin səmərəliliyinin artırılması imkanları mövcuddur. 2008-ci ildə 

keçirilmiş dövlət xərcləri və maliyyə hesabatlılığının qiymətləndirilməsi (PEFA) 

Azərbaycandakı sistemi büdcə  xərclərinin icrası baxımından kifayət qədər yüksək 

qiymətləndirmişdir, hesabat müəyyənləşdirmişdir ki, xərclərin prioritetləşdirilməsi və orta 

                                                 

1

 Neft bumuna hazırlaşarkən hökumət Neft Gəlirlərinin İdarə edilməsi üzrə Uzunmüddətli Strategiyada “daimi real 



xərc” prinsipini qəbul etmişdir, amma bu, tam icra olunmamışdır. 2005-2008-ci illərdə azərbaycan öz büdcəsini ildə 

təqribən 40 faiz artırmışdır. Bu artım tiinti və qeyri-ticari sektorların artımına təkan versə də, ticari malların rəqabət 

qabiliyyətini pisləşdirmişdir. Mübadilə məzənnəsinin bahalaşması da rəqabət qabiliyyətinə təsir göstərmişdir.  



müddətli investisiya büdcəsinin hazırlanması sahəsində  təkmilləşdirməyə ehtiyac var. Xüsusilə 

də  xərclərin idarə edilməsi sistemi gücləndirilməlidir. Büdcənin planlaşdırılması prosesi, o 

cümlədən sektor və təşkilat səviyyəsində orta müddətli resurs limitinin təyin edilməsi hələ tam 

tətbiq edilmir. Azərbaycan Xəzinədarlıq İnformasiya İdarəetmə Sistemi və onun investisiyaların 

qiymətləndirmə sistemi hələ hazırlıq mərhələsindədir. PEFA həmçinin mühasibat və audit 

sahələrində  də  zəifliklər müəyyənləşdirmişdir, xüsusilə  də hökumətin beynəlxalq mühasibat 

standartlarını  tətbiq etmək niyyətinin işığında. Təkmilləşdirilmiş maliyyə  nəzarəti və audit 

sistemləri Hökumət daxilində  səmərəliliyə daha çox təminat verməyə imkan verər.  Ən  əsas 

büdcə məlumatlarının ictimaiyyətə açıqlanması da hesabatlılığı gücləndirməyə kömək edər.  

 

9.



 

Büdcə  vəsaitlərinin səmərəsiz istifadə edilməsinin qarşısını almaq və xidmət 

səviyyəsini yaxşılaşdırmaq üçün dövlət müəssisələrinin  şəffaflığını  və  səmərəliliyini 

artırmağa da ehtiyac duyulur.    Azərbaycan dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə 

çevrilməsi və kommersiyalaşdırılması sahəsində müəyyən uğurlar  əldə etməkdədir. Eyni 

zamanda tarix səviyyələrinin bazaar səviyyəsinə yaxınlaşdırılması bu şirkətlərin büdcənin 

minimum dəstəyi ilə  fəaliyyət göstərməsinə imkan verir. Eyni zamanda yeni qanunvericilik 

bütün yeni dövlət borcları  və  zəmanətlərinin, o cümlədən dövlət müəssisələrinin borclarının 

Parlament tərəfindən təsdiq edilməsini və büdcədə  nəzərdə tutulmasını  tələb edir.  Dövlət 

müəssisələri tərəfindən beynəlxalq mühasibat prinsiplərinin tətbiqi sahəsində  də irəliləyiş 

mövcuddur. Bununla belə dövlət müəssisələri arasında xeyli qarşılıqlı borc və bir çox dövlət 

müəssisələri tərəfindən qeyri-kommersiya praktikalarından istifadə edilməsi halları mövcuddur. 

2009-cu ildə Hökumət ARDNŞ  və bir neçə digər dövlət müəssisəsinə fövqəladə yarım 

göstərməli oldu.  

 

10.



 

Azərbaycanın maliyyə sektoru qlobal böhrana yaxşı sinə  gərmişdir, lakin hələ  də 

tam inkişaf etməmişdir. Qeyri-işlər kreditlərin payı 2008-ci ildəki 4,5 faizdən bir qədər artaraq 

2009-cu ildə 6,1 faizə çatmışdır. Azərbaycan Mərkəzi Bankı maliyyə hesabatlarını  və  nəzarəti 

gücləndirmiş, depozitlərin sığortalanması  həddini qaldırmış, bankların kapitallaşmasını 

dəstəkləmək üçün onları 3 il müddətinə mənfəət vergisindən azad etmişdir. Bunlara baxmayaraq 

bank sistemi yerli depozitləri cəlb etmək və qeyri-neft sektorunun artımını  dəstəkləmək 

sahəsində  məhdud imkanlara malikdir. Azərbaycandakı özəl sektor kreditlərin ÜDM-ə nisbəti 

əmsalı  və depozitlərin ÜDM-ə nisbəti  əmsalı regionda nəzərdə keçirilmiş ölkələrin hər birinin 

göstəricisindən aşağıdır.  



 

Diaqram 5: Maliyyə sektorunun fəallıq səviyyəsi  

 

 

0



20

40

60



80

100


120

Aze


rb

ai

ja



n

Ar

m



e

n

ia



Ge

o

rg



ia

Tu

rk



e

y

Mo



ld

o

va



A

lba


ni

a

Ro



m

an

ia



Se

rb

ia



M

ac

e



doni

a

Po



la

n

d



Ka

za

kh



st

an

Cr



o

at

ia



H

ung


ar

y

Li



th

u

an



ia

Uk

ra



in

e

M



o

n

ten



eg

ro

B



u

lg

ar



ia

La

tv



ia

Credit to private sector/GDP

0

10

20



30

40

50



60

70

Aze



rb

ai

ja



n

Ar

m



e

n

ia



Ge

o

rg



ia

Ro

m



an

ia

Se



rb

ia

Uk



ra

in

e



Ka

za

kh



st

an

Mo



ld

o

va



Li

thua


ni

a

La



tv

ia

M



o

n

ten



eg

ro

M



ac

e

doni



a

Po

la



n

d

Tu



rk

e

y



H

ung


ar

y

Es



to

n

ia



Al

b

an



ia

B

u



lg

ar

ia



Cro

at

ia



Deposits/GDP


 

11.


 

Bank sahəsində  əsas çətinliklərdən biri sistemin aktivlərinin 44 faizinə  nəzarət edən 

yeganə dövlət bankının (Azərbaycan Beynəlxalq Bankı) sistemdə  əsas rol oynaması  və qalan 

bankların pərakəndə xarakterə malik olmasıdır (qalan 45 bankdan heç birinin payı 5 faizdən 

yuxarı deyil). ABB-in bazarda hökmran mövqeyə malik olması, habelə onun idarəetmə, kredit və 

likvidliklə bağlı çətinlikləri maliyyə sabitliyi və rəqabət üçün ciddi narahatlıqlar yaradır. Kreditə 

çıxış, xüsusilə  də kiçik və orta müəssisələr üçün çətinliklərlə müşayiət olunur. Yüksək faiz 

dərəcələri (20 – 30 faiz arasında) və girov tələbləri də KOM-ların xeyrinə deyil. Strateji planda, 

bank sektorunun daha az təmərküzləşmiş, lakin daha güclü kommersiya banklarından ibarət 

sistemə yönəldilməsi Azərbaycanın həyata keçirməli olacağı islahatlardandır. AMB-in daxilində 

potensialla bağlı  məhdudiyyətlər də  nəzarət və qaydaların tətbiqi imkanlarının effektivliyini 

azaldır.  

 

12.



 

Bank sistemində  çətinlikləri nəzərə alaraq, qeyri-bank maliyyə bazarlarının və 

kapital bazarlarının inkişafının  əhəmiyyəti artır.  Kiçik, formalaşmaqda olan bazarların 

əksəriyyətində olduğu kimi, Azərbaycanda maliyyə vasitəçiliyi demək olar ki, tam şəkildə bank 

sektoru vasitəsilə  həyata keçirilir; lakin o, qeyri-neft iqtisadiyyatının orta müddətli artımını 

dəstəkləmək üçün tam imkanlara malik deyil. Lizinq və sığorta bazarları hələ nisbətən kiçikdirlər 

və yerli kapital bazarlarının da inkişaf etdirilməsinə ehtiyac var. Bunu nəzərə alaraq qiymətli 

kağızlar bazarının inkişaf etdirilməsi prioritet sahədir və buna digər sahələrdə işlə yanaşı hüquqi 

və  tənzimləmə bazasının təkmilləşdirilməsi, tənzimləyici orqanın potensialının və ticarət 

arxitektekturasının gücləndirilməsi yolu ilə nail oluna bilər. Bu, müəssisələri maliyyələşdirməni 

birbaşa olaraq kapital bazarlarından əldə etməyə stimullaşdıracaq, investorlar üçün yeni imkanlar 

açacaq və maliyyə sisteminin (bank, sığorta, qiymətli kağızlar və mikromaliyyə) dayanıqlığını 

artıracaq.  

 

13.



 

Biznes mühitində həm “baza, həm də ikinci nəsil” islahatlarının kombinasiyası tələb 

olunur. Hökumət bu yaxınlarda biznes üçün tənzimləmə mühitinin təkmillləşdirilməsi sahəsində 

səylərini gücləndirmiş  və kiçik və orta müəssisələrin fəaliyyət başlaması üçün qaydaları 

sadələşdirmiş  və qeydiyyat üçün vahid pəncərə prinsipini tətbiq etmişdir. Doing Business 

hesabatının 2009 və 2010-cu illər üzrə buraxılışlarında ölkənin reytinqi 158 ölkə arasında 97-ci 

yerdən 38-ci yerədək yaxşılaşmışdır. 13 aprel 2010-cu il tarixində  qəbul edilmiş prezident 

sərəncamında Nazirlər Kabinetinə yoxlamalarla bağlı vahid qaydaların və Ədliyyə Nazirliyində 

yoxlamaların reyestrinin aparılması qaydalarını iyunun sonunadək hazırlamağı tapşırmışdır. 

Buna baxmayaraq 3 sahədə - tikinti icazələri, beynəlxalq ticarət və, daha az dərəcədə, vergilərin 

ödənilməsi sahələrində Azərbaycanın irəliləyişi digər ölkələrdən əhəmiyyətli dərəcədə geri qalır.  

 

14.



 

Ticarətin asanlaşdırılması.  Əgər Azərbaycan  tranzit mərkəzinə çevrilmək istəyirsə 

onun ticarət və gömrük prosedurları ən yaxşı təcrübəyə uyğun olmalıdır. Hazırda ölkə bu sahə 

üzrə Doing Business  2010 hesabatında  ən aşağı yerlərdən birini tutur. Çoxlu zəifliklər 

mövcuddur: idxal və ixrac üçün həm vaxt, həm də  vəsait baxımından bahalı  əməliyyat 

prosedurlarından başqa gömrük təmizlənməsi zamanı müəssisələrə fərqli yanaşma, habelə rəsmi 

və qeyri-rəsmi ödəniş halları mövcuddur. Bəzi idxalçılar və gömrük əməkdaşları arasında 

sövdələşmə imkanları böyükdür. Bu onunla sübut olunur ki, analoji idxal yüklərinə  fərqli 

rüsumlar və  fərqli gömrük rejimi tətbiq olunur, bu isə eyni idxal malı üçün daxili bazarda 

rəqabəti təhrif edir. Bundan başqa yüklərin təmizlənməsi prosedurları köhnəlmişdir. Risklərin 

qiymətləndirilməsi  əsasında müasir yoxlama metodları  tətbiq olunmur. Daha geniş  mənada, 




Azərbaycan dünyanın DTT-ə daxil olmamış az saylı ölkələrindən biridir. Quruma qoşulma daha 

şəffaf və sadə tarif strukturunu tətbiq etməyə imkan verəcək, proteksionist təzyiqlərə sinə 

gərməyə kömək edəcək və həm daxili, həm də xarici investorlara müsbət siqnal verəcək.  

 

15.



 

Kənd yerlərinin inkişafı.  Qida emalı  və  kənd təsərrüfatı  məhsullarının istehsalı 

Azərbaycanın qeyri-neft iqtisadiyyatının  əsas komponentləridir. Onun ölkənin ümumi ixrac 

gəlirlərində payı 6 faizdən aşağı düşsə də, sektor neft-qaz sahəsindən sonra ölkənin ikinci ən iri 

ixracatçısıdır. Bundan başqa o, ölkədə  ən iri iş yerləri yaradıcısıdır. Sektor ölkənin işçi 

qüvvəsinin 40 faizə qədərini tam və ya mövsümi işlərə cəlb edir. Sektorun artım potensialı həm 

daxili, həm də xarici bazarlarda böyük imkanlara malikdir, xüsusilə də meyvə, tərəvəz və fındıq 

sahələrində. Su istifadəçiləri assosiasiyalarının və baytarlıq xidmətlərinin yaradılması kimi 

müsbət irəliləyişlər mövcuddur. Lakin sektorun öz potensialından tam istifadə etməsi və 

məhsuldarlığını artırması üçün bir sıra struktur və maliyyə  çətinliklərinin öhdəsindən 

gəlinməlidir.  



 

16.


 

Azərbaycan demək olar ki, bütün əhaliyə  məqbul keyfiyyətdə elektrik və qaz 

təchizatını  təmin etmək imkanına malik elektrik və qaz təchizatı sistemlərini 

formalaşdırmışdır. Hökumətin son dövrlərdə elektrik hasilatı, ötürülməsi və paylanması 

sistemlərinə iri investisiyaları (Dünya Bankı da bu işləri dəstəkləmişdir) kommunal xidmətlərinin 

keyfiyyətinin nəzərə çarpan dərəcədə yaxşılaşması ilə  nəticələnmişdir. Bütün şəbəkə boyu 

elektrik təchizatı yaxşılaşmış  və bu, baş verməkdə olan iqtisadi prosesləri dəstəkləmişdir. Bu 

müsbət inkişafa baxmayaraq institusional islahatlar infrastrukturun inkişafından geri qalmışdır. 

Bundan başqa enerji/qaz ötürmə və paylama şəbəkələrinin yeniləşməyə ehtiyacı var. Başqa bir 

məsələ ondan ibarətdir ki, Azərbaycanın elektrik hasilatı gücləri daxili tələbatı üstələyir, lakin 

ölkə izafi enerjinin satışında çətinliklərlə üzləşir. Bu vəzifələrin öhdəsindən gəlmək üçün ölkə 

kommunal xidmətlər sahəsini daha da müasirləşdirməli, ötürmə  və paylama şəbəkələrinə 

investisiyaları həvəsləndirməli və regional enerji bazarının formalaşmasına kömək etməlidir.  

 

17.


 

Digər infrastrukturun təkmilləşdirilməsinin davam etdirilməsi, xüsusilə  də onların 

kommersiyalaşdırılmasının gücləndirilməsi prioritetlərdən biridir. Azərbaycan ictimai 

infrastrukturun vəziyyətinin pis olması 90-cı illərin ortalarından etibarən inkişaf prosesinə mane 

olan amillərdən biridir.   

 



 

Əsas yolların təxminən 45 faizi pis vəziyyətdədir. Regional yolların təxminən 45 faizi pis 

vəziyyətdədir və 15 faizi təcili təmir tələb edir. Bu, bir sıra regionlarda inzibati vahidlər 

arasında əlaqələrə xələl gətirir.  

 

Analoji problemlər dəmir yolu sektorunda da mövcuddur. İnfrastrukturun korlanması 



səbəbindən Azərbaycan dəmir yolu (vacib neft ixracı marşrutlarından biri) tam gücü ilə 

fəaliyyət göstərə bilmir.   

 

İctimai su təchizatı sisteminin etibarlılığı son illər ərzində paytaxtda yaxşılaşsa da, orta 



hesabla gündəlik su təchizatı 13 saat təşkil edir. Bakıdan kənardakı bölgələrin bir 

qismində vətəndaşlar gündə təqribən 3 saat su ilə təmin olunurlar.   

 

18.


 

Kommunal xidmət  şəbəkələrində (elektrik, qaz, su, yerüstü rabitə) təkmilləşdirilməsini 

sürətləndirmək üçün Azərbaycan ən vacib investisiyaları büdcədən maliyyələşdirmək və paralel 

olaraq tariflərin artırılması (bütün hallarda olmasa da, bəzi hallarda rentabellik səviyyəsinədək) 




və sayğac sisteminin tətbiqi yolu ilə kommunal xidmətlərin maliyyə dayanıqlığına nail olmaq 

yolunu seçmişdir.  İnstitutları gücləndirmək məqsədilə hökumət tədricən korporasiyalaşdırmaya 

keçməkdədir və özəl iştirak imkanlarını  nəzərdən keçirir. Bu səyləri davam etdirmək və 

dərinləşdirmək zəruridir. İnvestisiyalar davam etdikcə onların davamlılığını təmin etmək üçün bu 

investisiyaların informasiya sistemlərinin və istismar praktikasının təkmilləşdirilməsi ilə 

müşayiət edilməsi vacibdir.  

 

19.


 

Ətraf mühit. Azərbaycanda  ətraf mühitin korlanması Hökumətin və donorların inkişaf 

strategiyaları və prioritetlərində öz əksini tapmışdır. Bu narahatlıqların sırasına xəzər dənizində 

və sahilyanı torpaqlarda neft hasilatının təsiri, təmizlənməmiş çirkli suların dənizə axıdılması, 

bərk tullantılar və radioaktiv tullantılar, urbanizasiya və təbii resursların korlanması nəticəsində 

təzyiqlər daxildir. Xüsusilə, Abşeron yarımadası təxminən 150 il ərzində neft hasilatı nəticəsində 

toplanmış çirklənmə sahəsində ciddi narahatlıq mənbəyidir. Bu sahədə irəliləyiş  əldə etmək 

qarşısında duran əsas maneələrə siyasət, institusional və “sahiblik” məsələləri aiddir. Hökumətin 

proqramına və 2010-cu ilin ekologiya ili elan olunmasına baxmayaraq bu sahədə  fəaliyyət 

effektiv şəkildə yerinə yetirilməmişdir.. 

 

(ii)


 

İnsan kapitalının inkişafı 



 

20.


 

İbtidai və orta təhsil sahəsində islahatlar davam etdirilməlidir.  Təhsilə cəlb olunma 

səviyyəsi 90 faizdən yüksəkdir, lakin baza təhsilinin keyfiyyəti yüksəldilməlidir. 2006-cı ildə 

keçirilmiş PISA imtahanı  nəticəsində Azərbaycan iştirak edən 57 ölkə arasında  ən aşağı 

göstəricilərdən birinə malik olmuşdur. Azərbaycan qiraət və təbiət elmləri sahəsində zəif nəticə 

göstərsə də, riyaziyyat sahəsində əldə edilmiş ballar kifayət qədər yüksək olmuşdur. Ölkə 2009-

cu ildə də PISA yoxlamasında iştirak etmişdir və onun nəticələri bu ilin sonunda elan olunacaq. 

2010-cu ildə 4 və 9-cu siniflər üzrə milli qiymətləndirmə keçiriləcək və hər 2 ildən bir irəliləyiş 

yoxlanılacaq. Tədrisin nəticələrini yaxşılaşdırmağa imkan verəcək yeni, pilot kurrikulum 

hazırlanmaqdadır və qarşıdan gələn illər  ərzində  tətbiq olunacaq. Azərbaycanda resurslara 

qənaətcil  şəkildə istifadə olunmur və  bəzi təşəbbüslər, məsələn çox aşağı  şagird-müəllim 

nisbətinin artırılması, xərclərin keyfiyyətin yaxşılaşmasına göstərdiyi təsir barədə fikir yürütmək 

üçün təhsilin keyfiyyətinin müstəqil, ciddi qiymətləndirilməsi sisteminin tətbiqi, və müəllimlərin 

mükafatlandırılmasının onların fəaliyyət nəticələrinə uyğun şəkildə artırılması çox vacibdir.  

 

21.



 

Orta təhsildən sonrakı  təhsil pilləsində  həm qəbul, həm də keyfiyyət baxımından 

radikal dəyişikliklər edilməlidir.   Hökumət ölkənin bundan sonrakı social-iqtsadi inkişafının 

təmin edilməsində iki ciddi çətinliklə üzləşir:  (i) Azərbaycan MDB ölkələri arasında orta 

təhsildən sonrakı (üçüncü) təhsil sistemində  iştirak baxımından  ən aşağı göstəricilərdən birinə 

malikdir (müvafiq yaş qrupuna daxil olan əhalinin 15 faizi), və (ii) orta təhsildən sonrakı təhsil 

sisteminin keyfiyyəti XXİ əsrdə rəqabət apara biləcək iqtisadiyyatın dəstəklənməsi üçün zəruri 

olan bacarıqları təmin etmir. Son onillik ərzində abituriyentlərin sayı artmışdır, lakin ali təhsilə 

qəbul olunmuş  tələblərin sayı  hər il 25000 – 28000 nəfər  ətrafında sabit qalmışdır. Hökumət 

qəbulun sayına, o cümlədən özəl universitetlər üçün, nəzarət edir. Bu sərt nəzarət institusional 

inkişafın, bazar qüvvələrinin inkişafının qarşısını alır və innovasiyaları məhdudlaşdırır. Kursların 

bir çoxu ifrat nəzəri xarakter daşıyır, köhnəlmişdir və  əmək bazarının dəyişən ehtiyaclarına 

cavab vermir. İslahatlar universitetlərə layiq olanların daha çox qəbul olunmasını, təhsil 

müəssisələrinin daha çox müstəqilliyini, təhsil xidmətlərinin özəl sektor tərəfindən 




göstərilməsinin dəstəklənməsini, habelə  təhsil müəssisələrinin və müəllimlərin cavabdehliyinin 

artırılmasını, bizneslə daha sıx  əlaqələrin qurulmasını, tədris proqramının bazarın tələblərinə 

birbaşa cavab verməsini tələb edəcək. Daha güclü keyfiyyətə  təminat sistemi və test 

informasiyasının təkmilləşdirilməsi nəzarəti təmin edə bilər. Universitetlər üzərində  nəzarəti 

nəzərə alaraq bəzi Hökumət qurumları  Təhsil Nazirliyinin nəzarətində olmayan öz ali təhsil 

müəssisələrini açmışlar.   

 

22.


 

Səhiyyə sistemi rasionallaşdırılır və bərpa olunur. 

 

Səhiyyə xidmətlərinin göstərilməsi 



geniş infrastruktur və diqqətin xəstəxana müəssisələrinə yönəldilməsi ilə xarakterizə olunur. Bəzi 

regionlarda yeni tibb müəssisələri tikilmişdir, lakin göstərilən xidmətlərin keyfiyyəti və səhiyyə 

işçilərinin peşəkar bacarıqları yüksəldilməlidir. Səhiyyə müəssisələrindən və tibb personalının 

xidmətlərindən istifadə imkanları demək olar ki, universaldır, lakin müəssisələrin  əksər hissəsi 

şəhər yerlərində cəmləşmişdir və kənd və ucqar yerlərdə yaşayan icmaların xidmətlərə çıxışını 

bir qədər çətinləşdirir.   Bu yaxınlarda səhiyyə müəssisələri üçün yeni keyfiyyət standartları və 

müalicə protokolları  təsdiq edilmişdir və  Səhiyyə Nazirliyi səhiyyə  işçilərinin attestasiyası  və 

sertifikatlaşdırılması mexanizmlərinin hazırlanması üzərində çalışır. Son 5 il ərzində səhiyyəyə 

dövlət xərcləri əhəmiyyətli dərəcədə artmışdır (baxmayaraq ki, ÜDM-in faizi kimi götürüldükdə 

bu göstərici digər MDB ölkələri ilə müqayisədə aşağıdır). Eyni zamanda, ən vacib dərmanlardan 

istifadə imkanları yaxşılaşsa da, aşağı olaraq qalır və bu, vətəndaşların tibb xidmətləri üçün 

ciblərindən ödədikləri vəsaitin yüksək olaraq qalması ilə  nəticələnir. Səhiyyə xidmətlərinin 

göstərilməsində dövlət-özəl tərəfdaşlıq imkanlarının artırılması da nəzərdən keçirilməlidir.  

 

23.



 

Sosial təminat sahəsində irəliləyiş yaxşı olmuşdur və o, saxlanılmalıdır.  Dünya 

Bankının yardımı ilə əsası qoyulmuş ünvanlı sosial yardım proqramı (ÜSY) ən yoxsul əhalinin 

50 faizini əhatə edir ki, bu da digər MDB ölkələri ilə müqayisədə çox yaxşıdır. Eyni zamanda 

ünvanlılıq mexanizmlərinin daha da təkmilləşdirilməsi, ÜSY haqqında qanunun yeniləşdirilməsi 

və sistemin ən yoxsul insanların 70 faizindən də çoxunu əhatə etməsi üçün əlavə təlim imkanları 

mövcuddur. Həssas əhali qrupları (ahıllar, əlillər, tək analar və s.) üçün sosial qayğı xidmətləri 

genişləndirilməli və təkmilləşdirilməlidir. Bundan başqa insanların əmək bazarına daxil olması 

üçün imkanlar yaradan effektiv proqramlara ehtiyac var.  Əmək bazarının tələblərinə cavab 

vermək üçün peşə  və texniki təhsil müəssisələrinin infrastrukturu və standartları 

təkmilləşdirilməlidir. Bu məqsədlərə  məşğulluq xidmətlərinin ünvanlı sosial yardım 

mexanizmləri ilə əlaqələndirilməsi çərçivəsində nail olunmalıdır.  

 

24.


 

Münaqişənin başa çatmasından 20 il keçməsinə baxmayaraq məcburi köçkünlər 

hələ də evlərinə qayıtmamış və onların həyat şəraiti yerli əhalinin həyat şəraitindən xeyli 

aşağıdır.  Məcburi köçkünlərin məskunlaşdığı yerlərdə infrastruktur zəif olaraq qalır. Məcburi 

köçkünlərin əksər hissəsi yaşayış baxımından dövlətdən asılıdır və, xüsusilə də kənd yerlərində, 

onların məşğulluq imkanları  məhduddur. Bundan başqa məcburi köçkünlərin məskunlaşdığı 

məntəqələrdə idarəçilik və sosial cavabdehlik də  zəifdir və icma üzvləri öz inkişaflarında 

məhdud iştiraka malikdirlər. Qarşıda duran vəzifə məcburi köçkünlərin daha yaxşı yaşayış şəraiti 

ilə  təmin edilməsi, onlar üçün infrastruktur xidmətlərinin təkmilləşdirilməsi və  məcburi 



köçkünləri dövlət yardımından kənarda davamlı inkişafa cəlb etməkdən ibarətdir.  

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə