Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə57/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
180
və ətraf yerlərdə həyat şəraiti və modernləşmə islahatları artma-
ğa başladı. 1950-ci illərdə insanların kəndlərdən şəhərlərə axı-
nı və gəlirlərin artması, cəmiyyət, siyasət və bürokratiyada baş 
verən dəyişikliklərlə müşayət olunan artan sosial, iqtisadi və si-
yasi mobilizasiya müşahidə olunurdu. Bu, hakimiyyətin çoxtərəfli 
və çox səviyyəli formada dəyişikliyi demək idi. 
Bu transformasiya ABŞ və beynəlxalq maliyyə dəstəyinin də 
içində  olduğu  Qərbin  qoyduğu  qaydalar  çərçivəsində  baş  tut-
du. ABŞ-ın Marşal planı adı altında Türkiyə Amerikadan böyük 
maliyyə yardımı, texniki və hərbi dəstək alırdı. Özəl qrupların siya-
si və iqtisadi proseslərdə artan rolu nəticəsində Türkiyə kapitalist 
dünyasının bir hissəsinə çevrilməkdə idi. Tədricən, Türkiyə iqtisa-
di və siyasi sistemi qərbin kapitalist sisteminə inteqrasiya olundu. 
Yaxın Şərq, Balkanlar və Aralıq Dənizi hövzəsində ABŞ-ı və qərbi 
dəstəkləyən siyasi hakimiyyətlərin qurulması yolunda Menderes 
hökuməti ABŞ və NATO ilə əməkdaşlığı daha da artırdı. 
  1950-ci  illərin  sonuna  yaxın  Doğru  Yol  Partiyasının  iqti-
sadi fəaliyyətində bir düşüş baş verdi ki, bu da bir sıra iqtisadi 
problemlərə aparıb çıxardı. Bu məsələni həll etmək üçün Men-
deres hökuməti başqa mənbələrdən, Avropa və Sovet İttifaqın-
dan maliyyə yardımı almaq istədi. Bu məqəsdlə Doğru Yol Par-
tiyası Avropa  İqtisadi  Birliyinə  üzvlük  barədə  ərizə  verdi.  Lakin 
Türkiyənin  ərizəsi  tam  şəkildə  təqdim  oluna  bilmədi  çünki  27 
May, 1960-cı ildə hərbi çevriliş oldu. Bu hərbi çevriliş CHP-nin 
hərbi bürokratiya ilə koalisiyası nəticəsində Doğru Yol Partiyası-
nı, mühafizəkar qrupu devirmək məqsədilə həyata keçirildi. 
1960-1980: hərbi idarəçilik altında olan 
idxala qapalı iqtisadiyyat
Hərbi  çevrilişdən  sonra  yeni  konstitutsiya  və  yeni  dövlət 
müəssisələri, məsələn hərbi generallar və hökumət üzvlərindən 
ibarət  olan  Milli  Təhlükəsizlik  Şurası  quruldu.  Doğru  Yol  Par-
tiyası  bağlandı,  hökumət  CHP  ilə  əvəz  edildi  və  bu  partiyanın 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
181
rəhbəri  İsmət  İnönü  Türkiyənin  yeni  Baş  Naziri  təyin  olundu. 
CHP hərbi çevriliş nəticəsində öz hakimiyyətini bərqərar etdi. Bu 
o deməkdi ki, Kamalizm ideologiyası və onun tərəfdarları seçkilər 
vasitəsilə deyil, qeyri-demokratik yolla siyasi hakimiyyətə qayit-
dılar.  Təəccüblü  də  olsa,  İnönü  hökumətinin  səyi  nəticəsində 
Türkiyənin Avropa İqtisadi Birliyinə üzvlük prosesi 12 Sentyabr, 
1963-cü ildə başa çatdı ki, bununla da Türkiyə Avropa İqtisadi 
Birliyinə müttəfiq, yəni əsas deyil, ikinci dərəcəli üzvü kimi qəbul 
edildi. 
Nəticədə  Türkiyə  siyasətində  və  iqtisadiyyatında  təsiri  bu 
günlərdə də hiss olunan yeni bir dönəm başlandı. Geriyə bax-
dığımızda Türkiyənin tam hüquqlu üzv kimi olmasa belə, onun 
ikinci  dərəcəli  üzv  olaraq  Avropa  İqtisadi  Birliyinə  qəbul  olun-
masının bu dövlətin siyasi və iqtisadi gücünün tətbiqində böyük 
təsiri  olmuşdur. Türkiyənin  iqtisadi  və  demokratik  inkişafı  onun 
Avropa  Birliyinə  tam  hüquqlu  üzv  deyil,  ikinci  dərəcəli  bir  üzv 
kimi  inteqrasiyasının  əsas  məgzinə  çevrilmişdir. Türkiyə  iqtisa-
diyyatı yeni dinamik bazar fəaliyyəti imkanları qazandığı halda, 
Türkiyənin demokratik inkişafında da liberal yönümlü dəyişikliklər 
nəzərə çarpmağa başladı. 1970-ci illərdə Türkiyə Avropa İcması 
ilə gömruk birliyinə girdiyi bir dövrdə liberal bazar iqtisadiyyatı və 
özəl sahibkarlıq genişləndi, və sivil cəmiyyət inkişaf etdi. 1960-
80-ci  illər  arasında  Marksist  və  Kommunist  qruplarla  milliyətçi 
qruplar və hökumət arasındakı ideoloji ixtilaflardan dolayı Türkiyə 
cəmiyyəti daha hərəkətli və qarışıq olmağa başladı. Əslində bu 
münasibətlərin  qruplar  arasında  ideoloji  ziddiyyətlərdən  ibarət 
olmasına  baxmayaraq  bütün  bunlar  Türkiyədə  pluralist  bir 
cəmiyyətin inkişafına şərait yaratdı. 
Bu  onilliklərdə  nə  Türkiyə-Avropa  İqtisadi  Birliyi,  nə  də 
Türkiyənin  iqtisadi  və  siyasi  modernləşməsi  prosesi  sta-
bil  və  sakit  şəkildə  davam  etdi.  Türkiyə  iqtisadiyyatı  idxalatın 
məhdudlaşdırıldığı  bir  modelin  üzərində  qurulmuşdu  və  dünya 
iqtisadiyyatına  qapalı  idi.  Türkiyə  iqtisadiyyatının  rəqabətlilik 
səviyyəsi aşağı idi, və hələ də dövlət idarəçiliyi altında idi. Özəl 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
182
sektor  və  biznesmenlər  hələ  dövlət  büdcəsindən  dəstək  alırdı-
lar.  Türkiyənin  ixracatı  idxalından  az  idi.  Buna  görə  də  büdcə 
kəsiri  mövcud  idi.  Bu  ticari  kəsir  1973-74-cü  illərdə  neft  krizi-
si  nəticəsində  idxalat  məhsullarının  qiymətinin  qəfildən  qalx-
masi  ilə  böyük  bir  problemə  çevrlidi.  1970-ci  illərdə  idxalatın 
məhdudlaşdırıldığı  bir  iqtisadi  strategiyanın  tətbiqi  və  Kiprdə 
1974-cü  ildə  apardığı  hərbi  əməliyyatlarla  əlaqədar  olaraq Av-
ropa  İcmasi  ilə  olan  iqtisadi  əlaqələrin  azalması  nəticəsində 
Türkiyə iqtisadiyyatı çox dərin bir böhranda idi. 
Türkiyə iqtisadiyyatı, siyasəti və cəmiyyəti də krizdə idi. Xü su-
silə də 1971-ci ildə baş verən ikinci hərbi çevrilişdən sonra Türkiyə 
siyasi və ictimai sistemi çox təhlükəli bir şəkildə sağçı və solçu 
partiyalara bölünmüşdü. Müxtəlif rəqib partiyalardan qurulma bir 
neçə  koalisiya  hökuməti  yaradıldı  ki,  bunlar  da  dövləti  və  iqti-
sadiyyatı effektiv şəkildə idarə edə bilmədilər. Siyasi sistemdəki 
xaos  ictimaiyyətə  də  təsirsiz  ötüşmürdü,  belə  ki,  sağçı  və  sol-
çu gənclər arasındakı küçə toqquşmaları adi hal almışdı. Dövlət 
təhlükəsilik qüvvələri, hökumət və siyasi aktorlar bu anarxiyanın 
qarşısını ala bilmirdilər. 
1970-ci  illərdə  Türkiyə  iqtisadiyyatı,  siyasəti,  təhlükəsizliyi 
və cəmiyyəti spiral şəklində artan müəmmalı bir vəziyyət, xaos, 
anarxiya  və  boşluğun  içərisinə  yuvarlanmışdı.  Daha  pisi  isə 
1980-ci ildə baş verən hərbi çevriliş nəticəsində sivil hökumətin 
hakimiyyətdən  getməsi  və  hərbçilərin  üçüncü  dəfə  hakimiyyəti 
əllərinə  alması  oldu.  Bu  hərbi  çevriliş  ən  təhlükəlisi  kimi  tarixə 
düşdü çünki nəticədə dövlət strukturu köklü şəkildə dəyişdirildi. 
Rəhbər Kənan Evrən və digər hərbi generallar yeni konstitusiya 
yazdı və yeni dövlət rejimi yaratdılar. Baxmayaraq ki, hərbi çev-
rilişin  məqsədi Kamalizm  ideologiyasını  dağılmaqdan  qorumaq 
idi, Türkiyənin NATO üzvü olaraq beynəlxalq vəziyyəti sabit qal-
dı, və hətta daha maraqlısı isə hərbi rejimin deyil, Turqut Özalın 
rəhbərlik etdiyi sivil hökumətin səyi nəticəsində çox liberal bir iq-
tisadi model tətbiq edilməyə başlandı. 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə