Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
177
və qəti şəkildə yeni iqtisadi və siyasi sistemə, Natamam Sovet 
modelinə  keçməyə  başladı.  Mərkəzləşdirilmiş  iqtisadi  modeldə 
Türkiyə  dövləti  yeni  və  daha  çox  iqtisadi  güc  qazandı.  Bu 
prosesdə  Dövlət  (İctimai)  İqtisadi  Təşşəbbüsləri  müəssisələri 
dövlət tərəfindən quruldu, və idarə olunmağa başlandı. İqtisadi 
istehsalat və marketinq işlərinin böyük bir hissəsi bu müəssisələr 
tərəfindən idarə olunurdu. Elektrik, çayçılıq, qənd, siqaret isteh-
salı,  tekstil,  bankçılıq  və  dəmiryol  sənayesi  və  başqa  bu  kimi 
sahələr Cumhuriyyət Xalq Partiyasının və ya bu partiyaya dəstək 
olan digər partiyaların üzvlərindən ibarət bürokratiya tərəfindən 
idarə  olunurdu.  Dövlətin  qoyduğu  investisiyaların  hesabına  bu 
sahələrin sənayələşməsi yüksək sürətlə davam edirdi. 
Atatürk tərəfindən 1938-ci ildə onun ölümünə qədər və son-
ralar isə İsmət İnönü tərəfindən idarə olunan Cumhuriyyət Xalq 
Partiyası dövləti idarə edən tək partiya idi, və müxalifət partiyala-
rının idarəçiliyə girməsinə imkan yaradılmırdı. Atatürk tərəfindən 
1932-ci ildə çox partiyalı system tətbiq etməkçün deyil, müxalifət 
üzərində  tam  hakimiyyət  yaratmaq  məqsədilə  qurulan  Azad 
Cumhuriyyət  Partiyası  elə  o  dəqiqə  bağlanıldı  çünki  bu  par-
tiyanın  ikinci  dərəcəli  bir  qrupa  çevrilmə  və Atatürkün  avtoritar 
siyasətinə qarşı çıxma potensialı vardı. Bu cəhd tez bir zaman-
da bitdi və 1938-ci ildə Atatürkün ölümündən sonra Cumhuriyyət 
Xalq Partiyası Tək Adam adlandırılan və dövlət siyasi və iqtisadi 
hakimiyyətini öz əlində cəmləşdirən İsmet İnönü tərəfindən 12 il 
ərzində idarə olundu. Bu mərhələdə, təmiz və homogenik bir Türk 
dövləti qurmaq proyekt əsas prioritet məsələ idi, və buna görə də 
Türkiyə iqtisadiyyatında önəmli yerə sahib xarici vətəndaşlar de-
portasiya edilməyə başlandı. 1920-30-cu illərdə qeyri-Müsəlman 
Türk  vətəndaşlara  İkinci  Dünya  Müharibəsi  ilə  əlaqədar  olaraq 
hökumətin həyata keçirdiyi siyasəti dəstəkləmək məqsədilə Var-
lıq  Vergisi  adlanan  ağır  vergilər  tətbiq  olunmağa  başlandı
7
  və 
ümumiyyətlə bu dövrdə Rafiq Saydam və Şükrü Saraçoğlu kimi 
baş nazirlərin idarəçiliyi altında Türkiyə dövləti müxtəlif iqtisadi 
siyasət planları reallaşdırdı
8

7
 Для обзора этого периода: Hasan Kösebalaban, 
Turkish Foreign Policy: Islam, Nation-
alism and Globalization (New York: Palgrave Macmillan, 2011), p. 60-65.
8
 Bu məlumatı mənimlə bölüşdüyü üçün Dr. Mustafa Kutlaya təşəkkür edirəm


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
178
Bu  o  demək  deyildiki,  ölkədə  artıq  heç  bir  özəl  sahibkarlıq 
qalmamışdı. Türkiyədə Sovet modeli tam şəkildə deyil, natamam 
şəkildə mövcud idi, məhz buna görə də dövlət və özəl sahibkar-
lığın və istehsalatın birləşdiyi qarışıq bir iqtisadi model tətbiq olu-
nurdu. İkinci Dünya Müharibəsindən əvvəl, müharibə dövründə 
və  sonrasında  da  Türkiyənin  modernləşmə  məqsədi  və  bəzi 
təhlükəsizlik səbəblərindən dolayı, Türkiyə heç bir vaxt Sovet İt-
tifaqını iqtisadi və siyasi inkişaf modeli kimi qəbul etmədi. 1921 
və  1925-ci  illərdə Türkiyə  və  Sovet  İttifaqı  arasında  imperialist 
güclərə, Birləşmiş Krallıq və Fransaya qarşı iki müqavilənin im-
zalandığı 1920-30-cu illərdə Türkiyə və Sovet İttifaqı arasındakı 
münasibətlərin sabit olmasına baxmayaraq Türkiyə dövləti Sovet 
ideologiyası, siyasi və iqtisadi sistemində maraqlı deyildi. Türkiyə 
1930-cu illərdə Sovet modelindən təsirlənərək mərkəzləşdirilmiş 
iqtisadi  modelin  göstəricisi  olan  Dövlət  İqtisadi  Təşşəbbüsləri 
planını həyata keçirməyə başladı, lakin bu, 1929-cu ildə başla-
yan Dünya İqtisadi Böhranından bir çıxış strategiyası kimi qəbul 
olunmuşdu. 
  İkinci  Dünya  Müharibəsinin  qurtarması  ilə  İqtisadi  Böhra-
nın təsiri yoxa çıxdı və beynəlxalq vəziyyət dəyişdi, buna görə 
də  Türkiyə  1950-ci  illərdə  öz  əvvəlki  müasirləşmə  və  qərb 
dəyərlərinin təbliği siyasətinə qayıtdı. 
1950-1960: demokratikləşmənin və natamam şəkildə 
tətbiq olunan liberal iqtisadi modelin başlanması
Sovet  təhlükəsi  və  Türkiyənin  modernləşmə  layihəsi  bu 
dövlətin  1945-ci  ildən  etibarən  ABŞ-ın  lider  olduğu  bloka  qo-
şulmasına aparıb çıxaran əsas iki səbəb idi. Bu yolda ən əsas 
məqsəd ABŞ-ın rəhbərlik etdiyi NATO təşkilatına üzv olmaq idi. 
Türkiyənin NATO-ya üzvlük prosesi 1949-cu ildə, hələ CHP-nin 
lideri İsmət İnönü zamanında başlamışdı, ama bu proses Doğru 
Yol Partiyasının rəhbəri Adnan Menderes tərəfindən davam et-
dirildi və həyata keçirildi. NATO-ya üzv olmaqla Türkiyə Qərbə, 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
179
kapitalist  və  demokratik  dünyaya  inteqrasiya  etmiş  oldu.  Əldə 
olunan bu yeni beynəlxalq status dərhal Türkiyənin daxili iqtisa-
di və siyasi sistemində özünü əks etdirdi. CHP-nin qurduğu tək 
partiya-tək adam siyasi sistemi 1950-ci ildə Doğru Yol Partiyası-
nın demokratik seçkilərlə hakimiyyətə gəlməsilə radikal formada 
dəyişdi.  Doğru  Yol  Partiyası  seçkilərdə  qalib  gələrək  hökumət 
formalaşdıran  ilk  müxalif  partiya  kimi  siyasi  tarixə  damğasını 
vurdu. Bu, Turkiyə demokratiyası üçün çox vacib bir məqam idi, 
çünki tarixdə ilk dəfə olaraq nəinki Türkiyədə hətta bütün İslam 
dünyasında ilk dəfə olaraq demokratik yolla siyasi və hakimiyyət 
dəyişikliyi baş tutmuşdu. Bununla da ikinci dərəcədə duran qrup 
dövlətin mərkəz hissəsinə daxil ola bildi. Doğru Yol Partiyasının 
liderliyinin  keçmiş  CHPçilərdən  ibarət  olmasına  baxmayaraq, 
elektoratlar  və  bu  partiyanı  dəstəkləyənlər  CHPçi  deyildilər  və 
tam  əksinə  CHP-nin  avtoritar  siyasətini  bəyənməyərək  tənqid 
edirdilər.  Bu  həm  də  həmişə  ikinci  dərəcəli  qalan  qüvvələrin 
nəinki siyasət və xarici siyasətdə, həmçinin ölkənin iqtisadi re-
surslarının işlədilməsi baxımından da idarəçiliyin əsas qrupdan 
onların əllərinə keçməsinin başlanğıcı idi. 
Doğru  Yol  Partiyası  liberal  iqtisadi-siyasi  fəaliyyət  planı  ilə 
işləyirdi. Bu dövr Türkiyə iqtisadiyyatı üçün iki cəhətdən xarak-
teristik  idi:  birincisi,  kənd  təssərrüfatı  yönümlü  özəlləşdirmənin 
artması, və ikincisi BVF ilə münasibətlərin yaradılması. Birinci-
nin məqsədi Türkiyəni kənd təssərrüfatı məhsullarının istehsalı 
nəticəsində  “sənayeləşmiş  Qərb  dünyasının  və  eləcə  də  regi-
onun  çörək  səbətinə”  çevirmək  idisə,  ikinci,  Türkiyənin  iqtisa-
diyyatı  və  siyasətində  əhəmiyyətli  bir  dönüş  nöqtəsi  idi  çünki 
məqsəd  Qərbdən,  başlıca  olaraq ABŞ-dan  maliyyə  yardımı  al-
maq idi. Doğrudan da 1950-60-cı illərdə Doğru Yol Partiyasının 
hakimiyyətdə olduğu bir dönəmdə iqtisadiyyat nəzərə çarpacaq 
dərəcədə inkişaf etdi, və kəndlilərin, şəhərli kiçik iş adamlarının, 
fermerlərin, sənətkarların və kiçik əməyin istehsalat və alıcılıqda 
olan payı artdı. Doğru Yol Partiyası ilk dəfə olaraq Dövlət İqtisadi 
Təşşəbbüskarlığı müssisəsini özəlləşdirməyə başladı. Mərkəzdə 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə