Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə43/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
137
sisteminin ləğvi təkcə müxalif siyasi partiyaların siyasi pro ses lər-
də  iştirakını  məhdudlaşdırmaqla  yanaşı,  həmçinin  hakim  YAP-
ın daxilində fraksiyalaşma meyllərinin artmasına aparıb çıxartdı. 
Bu hadisə ölkədə siyasi partiyalaşma prosesinə ciddi zər bə vur-
maqla sonrakı illərdə tədricən siyasi partiyaların siyasi sis tem dən 
kənarlaşdırılmasına yol açdı. 
Həmin dövr üçün səciyyəvi olan ictimai-siyasi proseslər seç-
ki pro sesinin dəyişməsinə yönəlməklə 3 mühüm istiqamət üzrə 
qrup laşdırıla bilər: 
1) Seçki qanunvericliyinin təkmilləşdirilməsi 
yönündə beynəlxalq təşəbbüslər
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 
(ATƏT/DTİHB) 1998-ci il prezident seçkisinin müşahidələri üzrə 
Yekun  Hesabatında  önə  çəkilən  çatışmazlıqlarla  bağlı  bir  sıra 
sahələr, əsasən də seçki qanunvericiliyinin təkmilləşdirlməsi ilə 
bağlı tövsiyyələr yer alırdı. Bu tövsiyyələr sonradan Azərbaycan 
Avropa Şurasına üzv olarkən daha konkret və aydın şəkildə üzv-
lük ərizəsində təsbit olundu. Bununla da həm ATƏT/DTİHB, həm 
də  Avropa  Şurası  strukturları  Azərbaycanda  seçki  prosesi  və 
seçki qanununun təkmilləşdirilməsi prosesinə cəlb edildilər. 
2002-ci ilin oktyabrında Azərbaycan Respublikası Prezident 
Aparatı tərəfindən yeni seçki qanunu – Seçki Məcəlləsi layihəsi 
beynəlxalq  təşkilatlara  – Avropa  Şurası  Venesiya  Komissiyası, 
ATƏT/DTİHB  və  ABŞ  Seçki  Sistemləri  üzrə  Beynəlxalq  Fon-
duna  təqdim  edildi.  Maraqlıdır  ki,  hakimiyyət  Seçki  Məcəlləsi 
layihəsinin ilkin formasını ölkə ictimaiyyəti – siyasi partiyalar və 
QHT-lərdən  öncə  beynəlxalq  təşkilatlarla  müzakirə  etməyə  üs-
tünlük  verdi.  Bununla  belə  beynəlxalq  təşkilatlarla  yerli  ictimai-
siyasi institutlar arasında yeni seçki qanununda müstəqil seçki 
kommissiyalarının formalaşması, seçkidə şəffaflığın təmin olun-
ması və vətəndaşların seçki hüququna geniş təminatlar baxımın-
dan həmrəylik müşahidə olunurdu. Ancaq hakimiyyət seçkilərin 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
138
bir sıra aspektləri, o cümlədən seçki komissiyalarının bütün si-
yasi qüvvələrin bərabər iştirakı ilə formalaşması təklifinə məhəl 
qoymadan,  parlamentə  ictimai  etimad  qazanmayan  qanun 
layihəsi  təqdim  etdi.  2000-ci  ildə Azərbaycanın Avropa  Şurası-
na üzv olarkən müxalif siyasi qüvvələrin seçki komissiyalarının 
formalaşmasında paritet işti rakı ilə bağlı öhdəliyinə baxmayaraq, 
hakimiyyət seçki ko mis siyalarında hakim siyasi partiyanın üstün-
lüyünü qorumağa çalışırdı. 
2002-ci  ilin  Dekabrından  2003-cü  ilin  Mayınadək    ATƏT/
DTİHB, Avropa Şurası Venesiya Komissiyası və digər beynəlxalq 
təş kilatlar  Seçki  Məcəlləsi  layihəsinin  müxalif  partiyalar  və 
QHT-lərlə  razılaşdırılması  yönündə  iqtidarla  dialoqun  təşkilinə 
vasitəçilik  etməyə  çalışdı. Ancaq  seçki  komissiyalarının  paritet 
əsasda  formalaşdırılması  məsələsində  qarışılıqlı  razılığın  əldə 
olunmaması,  əsasən  də  iqtidarın  güzəştsiz  mövqedə  durması 
Seçki Məcəlləsi layihəsinin 2003-cü ilin Mayında parlamentdəki 
müxalif  deputatların  iştirakı  olmadan  qəbul  olunması  ilə 
nəticələndi. Təəssüff ki, müzakirələrin əvvəlində beynəlxalq təş-
kilatlar daha prinsipial olsalar da, layihə qəbul edilərkən susma-
ğa üstünlük verdilər. 
2) Azad və ədalətli seçkilər uğrunda
 ictimai təşəbbüslər 
1998-ci ilin prezident seçkisi zamanı yerli QHT-lər, xüsusən 
də Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım 
Mərkəzinin seçki müşahidəçiliyi sahəsində fəaliyyəti ölkədə azad 
və  ədalətli  seçkilərlə  bağlı  vacib  prinsipin  –  seçkilərdə  ictimai 
nəzarətin  gücləndirilməsinə  töhfə  verdi.  Məhz  bu  cür  fəallığın 
“hədiyyəsi” olaraq, iqtidar 2000-ci ildə “QHT-lər haqqında” qanun 
qəbul edilərkən bu sənədə xarici kapital hesabına maliyyələşən 
QHT-lərin  müşahidəçilik  fəaliyyətini  qadağan  edən  müddəa 
əlavə  etdi.  Bununla  da  5  il  boyunca  müstəqil  QHT-lərə  xarici 
donorlardan  qrant  əldə  etdikləri  üçün  seçkilərin  monitorinqini 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
139
aparmaq  məhdudlaşdırıldı. Ancaq  bu  cür  məhdudiyyətlər  ölkə-
də  azad  seçkilər  uğrunda  ictimai  hərəkatın  formalaşmasına 
mane  ola  bilmədi.  Zaman  keçdikcə  QHT-lər  seçki  sisteminin 
təkmilləşdirilməsi  ilə  bağlı  vacib  ictimai  instituta  çevrildilər  və 
2003-cü ildə Seçki Məcəlləsi qəbul edilərkən bu prosesdə fəal 
rol  oynadılar.  Məsələn,  19  iyun  2003-cü  ildə  Seçki  Monitorinq 
Mərkəzi  (SMM)  Konstitusiya  Məhkəməsinə  müraciət  edərək, 
QHT-lərin seçkilərdə müşahidəçiliyini əngəlləyən hüquqi norma-
ların Konstitusiyaya uyğun olmaması səbəbindən ləğv olunma-
sını xahiş etdi. Ancaq Konstitusiya Məhkəməsinin iyunun 27-də 
göndərdiyi cavab məktubunda əsassız olaraq Mərkəzi Seçki Ko-
missiyasına müraciət etmək tövsiyə olundu. Qeyd etmək yerinə 
düşər ki, SMM KM-yə bundan sonra 2 dəfə müraciət etmiş, an-
caq hər dəfə bu müraciətlər müzakirə olunmamışdır.
Qeyd edək ki, QHT-lərin seçki prosesində vacib tərəfə çev ril-
mə sini şərtləndirən digər bir amil Azərbaycanın Avropa Şurasıma 
üzv olması ilə bu qurumun müxtəlif institutları tərəfindən Vətən-
daş  Cəmiyyəti  Təşkilatları  ilə  əməkdaşlığa  üstünlük  veril mə si 
oldu.  Nəticədə  ölkənin  seçkilərlə  bağlı  problemlərinin AŞPA  və 
di gər  beynəlxalq  institutlarda  səsləndirilməsində  QHT-lərin  rolu 
artdı. 
3) Alternativ siyasi güc mərkəzlərinin yaranması 
1998-ci  il  prezident  seçkisi  müxalifət  düşərgəsindən  olan  5 
potensial  namizədin  (Lalə-Şövkət  Hacıyeva,  Əbülfəz  Elçibəy, 
İsa  Qəmbər,  İlyas  İsmayılov,  Rəsul  Quliyev)  seçki  prosesini 
boykot  etməsi  ilə  yanaşı  Milli  İstiqlal  Partiyasının  sədri  Etibar 
Məmmədovun iştirakı ilə yaranan rəqabətli seçki kampaniyası ilə 
yadda qaldı. Bu seçki ölkədə iqtidara qarşı olan alternativ siya-
si güc mərkəzlərinin varlığının nümayişi baxımından əhəmiyyətli 
hadisə  oldu.  Əslində  həm  yerli  ictimaiyyət,  həm  də  beynəlxalq 
təşkilatlar üçün Azərbaycanda demokratik hərəkat məhz həmin 
seçkilərdən  sonra  maraq  kəsb  etməyə  başladı.  Ancaq  1999-
cu  il  bələdiyyə  seçkiləri  və  2000-ci  il  parlament  seçkilərində 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə