Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
128
əhalinin geniş kütləsinin təzyiqi ilə başlayır. Bu iki yoldur, lakin 
heç də o demək deyil ki, elitanın suiqəsdi və ya xalq üsyanları 
mütləq dövlət quruluşunun dəyişməsinə gətirib çıxarır. Çox vaxt 
olur ki, hakimiyyətin qapalı dairəsini qırmaq mümkün olmur. Qa-
zaxıstanda dəyişikliklərə ciddi fon varmı? Bu suala birmənalı ca-
vab vermək olmaz. Avtoritar rejimlərin, xüsusilə təbii sərvətlərlə 
zəngin olanların dayanıqlığı bir çox daxili və xarici faktorlardan 
asılıdır. Mənim nəzərimcə ən vaciblərini sadalayım:

 Vətəndaş cəmiyyətinin dəyişikliyə hazırlığı və arzusu

 Neftin qiyməti və başqa xammal məhsulları

 Sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqtisadi vəziyyəti: 
 ABŞ, Avropa Birliyi, Çin

Ölkənin başçısının yaxın ətrafındakı konfliktlər

Liderin sağlamlıq vəziyyəti və iş qabiliyyəti

 Rejimə qarşı layiqli və fəaliyyətdə olan müxalifətin olması

 Geosiyasi mühit (xüsusilə Rusiya Federasiyasında hadi sə lər)
Bu siyahını yəqin ki, uzatmaq olar. Sadalananlardan görünür 
ki, faktorların bir hissəsi bugünkü Qazaxıstan üçün keçərlidir, də-
yi şikliyə imkan yaradır, bir hissəsi isə əksinə əngəl törədir.
Bu məruzə çərçivəsində hər bir faktora ayrılıqda qiymət vermək 
imkanı yoxdur. Onlardan hansınınsa təsirinə də dürüstlük qiymətini 
vermək mümkün deyil. Mən yalnız qısaca ola  raq Qazaxıstanda 
olan siyasi elitanın və vətəndaş cəmiy yə tinin vəziyyətinə baxışda 
dayanacağam. Belə ki, vacib olan dəyişikliklərin başlanması üçün 
şərait deyil həm də siyasi dəyişikliyin uğurunun təminatı vacibdir. 
Qazaxıstanda siyasi elita başa düşür ki, dəyişiklik vacibdir. Onlar 
elə cəmiyyətdə yaşamaq istəyirlər ki, mülkiyyət hüququ və digər 
hüquqlar liderin konkret şəxslərin, biznesmen və ya məmurların 
loyal  münasibətlə  deyil,  həm  də  qanunlarla  görünsün.  Elitalara 
müstəqil məhkəmə, səlahiyyətli parlament lazımdır, onlar siyasi 
və iqtisadi qərarlara təsir etmək istəyirlər. Onlar anlaşmalarla de-
yil, qanunlarla yaşamaq istəyirlər. Bununla belə siyasi dəyişiklik 
arzulayan elita həm də ondan qorxur. Qazaxıstan siyasi sinfinin 
qorxusu hər şeydən əvvəl onların mülkiyyətinin legitimliyinin sual 
altında olması ilə bağlıdır. Bu vəziyyət yəqin ki, Azərbaycan və 
Rusiyada da yaranıb.


129
22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
Siyasi  reformalardan  sonra  demokratik  seçilmiş  hakimiyyət 
sonradan  da  şübhəli  şəkildə  qazanılmış  mülkiyyətin  onların 
əlində  qalacağı  qarantiyasını  heç  kimə  verə  bilməz.  Mülkiyyət 
nədir?  Onların  şəxsi  azadlığı  təhlükə  altında  qalır.  Postinqilab 
ölkələrində  baş  verənlər  göstərir  ki,  özəlləşdirmə  və  mülkiyyət 
hüququ köhnə rejimi devirəndən sonra az qala birinci məsələyə 
çevrilir.  Buna  görə  də  Qazaxıstanın  hakimiyyət  və  biznes 
nümayəndələri o ictimai qrup deyillər ki, siyasi dəyişikliklərə baş-
lasınlar. 
Əgər bizim ölkədə vətəndaş cəmiyyətinin vəziyyətini qiymət-
lən dirsək, o da konservativ əhvaldadır. Böyük hesabla Qazaxıs-
tanın geniş təbəqələri demokratik dəyişikliklərə ehtiyac gör mür-
lər. Bu xüsusilə bizim etnik polyarlıqla əsaslanmışdır, daha sərt 
demək də olar: etnik bölücülüklə. Qiymətləndirməyə görə (müx-
təlif mənbələrdə bir qədər dəyişir) əsas xalqın, yəni qazaxların bu 
gün payı 60 %, rus və rusdillilərin isə (qeyri-qazaxların) 40 %-dir. 
Rus dilli əhali əsasən demokratiyadan qorxur, çünki ehtiyatlanır 
ki,  hakimiyyətə  millətçilər  gələ  bilər.  Bu  ehtiyatlanmanı  əsaslı 
saymaq  olar,  belə  ki,  qazax  kənd  əhalisinin  böyük  əksəriyyəti 
varlıların  hədsiz  bədxərc  hakimiyyəti  fonunda  çox  kasıb  yaşa-
yır. Aulların sakinləri bununla bağlı dərin haqsızlıq hissi keçirirlər. 
Özünün  radikal  nümayəndələrinin  dili  ilə  qazax  millətçiləri 
deyirlər ki, xalq hələ də kolonizatorların hakimiyyəti altında ya-
şayır. Kollaborasionistlər və yaddellilər xalqa məxsus olan təbii 
sərvətləri vəhşicəsinə dağıdırlar. Bu zaman nəzərə almaq lazım-
dır ki, qazax aulu şəhər əhalisindən nəinki sayca çoxdur, həm də 
aktiv səs verir. Müəyyən şəraitdə kəndlərin və şəhər ətrafının ka-
sıb əhalisi o liderin arxasınca gedəcək ki, əsas xalq üçün iqtisadi, 
dövlət dilinin qorunması üçün daha sərt siyasət, xarici şirkətlərin 
iqtisadiyyatın  emal  sektorundan  qovulması  haqqında  şüarlar 
səsləndirəcək. Digər tərəfdən qazax əhalisi də demokratik refor-
malardan ehtiyat edirdi. Onlar qorxurdular ki, demokratik seçkilər 
nəticəsində  rusdilli  şimal  regionlarda  separatçılar  hakimiyyətə 
gələr. Bu ehtiyatlanma da əsassız deyil. Qazaxıstanın hakim re-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
130
jimi bu və ya digər etnik qrupların qorxuları ilə bacarıqla balans-
laşdırır, hər ikisi üçün daha az bəla gətirən rolunda çıxış edir.
Biz  deyəndə  ki,  “lənətlənmiş  neft”  müşahidə  edirik  ki,  təbii 
sərvətlərlə  zəngin  ölkələr  bütün  bunlara  malik  olmayanlardan 
daha pis inkişaf edir. İqtisadçılar onlarla neqativ effekt göstərirlər. 
Mən Qazaxıstan üçün aktual olan 3-nü göstərəcəm. Qeyd etmək 
lazımdır ki, əgər təbii sərvətlər dövlətin iqtisadiyyatına təsiri yaxşı 
öyrənilibsə, onda “neft dollarlarının “ siyasi sistemə təsiri həddən 
artıq səthi öyrənilib. Mahiyyətcə o müşahidələr və faktların kons-
tatasiyası ilə məhdudlaşıb.Təbii sərvətlərin, xüsusilə neftin icti-
mai siyasi proseslərə təsiri üzərində qısaca dayanmaq istərdim. 
1. “Holland xəstəliyi”. 
Neftin və qazın satışından yüksək gəlirlər əldə edən ölkələrdə 
iqtisadiyyatın bütün digər sahələri staqnasiya vəziyyətində olur. 
Bu vəziyyət iqtisadçılar tərəfindən ətraflı təsvir olunub. Lakin hol-
land xəstəliyinin siyasi sistemə təsirinin birbaşa əsasları yoxdur. 
Yəni iqtisadiyyatdakı əyilmələrlə siyasətdəki əyilmələr arasında 
əlaqə yoxdur. 
2.Vergi sistemi. 
Təbii sərvətlərlə zəngin ölkələrdə fiziki şəxslərə vergiqoyma-
nın ölkə büdcəsinin artması üçün mühüm əhəmiyyəti yoxdur. Ona 
görə bəzi ekspertlər təsdiq edirlər ki, vətəndaşlar dövlətlə əlaqə 
hiss etmirlər, ona görə də indifferentdirlər. Bu arqument ətraflı elmi 
tədqiqatlara açıq əl çatmasa da diqqətə layiqdir. Bununla bərabər, 
nəzərə almaq lazımdır ki, postsovet məkanında vergiqoyma siste-
mi təkcə enerji daşıyıcıları ilə varlı ölkələrdə deyil, bütün ölkələrdə 
oxşardır.  Keçmiş  SSRİ-nin  vətəndaşları  verginin  çox  hissəsini 
özləri  ödəmirdilər,  bunu  onların  yerinə  işverən  edirdi.  Vergilərin 
vətəndaşların  davranışına  təsirini  təsdiq  edəndə  məntiqlə  çıx-
malıdır ki, kim vergi ödəyir, iş adamları, onlar siyasətdə aktiv ol-
malıdırlar.  Lakin  biz  bunu  müşahidə  etmirik.  Qazaxıstan  biznes 
birlikləri siyasətdən vəbadan qorxan kimi qorxurlar.
3. Korrupsiya. 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə