Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə39/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
125
Dövlətin iqtisadiyyatda roluna partiyaların münasibətinin mü-
əy    yənləşməsi  horizontal  oxuna  görə  Qazaxıstan  siyasi  mə kanı 
digər ümumi modellərdən heç nə ilə fərqlənmir. Vertikal oxda isə 
milli, inteqrasiya və dil istiqamətləri qeyd olunub. Belə ki, bu mə-
sələlər son zamanlar siyasi debatlarda ən aktual mövzulardandır.
Demokratik Xalq Partiyası “Nur Otan” iqtisadi xəttdə sağ mər-
kəzçi mövqe tutur, belə ki, onun inteqrasiyaya və dövlət dilinin 
qorunmasına  mövqeyi  balanslaşdırılmış  xarakter  daşıyır.  Mil-
li  məsələdə  bu  mövqeyi  Qazaxıstan  Demokratik  Partiyası  ”Ak 
Jol”-da dəstəkləyir, hansı ki, horizontal xəttə görə digər partiya-
lardan daha sağda durur. QKP və QXKP iqtisadiyyat sahəsində 
həddən  artıq  sol  mövqe  tutur  və  milli  dövlətin  prioritetlərini  in-
kar edərək beynəlxalq kommunist ideologiyasına üstünlük verir. 
QXKP və QKP-dən də sola meyllənib ki, partiya ritorikasında öz 
opponentlərini iqtisadiyyatda bazar mexanizmlərinin rolunu qəbul 
etdikləri üçün tənqid edirlər. Ümummilli sosial demokrat partiya 
və  Qazaxıstan  Sosial  Demokrat  Partiyası  “Auyl”  ehtimal  olun-
duğu kimi sosial demokrat partiyalara məxsus sağ mərkəzçi və 
sosial partiyalar arasında yerləşiblər. Bununla bərabər milli oxda 
onlar hakim partiyanın mövqeyindən nəzərə çarpacaq dərəcədə 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
126
yuxarı  dururlar,  belə  ki,  Qazaxıstanın  Rusiya  və  Belarusiya  ilə 
gömrük ittifaqında inteqrasiya proseslərini və “Nur Otan” partiya-
sının dil siyasətini tənqid edirlər. “Ədalət” demokrat partiyası ver-
tikal oxda sosial demokratlarla eyni səviyyədə yerləşib, horizon-
tal oxda isə liberallarla sosial demokratlar arasında orta mövqe 
tuturlar. Qazaxıstan Vətənpərvərləri Partiyası siyasi sahənin tam 
mərkəzində yerləşib. Lakin onun ideologiyası elə qeyri müəyyən 
xarakter daşıyır ki, bu mövqeni ancaq şərti olaraq qəbul etmək 
olar.  Daha  qeyri-müəyyən  situasiya  “Ruhaniyyat”  partiyası 
ətrafında formalaşır, çünki öz ideyalarını bir neçə dəfə dəyişiblər. 
Partiyanın  mövqeyi  o  qədər  qeyri  dəqiqdir  ki,  “Ruhaniyyət”-i 
mövqeləndirmək qeyri mümkündür. Bununla belə qeyd edilməlidir 
ki,  son  seçki  kampaniyasında  (2011  noyabr,  2012  yanvar)  bu 
partiyanın  platforması  daha  çox  milli-vətənpərvərlik  xüsusiyyəti 
daşıyırdı. Siyasi məkanda onun mövqeyi ən yüksək hissədə idi. 
Bütövlükdə qeyd etmək lazımdır ki, müasir Qazaxıstanın siyasi 
spektrində 2 ən böyük etnosun (qazax və rus) milli maraqlarını 
ehtiva edən partiyalar təmsil olunmur. Siyasi vakuum süni xarak-
ter daşıyır, belə ki, milli məsələ ilə bağlı aparılan permanent icti-
mai diskussiyalar Qazaxıstan vətəndaşının bu məsələyə yüksək 
marağından xəbər verir.
2012-ci ildə mən və mənim kolleqalarım vasitəsilə aparılmış 
tədqiqatlar əsasında aşağıdakı nəticələrə gəlmək olar. Qazaxıs-
tan Respublikasının partiya sistemi depressiv vəziyyətdədir. Par-
tiyaların bir hissəsi sadəcə formal vəziyyətdədirlər və vətən daş-
la rın  təsiri  və  dəstəyinə  malik  deyillər.  Bir  partiyanın  üstünlüyü 
və  digərləri  üçün  qeyri  əlverişli  şəraitin  olduğu  üçün  müxalifət 
partiyaları üçün real siyasi rəqabət üçün maneələr yaradır. Bu-
nunla  bərabər,  Məclisə  seçkilər  müəyyən  qədər  rəqabət  mühi-
ti  yaranmasına  səbəb  olmuşdu.  Parlamentə  keçən  “Ak  Jol”  və 
QXKP öz fəaliyyətlərini nəzərə çarpacaq dərəcədə aktivləşdirdi. 
Ekspertlər  qeyd  edirlər  ki,  bu  partiyalar  ümumilikdə  höküməti 
dəstəkləyərək  ancaq  bəzi  qərarlara  opponentlik  edirlər.  2012-
ci  ildə  isə  hətta  belə  butafor  rəqabət  olmadı.  Siyasətçilər  və 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
127
ekspertlər  qeyd  edirlər  ki,  partiya  sisteminin  Qazaxıstan  res-
publikasında  inkşafına  və  təkmilləşməsini  əngəlləyən  ilk  öncə 
qanunvericilik məhdudiyyətləridir. Partiyalar və ictimai təşkilatlar 
qadağan xarakterli qanunvericilik, seçki qanununun eybəcərliyi, 
seçkilərin qeyri şəffaf prosedurları Qazaxıstan siyasi partiyaları-
nın fəaliyyətsizliyində özünü ciddi şəkildə göstərir. 
Qazaxıstan: avtoritarizmdən parlament 
demokratiyasına 
“Siyasi Partiyalar və Neftlə zəngin postsovet ölkələrində seç-
kilər: ”pakt” demokratiyasından qaçmaq olarmı “adlı beynəlxalq 
konfrans iştirakçılar və ekspertlər qarşısında ekzistensial və dün-
yagörüşlü sual qoydu: İndiki avtoritar rejimlərin müasir demok-
ratik  ölkələr  trayektoriyasına  çıxmaq  imkanları  varmı? Avtoritar 
rejimlər  öz  təbiətlərinə  görə  dayanıqlı  deyillər  və  iki  vasitə  ilə 
mövcuddurlar: təbliğat və məcburiyyət. Lakin dayanıqlı olmama-
sına baxmayaraq bu rejimlər uzun müddət qala bilirlər. Hər halda 
onların uzunömürlüyü haqqında proqnoz tərəddüdlü və təşəkkür 
edilməyən bir şeydir. Bütün digər proqnozlar kimi. Qazaxıstan-
da bəzi politoloqlar və siyasətçilər belə hesab edirlər ki, avtoritar 
rejimlərdə stabillik liderin şəxsiyyətindən asılıdır. Liderin getməyi 
ilə onun yaratdığı sistemin dağılması baş verəcək. Mən bu nəzər 
nöqtəsini bölüşmürəm, çünki bəzi postsovet ölkələrinin misalla-
rı göstərir ki, avtoritar hökmdarın yerinə avtoritar hökmdar gələ 
bilər, sistemin mahiyyəti isə qorunub saxlanar. Problem ondadır 
ki, rejimi dəyişmək üçün islahatların keçirilməsi lazımdır. İslahat-
ları keçirmək üçünsə rejim dəyişməlidir. Beləliklə qapalı dairə alı-
nır. Bu günkü görüşdə qoyulan sual belə səslənməlidir: Qapalı 
dairəni necə qırmaq olar? Onu qırmaq mümkündürmü? Dünyada 
baş verən hadisələr göstərir ki, reformalaşmanın iki yol var: yuxa-
rıdan dəyişiklikdir ki, bu zaman hakim elita kardinal dəyişikliyə 
gedir,  çünki  əvvəlki  kimi  idarəetmə  mümkün  deyil.  Lakin  daha 
tez dəyişiklik azad olan, artıq əvvəlki kimi yaşamaq istəməyən 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə