Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə41/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

Əslində  məmurların  vətəndaşlar  tərəfindən  satın  alınma-
sı  nəzərdə  tutulur,  burda  isə  əksinə:  seçki  kampaniyası  vaxtı 
vətəndaşların, ayrı-ayrı sosial qrupların kütləvi satın alınmasıdır. 
Qazaxıstanda korrupsiyanın bu növü mövcuddur. Seçkilərdə daha 
aktiv sosial qruplar; təqaüdçülər, büdcə işçiləri hərbçilər seçkilər 
vaxtı yeni güzəştlər və preferensiyalar alır. Yeri gəlmişkən bizne-
sin yoxlanmasına da moratoriy kimi xüsusi güzəşti də iş adamla-
rı alır. Bununla bərabər biz bilirik ki, vacib malların qiymətlərinin 
artımı təqaüdün və maaşın real verilməsindən baş verir, beləliklə 
qiymət artımı o biri artımı “yeyir”. Sosioloqlar təsdiq edir ki, artıq 
seçicilərin bu cür satın alınması işləmir. 
Beləliklə “resurs lənəti”nin siyasi quruluşa neqativ təsiri axı-
ra qədər aydın deyil. Təbii sərvətlərlə zəngin, lakin demokratik 
quruluşlu  ölkələr  azdır,  lakin  var!  Qazaxıstan  üçün  ilhamverici 
nümunə  Monqolustan  ola  bilər.  Monqolustanın  müasir  iqtisa-
diyyatı  faydalı  qazıntılara  əsaslanmışdır.  Bununla  bərabər  bu 
ölkə  öz  siyasi  sisteminin  təkmilləşməsini  nümayiş  etdirir.  Orda 
hər  şey  hamar  deyil,  siyasi  eksseslər  baş  verir,  inamlı  şəkildə 
demək olar ki, Asiya ölkəsində parlament respublikası hər seçki 
ilə möhkəmlənir. 
Avtoritarizm həlqəsini qonşu Qırğızıstanda da qırmaq müm-
kün olmuşdur. 
Öz məqaləmə yekun vuraraq xülasə vermək istərdim. Burda 
səslənən pessimist bəyənatlara baxmayaraq əslində mən opti-
mis  təm. Mənim optimizmim ona əsaslanıb ki, bütün ölkələrin inki-
şaf vektoru bir tərəfə yönəlib. Sivil və demokratik ölkələrin dairəsi 
durmadan  genişlənir.  Nə  iqtisadi,  nə  də  siyasi  olaraq  avtoritar 
rejimlərin gələcəyi yoxdur. Sadəcə bir sual qalır, bu dəyişiklik nə 
zaman baş verəcək!
131
22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?


Anar Məmmədli
Postsovet Azərbaycanında
seçkilər (1991-2010-cu illər)
Keçmiş  Sovet  İttifaqı  ölkələrində  azad  və  ədalətli  seçkilərin 
keçirilməsi  ilə  bağlı  şərait  və  çatışmazlıqlar  müzakirə  olunar-
kən, istinad edilən beynəlxalq seçki sənədi kimi Avropada Təh-
lü kə
  
sizlik və Əməkdaşlıq Müqaviləsinin (ATƏM)
1
 29 iyun 1990-
cı  ildə  keçirilmiş  Kopenhagen  sammitinin  yekun  sənədi  diqqət 
çəkir.  Kopenhagen  sənədinə  Sovet  İttifaqı  qoşulmaqla  digər 
post -sosialist  ölkələri  kimi  üzərinə  azad  və  ədalətli  seçkilərin 
ke çiril məsi,  seçkilərdə  mütəmadiliyin,  alternativliyin  və  gizliliyin 
təmin olunması, ictimai birliklərin sərbəst fəaliyyəti və yerli seçki 
müşahidəçiliyinə  təminatla bağlı beynəlxalq  öhdəliklər  götürdü. 
Bununla da bu sənəd təkcə keçmiş SSRİ-də başlayan milli-de-
mokratik  hərəkatlar  üçün  deyil,  sonradan  yaranan  15  müstəqil 
ölkədə  seçki  islahatları  üçün  vacib  beynəlxalq  sənədə  çevril-
di.  Ancaq  Kopenhagen  sənədinin  imzalanmasından  az  sonra 
ATƏM  məkanında  bir  sıra  tarixi  siyasi  hadisələr  yaşandı;  so-
yuq müharibə başa çatdı, keçmiş SSRİ dağılaraq əvəzində yeni 
müstəqil dövlətlər yarandı, milli-etnik münaqişələr zəminində ya-
ranan problemlər düşmənçiliyə çevrildi və planlı, dövlət tərəfindən 
yönləndirilən  iqtisadi  sistemin  çöküşü  baş  verdi.  Geridə  qalan 
22  ilə  nəzər  saldıqda  məlum  olur  ki,  postsovet  ölkələrinin  bö-
yük  əksəriyyətində  Kopenhagen  sənədinin  prinsipləri  əsasında 
azad və ədalətli seçkilərin keçirilməsi ciddi problemlərlə mü şayiət 
olunmuş, bu ölkələrdə siyasi plüralizmin, söz və mətbuat azad-
lığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının məhdud laş-
dırılması təkmil seçki sisteminin formalaşmasına mənfi təsir gös-
tər mişdir. 
Postosvet  ölkələri  arasında  seçkilərlə  bağlı  problemlər  ya-
şayan  respublikalardan  biri  kimi  Azərbaycan  özünün  seçki 
1
 ATƏM – indiki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
133
prosesinə  görə  spesifik  cəhətləri  ilə  fərqlənir.  Bu  problemləri 
səciyyələndirən faktorlar geridə qalan 20 ildən artıq bir dönəmdə 
dəyişsə də, Azərbaycanda keçirilən seçkilərin xarakterində ciddi 
nailiyyətlər baş verməmiş, milli seçki sistemi təkmilləşməmişdir. 
Müstəqillik ərəfəsi və sonrakı
ilk illərdə seçkilər 
18 oktyabr 1991-cı ildə Azərbaycan Respublikasının müstəq-
illiyi  barədə  akt  qəbul  edildikdən  sonra  ölkədə  demokratik  ins-
titutlar, o cümlədən seçki sisteminin inkişafı üçün yeni mər hələ 
başladı. Ancaq  SSRİ-nin  süqutu  dövrünə  təsadüf  edən  Er mə-
nistan-Azərbaycan  münaqişəsi  həmin  tarixdən  etibarən  daha 
qanlı və iri hərbi əməliyyatlarla müşayiət olunduğundan ölkədə 
siyasi institutların stabil və sistemli inkişafı üçün təhlükəsiz olan 
bir mühit yaranmadı. Eyni zamanda ölkədə bir-birinə mü xa lif siya-
si qüvvələr arasında siyasi dialoq mədəniyyətinin ya ranmaması, 
siyasi idarəçilik təcrübəsinə malik kadrların siyasi səhnədə olma-
ması və ölkədə demokratik ənənələrin ça tış maz  lığı müstəqilliyin 
ilk illərində seçki sisteminin inkişafına ciddi məhdudiyyətlər yara-
dırdı. Ümumiyyətlə, bu dövrlə bağlı bəzi postsovet məkanı ölkələri 
üçün xarakterik olan dörd si yasi faktor – etnik münaqişələr, yeni 
iqtisadi  münasibətlərin  ya rat dığı  ağır  sosial-iqtisadi  durum,  de-
mokratik siyasi ənənələrlə bağlı çatışmazlıq və beynəlxalq birliyə 
inteqrasiyanın təmin olunmaması demokratik institutların forma-
laşması,  o  cümlədən  yeni  seçki  sisteminin  yaranmasına  mənfi 
təsir edirdi.
Müstəqilliyin  bərpasından  7  ay  sonra  keçirilən  ilk  seçki  –  7 
iyun  1992-ci  il  prezident  seçkisi  üçüncü  respublika  tarixinə 
düşən  ilk  və  hələlik  son  ədalətli  seçki  sayıla  bilər.  AXC  sədri 
Əbülfəz  Elçibəyin  prezidentliyi  ilə  formalaşan  siyasi  hakimiyyət 
digər postsovet ölkələri üçün xarakterik olan 4 faktorun təsiri ilə 
cəmi bir il sonra süqut etdi. Bunun ardınca ölkə tarixində üçün-
cü dəfə keçirilən növbəti prezident seçkisi – 3 oktyabr 1993-cü 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə