Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə42/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
134
ildə Heydər Əliyevin digər siyasi rəqiblərin olmaması, yəni alter-
nativsizlik və məhdud siyasi rəqabət şəraitində qələbəsi ilə baş 
tutdu.  Bu  seçkilər  bir  il  öncə  müşahidə  olunan  siyasi  dinamiz-
min zəifləməsi və demokratik seçki ənənəsinin zədələnməsi ilə 
müşayiət olundu. 
Müstəqilliyin  bərpasından  üç  il  sonra  Azərbaycanda  keçid 
dövrü üçün spesifik olan iki problemin aradan qalxması yönündə 
mühüm siyasi hadisələr yaşandı – 1994-cü ilin mayında Er mə-
nistanla  atəşkəs  sazişi,  sentyabrında  isə  beynəlxalq  neft  kor-
po rasiyaları  ilə  “Əsrin  Müqaviləsi”  imzalandı.  Bununla  da  həm 
beynəlxalq birliyə inteqrasiyaya, həm yeni iqtisadi münasibətlərin 
yaranmasına, həm də demokratik siyasi institutların möhkəm lən-
məsinə  mane  olan  iki  faktor  –  etnik  münaqişənin  sülh  yolu  ilə 
həlli və beynəlxalq birliyə inteqrasiya yönündə mühüm məsafə 
qət  edildi.  Beləliklə,  artıq  Azərbaycanda  beynəlxalq  standart-
lara,  o  cümlədən ATƏT-in  Kopenhagen  sənədinin  prinsiplərinə 
uyğun  azad  və  ədalətli  seçkilərin  keçirilməsi  üçün  mühüm  si-
yasi  şərait  əsasən  təmin  edildi. Ancaq  12  noyabr  1995-ci  ildə 
keçirilən parlament seçkiləri ciddi qanun pozuntuları ilə müşayiət 
olunmaqla,  xeyli  sayda  deputatlığa  namizəd,  o  cümlədən  Mü-
sa vat  partiyasının  seçki  komissiyalarında  qeydiyyatının  təmin 
olun maması ilə nəticələndi. Məsələn, həmin seçkilərdə deputat 
yer lərindən cəmi 7 mandat müxalif partiya təmsilçilərinə (6 faiz) 
məxsus olduğu halda, keçmiş SSRİ dönəmində Azərbaycan Ali 
Sovetinə keçirilən son seçkilər nəticəsində 1990-cı ildə formala-
şan parlamentdə deputat yerlərinin təxminən 20 faizinə müxalif 
deputatlar sahib idi. Ümumiyyətlə, müstəqillik illərində keçirilmiş 
parlament seçkilərinin heç birində müxalifəti təmsil edən deputat-
ların sayı 5-6 faizdən artıq olmayıb. 
1995-ci  ildə  keçirilmiş  parlament  seçkilərini  müşahidə  edən 
ATƏT və BMT-nin birgə beynəlxalq müşahidə missiyası tənqidi 
çıxış edərək, ölkə tarixində ilk dəfə olaraq milli seçki sisteminin 
beynəlxalq  miqyasda  qiymətləndirilməsi  və  təkmilləşdirilməsi 
üzrə  hesabat  sənədi  təqdim  etdi.  Bununla  da  həmin  parla-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
135
ment  seçkiləri  ölkə  tarixində  beynəlxalq  birliyin  müşahidə  et-
diyi  ilk  seçkilər  olmaqla,  əslində  Heydər  Əliyevin  siyasi  ha ki-
miy yətinin  tanınması,  demokratik  müxalifətin  isə  beynəlxalq 
birliklə  ilkin  təmasları  üçün  mühüm  mərhələ  oldu.  Maraqlıdır 
ki,  beynəlxalq  müşahidəçilərin  tənqidinə  cavab  olaraq,  Heydər 
Əliyev «seçkilərdə qüsurlar var və tənqidlər əsaslıdır» deyərək, 
“Azərbaycan müstəqilliyini yeni bərpa edən dövlətdir, hazırda su-
verenlik və siyasi sabitliyin qorunması daha vacibdir” bəyanatını 
verdi.  Ancaq  beynəlxalq  müşahidəçilər  1998-ci  il  prezident  və 
2000-ci il parlament seçkilərini də tənqid etdilər və Əliyev yenə 
də “suverenlik və siyasi sabitliyin qorunması daha vacibdir” kimi 
fikirlər səsləndirdi. Bununla da müstəqillik üçün vacib amillər sı-
rasında suverenlik və siyasi sabitlik məsələsinin insan hüquq və 
azadlıqlarının müdafiəsindən daha öndə gəlməsi bəyan edilirdi. 
Demokratik hərəkatın yüksəlişi 
(1998-2003-cü illər)
1995-ci ildən başlayaraq keçirilən seçkilər həm yerli müşa hi-
də çilər,  həm  də  beynəlxalq  müşahidə  missiyalarının  rəylərində 
siyasi azadlıqların pozulması, seçki prosesinə kənar müdaxilələr, 
seçki iştirakçılarına qarşı təzyiqlər, seçkilərin nəticələrinin sax ta-
laş dırılması və inzibati resurslardan istifadə hallarına görə tənqid 
edilib. 
12 noyabr 1995-ci il parlament seçkiləri ilə yanaşı həmin gün 
keçirilən  Konstitutsiya  üzrə  referendum  ölkədə  universal  siyasi 
hüquqların qanunun bir hissəsi olaraq təsbit olunması ilə azad 
və ədalətli seçkilər üçün hüquqi bazanı təkmilləşdirdi. Bununla 
da bəzi çatışmazlıqlarına rəğmən Konstitusiyada seçki hüququ, 
birləşmək və sərbəst toplaşmaq azadlıqları üçün hüquqi norma-
lar  müəyyən  edildi. Ancaq  Konstitusiyanın  qəbul  edilməsi  ölkə 
həyatında yeni hüquqi-siyasi hadisəyə, yəni siyasi institutların de-
mokratik qaydada təkmilləşməsi və seçki sisteminin beynəlxalq 
standartlara uyğunlaşmasına kömək etmədi. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
136
Yuxarıda  qeyd  edildiyi  kimi  1994-cü  ildə  baş  verən  ha di-
sələrdən sonra ölkədə siyasi fəaliyyət üçün şərtlər nisbətən də-
yişmişdi. Bununla belə siyasi hakimiyyətin 11 oktyabr 1998-ci il 
prezident  seçkisinədək  apardığı  siyasi  təqiblər  nəticəsində  öl-
kədə siyasi azadlıqlarla bağlı elan olunmamış fövqəladə və ziy-
yət hökm sürürdü. Məsələn, 1993-1998-ci illərdə siyasi mo tiv lərlə 
həbs edilmiş məhbusların sayı 500 nəfərdən artıq idi. Bu baxım-
dan  1998-ci  ildə  keçirilən  prezident  seçkisi  ərəfəsində  sər bəst 
toplaşmaq  azadlığının  qismən  təmin  olunması,  ölkədə  senzu-
ranın ləğvi və birləşmək hüququnun tanınması yönündə kövrək 
islahatların  baş  verməsi  həmin  seçkilərdə  siyasi  dina miz min 
bərpasına rəvac verdi. Prezident seçkisinin ardınca 1999-cu ildə 
bələdiyyə seçkilərinin keçirilməsi yerlərdə siyasi fəallığa nisbətən 
müsbət təsirini göstərdi. Nəhayət 2000-ci il parlament seçkilərinin 
ardınca ölkədə azad və ədalətli seçkilər, demokratik dəyişikliklər 
və ifadə azadlığının təmin olunması yönündə dinamik proseslər 
yaşandı.  Ümumiyyətlə,  1998-ci  ildən  2003-cü  ilədək  olan  5  il 
ərzində baş verən prosesləri ölkədə demokratik siyasi hərəkatın 
geniş vüsət alması və azad seçkilər uğrunda hərəkatın yüksəilişi 
kimi dəyərləndirmək olar. 
24 avqust 2002-ci ildə Konstitutsiyaya dəyişikliklər məqsədilə 
keçirilən referendumdan sonra 1995 və 2000-ci illərdə keçirilmiş 
parlament  seçkilərində  proporsional  seçki  siyahıları  ilə  iştirak 
edən  siyasi  partiyalar  bu  imkanı  itirdilər;  qarışıq  seçki  sistemi 
ləğv  edilərək,  yalnız  majoritar  seçki  sistemi  saxlanıldı.  Əslində 
həm 12 noyabr 1995-ci il, həm də 5 noyabr 2000-ci il parlament 
seçkiləri ciddi qanun pozuntuları, seçicilərin istəyinə qarşı olan 
təzyiqlər  və  səslərinin  saxtalaşdıırlması  ilə  müşayət  olunaraq, 
seçicilərin ümumi iradəsini əks etdirmirdi. Bu baxımdan parlament 
seçkilərinin həmin illərdə qarışıq sistem üzrə keçirilməsi hakim si-
yasi partiyanı heç də narahat etmirdi. Ölkədə siyasi azadlıqların 
müdafiəsi  təmin  olunmurdu,  müxalif  siyasi  partiyaların  seçkilər 
vaxtı  və  seçkilər  arası  dövrdə  fəaliyyəti  məhdudlaşdırılmışdı. 
Belə bir şəraitdə 24 avqust refrendumu vasitəsilə qarışıq seçki 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə