Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə35/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
111
Məsələn,  Qazaxıstan  parlamentinə  keçən  dırnaqarası  iki 
partiya özlərini mürtəce liberal (Ak Jol) və sosialist (Qazaxıstan 
Kom munist partiyasının qalıqları üzərində yaranan Qazaxıstanın 
Kom munist Xalq partiyası) versiyaları kimi göstərirlər ki, bu ideo-
logiyalar da rejim üçün qətiyyən qorxulu deyil.
Analoji  situasiya  Azərbaycanda  da  yaranır,  belə  ki,  hakim 
par tiya olan “Yeni Azərbaycan” partiyasına alternativ və müxa-
lif mövqe nümayiş etdirən partiyaların nümayəndələri ölkə rəh-
bərliyinin siyasi kursunu dəstəkləyir.
Həm də, Azərbaycanda majoritar seçki sistemi hakim parti-
yanın  total  üstünlüyünü  zahirən  ört  basdır  edir-  son  parlament 
seçkilərinin nəticələrinə görə Milli Məclisə 30 % yer alan bitərəf 
namizədlər əslində ölkə rəhbərliyinin tərəfdarlarıdırlar.
Lakin Qazaxıstanda və həm də Azərbaycanda “hakim partiya” 
öz-özünə kifayət qədər güclü deyillər: onlar hakim elitaya for mal 
legitimləşmə aləti kimi lazımdır, onların sözsüz liderliyi admins-
trativ resurslara söykənir, və bunları əllərindən alsalar parti yalı si-
yasi sistemin dekorasiyasi (amma məsələnin məğzi yox) həmən 
digər oyunçunun xeyrinə dəyişər. 
Qazaxıstanın  və  Azərbaycanın  siyasi  sistemi  iki  sütun 
üzərində dayanıb:
1.  Dövlət  rəhbərlərinin  və  onların  idarə  etdiyi  siyasi  kursun 
dəyiş məzliyi  (Azərbaycanda  isə  söhbət  hakimiyyətdə  olan  bir 
ailənin dəyişməzliyindən gedir)
2.  Destabilizasiya  gətirə  biləcək  müxtəlif  konfliktlərin  yaran-
ma sından ehtiyatlanan ölkə əhalisi arasında paternalistik əhval 
ru hiyyənin  və  siyasi  laqeydliyin  yüksək  səviyyəsi  –  ictimai  rəyi 
ma nipulyasiya etmək üçün istifadə olunan bu problemlər 1990-cı 
illərin birinci yarısına qayıtmaq qorxusundan qaynaqlanır.
Azərbaycan  (çox  dərəcədə)  və  Qazaxıstanda  (müəyyən 
səvviyədə) SSRİ nin katastrofik formada dağılması və bunun ar-
dınca qeyri-stabilliyin baş verməsi, sosial və beynəlxalq institut-
ların çökməsi hakim elitaya ictimai əhval-ruhiyyəni idarə etməyə 
köməklik  göstərən  əsas  ünsürlərə  çevrilmişdi.  Belə  ki,  Heydər 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
112
Əliyevdən  sonra  artıq  onun  oğlu  barəsində  də  təbliğ  edilən 
şəxsiyyət pərəstiş ölkə ideologiyasının əsasıdır. Bu ideologiya-
nın mahiyyəti ondan ibarətdir ki, Heydər Əliyev ölkəni xilas edib, 
və o olmasaydı ölkə məhv olacaqdı. Səhvlər və populyar olma-
yan qərarlarda pis bürokratlar günahlandırılır, lakin İlham Əliyev 
isə (ondan əvvəl də Heydər Əliyev) müdrik hökmdar kimi təsvir 
olunur.  Şəxsiyyətə  pərəstiş  ictimai  həyat  üçün  norma,  habelə 
siyasi  vəziyyətə  nəzarət  üsuluna  çevrilmişdir.  Oxşar  vəziyyət 
qonşu ölkələrdəki dağıdıcı münaqişələr və «inqilablar»a rəğmən 
(Tacikistan,  Qırğızıstan,  Özbəkistan)  etnik  qruplararası  sülh  və 
sabitliyin qorunmasının Nazarbayev hakimiyyətinin əsas dəyəri 
və nailiyyəti olduğu Qazaxıstanda da müşahidə olunur.
  Dövlət  quruculuğu  və  siyasi  islahatların  həyata  keçirilməsi 
prosesi situasiyadan asılı olaraq maraqların dəyişməsindən və 
hökumətin fikirlərindən tamamilə asılıdır. Həmçinin, siyasi elita-
da ictimai həyatın daha çox seqmentlərini ciddi alternativ fikirləri 
inkar etmək və öz ünvanına istənilən tənqidi qəbul etməməklə 
nəzarətə götürmək, istiqamətləndirmək, reqlamentləşdirmək kimi 
güclü bir istək vardır. Siyasi islahatlar, bir qayda olaraq dövlətin 
və cəmiyyətin kostruktiv əlaqəsinin müzakirə obyekti və nəticəsi 
deyil, və vətəndaş cəmiyyəti isə islahatlar prosesində tam hüquq-
lu iştirakçı deyil, ancaq müşahidəçi kimi çıxış edir.
Azərbaycanda da Qazaxıstanda da hakim rejimlərin ümumi 
bir  problemi  ondadır  ki,  20  il  ərzində  onlar  ölkə  vətəndaşlarını 
millətindən, dinindən və sosial statusundan asılı olmayaq daimi 
olaraq birləşdirə biləcək ideya inkişaf etdirməmişdirlər. Qazaxıs-
tan və Azərbaycan hökümətlərinin müxtəlif intensivliklə irəli apar-
dıqları 90-cı illərdə xalqı, milləti xilas etmə ideyası özünün vaxt 
məhdudiyyətlərinə malikdir, çünki Sovet İttifaqının dağılmasının 
“dəhşəti” ni xatırlamayan yeni nəsil böyüyür. 
Eyni  zamanda,  real  siyasi  müxalifətin  olmaması  ictimai 
narazılığın  (və  bu,  əlbəttə  mövcuddur)  özünü  leqal  formada 
büruzə verməməsinə aparıb çıxarır, və bu narazılıq hakimiyyət 
dairələri  tərəfindən  müvafiq  nəzarət  olmadan  toplanır.  Bütün 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
113
bünlar Qazaxıstan üçün çox aktual olan hakimiyyətin dəyişməsi 
probleminə öz təsirini göstərir ki, gec ya da tez Azərbaycan da 
yenidən bununla qarşılaşacaq. Qazaxistanda baş verən Janao-
zen hadisələri göstərdi ki, sosial ədalət tələbləri ölkədə siyasi si-
tuasiyanı partlada bilər, və İslam faktoru isə “azadlıq hərəkatına” 
ideoloji dərinlik və məna qata bilər. Bir çox analitiklər hesab edir 
ki, Xəzəryanı ölkələrdə sekulyar, yəni qeyri-dini baxışlara sahib 
olan müxalifətin məhvi İslamçı müxalifətin hərəkatlanmasına yol 
açır, və Qazaxıstanda, eləcə də Azərbaycandakı hakimiyyət dini 
qrupların müxalif qüvvələr kimi siyasi səhnəyə çıxmasına hazır 
deyil.
Rusiyanın siyasi və seçki sistemi Azərbaycanın və Qazaxıs-
tanın ümumi xüsusiyyətlərinə malikdir, lakin təbii ki, Rusiya siyasi 
mühitdə mövcud olan daha çox rəqabət və siyasi davranışın Av-
ropa tipinə daha çox yaxınlığı ilə fərqlənir. 1999-cu ildən bəri ilk 
dəfə olaraq rəqabət mühitində keçən Dövlət Dumasına sonuncu 
seçkilər, D. Medvedev tərəfindən səpilən “liberallaşma toxumları-
nın”, bəlkə də onun istədiyi bir şey olmasa da öz bəhrəsini verdi. 
Hakimiyyət qüvvələrini təmsil edən “Vahid Rusiya” partiyası 
çox çətinliklə və böyük ehtimal ki, saxtakarlıqla seçkilərdə üstün-
lük qazana bildi. Saxtalaşdırmanın istifadəsi intensivliyinə görə 
Rusiyada  son  parlament  seçkiləri  digər  seçki  kampaniyaların-
dan elə də fərqlənmirdi, lakin birincisi, səsvermənin nəticələrinin 
“korreksiyası”,  onun  gizlədilməsi  çətin  olan  Rusiyanın  Avropa 
hissəsindəki  böyük  şəhərlərdə  aparılırdı.  İkincisi  isə  bu  sax ta-
laşdırma  Dövlət  Dumasında  yerlərin  paylanmasına  çox  açıq 
şəkildə təsir göstərdi yoxsa əks təqdirdə “Vahid Rusiya” par la-
ment də çoxluq qazana bilməyəcəkdi.
Bununla bərabər, inanmağa kifayət qədər səbəb var ki, Dövlət 
Dumasına seçkilərdə kəskin mübarizə, həmçinin bundan sonra 
baş  verən  etiraz  aksiyaları  əslində  siyasi  mədəniyyətin  artma-
sı  ilə  əlaqədar  olan  bir  şey  deyil.  Başlıca  mexanizm  elitadaxi-
li  konflikt  və  D.Medvedevdən  V.Putinə  hakimiyyətin  ötürülməsi 
prosesinin elan edilməsindəki uğursuzluq oldu, çünki bu proses 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə