Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə32/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
101
birlikləri bu mərhələdə özünü partiya kimi qeydə almaq istəmirdi 
və ictimai hərəkat, qeyri-hökumət təşkilatı kimi göstərirdilər, sosi-
al şəbəkələr nəslinin lideri və prezidentliyə namizəd Respublika 
Alternativ hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildə” iqtişaş-
ları qızışdırmaqda” itiiham olunaraq həbs olunub.
İqtisadi baxımdan ölkədə azad bazar iqtisadiyyatı və real is-
tehsal sektoru başlıca gəlir neft gəlirləri olan rantye dövləti iqti-
sadi inkişafı məntiqini gücləndirərək inkişaf etmirdi. Buna uyğun 
olaraq da sosial bazası olan yeni partiyaların yeni siniflərin əmələ 
gəlməsi ləngiyirdi. 
Azərbaycanda kapitalın rəsmi pozisiyalarla bağlı çox məhdud 
bir qrup adamın əlində toplanması davam edirdi, halbuki, əhalinin 
böyük  hissəsi  ya  miqrasiya  edirdi,  ya  da  çox  aşağı  yaşayış 
həddində idi. Praktiki olaraq yeni sinif öz gəlirlərini ya kölgə ka-
bineti, ya da beynəlxalq və ya xarici şirkətlərdə işləyərək artırmış 
kiçik bir təbəqə idi.
  H.Əliyev  siyasətini  davam  etdirərək  fabrik  və  zavodla-
rın  tikintisi  təxirə  salınırdı,  halbu  ki,  hətta  kiçik  və  orta  özəl 
müəssisələr  dövlətin  siyasi  təzyiqinə  dözə  bilmirdilər.  Sosial 
şəbəkələrə söykənən yeni nəsil siyasətçilər bu şəraitə uyğunlaş-
maq məcburiyyətindədirlər və özünüqoruma hissindən öz partiya 
və  təşkilatlarını  qeydiyyatdan  keçirməyə  tələsmirlər.  Postsovet 
Azərbaycanında inkişafında əsas rolu nailiyyətləri hər bir parti-
yanın gücü və təsiri ölçüsü olan seçkilərin xarakteri də oynayır.
Hakimiyyətin legitimliyinin mənbəyi və
onun Azərbaycanda dəyişmə xarakteri
Bir  çox  icmalçıların  və  beynəlxalq  təşkilatıarın  rəyinə  görə 
1992-ci ildən sonra 1 seçki belə şəffaf və ədalətli keçirilməyib. 
Bir qayda olaraq seçkilər keçirilirdi ki, formal olaraq hakimiyyətin 
legitimliyi  təsdiq  olsun,  mahiyyətcə  isə  seçkilər  hakimiyyət  tə-
rə findən  manipulyasiya  və  yüksək  səviyyəli  saxtalaşdırma  ilə 
xarakterizə  olunurdu.  Əgər  əvvəldə  hansısa  azadlıqlar  və  rə-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
102
qa bət qorunub saxlanılmışdısa (90-larda Azərbaycan  Freedom 
Hause reytinqinə görə hələ qismən azad ölkə hesab olunurdu) 
və  majoritar  sistemlə  yanaşı  proporsional  sistem  də  mövcud 
idi, 2000-ci illərdə artıq proporsional sistem ləğv olunmuşdu və 
ATƏT-in beynəlxalq müşahidə missiyası qeyd etmişdi ki, 2008-ci 
il prezident seçkiləri rəqabətsiz keçirilmişdi. Bu vaxt Azərbaycan 
Freedom  Hause-un  rəyinə  əsasən  artıq  azad  olmayan  ölkələr 
kateqoriyasına  keçmişdi.  2003-cü  illin  post-seçki  repressiya-
larına  qədər  Azərbaycanda  siyasi  müxalifət  bir  çox  ekspertlər 
tərəfindən cənubi Qafqazın hər üç ölkəsi arasında ən güclü he-
sab  olunurdu.  Yerli  və  beynəlxalq  müşahidəçilərin  qeyri-formal 
rəyinə görə 2000-ci il Parlament seçkilərində Müsavat Partiyası 
seçicilərin  favoriti  idi,  2003-cü  ilin  oktyabrında  isə  çıxan  İlham 
Əliyev və İsa Qəmbər ən azından II tur seçkilərə ehtiyac var idi. 
2003-cü ilin seçkiləri nəinki sonrakı seçkilər və siyasi partiya-
lar kimi demokratik təsisatlar üçün, həm də ölkənin gələcək 10 il 
üçün həlledici oldu. Ölkə əhalisinin yüksək 75%-li təbii iştirakına 
baxmayaraq seçkilər saxtalaşdırıldı, Azadlıq Meydanında etiraz-
lar isə xüsusi amansızlıqla dağıdıldı. Etirazların tam şəkildə yatı-
rılması üçün ilk növbədə Müsavat Partiyasının və digər müxalifət 
fəallarına qarşı repressiya 1 il davam etdi.
Müxalifətin öz səslərini qoruya bilməməsi və beynəlxalq birli-
yin loyallığı əhalinin seçki yolu ilə hakimiyyət dəyişikliyinə inamı-
na güclü zərbə oldu.
İstənilən avtoritar idarəetmə hakimiyyətin legitimliyinin mən-
bəyi az da olsa ictimai dəstəyə söykənirsə, əsasən isə elita ilə 
kontrakta və repressiv aparatın-polis və təhlükəsizlik strukturla-
rına əsaslanırdı.
 Belə rəy var ki, Heydər Əliyevin 1993-cü ildə qələbəsi sadəcə 
Xalq Cəbhəsinin uğursuzluq ili ilə bağlı deyildi - əsasən Qarabağ 
cəbhəsində məğlubiyyət və talışlar yaşayan cənub regionunun 
ayrılma  təhlükəsi  əvəlki  qeyri  –  stabillikdən  sonrakı  mərhələdə 
əhalinin “güclü ələ” ehtiyacı idi. Lakin bu populyar legitimlik fak-
tının yoxlamaq çətin idi, belə ki, 1993-cü ilin seçkiləri polkovnik 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
103
Surət Hüseynovun çevirilişindən sonra keçirdi, şəhərə polkovni-
kin silahlı dəstələri nəzarət edirdi və azad seçki olmaqdan çox 
uzaq  idi.  Lakin  aydın  idi  ki,  hətta  belə  sosial  baza  olsa  belə  o 
kommunist təsisatlara və ya onların irsinə əsaslanırdı. Bunlara 
əsasən  bürokratlar  və  onların  korrupsiyalaşmış  şüuru,  qorxu 
hissi, qanuna hörmətin olmaması, şəxsiyyətə pərəstiş aiddir ki, 
sonuncu  müvəqqəti  və  keçici  idi.  Hakimiyyətə  yaxın  insanların 
rəyinə  görə  nisbətən  saxlanmış  toplaşma  azadlığı  və  mətbuat 
azadlığı Heydər Əliyevin əleyhinə oynamağa başladı.
Müxalifət Partiyası olan AMİP lideri Etibar Məmmədov se çi-
ciləri ilə uğurlu görüşlərdən sonra surətlə narazı elektroratın və 
boykot edən müxalifət partiyaların liderlərinin səsini yığmağa baş-
ladı. Lakin sovet saxtalaşdırma maşını və müxalifət qüvvələrin 
kifayət qədər çevik olmayan taktikası nəticəsində status kvonu 
saxladı. Hakimiyyət 1998-ci ilin seçkilərindən dərs götürərək iq-
tisadiyyatın və siyasətin tam avtoritarizminə gətirib çıxaran da-
vamlı monopolizasiya başladı. 
2003-cü ildə İ.Əliyevin seçkilərdə neft resurslarının yenidən 
bölünməsinə imkan verməyən xarici dövlətlərin dəstəyini alaraq 
hakimiyyətin  monopolizasiyası  üçün  faktiki
 
“kart  blanche”  əldə 
etdi.  Seçkilərin  xarakteri  və  status  kvonu  qoruyub  saxlamaq 
is  təyən  tərəflərin  maraqları  arasında  gərginlik  və  fərq  o  qədər 
bö yük idi ki, bu seçklərin qiymətləndirilməsində ATƏT missiya-
sının beynəlxalq missiyasının iki yerə bölünməsinə səbəb oldu. 
Azərbaycanda hakimiyyət dəyişikliyinin xarakteri liderin sonrakı 
illərdə aparacağı siyasətin xarakterində də özünü göstərdi. 2003-
cü ildən sonra bir sıra qanunvericilik dəyişikliyi plüralizmin inkişafı 
üçün şəraiti pisləşdirdi. Seçkilərin proporsional sistemi ləğv olun-
du ki, seçkilərin çox partiyalı sistemin inkişaf imkanlarını məhv 
etdi. Müxalifət Partiyaları hakimiyyət tərəfindən sistemli şəkildə 
təzyiqlərə  məruz  qalırdı.  Belə  ki,  2006-cı  ildən AXCP  lideri  Əli 
Kərimli  xaricə  çıxmaq  hüququndan  məhrum  edillib,  elə  o  ildə 
də onun partiyasının ofisi əlindən alınıb. 2003-cü ildə Müsavat 
Partiyasının ofisi Bakının mərkəzindən onun kənarına köçməyə 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə