Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə34/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
107
neft  gəlirlərinə  nəzarət  edən  liderlərə  bu  gəlirlərin  mövcudlu-
ğu  hakimiyyətə  xarici  və  daxili  oyunçuların  satın  alınmasında, 
azad  siyasi  və  rəqabətin  siyasi  patronajla  əvəz  olunmasında 
müəyyən  sosial  qrupları  sakitləşdirməkdə,  repressiv  apara-
tı  gücləndirməkdə  seçkiləri  manipulyasiyada  mühüm  rol  oyna-
yaraq  neft  olmayan  ölkə  liderlərindən  fərqli  olaraq  hakimiyyəti 
gücləndirməkdə  müstəsna  əhəmiyyətə  malik  idi.  Lakin  böyük 
resurslara baxmayaraq ölkə güclü olmur. Belə ki, onda real iq-
tisadiyyatın  inkişafını  və  professional  dövlət  və  demokratik 
təsisatların yaranmasını stimullaşdıran rəqabət mühiti yaranmır. 
Bu o deməkdir ki, siyasi stabillik çox vaxt neftin qiyməti kimi xa-
rici  faktorlardan  asılı  olaraq  səthi  xarakter  daşıyır.  Bu  həm  də 
onu göstərir ki, avtoritarizm və sərt patronaj şəraitində partiyala-
rın və ictimai hərəkatların inkişafı mümkün deyil, qaçılmaz qeyri-
bərabərliyinə sosial reaksiyası əlverişli neft bumun xarici görü-
nüşü altında gizlicə akkumulyasiya edir və müşahidəçilər üçün 
tamamilə gözlənilməz olaraq üzə çıxa bilər. Resurslarla zəngin 
postsovet  hakim  elitanın  ərəb  şeyxlərinin  idarəetmə  üsulların-
dan  fərqli  davranış  xüsusiyyətləri  sonuncuların  ənənəvi  sosial 
mənbə  legitimliyi  anlayışına  əsaslanan  ictimai  rəyi  tam  şəkildə 
vecə  almamaqdır.  Hərçənd  ki,  bu  uçurum  Terri  Karlın  yazdığı 
kimi  hakimiyyətdən  əhalinin  vergilərindən  asılılığın  olmaması 
kimi obyektiv səbəblərdən baş vermişdir. Bura əlavə sosial fak-
tor  da  qoşulur.  Postsovet  Azərbaycanda  ancaq  sovet  mirası, 
xarici  və  daxili  qüvvələri  satın  almaq  üçün  istifadə  olunan  neft 
gəlirləri,  həmçinin  repressiv  aparatın  güclənməsi  hakimiyyətin 
legitimliyinin  mənbəyi  idi.  Bu  legitimlik  mükəmməl  deyildi,  belə 
ki,  seçkilər  saxtalaşdırılmışdı,  sovet  sosial  mirası  isə  qaçılmaz 
olaraq zəifləyirdi. Azərbaycan cəmiyyətində klanların rolu əvvəlki 
məqalələrimizdə göstərildiyi kimi tədqiqatçılar tərəfindən artırdı. 
Əhali  və  dövlət  arasında  əlaqənin  olmaması  və  populyar  legi-
timlik  defisiti  zəifliyin  səbəbinə  çevrilir  ki,  2012-ci  ilin  sonunda 
və 2013-cü ilin əvvəlində ayrı-ayrı rayonlarda spontan etirazlar 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
108
şəklində  üzə  çıxır,  hakimiyyəti  daxildən  zəiflədərək  müdafiəsiz 
edir, öz növbəsində beynəlxalq təşkilatlar – AŞPA, ATƏT, BMT, 
Avropa İttifaqı və bir çox başqa donorlar yardım etmək üçün öz 
strategi və taktikalarında təbii sərvətlərlə zəngin ölkələrdə siya-
si partiyalar və seçkilər də daxil olmaqla demokratik təsisatların 
yaranmasında baş verən əlavə əngəlləri nəzərə almağa başla-
malıdırlar.
Bu əlavə əngəllər Terri Linn Karl və ya Mayk Rossun təsvirinə 
əsasən  obyektiv  xarakter  daşıdığı  kimi  sovet  quruluşunda  mi-
ras qalmış korrupsiya təfəkkürlü elitanın neft resurslarını xarici 
və  daxili  qüvvələrin  satın  alınmasını  demokratik  institutlardan 
üstün  tutması  kimi  subyektiv  səbəblər  də  var.  Müasir  praqma-
tik  beynəlxalq  əlaqələr  sistemində  iqtisadi  maraqlar  nə  qədər 
güclü və dayanıqlı olsa da son nəticədə sosial partlayışlar və bu 
əlaqələrin qanunlarını qəbul etməyən dövlətlərin meydana çıx-
ması sülh və stabillik üçün uzunmüddətli nəticələri ola bilər.


Iqor Mintusov
Xəzəryanı dövlətlərdə seçkilər və siyasi
rəqabət: “suveren demokratiya” və
“suveren monarxiya” fəzaları arasında
2008-2012-ci  illərdə  Sovet  İttifaqının  dağılmasından  sonra 
yaran mış 3 Xəzəryanı dövlət (Azərbaycan, Rusiya və Qazaxıs-
tan), ümumi, həm də önəmli fərqli cəhətləri olan və siyasi rə qa-
bə tin xüsusiyyətlərini özündə əks etdirən president və parlament 
seç kilərinin baş tutduğu tam elektoral tsikl keşmişdir. 
Azərbaycanda və Qazaxıstanda seçkilərin təhlili onu deməyə 
əsas verir ki, bu ölkələrdə siyasi sistem və elektoral rəqabət təq-
ri bən bir səviyyədə qiymətləndirilə bilər. Hər iki dövlət “suveren 
mo narxiyanı” formalaşmasına aparıb çıxaran “xüsusi” yolla ge dir, 
və bu zaman Azərbaycan subyektiv faktorlara görə (sülalə defak-
to prinsipinə əsasən hakimiyyətin atadan oğula keçməsinin baş 
tut ması) öz Xəzəryanı qonşusunu qabaqlayır. Burda aşağıdakı 
“ailə xüsusiyyətlərini” göstərmək olar.
Həm  Qazaxıstan,  həm  də  Azərbaycanda  seçkilər  dövlətin 
birinci  adamına  inam  haqqında  plebessit  və  ya  referendum 
formatın da  keçirilir,  və  Seçki  Kommissiyaları  tərəfindən  xü-
susi  diqqətlə  seçilən  və  qeydiyyata  düşən,  hakimiyyətdə  olan 
prezidentlərin  rəqibləri  isə  ikinci  dərəcəli  rol  oynayırlar.  Məhz 
buna görə də, bu dövlətlərdə son prezident seçkilərində Sovet 
dövründəkinə yaxın rəqəmlər – 89% səs İ.Əliyev üçün və 96% 
səs  N.Nazarbayev  üçün  meydana  çıxır. Azərbaycanda  və  Qa-
zaxıstanda  seçkilərdən  seçkilərə  prezidenti  dəstəkləyənlərin 
sayı isə daim artır – Nazar ba yev 1999-cu ildə 81%, 2005-ci ildə 
91%, 2011-ci ildə isə 96% səs almışdı. İ.Əliyev isə 2003-cü ildə 
76%, 2008-ci ildə isə 89% səs almışdır, və 2013-cü ildə növbəti 
prezident seçkilərində isə böyük ehtimalla o, səslərin 93-96 % 
qazanacaq.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
110
Xəzəryanı ölkələrdə beynəlxalq müşahidəçilərin qeyri demok-
ratik  seçkilər  haqqında  qınaqları  əsassız  deyil,  lakin  seçkilərin 
nəticələrinin birinci şəxslə rəqabət apara biləcək bir namizədin 
olmasıyla dəyişəcəyini güman etmək özü bir sadəlöhvlük olardı. 
Hakim elita Sovet təcrübəsinə əsaslanaraq seçki institutlarını “si-
vil” ölkələr sırasına düşmək üçün əsas element olan və sırf ritual 
mexanizm olan, legitimləşmə alətinə çevirmişlər. Ona görə də, 
dövlətin birinci şəxslərinin (yəqin ki çox yüksək olan) Sovet elek-
toral nəticələri və sıfır rəqabət fonunda xalqdan hansı dərəcədə 
real ictimai dəstək almasını qiymətləndirmək çox çətindir.
Müxalifətin hər iki ölkənin siyasi sistemində vəziyyəti təqribən 
eyni dir. O marginallaşıb, daxili konfliktlər və daimi olaraq bölünmə 
vəziy yətindədir, konsolidasiyaya qabil deyil, münaqişələr və öz 
sıralarında yeni şəxslər axtarışındadırlar, buna görə də öz popul-
yarlıqlarını  katastrofik  dərəcədə  itirmişlər.  Müxalifət  da xilindəki 
bölünmə  süni  surətdə  və  peşakarlıqla  xaricdən  dəs
 
təklənir, 
“hakim  partiyanın”  və  rejimin  opponent  rəfində  isə  «aparıcı  və 
rəhbər»  gücün  və  «Ülyahəzrət  müxalifətin»  yardım çı  tərəfdaşı 
rolunu oynayan sistemli siyasi partiyalar yer tu tur. Bundan başqa 
müxalifət, xəzəryanı dövlətlərin hakim rejim lərinin “gələcək obra-
zı” kimi təqdim etdikləri və onların dövlət çi lik ənənələrinin əsas 
təməli  sayılan  “stabillik,  dayanıqlıq,  fa si ləsizlik“  triadasına  han-
sısa inamlı alternativ təklif etməyə im ka nı olmayan ideoloji güc-
süzlük nümayiş etdirir. Müxalifətin mü za kirə predmetinə çevirdiyi 
məsələlərin səviyyəsi sayı az olan bir qrup intellektualların maraq 
dairəsindən kənara çıxmır, və Le ni nin dediyi kimi “onlar xalqdan 
dəhşətli  dərəcədə  uzaqlaşıb”. Azərbaycanda  və  Qazaxıstanda 
olan  parlament  seçkilərində  müxalifət  partiyaları  birləşərək,  bir 
cəbhədə  çıxış  edə  bilmədilər,  ona  görə  də  qeydsiz  şərtsiz,  və 
layiqli məğlubiyyətə uğradılar.
Nəticədə hakim partiya parlamentdə olan yerlərin 80% dən 
90%-ə  qədərini  tutur,  və  “sistemik  şəkildə  fəaliyyət  göstərən 
müxalifət”  isə  heç  bir  şeyə  iddia  etmədən  dekorasiya  rolunu 
oynayır.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə