Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə36/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
114
forma və mahiyyət etibarilə seçiciyə aydın olmadı və bəzi siya-
si qüvvələr tərəfindən qəbul olunmadı. Bundan başqa, 2007-ci 
ildə  tam  şəkildə  Dövlət  Dumasına  deputat  seçkilərinin  “partiya 
hakimiyyətinin” zəiflədiyi şəraitdə proporsional sistemə keçməsi 
“Vahid  Rusiyan”nın  əleyhinə  çevrildi-birmandatlı  dairələrdəki 
seçkilərin  ləğvi  o  vaxt  situasiyanı  stabilləşdirici  faktora  çevrilə 
bilərdi. 
Duma seçkilərindən sonra Rusiyanın siyasi sistemində geniş-
miqyaslı demokratikləşmə proqramının elan edilməsi ilk nəzərdə 
hakim elitanın kütlənin tələblərinə güzəşti kimi görünürdü. Əslində 
isə  bu  islahatlar  hakim  elitanın  mövqelərini  möhkəmləndirmək 
məqsədi daşıyırdı, lakin vaxt azlığı və zamanın şərtləri əvvəl sı-
naqdan çıxmış modelə keçilməsinə aparıb çıxardı. Qubernator 
seçkilərinə qayıdış, siyasi partiyaları qeydiyyata alma prosedu-
runun  sadələşməsi,  Dövlət  Dumasında  birmandatlı  dairə  seçki 
sisteminin yenidən tətbiqi və.s. 90-cı illərin elə də mükəmməl ol-
mayan siyasi-elektoral sisteminin bərpası anlamına gəlir.
Eyni zamanda həmişəki kimi etimad referendumu kimi keçiril-
miş prezident seçkilərində V.Putinin inamlı qələbəsi, müxalifətin 
birliyinin  olmaması,  sistemik  müxalifət  partiyaları  ilə  etiraz 
hərəkatı  arasında  boşluğun  olması  ona  gətirdi  ki,  “17  oktyabr 
1995-ci il manifestinin” müasir analoqu ilə “reaksiya epoxası”nın 
baş lanması  arasındakı  zaman  kəsiyi  çox  qısa  oldu.  Çox  şərti 
olan “2011 Dekabr nailiyyətləri” hərtərəfli sterilizasiya olundu, və 
də rəbəyliyin hökm sürdüyü 90-cı illərin seçki modeli isə “reaksion 
düzəliş”ə məruz qaldı.
“Reformların” nəticəsində siyasi landşaft aşağıdakı kimi görü-
nür. Qubernatorların birbaşa seçkisi bələdiyyə filtri ilə ağırlaşıb, 
yəni hər bir namizəd üçün 5%-dən 10%-ə qədər seçki keçirilən 
regionun yerli özünüidarə orqanlarının deputatlarının imzasının 
toplanması vacibdir.
  Yerli  özünüidarənin  regional  hakimiyyətdən  administrativ 
və maliyyə cəhətdən total asılılığını nəzərə alsaq bələdiyyə fil-
tri  “hakimiyyət  partiyasından”  olan  namizədə  üstünlük  verir  və 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
115
seçicilərin fikrincə onlara təhlükəsiz rəqib namizəd seçilir. Daha 
uzunmüddətli perspektivdə isə bələdiyyə filtri güclü siyasi fiqurları 
əvvəllər daha az maraqlı olan bələdiyyə seçkilərinə cəlb etməyə 
yönəltməklə yerli özünüidarə səviyyəsində siyasi rəqabətin inki-
şafını stimullaşdıra bilər.
Lakin  bu  imkan  regionlara  birinci  şəxsin  birbaşa  seçkilərdə 
və  ya  regional  qanunvericilik  iclaslarında  deputatlar  tərəfindən 
seçiləcəyi hüququ barədə özünün qərar verməsi haqqında Qu-
bernator  seçkiləri  haqqında  qanuna  axırıncı  düzəlişdən  sonra 
təsir qüvvəsini itirmişdir.
Bu düzəliş birbaşa seçkilərin sosial və etnik qruplararası gər-
ginlyə aparıb çıxara biləcək müxtəlif etnik qrupların çoxluq təşkil 
etdiyi milli respublikalar üçün edilmişdir. Lakin ondan istifadə im-
kanı Federasiyanın təkcə bu tip subyektləri üçün məhdudlaşmır, 
və  böyük  ehtimalla  qubernatorların  böyük  əksəriyyəti  federal 
mərkəzin  səhlənkarlığı  ucbatından  regional  hakimiyyət  orqan-
larının deputatlarının səsverməsi kimi daha sakit və problemsiz 
variantı seçəcək.
Siyasi partiyaların qeydiyyatının liberallaşması partiya siyasi 
məkanında defraqmentasiyaya, parlamentdəki “müxalifətin başı 
üzərində Damoklun qılıncı” kimi asılan və onun fəaliyyətini məh-
dud laşdıran,  onu  hakimiyyətlə  kompromisə  məcbur  edən  çox-
saylı pozucu faktorların yaranmasına gətirib çıxardı. Parlament 
seçkilərinin trumfatoru olmuş RFKP və Ədalətli Rusiyanın aşkar 
passivliyi, həmçinin bu faktorla şərtlənmiş RF-nın prezident ad-
ministrasiyası ehmalca başa salır ki, istənilən an “yenilər” “qoca-
ları” sıxışdıra bilər, ya da ən azından elektoral məkanda onlara 
problem yarada bilər. Öz növbəsində səsvermə üçün vahid, yəni 
tək bir günün tətbiq olunması və onun Sentyabra keçirilməsi mü-
xa lifətin  indi  tətillər  mövsümünə  düşən  təşviqat  kampaniyasını 
çətinləşdirir.  Dövlət  Dumasına  deputat  seçkiləri  üzrə  qanunun 
2003-cü il versiyasına qayıdılması da (225 yer partiya siyahısı 
ilə , 225 yer birmandatlı dairələr) Kreml tərəfdən inisiasiya olun-
muşdur, və situasiyanın ən əlverişsiz inkşafı vaxtı belə növbəti 


22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
116
seçkilərdə daimi Duma çoxluğu şansını qorumağı nəzərdə tutur.
Nəticədə indiki zamanda Rusiyanın siyasi sisteminin vəziyyəti 
Xəzəryanı  ölkələrdəki  vəziyyətdən  az  fərqlənir.  Birinci  şəxsin 
seçimi  etimad  referendumu  formatında  keçirilir,  hakimiyyətin 
dəyişikliyi isə imitasiya xarakteri daşıyır.
Siyasi  müxalifət  parçalanmışdır:  “2011-ci  il  Dekabr  ide-
allarının  “  müdafiəsinə  iddialı  və  hakim  elitanın  rəqibləri  olan 
müxalifət  qrupları  (A.Navalnı,  S.Udalsov,  İ.Ponomaryov,  ata 
və  oğul  Qudkovlar  və  s.)  sürətlə  ictimai  dəstəyi  itirirlər,  və 
Azərbaycan  və  Qazaxıstanda  olduğu  kimi  narazı  kiçik  bir 
qrup  ziyalı  təbəqənin  dəstəyinə  güvənirlər.  2012-ci  il,  6  May 
hadisələri  zamanı  mitinqçilərin  bir  hissəsinin  təhlükəsizlik 
qüvvələri ilə toqquşması ona gətirib çıxardı ki, hakimiyyət sərt 
olaraq “vinti burdu”, yəni hədə və təhdidləri artırdı ki, buna da 
radikal müxalifət hazır deyildi.
Sistemik müxalifət seçki kampaniyaları arası ona səs verən 
sosial  qrupların  maraqlarını  qorumaq  əvəzinə  hakimiyyətlə 
əmək daşlıq  yolunu  seçir,  və  ABŞ  vətəndaşlarının  yetimləri 
uşaqlığa  götürməyini  qadağan  edən  qanunu  dəstəkləməklə 
(Dima  Ya kovlev  qanunu)  bir  neçə  vaxt  öncə  “Vahid  Rusiya-
nın” əsas mü xalif rəqibləri sayılan RFKP və “Ədalətli Rusiya” 
partiyalarının mühüm şəkildə hakimiyyətlə bağlayır. Vətəndaş 
cəmiyyəti  atomlaşdırılıb,  yəni  xırda  hissəciklərə  bölünüb,  və 
“ABŞ dəhşətləri”, “90-cı illərin pərakəndəliyi” qorxusu ilə asanca 
manupilasiya olunur, və demokratikləşmə ideyasına isə laqeyd-
dir.  2011-2012ci  ilin  krizisindən  sonra  Rusiya  rəhbərliyinin  si-
yasi  strategiyası  demokratik  institutların  daha  köklü  formada 
devalvasiyasına  yönəlib,  bununla  da  Rusiya,  Qazaxıstan  və 
Azərbaycana daha çox yaxınlaşır, və istisna deyil ki, Nazarba-
yev və Əliyev rejimləri Kremlə ideal bir variant kimi də görünə 
bilər.
Lakin  ölkənin  birinci  şəxslərinin  hakimiyyəti  dəyişməmələri 
Xəzəryanı ölkələr, həm də Rusiyanın siyasi rejimi üçün sistem-


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə