Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə29/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

II Hissə
SİYASİ PARTİYALAR 
VƏ SEÇKİLƏR NEFTLƏ 
ZƏNGİN POSTSOVET 
ÖLKƏLƏRİNDƏ: 
“MÜQAVİLƏ” DEMOKRATİ-
YASININ QARŞISINI
ALMAQ MÜMKÜNDÜRMÜ?


Leyla Əliyeva
Postsovet Azərbaycanında
siyasi partiyaların və seçkilərin
xüsusiyyətləri
Azərbaycan  müstəqilik  qazanandan  sonra  mürəkkəb  vəzifə 
qarşısında  qaldı-sovetizmin  ağır  siyasi  və  sosial  irsi  olan  tota-
litar və avtoritar sistemin idarəetməsinə və administrativ iqtisa-
diyyata qalib gəlmək. Hər iki sistem-həm iqtisadi, həm də siyasi-
mürəkkəb geopolitik şəraitdə dövlətin qurulmasinda kifayət qədər 
unikal maneələr toplusu yaratmışdı. Lakin bu toplu demək olar 
ki, bütün keçmiş ittifaqı xarakterizə edirdi, sadəcə bütün ölkələrə 
xas olan müxtəlif dərəcələr, sovet imperiyası tərkibində daha qısa 
mövcudluğu ilə əlaqədar daha az ifadə olunması ilə fərqlənirdi. 
Bu mənada Azərbaycan da demokratik institutların ləng yaran-
ması,  qeyri-şəffaf  seçkilər,  siyasətin  və  idarəetmənin  personal 
xarakteri, korrupsiyaya uğramış dövlət qurumları, monopoliyaya 
tendensiyalarla  üz-üzə  qaldı.  Lakin  bu  xüsusuiyyətlərlə  yanaşı 
Azərbaycan siyasi rejimin xeyli sabitliyi (daha doğrusu staqnasi-
ya) və praktiki olaraq 20 il ərzində siyasi elitanın dəyişməzliyi və 
ya keçmiş siyasi (kommunist) elitanın özünə məxsus ləngiməsi 
və qrup maraqlarının isə uzun müddət hakimiyyətdə olması ilə 
xarakterizə olunur.
Bu staqnasiya hər şeydən əvvəl bütün Xəzəryanı ölkələri-Ru-
siya, Azərbaycan,  Qazaxıstan  və  Türkmənistan  (onun  ən  eks-
tremal forması), həmçinin neftlə zəngin digər asiya ölkələrini xa-
rak terizə edir.
Hal-hazırda bütün bu ölkələr “super-prezident” hakimiyyəti ilə 
səciyyələnir və bu ölkələrin heç birində əsas dövlət və qaz resurs-
larına əli çatan loyal üzvləri olan və hakim elitanın himayəsində 
olan pariyalardan başqa avtoritar rejim tərəfindən zəifləndirilmiş 
güclü rəqabətə qadir partiyalar ya azdır, ya da yoxdur. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
93
Siyasi  proseslərin  əsas  hərəkət  vericisi  siyasi  hakimiyyəti 
dəyişmək məqsədi olan siyasi partiyalar olduğundan-ortaya sual 
çıxır. Staqnasiya zəif siyasi partiyaların və vətəndaş cəmiyyətinin 
nəticəsidir, yoxsa güclü hakimiyyətin, və ya səbəb hər ikisində, 
yaxud da ümumiyyətlə başqa şeydədir? Digər tərəfdən bu inkişaf 
obyektiv və subyektiv faktorların nəticəsidir?
Hansı  faktorlar  partiyaların  inkişafında  həlledici  rol  oynayıb, 
hansılarsa partiya inkişafı və seçkilər üçün resurs sənəti kimi ol-
muşdur?
Terri Linn Karl kimi alimlərə nəzərən neftlə zəngin ölkələrdə 
si yasi  iqtisadiyyatın  xüsusiyyətini  siyasi  və  dövlət  təsisatlarının 
müəy yən  resursla  qurulması  təyin  edir.  Siyasi  iqtisadiyyat  bu 
təsisatları  onların  kifayət  qədər  sərt  təyinatı  ilə  formalaşdırır 
ki
1
, bu da “zənginlik  paradoksu”  fenomeninə,  yəni güclü  sosial 
ziddiyyət və yüksək yoxsulluq səviyyəsinə gətirib çıxarır.
Bununla  yanaşı  demokratiyanın  inkişafı  və  şəffaf  seçkilərin 
ke çirilməsi  üçün  obyektiv  maneələr  yaradılır.  Neft  ölkələrinə 
ha  kimiy yətin  konsentrasiyası  və  genişlənməsi  dinamikası, 
pakt  demokratiyasına isə himayədarlıq üzərində qurulmuş (bö-
lüş  dürülmə  və  indulging)  siyasət  xasdır.  Əgər  ölkəyə  qapalı 
dairəni  qırıb  Venesuelladakı  kimi  demokratik  proseslərə  başla-
maq  mümkün  olursa  bu  “pakt”  demokratiyası  formasını  alır  və 
bu zaman açıq elektoral proses əvəzinə hakimiyyət müxalifətlə 
ha kimiyyətin razılaşması hesabına yenilənir.Terri Linn Karlın ad-
landırdığı “pakt” (müqavilə)  demokratiyası elitar arası anlaşma-
lar  və  kompromislər  hesabına  avtoritarizmdən  demokratiyaya 
keçid zamanı bərqərar olur. Bu əsasən hakim elitanın üzərində 
nəzarəti və üstünlüyü təmin etmək üçün ictimai-siyasi tələb və 
məhdudiyyətlərin  qismən  təmin  olunması  hesabına  baş  ve-
rir.  Belə  sistem  “Petro-ölkə”  xüsusiyyətlərini  gücləndirir-formal 
təsisatlar və qeyri-formal normalar yaradır ki, bu hakimiyyətə eti-
raz etmək, siyasi məqsədlər və kütlənin təşkilatçılıq qabiliyətini 
məhdudlaşdırır.  Bu  mənada Azərbaycan  və  onun  təsisatlarına 
1
 Terry Lynn Karl. The Paradox of Plenty: Oil Booms and Petro-states. University of California 
Press - Berkeley, 1997


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
94
“resurs  lənətindən”  qaçmaq  mümkün  olmayıb,  baxmayaraq  ki, 
formal  olaraq Azərbaycan  beynəlxalq  təşkilatların  bəzi  mühüm 
tövsiyələrinə əməl edərək, məsələn Neft fondu yaradıb.
Partiya qravitasiyası üzrə başqa tədqiqatlar göstərir ki, Azər-
bay canda da siyasi partiyaların inkişafı zəngin resurslara əli çat-
maqla yanaşı başqa faktorlarla da, məsələn seçki sisteminin tipi 
(proporsional və majoritar) keçid dövrünün xüsusiyyəti (mü na qi-
şəli, ya yox) partiya üzvlüyünün planla üst-üstə düşməsi, prezi-
dent  hakimiyyətinin  gücü  ilə  təyin  olunur
2
.  Lakin  bütün  nəzəri 
ümumi ləşdirmələr kimi bu yanaşma Azərbaycanda siyasi parti-
yaların inkişafının izahını bir qədər bəsitləşdirir.
Azərbaycanda siyasi partiyalar
80-ci illərin axırında yaranmış geniş hərəkat olan Xalq Cəb-
həsi, 90-cı illərin əvvəlində hərəkat daxilində müxtəlif fikir və in-
tellektual məktəblərə görə fərqləndirilmələr başladı. Əsas detallar 
millətçilik və liberalizm, həmçinin sağ və sosial demokrat baxış-
lar ətrafında qızışdı. Xalq Cəbhəsinin bir hissəsi təsdiq edirdi k, 
dövləti ilk növbədə liberal demokratik təsisatlar olmadan qurmaq 
olmaz, digər tərəf isə israr edirdi ki, mürəkkəb geopolitik şəraitdə 
və Ermənistanla müharibə dövründə əsas prioritet milli dövlətin 
qurulması olmasıdır.
Bu  yolla  yaranana  partiyalar  –  bərpa  qurultayı  1991-ci  ildə 
keçirilən  tarixi  Müsavat,  AXCP-si,  Sosial  Demokrat  Partiyası, 
AMİP, Vəhdət Partiyası (Bakı və kəndləri), İslam Partiyası ideolo-
ji debatlar və ölkənin inkişafına baxışlar əsasında yaradılmışdır. 
Bütün partiyalar öz təsis qurultaylarını keçirmişdilər, proqram və 
nizamnamaləri, strukturları var idi və Xalq Cəbhəsi hökumətinin 
liberal qanunvericilik və idarə etməsi hesabına 1992-ci ildə qeydə 
alınmışdır.
Əlbəttə ki, bu partiyaların o vaxtlar artıq postsovet ölkələrinə 
xas olan personalistik xüsusiyyəti mövcud idi, lakin partiya qu-
ruculuğu prosesi ölkənin siyasi və iqtisadi inkişafı ilə ümumi an-
2
 John Ishiyama Political Party Development and Party Gravity in Semi-Authoritarian states 
The cases of Azerbaijan, Kyrgyzstan and Tajikistan in Taiwan Journal of Democracy July 
2008, Vol.4. No.1(33-53) p.42.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə