Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
82
Milliyyətçilik və liberalizm bir-birləri ilə
necə uzlaşa bilərlər?
Milliyyətçilik,  eləcə  də  etnik  şovinizm,  rasizm,  izolyasionizm 
kimi liberalizmə ziddir. Liberalizm üçün vətəndaş konsolidasiyası 
və eyni hüquqlarla konkret millətin formalaşdırılması (istisnasız 
olaraq) olan dövlət nasionalizmi qəbul ediləndir. Bu barədə Ru-
siyanın  ən  tanınmış  liberal  məhbusu  Mixail  Xodorkovski  yazır: 
“Milliyətçilik – millətin ən yüksək dəyər olduğunu qəbul edən ide-
ologiyadır.  Ilk  baxışdan  milliyətçilik  və  liberalizm  bir-birnə  zidd 
görünür: birincisinin təməl daşı insan cəmiyyətidir, ikincisinin isə 
başlıca prioriteti ayrıca insan, onun hüquqları və azadlığıdır. La-
kin ilk baxışda görünən bu ziddiyyət zahiri xarakter daşıyır. Milləti 
etnosla bir tutmaq olmaz, eyni zamanda onu müəyyən mədəni 
birlikdən qopmuş kimi də qiymətləndirmək olmaz”
7
.
Milləti eyni mədəni dəyərləri olduğu kimi, eyni siyasi dəyərlərə 
də  malik  sosial  birlik  kimi  nəzərə  alan  Xodorkovski  hesab  edir 
ki: “Əsil  milliyətçilik  liberal  olmalıdır. Xalq  o  vaxt millətə  çevrilir 
ki, azadlıq onu üçün ən əsas dəyərə çevrilir
8
”. Yekunda müəllif 
qeyd edir ki, müasir liberal milliyətçiliyin ən əsas elementləri li-
beral  dəyərlərlə  üst-üstə  düşür.  Beləliklə,  müəyyən  etmək  olar 
ki, liberalizm (demokratiyada kimi) milliyətçiliyin bütün növləri ilə 
əməkdaşlıq etməyə hazırdır.
Liberalizm konfliktlərin sülh yolu ilə 
həlli üçün hansı tövhələri verə bilər?
Qərb  liberal  ideologiyaları  və  liberal  idealizmi  tərəfindən 
konfliktlərə yanaşma – beynəlxalq münasibətlər nəzəriyyələrində 
cərəyanlar – müxtəlifdir.
7
  Khodorkovskii  Mikhail  Mezhdu  Imperiyey  I  natsionalnim  gosudarstvom.  Third  Lecture 
for  the  audience  of  Novaya,  Ekho  Moskvi,  15.06.2012http://www.echomsk.spb.ru/blogs/
khodorkovsky/?category=4735
8
 İbid


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
83
Məsələn, Böyük Britaiyanın siyasəti dini və etnik ziddiyyətləri 
əlverişli  iqtisadi  və  siyasi  təminatlar  verməklə  neytrallaşdırma-
ğa  yönəlib.  1985-ci  ildə  bağlanmış  Anqlo-İrland  sazişinə  görə 
Cənubi İr landiya o zamana qədər Böyük britaniya ərazisi sayı-
lacaq ki, İrlandiya əhalisinin əksəriyyəti bunu qəbul etmiş olsun. 
Bu, re fe rendumun gərginliyi azaltma mexanizmi olduğunu sübut 
edir. 
Etnik qarşıdurmaları tənzimləyən Qərb texnologiyaları döv lə-
tin, cəmiyyətin inkişafında ayrı-ayrı qrupların tarixi, etnik, siyasi, 
iq  ti sadi, mədəni özəlliklərini əks etdirməyə çalışırlar.
Konfliktləri nizamlama modelləri müxtəlifdir, lakin əsasən üç 
texnologiya üzərində dayanılır:
1. Etnik qrupa qərar qəbul etmək üçün real hüquqların ve ril-
mə si, mərkəz və əyalət arasında federalizm prinsipləri əsasında 
yeni siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması;
2. Etnik qrupun parlamentdə və hökumətdə geniş təmsil olun-
ma sı ilə vahid hüquqi və siyasi məkanın yaranması;
3.  Unitar  dövlətdə  hakimiyyət  səlahiyyətlərinin  yetərincə 
desen tralizasiyası və konflikt regionuna avtonomiya verilməsi. 
Qərbdə tez-tez bütün bu modellərin inteqrasiyasına və kom-
binasiyasına üz tuturlar.
Cənubi  İrlandiya  və  Korsika  konfliktlərində  unitar  dövlətlər 
üçüncü modelə – ən yüksək muxtariyyat, Bask əyalətinə mərkəzlə 
federal əsaslı münasibətlər qurulması modelinə müraciət etdilər.
Öz inkişafının yüksək həddinə çatmış ənənəvi konfliktlər üçün 
genişləndirilmiş muxtariyyat, ya da həmin regionla federativ əla-
qə lər qurulması ən səmərəli siyasi model sayılır.
Keçid sistemlərdə sosial-iqtisadi böhran nəticəsində yaranan 
kons truksiyalaşmış konfliktlər üçün iqtisadi sabitliklə yanaşı, kon-
flikt ərazisi ilə mərkəz arasında səlahiyyətlərin dəqiq bölgüsü uy-
ğun ola bilər. 
Tənzimləmə modelinin seçilməsində ən böyük çətinlik, regi-
onal eli tadan tutmuş nəhəng dünya dövlətlərinə qədər - müxtəlif 
si ya si  qüvvələrin  maraqlarına  xidmət  edən  instrumentallaşmış 
kon flikt lərdir.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
84
Qeyd edək ki, Qərbdə konfliktlərin siyasi tənzimlənməsinə ən 
böyük kömək milli konsensus mədəniyyəti elementlərinin möv-
cud luğu  oldu.  Avropada  etnik  konfliktlərin  aradan  qaldırılması 
üçün strategiya və taktikanın işlənib hazırlanması, eləcə də döv-
lət də və regionda milli siyasət proqramının olması kimi digər va-
cib faktorlar bunlardır; etnoslar arası konfliktlərin formalaşması 
pro sesinin açıq getməsi ekstremizmə və milliyyətçiliyə qarşı cid-
di ölçü götürülməsinə səbəb oldu; etniklər arası dialoqa im kan 
yaradıldı, nümunəvi davranışın formalaşdırılması üçün də  yər lər 
təsis edildi; potensial konfliktlərin profilaktikası üçün və mövcud 
konfliktlərin həlli üçün bütün etnik qrupların sosial-iqti sa di vəziy-
yə tinin yaxşılaşdırlması barədə kompleks tədbirlər hə yata ke çi-
rildi;  konfliktlərin  həllində  öz  maraqları  olduğundan  fəaliy yət ləri 
yetərincə birmənalı olmayan beynəlxalq ictimayyətin - təş ki
 
lat la-
rın və dövlətlərin resurslarından səmərəli isifadə edildi. 
Lakin bir qaydalı olaraq etnik konfliktləri, hətta ən sabit siyasi 
inkişaf şəraitində və ən səmərəli və adekvat texnologiyalardan 
istifadə edərkən belə birdəfəlik aradan qaldırmaq yox, bu kon-
flikt ləri  yalnız  nizamlamaq  mümkündür.  Bununla  əlaqədar  ən 
uğurlu  nümunə  olan  Aland  konfliktlərininin  nizamlanması  mo-
de lini xatırlamaq yetərlidir (Aland parlamentinin önündəki sütun 
sıra larında adaların muxtariyyat tarixləri əks edilir, sonuncu sü-
tun hə ləki boşdur, bu sütün ölkənin tam müstəqillik əldə edəcəyi 
tarixi gün üçün saxlanılır)
Konfliktlərin  siyasi  nizamlanması  təcrübəsinin  və  əhalinin 
siyasi mədəniyyət vərdişlərinin olması hətta dövlət siyasi sis te-
minin  iflası  şəraitində  belə  etnik  zidiyyətlərin  sülh  yolu  ilə  həlli 
üçün  qarantdır  (Çexoslovakiyanın  sülh  yolu  ilə  iki  yerə  bölün-
məsi  yaxşı  nümunədir).  Hətta  dövlətlərarası  sərhədlərin  əhə-
miy yətini  aradan  götürən  Avropa  Birliyinin  yaranması  etniklər 
arası ziddiyyətlərin və konfliktlərin aradan qaldırılmasına səbəb 
ol madı. Ümumi konflikt nəzəriyyəsinin əsaslarını yaradanlardan 
biri  olan  R.Darendorf  hesab  edirdi  ki,  hətta  ən  mükəmməl  de-
mok ratik cəmiyyətlər belə konfliktlərə son verə bilməz, eləcə də 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə