Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
73
deklarasiyalar şəklində deyil, həm də dərin inanc və direktivlərdə 
ciddi ehtiva olunsun.
Dünyanın “əzəli və kinli düşmənlər” mənzərəsi“ bizim maraq lara 
zidd olan, lakin öz ləyaqətləri, və hörmət edilməli həm də nəzərə 
alınmalı hüquqları olan insanlar” mənzərəsi ilə dəyişil mə lidir.
Başqalarının ləyaqətinə, azadlığına, hüquqlarına, idealları və 
bəra bərlik prinsiplərinə, ədalətinə hörmət dəyərləri heç olmasa “ 
öz milli maraqları” simvolları və hakimiyyəti saxlamaq arzuları ilə 
bir sırada qoyulmalıdır.
Milli, etnik və dini kimliyin möhkəmlənməsiylə ilə yanaşı həm 
də kosmopolitik kimlik əmələ gəlməlidir: “biz öz xalqımızın təm-
sil çiləriyik və prinsipial məqamlarda həm də elə bizim qədər bun-
lara layiq olan digər xalqların nümayəndələri ilə bərabərik”.
Rəqibin məhvi, aşağılanması, əzilməsi və üzərində qələbə ça-
lınması kimi təlqin olunan davranış stereotipləri (praktika və stra-
tegiya), sülh danışıqlarına, kompromisslərə, qarşılıqlı güzəştlərin 
müzakirə olunmasına istiqamətlənməlidir.
Bu vərdişlərin belə dəyişməsi ilk növbədə konflikt tərəflərinin 
başlıca iştirakçısı olan hakim qruplar həm də hər iki tərəfin nü-
fuzlu müxalifəti üçün vacibdir, yoxsa əks halda istənilən güzəştlər 
və kompromislər münaqişə tərəflərinin içərisində “satqınlıq” kimi 
qəbul olunacaq.
Bu yanaşmaları praktikada necə həyata keçirmək olar? Dərin 
inanclar və qaydalar xoşməramlı məqalələr və kitabları oxumaq-
la, mühazirələrə və dini ayinlərə qulaq asmaqla deyil, keçmiş sim-
vollar və dünya mənzərəsi dramatik olaraq dağılan və yenilərinin 
prestijin yüksəlməsində, qrup üzvlüyündə , sosial perspektivlərlə 
dolu olan emosional təsirli hadisələrlə dəyişə bilər.
Bundan  başqa  dərin  dəyərlərin  belə  dəyişməsi  həm  də 
müsbət  möhkəmləndirilməlidir:  yeni  prinsiplər  əsasında  qəbul 
onunan strategiyalar və praktika, qərarlar və fəaliyyət ümidsizliyə 
deyil, yeni müvəffəqiyyətləri vəd edən uğura gətirib çıxarmalıdır.
Son söz olaraq, hər şey münaqişə tərəflərində bədnam “kö-
nüllülük” əmələ gəlməsinə dirənir: rəqibin bərabər, layiq, öz ma-
raqlarına  hüququ  olan  kimi  qəbul  edilməsi,  həmçinin  bir  yerdə 
qarşılıqlı qəbulolunan qərarların əldə edilməsinə hazır olmaq.


Əli Abasov
Liberalizm və konflikt
Giriş
 
Liberalizmi  fərdiyyətçilik  fəlsəfəsinin  əsas  ideya  daşıyıcısı 
(şəx
 
si azadlıq, insan hüquqlarının üstünlüyü, qanunun aliliyi, plü-
ra lizm) və fundamental prinsipi (yaşamaq haqqı, şəxsi azadlıqlar, 
mül kiyyət azadlığı və digər vətəndaş hüquqları da daxil olmaq-
la bütün təbii haqqların müdafiəsi; insanların qanun qarşısında 
bə rabərliyi;  bazar  iqtisadiyyatının  dəstəklənməsi;  hökumətin 
mə suliyyətliliyi  və  şəffaflığı,  dövlət  hakimiyyətinin  minimuma 
endirilməsi, bəyan edilmiş ideya və prinsiplərin müdafiəsinin va-
cibliyi) kimi dəyərləndirmək olar. Tez-tez belə bir fikir səslənir ki, 
bərabər nəticələri deyil, liberalizm bərabər imkanları dəstəkləyir. 
Bu, çox vacib məqamdır. Liberalizmin müasir variasiyası olan li-
beral demokratiya liberalizmin siyasi, iqtisadi, mədəni və sosial 
formalarını özündə birləşdirir. 
Hakimiyyətin,  maddi  resursların  və  texnologiyaların  inki-
şaf etmiş ölkələrin əlində mərkəzləşdirilməsi əleyhinə yönəlmiş 
“üçüncü nəsil liberalizmi” üçüncü dünya ölkələri üçün daha xa-
rak terikdir. 
Liberalizmin  və  demokratiyanın  ilkin  təzadlı  prinsiplərindən 
biri  “vətəndaş”  anlayışının  ziddiyyətli  şərhidir.  Liberallar  hesab 
edir dilər ki, yalnız mülkiyyət sahibi olanlar vətəndaş cəmiyyətinin 
üzvü hesab oluna bilər, ictimai müzakirələrdə iştirak edə bilər və 
hökumətə səlahiyyətli nümayəndələr göndərə bilərlər. De mok ra-
ti ya isə, əksinə, mülkiyyəti olmayan vətəndaşı da bu sıraya daxil 
edərək bütün xalqın belə bir haqqı olduğunu tələb edir. Sonralar, 
şəxsi azadlıq və mülkiyyət azadlığı (fərdi dəyərlər) ilə demokrati-
ya (ictimai dəyərlər) bir-birinə güzəştə gedərək uzlaşdılar, lakin bu 
uzlaşma təbii olmadığı üçün bəzən liberalizm və demokratiya öz 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
75
əsaslarını yenidən nəzərdən keçirməli və yaxud yeni zidiyyətlər 
ya şamalı olurlar. Bir çox tədqiqatçılar (xüsusilə, “qeyriqərblilər”) 
he sab edirlər ki, hələ də liberalizm və demokratiya bir araya sığ-
mırlar. Məsələn, A.Dugin qeyd edir ki, “liberalizmin yuxarı başın-
da istənilən ictimai kimlikdən təmiz lənmiş fərd (individuum) daya-
nır..., lakin nəticədə bu fərd “so nun cu ictimai kimlikdən – in sanı 
insandan azad etmək kimi “absurd” hədəfə gəlir
1
 . 
Bu məntiqlə yanaşılsa, qədim yunanların ixtirası olan, lakin li-
beralizmin qeyri-səmimi demokratiyası olaraq mahiyyətində aris-
tok rat, hətta tiran hakimiyyəti daşıyan liberalizm və demokratiya 
prin siplərini uzlaşdırmaq çətindir. 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, tənqidçilərin çoxu libe-
ralizmin çağdaş mahiyyəti ilə demokratiyanın ənənəviçilik məğ-
zini,  onların  sünii  və  təbii,  “fitri  və  mədəni”  qarşıdurmalarına 
əsas  lanaraq  tez-tez  üz-üzə  qoyurlar.  Beləliklə,  müasir  İngiltərə 
ta rix çisi  C.Çarmli  liberalizm  haqqında  “idrakın  insan  təbiətinə 
qəs  di” kimi söz edir
2
 . 
Yuxarıda  adı  keçən  Duqin  hesab  edir  ki,  liberalizm  “azadlı-
ğı” əməli cəhətdən heç vaxt ictimai subyekt arasında yayqın ol-
mayıb. Özünün bütün ideoloji rəqiblərini məhv etmiş liberalizm 
sonuncu qurbanı olan demokratiya ilə hesablaşmağa hazırlaşır- 
deyə Dugin yazır
3
 . 
Rəqibləri  liberalları  riyakarlıqda  ittiham  edirlər,  çünki  onlar 
hökumətlərinin öz dövlətlərinin daxili həyatına məhdud qarışmağı 
tələb etdikləri halda, başqa ölkələrin işlərinə müdaxilə etmələrinə 
göz yumurlar (müdaxilə səbəbinin bu ölkələrin insan haqqlarını 
pozmaq  olmasına  məhəl  qoymayaraq).  Qərbin  bütün  dünyaya 
sırımaq istədiyi liberalizm ideyası təhlükəli normaları bəyan edir. 
Patriarx Kirill liberalizm və xeyir-şər anlayışlarının aşılanması 
arasında  paralellər  aparmışdır.  Görünür,  bu  yanaşma  libera liz-
1
 Dugin, Alexander, Agoniya Liberalizma 21.09.2012 
http://globalconflict.ru/analytics/5575-aleksandr-dugin-agoniya-liberalizma
2
 Andrew Williams, Liberalism and War: The Victors and the Vanguished, New International 
Relations London and New York, 2006, pp. 263.
3
 Dugin, Alexander Demokratiya protiv liberalizma. Jurnal Fakel, 18.01.2004
http://www.evrazia.org/modules.php?name=News&file=article&sid=1648


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə