Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
76
min əsas prinsipi olan bitərəflik məcburiyyətindən və hakimiyyət-
lə rin  ayrı-ayrı  vətəndaşların  sarıldığı  etik  dəyərlərə  bitərəf  mü-
nasibətindən  doğulmuşdur.  Doğrudan  da,  həyat  fəaliy yətinin 
müxtəlif sahələrində liberallar vətəndaşın azad seçki müdafiəsinə 
və tətbiqinə imkan verən neytral prosedurları və etik normaları 
mü dafiə edirlər. Bitərəflik prinsipinə əməl edilməsi dövlətlər üçün 
zə ruri norma sayılaraq şəxsi azadlığın müdafiəsi və baş vermiş 
konfliklərin həlli üçün mühüm alət hesab edilir.
XX  əsrin  90-cı  illərindən  başlayaraq  liberalizm  qloballaşma 
ilə əlaqəli olan yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələni 
tənqidçilər  “Qızıl  milliard”  ölkələrinin  möhtəkir-maliyyə  liberaliz-
mi” adlandırırlar. 
“Konflikt”  ifadəsinin  şərhi  opponentlərdə  və  ya  qarşıduran 
tə rəflərdə,  eləcə  də  istisnasız  olaraq  bütün  sosial  strukturlar-
da tə zahür edən ziddiyyətli hədəf, maraq, mövqe, rəy və baxış 
istiqamətlərinin  kəskin  qarşıdurma  forması  anlamına  gəlir.  Bizi 
maraqlandıran nümunə bütün dünyada geniş yayılmış etnosiyasi 
konfliktdir. Sabit demokratiyalarda separatşı əhvalların hay-küyü 
və konfliktli halların artımı sübut edir ki, hazırda konfliktlər cid-
di  təhlükə  ifadə  edir.  Oslo  Sülh  İnstitutunun  direktoru  D.Smitin 
hesabatına  görə  XX  əsr,  90-cı  illərin  ikinci  yarısında  müxtəlif 
etnik  tərkibli  ölkələrdə
4
  baş  vermiş  müharibələrin  üçdə  ikisi  bu 
konfliktlərlə əlaqəlidir
5
 .
Paradoksaldır ki, hər hansı bir etnik və ya dini qrup hakimiyyət 
tərəfindən  nə  qədər  az  repressiya  və  diskriminasiya  əzabı 
çəkirsə,  həmin  qrupların  silahlı  mübarizəyə  başlaması  ehtima-
lı o qədər böyük olur. Təsadüfi deyil ki, öz müqəddəratını təyin 
etmə  mübarizəsinə  başlayan  qrupların  əksəriyyəti  demokratik 
4
 Dünyada kiçik ya böyük 8 min millət və xalq var və nəzəri olaraq onların hər biri müstəqillik 
elan edə bilər. Müasir dünyada etnik cəhətdən yalnız bir millətdən ibarət olan dövlət yoxdur. 
Formal  olaraq  yalnız  12  dövlət  (9%)  bu  kateqoriyaya  daxil  edilir.  25  dövlətdə  (18.9  %) 
isə çoxluq olan etnik qrup isə əhalinin 90 %-ni, digər bir 25 dövlətdə isə 75%-dən 89%-ə 
qədərini  təşkil  edir.  31  dövlətdə  (23.5  %)  isə  bu  göstərici  50-70  %  arası  dəyişdiyi  halda, 
39 dövlətdə (29.5 %) isə əhalinin təxminən 50 %-i etnik olaraq homoqenikdir. (Gladkova, 
Anna,  Mezhnatsionalniye  konflikti  v  sovremennom  mire,  Thesis,  Sebastopol,2003.  http://
baza-referat.ru)

Sultanova,  Janna.  Etnotsenrism  v  sovremennom  mire Thesis,2005,  http://www.dslib.net/
soc-struktura/jetnocentrizm-v-sovremennom-mire-istoki-suwnost-praktiki.htm


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
77
ölkələrdə yaşayırlar. Bundan da əlavə ölkə “qeyri-azad” rejimdən 
demokratiyaya keçid həyata keçirərkən müstəqillik ideyası ağıl-
ları fəth edir. 
Ənənəvi təbəqələşmiş, təsis edilmiş, alətləşdirilmiş konfliktlər 
özü nü  sistem  fenomeninin  təzahürü  kimi  göstərir.  Təbiətcə  və 
struk turca mürəkkəb olan konfliktlər yalnız etno-konfessional de-
yil, həm də qeopolitik, mədəni, iqtisadi mahiyyət də daşıyırlar.
Konfliktlərin  tədqiqi  göstərir  ki,  faktor  metodologiyasından 
əsas faktorun üzə şıxarılmasına keçid zorakılığın daima davam 
etdirilməsi üçün istifadə edilir, hakim şəbəkə infrastrukturu müxtəlif 
şəbəkələrlə xüsusi əlaqələndirmə qaydalarını diktə edir, konflikt 
qrupları həmin qaydalala formalaşır, strukturlaşır, konflikt resurs-
ları olaraq toplanır. Konfliktin tipi münaqişədə əsas mövqe tutan 
hər hansı bir hakim şəbəkənin üzə çıxarılmasına imkan verir. 
Ənənəvi konfliktdə mədəni şəbəkənin, təsis edilmiş konfliktdə 
iqtisadi  şəbəkənin  rolu  olduğu  halda,  instrumentallaşmış-
alət ləşmiş  kofliktdə  isə  hakim  geopolitik  və  siyasi  şəbəkənin 
nəticələri  müşahidə  edilir
6
.  Sosialist  sistemin  dağılması  instru-
men  tal konfliktlərin ortaya çıxması ilə müşayiət olundu. Etnikliyin 
siyasiləşdirilməsi  və  etnokonfliktlərin  əmələ  gəlməsi  bir  qayda 
olaraq etnoqrupların, xüsusilə onların liderlərinin siyasi, iqtisadi, 
mədəni şəbəkələrdə hakim mövqe qazanmaq məqsədinin nə ti-
cəsidir.  Şəbəkə  yanaşması  konfliktlərin  yalnız  mürəkkəb,  biris-
ti qamətli  olmayan  xarakterini  deyil,  həm  də  konflikti  müşahidə 
edən prosesləri hesablamağa və şərh etməyə imkan verir.
Tədqiqatçıların bir hissəsi hesab edir ki, sosialist sisteminin 
çök məsi dövründə ittifaqa daxil olan bəzi respublikalar konfliktin 
inki şafının  qarşısını  ala  bildilər.  Buna  səbəb  həmin  respublika-
larda milli dövlətçiliyin davamlı tarixinin, parlamentarizmin siya-
si  ənə nəsinnin,  hakimiyyətin  legitim  ötürülməsinin,  kompramis 
ənənələrinin,  eyni  zamanda  sosial  və  etnik  həmçinsliyin  möv-
cud  olması  idi.  Bu  nəticəni  qismən  qəbul  edərək,  qeyd  etmək 
lazımdır ki, konfliktin bu üsulla yoluna qoyulmasına nüfuzlu xa-
6
  Kumova,  Svetlana  Politicheskiye  aspekti  etnicheslikh  konfliktov  v  sovremennoi  Yevrope 
Thesis, Saratov, 2006 http://do.gendocs.ru/docs/index-238729.html


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
78
rici qüvvələr yüksək səviyyədə kömək göstərdilər. Ümumiyyətlə, 
möv cud  konfliktlərin  çoxu  (xüsusilə  instrumental  konfliktlər)  si-
ya si mahiyyət daşıyır və onların dinamikası nüfuzlu beynəlxalq 
təş kilatlar və xarici dövlətlər tərəfindən tənzimlənir. Bu vəziyyət 
kon flikt ölkəsinin xarici geopolotik maraqlar zonasında yerləşən 
və ya əhəmiyyətli dərəcədə xammal resurslarına malik olan regi-
onlara daha çox baş verir. Əlbəttə, dünyanın bütün etnomədəni 
regionları – inkişaf etmiş və inkişaf etməkdə olan, müxtəlif rifah 
və siyasi mədəniyyət səviyyəsi daşıyan regionlar belə kon flik tə 
meyllidirlər.  Bu  meyl  müasir  siyasi  qeyri-sabitliyi  daima  pro vo-
kasiyaya təhrik edir, bu səbəbdən də çağdaş dünyadakı bü tün 
böyük konfliktlər beynəlxalq xarakter daşıyır. Artıq üçüncü onil lik-
dir ki öz həllini gözləyən Cənubi Qafqaz konfliktləri də həmin sil-
si lədəndir. Liberalizm konfliktin tənzimlənməsi fəaliyyətinə nələr 
tək lif edə bilər? Bu məqsədlə konfransın təşkilatçılarına təklif et-
di yimiz əsas mövzuları diqqətinizə çatdıraq. 
Konfliktə və onun həllinə yanaşma 
ideologiyalardan və dünyagörüşündən nə
şəkildə asılıdır?
Bütün  digər  ideologiyalar  kimi  liberalizmə  də  natamamlıq, 
yarım çıq, açıqlıq, hətta qeyri-müəyyənlik, ilkin əsasların inka rı-
na yönəlmək imkanları və şəkildəyişdirmə xüsusiyyətləri xarak-
te rik dir. İdeologiyaların dünyaya baxışı və fəlsəfi məzmunu hər 
bir xal qın psixologiyasının, şüurunın, mental mahiyyətinin konk-
ret məh suludur. İdeologiyalar yeni mühitdə yayılarkən müəyyən 
qəbul edilməz yönlərinə görə mütləq transformasiya ilə üzləşməli 
olur. İstənilən ideologiyanın yayıldığı ərazidə yeni təzahürü hə-
min ərazinin tarixi şəraitindən, xalqın mədəni vəziyyətindən ası-
lı dır.  İdeologiya  yayıldığı  əraziyə  mən sub  mədəniyyətin  tərkib 
his səsinə çevrilir, mövcud reallıq odeo lo giyanın mənimsəmə və 
interpretasiyanı tənzimləyir, sonra isə konkret fəaliyyətdə özünü 
ifadə  edən  sosiumun  əxlaqını  ay dın  şəkildə  modelləşdirir.  İde-


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə