Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə20/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
63
lek tuallarımızın Maarifçiliyin cəsarətli düşüncəsini alt-üst etmək 
fəa liyyəti tənqidi Kant sistemi ilə zəka sualları və təftişi qarşısın-
da əbədi olaraq mövcud olacaq. 
Söylədiklərimin  məcrasında  yenidən  təkrar  edim  ki,  dəfə-
lər lə  deyilib:  Qarabağın  həlli  demokratiyadan  keçir.  Bunu 
dəqiqləşdirim: Maarifçilik və Liberalizm vasitəsi ilə, tarixi ontolo-
giyanı qaytarmaq yolu ilə, hazırlıq və düşünmək bacarığı ilə.
Yalnız təkrar edə bilərəm ki, biz, nəhayət ki, hər iki tərəfdən 
tarixi  və  nasionalist  arqumentləri  istifadə  etməyən  insanların, 
mən deyərdim, posttarixi və postnasionalist elitanın əməkdaşlığı 
yolu ilə sıfır nöqtəsinə çatmalıyıq. Bu kimi insanların hər hansı 
uyğun bir səlahiyyətə malik olmamasında heç bir təhlükə yoxdur, 
bu  insanların  öz  dövlətləri  və  hətta  öz  cəmiyyətləri  tərəfindən 
verilmiş  hər  hansı  bir  imtiyazlarının  olmamasının  da  problemi 
yoxdur.  Sonra  isə  danışıqlar  üzrə  ekspertlərə  və  ya  əlaqədar 
ədəbiyyata müraciət etmək olar. Məsələn, R.Fişerin və U.Yurinin 
“Razılaşma yolu və ya məğlubiyyətsiz danışıq” kitabına. Bu kitab 
haqqında bizim kolleqamız Nikolay Rozov öz monoqrafiyasında 
şərh yazıb. 
Biz öz “varlığımızın ağır dözülməzliyini” şişirtmə meyliliyimizlə 
bütün bunlar bizə sadəlövh görünə bilər, lakin belə “nə sülh, nə 
müharibə” vəziyyəti konfliktin eskalasiyasına gətirib çıxara bilər, 
o halda həmin səlahiyyəti və imtiyazı olmayan əməkdaş elita da-
nışıqları təşkil etməklə imdada çata bilər. R.Fişerin və U.Yurinin 
adlandırdığı kimi “təxirəsalınmaz sülh danışıqları” lazım ola bilər.
Fikrimi İmmanuel Vallerstaynın “Liberalizmdən sonra” kitabın-
dan yekun sətirlərlə bitirmək istəyirəm.
Qeyd etmək istərdim ki, kitabı oxuyarkən mənim müəlliflə razı 
olmadığım məqamlar çox idi, lakin yekun sətirlər məni müəlliflə 
barışdırdı.
“Siz  düşünə  bilərsiniz  ki,  mənim  tərəfimdən  təklif  edilmiş 
məqsədyönlü sosial və siyasi proqram fəaliyyətinin ümumi ciz-
giləri  qarşıdan  gələn  25-50  il  üçün  hədsiz  dumanlıdır.  Lakin  o 
burulğanın  mərkəzində  yerləşdiyindən  mümkün  olduğu  qədər 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
64
konkretdir.  Birincisi,  müəyyən  edilməlidir  ki,  siz  hansı  sahilə 
istiqamət götürürsünüz. Ikincisi, əmin olun ki, sizin ilk cəhdiniz 
sizi həmin istiqamətə doğru yönəldir. Əgər siz bundan da böyük 
dəqiqlik istəyirsinizsə bunu tapmayacaqsınız və o dəqiqqliyi ax-
tardığınız vaxtda boğulacaqsınız”.
Təkrar  edim,  hətta  burulğana  düşəndə  belə  boğulmamaq 
üçün çıxış yolu axtarmağı davam etdirmək lazımdır.


Nikolay Rozov
Rusiya tarixinin mərhələləri
demokratikləşmənin çətinlikləri və 
postsovet məkanında konfliktlərin 
həlli şərtləri
Rusiya tarixinin silsilələri
Bu  məqalədə  Rusiya  tarixi  mərhələlərinin  əsas  modeli  və 
izahı veriləcək, bu model çərçivəsində Rusiyadakı sosial siyasi 
vəziyyət qısaca xarakterizə olunacaq, Kremlin xarici siyasətinin 
istiqamətləri göstəriləcək, postsovet məkanında konfliktlərin həlli 
perspektivləri araşdırılacaq.
Qulluqçu  sinfin  uzun  mərhələli  mobilizasiya  və  inqilablar 
modellərində (Rusiyada Qroznı, Petrovski, Stalin mərhələlərinin 
baş   lanması kimi) mərhələli dəyişkənlik rekonstruksiyası baş ve-
rir ki, bunu dövlətin uğuru adlandırmaq olar (ərazilərin geniş lən -
dirilməsi, xarici arenada güc prestiji, hakimiyyətin və rejimin le gi-
tim liyi, daxili stabillik)
Qısa  mərhələli  islahat-əks  islahat  modellərindəki  mərhələli 
ola raq baş verən dəyişkənlik isə şəxsiyyətin və mülkiyyətin mü-
da fiəçisi, həmçinin idarəetmədə iştirakının ölçüsü olan azad lıq
  
dır.
Rusiya  tarixi  totalitarizmdən  repressiyalaradək,  dövlət  və  anti 
döv lət terroru – iğtişaşlar və məğlubiyyətlər, liberal ümidlənmə, la  -
yihə və islahatlar sərgiləyən müstəsna qarışıq bir triumflar di na  mi-
ka sında təzahür edir. Bütün bunlara rəğmən ümumi mən zərə xaotik 
de yil, əksinə sterotipik və təkrarlarla dolu olan bir gö rün  tü yaradır
1

1-ci takt. “Uğurlu mobilizasiya” Dövlətçiliyin və emosionaliz-
min yük səlişi, qulluqçu sinfin kəskin artımı, gücün artımı. Daxili 
sabitlik,  etirazların  yatırılması.  Ekspansiyanın  daimi  olaraq  bir 
həd di var və adətən 2-ci takta keçir.
2-ci  takt.  “Stabillik-staqnasiya”,  yəni  inkişafdan  dayanma. 
Bə zən  nisbi  sakit,  bəzən  elitanın  və  rejimin  deqradasıyası  ilə 
1
 Более детально о природе и внутреннем порождающем механизме этих циклов см. в 
книге: Колея и перевал: макросоциологические основания стратегий России в XXI веке. 
М.: РОССПЭН, 2011. http://www.nsu.ru/filf/rozov/publ/kol-per.htm


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
66
müşayət olunur, və təlatümlü olaraq 3-cü taktla bitir.
3-cü takt.“Sosial-siyasi krisiz”. Böyük iğtişaşlar, kəndli və və-
tən daş müharibələri, daha dərin və təhlükəli xarici müdaxilələr. 
Bu “Krizis bölünmələr və 4-cü və 5-ci taktları tətbiq etmək üçün 
edi lən tələsik cəhdlərlə xarakterizə olunur.
4-cü takt. “Liberallaşma”. Bəzən ”yuxarıdan” bəzən spontan 
ola raq “aşağılardan” kortəbii şəkildə həyata keçirilir, lakin bir qay-
da olaraq uğurla nəticələnmir. Bu mərhələ bəzən 3-cü takt olan 
“Krizisə” qayıdır, ya da 5-ci takt olan “ Yuvarlanmaya” doğru gedir.
5-ci takt. “Avtoritar yuvarlanma” Bir çox hallarda bu mərhələ 
“Krizis”dən çıxarır və “Stabillik staqnasiya” mühitinə qaytarır, la-
kin bəzən “Uğurlu mobilizasiya” taktına aparır, amma müəyyən 
şərtlər daxilində isə “Krizis” taktının dərinləşməsinə, və 6-cı takt 
olan “Dövlətin çöküşü” mərhələsinə gətirib çıxarır.
6-cı takt. “Dövlətin dağılması” “Krizis” tendensiyalarının son 
dağıdıcı  dərəcəsi  kimi  başa  düşülməlidir.  Dövlətçiliyin  bərpası 
vaxtı yeni hakimiyyət adətən zəif və ona görə də liberal olurlar, 
müxtəlif  tipli  geniş  aktor  auditoriyasına  güvənir,  lakin  “Avtoritar 
yuvarlanma” taktına qayıdış və ya tanış olan irticaçı qaydaların 
yenidən tətbiqi sonralar baş verən bir prosesdir. 
Taktların bizim parametrik məkanda fazalı keçid modeli vasi-
təsilə ardıcıllığını nümayış etdirək. (Şəkil 1)
Şəkil 1. Rusiya tarixinin tsiklik dinamikasında taktlar və tak tlar arası 
keçidlər. Ştrixlənmiş və ox işarəsi olan blokların kon tur ları tez tez rast gəlinən 
keçidlərin dairəvi dinamikasıdır. “Li be ra lizasiya” və “Dövlət çöküşü” və “Uğurlu 
mobilizasiya” arasındakı kontur isə-saat kəfkiri dinamikasını göstərir.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə