Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə18/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
57
necə  izah  etmək  olar?  Keçmişi  təftiş  etmək  məqsədi  ilə,  hətta 
“çirkin  siyasətdə”  belə  humanitar  axtarışları  qeyd  etmək  ,  yol 
vermək, ya etiraf etmək ki, yeni zaman yeni problemlər ortaya 
çıxarır  və  yeni  həll  imkanları  tələb  edir.  Bütün  bunlar  isə  yeni 
təhlillərsiz  və  yeni  nəzəriyyələrsiz  mümkün  deyildir.  Fikrimcə, 
biz  hər  dəfə  dünyanın  daima  ye ni dən  düzənlənməsi  haqqında 
yüksək  Maarifçiliyin  sualları  ilə  qarşı dur manı  müşahidə  edi-
rik.  Biz  buna  məhkumuq  və  asanlıqla  mə yusluğa  yuvarlanan 
əbədi utopizmimizlə baş verənlərin gizli gü nahkarlarını axtarırıq. 
Məntiqli bir sonuc tapmayanda isə es xa to lik düşüncəyə qapılır, 
dünyanın sonunun yaxınlaşdığını bəyan edi rik.
Yeri gəlmişkən qeyd etmək maraqlıdır ki, bütün XX əsr boyu 
və praktiki olaraq bu günə qədər ədəbiyyatda və müəyyən qədər 
də  kinoda  antiutopiya  janrı  yaranmışdır.  Bu  janr  satirik  şəkildə 
keçmişin  “optimik”  utopiyasını  gözdən  salır.  Bizim  nəsil  məhz 
bunu yaşamalı olmuşdur.
Bununla yanaşı söhbət yalnız sosial utopiyadan getmir, eləcə 
də,  rəqəmlərin  insanın  yeni  mahiyyətinə  çevrildiyi  texnokratik 
utopiyadan gedir. 
Liberalizmi  dəfn  etməyə  tələsən  İ.Vallersteyn,  haqlı  olaraq 
yazır ki, “ola bilər ki, Xomeyni tipi özlüyündə müasir dünya sis-
temi tərəfindən ilk öncə yüksək hiddət və qəzəblə qarşılanır. Bu 
qəzəb  o  kəslərə  qarşı  yönəlmişdir  ki,  onlar  vəziyyətdən  böyük 
fayda götürür, bu səbəbdən müdafiə edir, dünya iqtisadiyyatının 
Qərb kapitalist mərkəzinə qarşı dayanırlar. Onlar Qərbi ifşa edir, 
Maarifçilik dönəmi dəyərlərinə mənfi münasibəti kəskinləşdirərək 
bu  dəyərləri  şərin  təzahürü  kimi  təqdim  edirlər  (bu  “qəzəb  və 
hiddətdən” hansı nəticələrin çıxarılması artıq başqa məsələdir).
Bir neçə söz də “sui-qəsd” haqqında konspiroloji ssenari kimi 
baş verənlərin və sairənin əsas səbəbi olaraq. 
Mən dəfələrlə məntiqi çox sadə olan opponentlərimlə dis kus-
siya etməli olmuşam: regional konfliktlər də daxil olmaqla bütün 
ciddi  sualları  yüksək  siyasət  həll  edir  və  ya  etmir, yerdə  qalan 
isə yarı-humanist cəhdlərdir. Ən yaxşı halda etiraf edirlər ki, iki 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
58
yanaşma vardır: konspiroloji və təsadüfi ya da spontan. Əslində 
isə mən digər məsələ üzərində təkid edirəm, söhbət “və-və” ya 
da “ya elə-ya belə” prinsiplərindən getmir, belə halda maarifçi və 
ya liberal yanaşma konspiroloji yanaşmanı istisna edir. 
Aydınlıq üçün və sözün kəsəsi olaraq, icazənizlə, belə bir me-
tafora işlədim. Təsəvvürünüzə gətirim ki, biz masa üs tün  də pa-
fosla Maarifçiliyi, Liberalizmi, Humanizmi və s.-ni müzakirə edi rik. 
Bir  az  sonra  məlum  olur  ki,  biz  masanın  altında  baş  verənləri 
qiy mətləndirə bilmirik və altda baş verənlər bizim “yüksək” mü-
za kirəmizə daima təsir göstərir. Lakin biz aydınlaşdırmağa tələs-
mə liyik ki, masanın altında, bağlı qapılar arxasında, kölgələrdə 
baş verənlər bütün “yüksək” çözümləri təxirə salır. Liberal intel-
lektualların  kəşf  etdiyi  bütün  təhlil-səbəb  əlaqələrini  lazımsız 
bir hala gətirir. Bütövlükdə isə etiraf etməliyik ki, bu kimi səbəb-
təhdqiqat əlaqələrini - onlar hətta sağlam düşüncə üçün inandırı-
cı olsalar belə biz şişirtməməliyik. Adi məntiq və səbəb-təhdqiqat 
baxımından XIX əsrdən XX əsr görünmürdü, Əhdi-Ətiq dövründə 
İncil hələ görünmürdü. Belə misalları çox gətirmək olar.
İstəmirəm ki, mənim liberal mövqeyim sadələşdirilməsi uc ba-
tın dan həddindən artıq optimistik görünsün. 
Biz hamımız və bizim diqqətimizi stəkanın yarısının boş ol du-
ğuna çəkənlər və həm də bizim diqqətimizi stəkanın yarısının dolu 
olduğuna çəkənlər qəbul etməlidirlər ki, XIX əsrin böyük la yi hələri 
həyata keçirilmədi. Bəli, həqiqətən də sanki, bu tərəqqi və proqres 
üçün triumfal bir qalxınma idi, dünya masştablı bir la yihə idi, tarixi 
optimizmin hissləri idi, eləcə də çox böyük ümid vardı ki, dünya 
hər bir insan üçün təhlükəsiz olacaq. Doğrudan da, elə görünür-
dü ki, tarixi Maarifçilik idealına uyğun olaraq hər kəsin bərabər 
olması, millətlərin müstəqilliyi, sosial vəziyyətlərin yüksəkliyi, hər 
insanın dünyaya gəldiyindən təbii haqqı olan ləyaqətli yaşamaq 
haqqı və s. bu kimi dəyərlər bərqərar olacaqdır. 
Bəli, doğrudan da sanki liberal demokratların və bazar ka pi-
talizmi  ittifaqı  bütün  ölkələr  və  bütün  kültürlər  üçün  birlik  ya ra-
da caq  və  bu  birlik  hətta  “tarixin  sonundan”  da  söhbət  açmağa 
imkan verəcək. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
59
Lakin bütün bunların çoxu nəinki baş tutmadı – bəziləri heç 
baş  tuta  da  bilməzdi.  Çünki  ağlı  başında  olan  hər  bir  adam 
başa düşür ki, tutaq ki, prezidentdən seçki kampaniyası zama-
nı  vəd  etdiyi  hər  şeyi  həyata  keçirməsini  tələb  etmək  olmaz. 
Məlum oldu ki, bəşəriyyətin necə idarə ediləcəyini hələ bilməyən 
mərkəzdənqaçan qüvvələr azadlığa çıxdılar.
Ortaya  çıxdı  ki,  siyasi  qərar  qəbul  edilən  institutlarda  böh-
ran yaranıb. Ümumi seçki hüquqları və cəmiyyətin seçki prosesi 
üzərində xalq və onun məsuliyyət daşıyan sosial zümrələri real 
nəzarəti hələ “xalq hakimiyyətini” qarantiyaya almır və ustalıqla 
mühüm siyasi qərarların qəbul edilməsindən uzaqlaşdırılmışlar.
Aydın  oldu  ki,  siyasi  ritorika  -  KİV  məkanı  sistemində  siya-
si  miflər  meydana  gəlmişdir,  bu  miflər  öz  mahiyyəti  etibarı  ilə 
arxaik  miflərdən  heç  nə  ilə  fərqlənmir  və  siyasi  hakimiyyət  öz 
vətəndaşlarını zombiləşdirərək bu miflərdən istifadə etməyi çox 
yaxşı mənimsəyib.
Aydın oldu ki, hətta inkişaf etmiş ölkələrdə, o yerlərdə ki, qa-
nunların ciddi şəkildə pozulmasından, seçkilərin kütləvi falsi fi ka-
siyasından və s.dən söhbət belə gedə bilməz “zənginlər” və “yox-
sullar” arasında dərin uçurum yaranmışdır. Bu uçurumu ha zırda 
mövcud olan demokratik imkanlar çərçivəsində (tətillər, mitinqlər, 
həmkarlar ittifaqları hərəkatları vəs.) aradan qaldırmaq mümkün 
deyil. 
Aydın oldu ki, zəngin və yoxsul ölkələr arasında uçurum də-
rin  ləşməkdədir,  “millətlərin  öz  müqəddəratını  təyin  etməsi”  də 
müs təqilliyini yeni əldə etmiş ölkənlərin bir çox problemlərini həll 
etmədi,  bu  ölkələrin  protest  qüvvələri  ya  ən  yaxşı  halda  pop-
marksizmə sürüklənir, ya da birbaşa “şeytan əməli” olan Qərb si-
vilizasiyasının məhv edilməsi üçün radikal görüşlərə sürüklənirlər.
Etiraf etmək lazım gəlir ki, ola bilər, ən ağrılı olanı sadə və qa-
çılmaz böhranla izah etməyin çətin olduğu olanlardır: söhbət on-
dan gedir ki, bu yaxınlarda dünyasını dəyişmiş böyük tarixçi Erik 
Hobsbaum əsil böhranın o qədər iqtisadi deyil, nə qədər ki ide-
oliji olduğunu müəyyən etmişdir, “bu qərb sivilizasiyasının, onun 
özkimliyinin (identifikasiyasının) anlaşılmasında total böh randır”.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə