Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə21/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
67
İndi 2003-2006-cı illərdə avtoritar rejimə yuvarlanmadan son-
ra  Rusiya  hələ  də,  lakin  kiçik  taktlarla  “Staqnasiya”nın  böyük 
tak tında dayanır: bu kiçik taktlara yaxın dövrdə həyata keçirilən 
“əy ləncəli”  modernizasiya,  hazırkı  hakimiyyətin  arzu  və  istək 
olara  “uğurlu  mobilizasiya”ya  (dünya  siyasətinin  yeni  qütbünə 
çevrilmək, Ayı koloniyalaşdırmaq və.s), amma əslində isə “avto-
ritar yuvarlanma”ya keçmə cəhdləri daxildir. 
Böyük “Geriləmələrdə” (bunların içində ən son olanları-70-ci 
illərdə  Brejnevin  həyata  keçirdiyi  Neostalinizm  siyasəti,  30-
cu  illərdə  Stalinin  “Böyük  Terroru”,  və  1918-21-ci  illərin  Lenin-
Trotskinin  adı  ilə  bağlı  olan  “hərbi  kommunizm”i)  avtoritar  ha-
kimiy yət müqaviməti tam qırmaq bilmiş, siyasi, iqtisadi, ideoloji 
monopoliyanı bərqərar etmiş, və ölkəni xarici təsirlərdən təcrid 
etmək imkanı qazanmışdı. Bu günkü şərait belə başlanğıcların 
uğurunu şübhə altına alır. Böyük ehtimal konfliktlərin böyüməsi 
və  kəskinləşməsi,  və  Rusiyanın  həmişə  siyasi  krizisdən  sonra 
“Staqnasiyaya” sürüklənməsi prosesi daha çox ehtimal olunur.
Rusiya siyasi inkişafının ssenariləri
“Krizis”  sxemdən  də  yaxşı  göründüyü  kimi  bifurkasiya,  yəni 
bölünmə nöqtəsidir – yolların ayrılmasıdır. Rusiya tarixi yollarına 
uy ğun olaraq hadisələrin inkşafının üç mümkün variantı aşağı-
dakılardır:
1. “Avtoritar geriləmə” – “qulluq” etməyə (və əvvəlkilər kimi öz 
adına çıxanlar deyil) hazır olan yeni “qvardiyanın” əmələ gəlməsi, 
repressiyaların yeni dalğası və avtoritar qaydaların bərpası.
2. Elə də böyük olmayan (1603-1612, 1918-1922-ci illərdəki 
kimi) hərbi qarşıdurma eskalasiyası, lakin kiçik masştablı (1905, 
1993-cü  illərdə  olduğu  kimi)  iğtişaş  və  vətəndaş  müharibəsinə 
yuvarlanma
3. Nəticə etibarilə növbəti iflasla və yeni reaksiya ilə (“üçüncü 
bahar” və ya “ikinci yenidənqurma”) müşahidə olunan nisbətən 
sakit “Liberallaşma”


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
68
Tarixi ümumiləşdirmə yolun bu və ya başqa istiqamətdə getmə 
seçimindən asılı olacaq əsas şərtləri təyin etməyə imkan verir.
Neft qiymətlərinin sabit saxlanması şəraitində hakim elitanın 
birliyi, əhalinin böyük əksəriyyətinin passivliyi, güc strukturlarının 
repressiyalara və zorakılığa hazır olması, müxalifətin bacarıqsız 
və  populyar  olmayan  hərəkətləri,  və  avtoritar  geriləmənin  yeni 
dalğası olan hal-hazırkı donuqluq vəziyyəti (keçmiş 2003-2005-
ci  illərdən  sonra)  bu  rejimin  hələ  bir  neçə  il  də  hakimiyyətdə 
qalmasına imkan yaradacaq. Qanundan kənar həyata keçirilən 
etiraz  nümayişləri  daha  radikal  forma  alacaq  ki,  bu  da  “stabil-
lik naminə” yeni repressiyalara haqq qazandıracaq. Hadisələrin 
belə inkşafı şəraitində Rusiyanın staqnasiya və inkşaf edən deq-
radasiyası, beynəlxalq aləmdə dəhşətli geriləməsi,daxili və xarici 
uğursuzluq və sonrakı krisizlər labüd olacaq. Dinc inqi la bın və 
rejimin hakimiyyətdən uzaqlaşdırılmasının məhz nə vaxt müm-
kün olması bir tərəfdən rejimin çökmə proseslərinin gü cün dən, 
hakim qrupun legitimsizləşməsindən digər tərəfdən isə etirazın 
konsolidasiyasından  yəni  toplanmış  faktorların  “stabilliyi”  qoru-
maq gücünün nisbətindən asılı olacaq. 
Rejim üçün qeyri əlverişli məqamların üst-üstə düşməsi nə-
ti cə sində (maliyyə krizisindən tutmuş fəlakətlərə qədər, repres-
siv aparatın bir hissəsinin və sadiq regional elitanın loyallığının 
itirilməsi şəraitində bütün ölkə boyu etiraz dalğalarına qədər) siya-
si krizis yaxın 2-3 ildə baş verə bilər. Hakim qrup üçün hakimiyyət 
kürsüsündə qalmaq təkcə əmlakının qorunub saxlanması üçün 
deyil,  həm  də  cinayət  məsuliyyətindən  qorunmaq  üçün  əsas 
şərtdir.  Buna  görə  də  hakimiyyəti  istənilən  üsullarla  saxlamaq 
üçün hədsiz dərəcədə çox ediləcək cəhdlər gözləniləndir. Bu za-
man daxili qoşunların, çevik polis alayı və təhlükəsizlik xidməti 
əməkdaşlarının  sayının  artırılması  geniş  miqyaslı  zorakılıqdan 
xəbər verən faktorlardır.
Dərin siyasi krizis həm də rejimin və hakimiyyətin geniş disk-
reditasiyası  ilə  müşayət  ediləcəksə,  real  elitanın  parçalanması 
baş verəcək, güc aparatı isə açıq şəkildə repressiyalardan imtina 
edə cək (liderlərin həbsi, nümayişçilərin dağıdılması və s) və bu 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
69
za man müxalifətin “dəyirmi masa”, hakimiyyətin ötürülməsi, yeni 
qay dalarla yeni seçkilərin keçirilməsi arzusu yerinə yetəcək.
Bu vəziyyətdə, qələbə çalmış koalisiyanı hər tərəfdən təh lükə 
gözləyir:  əhalinin  doğrulmayan  ümidləri  (həyat  səviyyəsi  düş-
məsə  də  ilk  aylar  və  illər  hiss  olunacaq  dərəcədə  artım  olma-
ya  caq),  Rusiyanın  hələ  də  xammal  iqtisadiyyatına  söykənən 
zəif iqtisadiyyatına qlobal iqtisadi krizisin yeni dalğalarının vura-
ca ğı zərbələr, daxili mübarizə (qaliblər arasında kəskin ideoloji 
mübarizə  olacaq),  “əvvəlkilər”in  revanşı,  (daha  birlik  olan,  təc-
rübəli, və çətinki zahiri aldanmalarla dayandırıla biləcək olan bir 
qrup), əyalətlərdə separatçı hərəkatlar, yeni liderlərin legitim siz-
ləş məsi, avtoritarizmə alışmış regional elita və s.
İndiyə qədər Rusiyada bütün əhəmiyyətli “liberalizasiya” mər-
hə lələri ya tezliklə qırılırdı ya da avtoratizmə yuvarlanma ilə bitən 
krizisin dərinləşməsinə gətirib çıxarırdı. Məhz bu da dəf olunması 
lazım olan Rusiya siyasi tarixindəki mərhələlərin cı ğı rıdır! Belə di-
namikanın davamlı daxili səbəblərini anlamadan, yu xarıdan təqdim 
olunan inersion ssenarilərdən qurtarmaq mümkün olmayacaq.
Rus  siyasi  tarixinin  mərhələlərinin  cığırı  qüsurludur.  Hətta 
Kreml  arzularının  son  həddi  olan  (artıq  prinsip  etibarilə  yerinə 
yet məyəcək) “uğurlu mobilizasiya” belə cığırdan çıxara bilməz, 
lakin sərt qanunauyğunluqla yenidən “staqnasiya”ya və sonra isə 
yeni “krizisə” sürükləyə bilər.
Rusiyanın son nəticədə uğurlu və ya davamlı formada effektiv 
libe rallaşması  və  demokratikləşməsinə  ümidlər  xəyalidir.  Buna 
görə də ancaq indiki və gözlənilən reallıqlardan çıxış edərək Ru-
siyanın xarici siyasətindən danışmaq olar.
Rusiyanın xarici siyasəti
Kreml son illər başlıca olaraq hansı xarici siyasət strategiya-
sını həyata keçirir?
•  Heç  olmasa  ritorik  və  virtual  planda  SSRİ-nin  dağılması 
ilə  itirilmış  fövqəldövlət  statusunun  qaytarılması  cəhdləri.  Bura 
V.V.Putinin “Münhen nitqi” də daxil olmaqla ABŞ-a və bütövlükdə 
Qərbə yönəlik inciklik və hücumları, Cənubi Amerikaya nüma yiş
-


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə