Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə16/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
51
Keçək Fukoya. Qeyd edim ki, Fuko zəhərli və skeptik (Volter 
ənənəsinə uyğun) mütəfəkkirdir. Burjuaziya cəmiyyəti ondan öz 
acı payını yetərincə almışdır. 
Fuko  Maarifçiliyin  daxili  aləmindən  mərhəməti  çəkib  çıxarır. 
O,  əvvəlcə  “maariflənmiş”  adamın  ağıl  və  ağılsızlıq  arasındakı 
sədlərinin demarkasiyasını müəyyən etmək üçün bir psixiatrik kli-
nikada tədqiqat aparır. Sonra aşkar edir ki, adamları məcburi qay-
dada növlərə ayıran  bu institutlar  demarkasiyaları  necə törədir, 
sonra  bu  “demarkasiyanı”  praktiki  olaraq  müasir  si vi li zasiyanın 
bütün institutlarında aşkar edir (liberalizmin ayağına yazılan bu 
“məcburi  bölünmək”  məsələsini  yadda  sax layaq).  Yeni  “Volter” 
hər yerdə, fabriklarda, məhbəslərdə, ka zar ma larda, məktəblərdə  
dəlilər üçün olan klinikalara məxsus qa pa lı müəssisə formalarını 
aşkar edir. Hamımız üçün  dərs: baş lan ğıc da, ən gənc yaşlarda 
alçaldıcı imtahanlar, sonra tenderlər, kon kurslar, və s., və s. və 
nəhayət, braklaşdırmanın davamı ola raq psixiatriya.  Maarifçiliyin 
humanitar  ideyasından  doğulan  psi xia triya  müəssisələrinin  acı 
ideyası  belədir.  Əlbəttə,  bu  sonsuz  “im ta hanların”  yalnız  uşaq-
lar üçün deyil, elə böyüklər üçün də necə bir müşkülə  çevrildiyi 
haqda geniş  mühakimə yürütmək olar. Xü susilə,  liberal mahiyyət 
daşımayan ölkələrdə, o ölkələrdə ki, vətəndaş elementar azad-
lıqlardan məhrumdur. Belə bir şəraitin insanın psixi vəziyyətinə 
necə  təsir  etməsi  məlumdur.  Burada  “dəlixana”  üçün  istənilən  
qədər potensial pasient ola bilər.  Lakin belə cəmiyyətlər bu kimi 
yasaq mövzulara toxunmağı məqbul saymırlar.
Qayıdaq Fukoya. Sanki sosialist Fuko burjuaziya quruluşunun  
dayağı  olan  Maarifçiliyi  son  həddə  kimi  gözdən  salmışdı.  Lakin 
Fuko gözlənilməz nəticələrə gəldi. O, deyir: Bütün müasir fəlsəfə  
ən köhnə sual olan  “Maarifçilik nədir?” sualına cavab verməyə cəhd 
etməkdən ibarətdir. Maarifçilik bizə də əbədi  suallar miras qoyub. 
O zaman ki cavab bitib tükənmir (devirir) və cavab cavabı devirir. 
Yekun nəticə: “bizim tarixi ontologiya Maarifçilikdən baş la malıdır”.
Sadə  şəkildə  ifadə  etsək  bizim  hər  birimiz  özəl  insanıq,  öz 
şəxsi taleyi və eksiztensiyası ilə istisna insanıq və s. Lakin bi zim 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
52
hər birimiz həm də tarixi keçmişin məhsuluyuq. Bir Azərbaycanlı 
olaraq öz “tarixi ontologiyamı” mən (təbii ki, tək mən yox) Axun-
dov  və  Zərdabidən  başlayıram,  yəni  Azərbaycan  Maarif çi-
lərindən. Ehtimal etsək ki, (şübhəlidir amma, yenə ehtimal etsək) 
digər  azərbaycanlıların  tarixi  ontologiyaları  1968-dən  və  1993-
dən  başlayır,  o  zaman  biz  öz  ölkəmizdə  təkcə  mar qi nal  olma-
yacağıq, həm də ehtiyac olacaq ki, ya bizim üçün, ya da  “yeni 
Azərbaycanlılar” üçün yeni etnonim tətbiq edilsin.
Maarifçilik üzərinə hücumu nə ilə izah edək, Qərbin özündə 
bu  vəziyyət  necədir,  Azərbaycan  intellektuallarının  münasibəti 
nədən ibarətdir? Istənilən iddialı layihə kimi – bunu liberalizmə 
də, sosializmə də aid etmək olar – Maarifçilik öz sərhədlərini və 
öz xüsusi xəyal potensiyalını tez bir zamanda əhatə edə bilməyib.
Xüsusilə, bu, erkən “Sovet maarifçiliyi”ndə özünü ətraflı bü-
ru zə  verdi.  “Sovet  maarifçiliyinin”  insanın  “tabula  rasa”  olması 
haqqında,  yəni  təkcə  ağ  kağız  deyil,  hər  şeyin  pozulub  yeni-
dən  yazılması  mümkün  olan  lövhə  olması  haqqındakı  bəsit 
təsəvvürlər patoloji göstəricilər idi. 
İndiyə kimi dərk edilməsi çətin olaraq qalmaqdadır ki, Maa-
rif çilik insanın yalnız mütləq refleksiyasının açılması deyil, eyni 
zamanda  bu  “absolyut  refleksiyaya”  nə  qədər  çox  şeyin  yer-
ləş məməsinin  faciəli  dərkidir.  Xüsusi  ambisiyaların  utopikliyi 
kəşf ediləndə Maarifçilik, daha sonra isə Liberalizm insanın də-
yişməsi və cəmiyyətin yenidən qurulması ilə bağlı istənilən kar-
di nal  layihənin  utopikliyini  kəşf  etdi.  Lakin  görünür  razılaşmaq 
lazımdır ki, Maarifçilik (yalnız Maarifçilik deyil, lakin indi söhbət 
Marafiçilikdən gedir) utopiyanın əbədi axtarışında olaraq daima 
“özündən bir digərini” yaratmaqda davam edir. Bu, yalnız onun-
la tarazlaşdırıla bilər ki, cəmiyyətin elitar kəsimində (heç olmasa 
elitanın bir hissəsində) “azadlıq səbirsizliyi” adlandırılacaq amil 
üçün daimi refleksiya mövcud olsun. Məhz Maarifçilik və onun 
praktiki realizasiyası böyük Fransız İnqilabını təhrik etdi.
Keçək  liberalizmə.  Sirr  deyil  ki,  liberalizm  ətrafında  gedən 
mübahisələr müasir dünyanın siyasi problemlərinə kəskin şəkil-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
53
də müdaxilə edir. Bəzi müəlliflər liberalizmi gömməyə tələsirlər, 
hət ta  bütün  müasir  böhranlara  görə  liberalizmi  suçlu  tut mağa 
ha zırdırlar.  Bir  başqaları  isə  hesab  edirlər  ki,  dünyanın  bü tün 
nailiyyətləri məhz liberalizmlə bağlıdır. Buna baxmayaraq li be ra-
liz min  imkanları  hələ  tükənməyib.  Bütün  digər  hallarda  olduğu 
kimi mənim üçün vacib olan “mən kiminləyəm” məsələsini diq-
qətə çəkməkdir və bütün bu mübahisələri ərinmədən “Azər bay-
can kontekstinə” yerləşdirməkdir. 
Liberalizm maarifçilik doktrinası olaraq təbiətin və cəmiyyətin 
razı salınmasının vacib olduğu qənaəti və insanın bu qənaəti prak -
tiki olaraq reallaşdırması bacarığı üzəridə qurulur. Bununla belə, 
söhbət utopiyadan deyil, açıq və daima yenilənən ehtiyaclardan 
qurulmuş prinsipial məqsədli sosial proqramlardan gedir ki, həmin 
bu proqramlar cəmiyyətin tərəqqisini korrektə etmək gücündədir.
Kimsə haqlı olaraq etiraz edə bilər ki, bəyəm Maarifçilikdən 
öncə insanlar dünyanı dərk etmirdilərmi, bəyəm insana “özünü 
dərk elə” çağırışı edən Sokrat yox idimi, bəyəm cəmiyyətin dərk 
edilməsinə sosialist yanaşması olan İbn Haldun yox idimi, bəyəm 
daha nələr və daha nələr yox idimi? Lakin Liberalizmə qədər bü-
tün bunlar ayrı-ayrı insanların elmi debatları formasında idi. Və 
ən  yaxşı  halda  başqa  insanların  iştirakı  ilə,  açıq  meydanlarda 
baş verirdi. Liberalizm bu anlayışları tarix, iqtisadiyyat, sosiologi-
ya, politologiya və digər bu kimi konkret elm sahələrinə çevirdi. 
Liberalizm, müvafiq olaraq, konkret elm sahələrinin nailiyyətlərini 
müasir demokratik cəmiyyətlərin institutlarında təcrübə etdi.
Bu  isə  öz  növbəsində  onu  ifadə  edir  ki,  cəmiyyətlərin  ha ki-
miyyətləri öz qarşısında hesabat verməyə məcbur etmək qə tiy-
yəti ilə insan hüquqlarını gücləndirmək olar. 
Nəhayət, bu, onu ifadə edir ki, sosial dünya insanlar üçün ra-
hat dünya ola bilər (olmalıdır).
Liberalizmin  bir  neçə  əsas  əlamətini  önə  çəkməyə  çalışım. 
O  əlamətləri  ki,  hələ  də  mübahisəli  olaraq  qalmaqdadırlar  və 
“Azərbaycan kontekstinə” aidiyyatları vardır. 
Birincisi, hakimiyyətin neytrallığı haqqında liberal ideya.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə