Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə13/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

Rəhman Bədəlov
Liberalizm və maarifçilik: Azərbaycan
kontekstində konfliktlərin nizamlanması
Çıxışımı bir neçə qeydlə başlamaq istərdim. Birincisi. Xa tır-
la  yıram ki, Sovet dövründə belə bir sual verirdilər: “mədəniyyət 
us taları,  siz  kiminləsinz?”.  “Maarifçilik”  və  “Liberalizm”  mə sə-
lələrində mənim üçün başlıca olan  budur ki, bu mövqeyin müs-
tə qilliyinə iddia etmədən öz mövqeyini ifadə etmək üçün  (“mən 
kiminləyəm?”) bu suala cavab vermək lazım gəlir. 
Mənim mesajım nəzəri cəmiyyətə ünvanlanmır, Azərbaycan 
cə miyyətinə ünvanlanır. Məhz cəmiyyətin bu məsələlərlə məş ğul 
olan zümrəsinə ünvanlanır bu sual. Öz mövqeyimi izah edər  kən 
həm bu kitabın oxuyucularla, həm də ondan kənarda insanlarla 
istər-istəməz polemikaya girməli oluram. Bununla da, təbii ola-
raq,  bizim mühazirəmizin əsas məqsədinə çevrilən  “Azər bay can 
kontekstinə” qoşuluram. 
Fikrimcə, mövcud polemikanın “maarifçilik və li be ra lizm ide-
yaları” ətrafında  proyeksiyası  bizim inkişafımızın bir sıra ya ralı 
yerlərini göstərə bilər.  Bu nöqtələrin  indiyə qədər diaqnozu qo-
yulmamış,  hətta  çox  hallarda  bu  kimi  məqamların  üstü  dar  və 
məhdud  millətçiliklə  pərdələnmişdir.  Ona  görə  də  maarifçiliyin 
və liberalizmin bizim şüurumuz tərəfindən  indiyə qədər də tam 
şəkildə  mənimsənilməmiş  bəzi  məlum  vəziyyətini  təkrarlamağı  
artıq hesab etmirəm. 
“Dondurulmuş  konfliktlər”  adlanan  bu  konfliktlərin  bir  çox 
səbəblərini yalnız geopolitikada axtarmaq lazım gəldiyi ideyası-
na, eləcə də  bu vəziyyəti siyasət müstəvisində tam mənası ilə 
anlamaq  mümkündür  fikirlərinə  də  çox  tərəddüdlə  yanaşıram. 
Əlbəttə, bir məsələ ilə tərəddüdsüz razılaşıram ki, məhz siyasi 
məkanda  gerçək və  görünən hadisələr baş verir, məhz siyasi 
məkanda birbaşa  və ya dolayısı ilə  konfliktlərin nizamlanma-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
43
sının  asılı olduğu siyasi tərəfləri müəyyən etmək olar.  Lakin bu 
görüntü  bəzən aldadıcıdır.  Sözü bir kəsə demək üçün metafo-
raya üz tutası olsam deyərdim ki, görünən gerçəklik - “məişətin 
çəkilməz ağırlığı”, bəzən “məişətin çəkilməz yüngüllüyünü” pər-
də ləyir, lakin incə materiya bəzən qaba və qurama materiyadan  
daha mənalı olur. Bütün bunlarla, “politoloji yanaşma”nın əksinə 
olaraq  “humanitar yanaşma” məşğul olmalıdır.
Məni  görüşümüzün  adından  çox,  Leyla  Əliyevanın  mə qa lə-
sində müzakirə üçün istiqamət verdiyi  vektor  cəlb edir. Fokus ic-
timai şüurda köklənmiş səbəblərin tədqiqinə yön lən
 
dirilməli, kom-
pramis yolu ilə məsələlərin həlli axtarışına  mane olan səbəblər  
aşkar ediməlidir. Bu isə yalnız Sovet düşüncəsinin re sidivi deyil, 
həm də həmin dönəmdə bizim inkişafımızla bağlıdır. 
Bir  sözlə,  məhz  bizim  başımızda  nə  baş  verdiyi    üzərində 
düşünmək lazımdır. Bu baxımdan  mən öz çıxışımın şüarını belə 
müəyyən edərdim: “şüurunu dəyişsən – dünyanı dəyişəcəksən”.
Ondan başlayım ki, biz, müasir azərbaycanlılar, təqribən son 
150 il ərzində bir neçə tarixi faciəvi situasiyalar yaşamalı olmu-
şuq.  Onlardan üç  ən mühüm  keçidi diqqətə çəkmək istərdim.
İlk növbədə, XIX əsrin ikinci yarısı başlanarkən nə baş verir-
di: neft, sənayenin sürətli inkişafı, Bakının  urbanizasiya yolu ilə 
inki şafı, maarifçi ideyaların doğulması (Axundov,  Zərdabi), milli 
kim lik axtarışları,  ADR-in  (Azərbaycan Demokratik Respublika-
sı)  meydana  gəlməsi.  Düşünürəm  ki,  bizim  konfransın ADR-in 
yubileyinə həsr edilmiş müxtəlif tədbirlər silsiləsinin ən mühüm 
tərkib hissəsi olması da təsadüfi deyil. Bir az daha əlavə edim, 
XIX  əsrin  ikinci  yarısından  başlanan  və  ADR-in  yaranmasına 
və az müddətdə mövcud olmasına qədər davam edən dönəm, 
mənim  fikrimcə,  bizim  milli  tariximizin    mahiyyətini  təşkil  edir. 
Bizim  inkişafımızın  digər  bütün  dönəmlərinə, ADR-ə  qədər  də, 
ADR-dən sonrakı dönəmlərə də ADR-dən qaynaqlanan  çevrələr 
kimi  baxılmalıdır.  Tariximizin  nüvəsi  üçün  seçilmiş  digər  bütün 
təqvim tarixləri bizi bəşəriyyətin sivilizasiya tarixindən kənara atır 
və əyalət səviyyəsinə  məhkum edir (bizim moderatorun işlətdiyi 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
44
termini daha güclüsü ilə – Həsən bəy Zərdabinin işlətdiyi “geridə 
qalmışlıq” sözü ilə  əvəz edərdim ki, bu barədə bir az sonra da-
nışacağam). 
Sovet  dövrünü  bir  qədər  xarakterizə  edim.  Etiraf  edim;  
bəzən mənə elə gəlir ki, bu tarixi dönəmi “qara dəlik” adlandır-
maq olar, çünki  bizim hələ də heç cür qurtara bilmədiyimiz bü-
tün  bəlalarımız,  yanlış  sterotiplərimiz  öz  başlanğıcını  məhz  bu 
dönəmdən alır. Indi başa düşürəm ki, bu şişirtmədir,  ötüb keçmiş 
tarixə belə bir tündməcaz- publisistik məqalə ruhunda münasibət 
bəsləmək olmaz. Məhz Sovet dövründə bizim millət kimi forma-
laşmağımız  başa  çatmış,  bizim  milli  kimliyimiz  möhkəmlənmiş, 
təhsilli insanlar sinfi yaranmış,  inkişafımızın sənaye dövrü başlan-
mışdır.  Əlbəttə, etiraz edənlərlə razılaşıram ki,  Sovet dövründə 
bizim inkişafımız düz getməyib, milli kimliyimiz yarımçıq (Türk-
çülük və İslamçılıq inkar edilib) olub, təhsilimiz gerçək həyatdan 
qopmuş olub, milli ədəbiyyat tariximiz mərkəzdən sırınıb (Nizami 
Gəncəviyə “hə”, Kitabi Dədə Qorquda “yox” deyilməsi göründüyü 
qədər də ziyansız məsələ deyildi). Çox uzatmayacağam, sadəcə 
onu deyim ki, Sovet  inkişafında dövlət səviyyəsində olduğu kimi, 
fərdi səviyyədə də  azadlıq nəzərdə tutulmurdu. Demək olar ki, 
mahiyyətcə bizim nə dövlətimiz, nə vətəndaşımız vardı. Kompu-
ter leksikonundan istifadə edərək deyə bilərəm ki, Sovet inkişafı 
onu içindən yeyən viruslarla dolu idi. Lakin bu viruslar hələ ki, 
onu sona kimi  dağıtmamışdır.
Müstəqillik  illəri  indiyə  qədər  də  ciddi  şəkildə  refleks ləş mə-
mişdir, siyasi ritorikaya baxmayaraq biz çox məsələlərdə postso-
vet ölkəsi olaraq qalmaqdayıq. Bu, keçidsiz keçid illəri idi, və de-
mokratiyaya doğru hərəkat bizi avtoritarizmə gətirib çıxardı. Qlo-
balizm və nasionalizm arasındakı dilemma hələ də həlledilməmiş 
vəziyyətdədir. Halbuki, nasionalizm siyasi əhə miyyətdən məhrum 
edilərək yalnız folklor irsi səviyyəsinə en diril miş dir.  
Doğrudur,  Avropa  (Qərb)  inkişaf  yolu  prioritet  kimi  qəbul 
edil  mişdir.  Lakin  nəzərdə  tutulan  bu  inkişaf  yolu    hakimiyyətin 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə