Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
36
Buna görə də sovetlərin çökmə prosesindən sonra baş ver-
miş  etnomilli  konfliktlər  indiyə  kimi  həll  edilməmiş  qalmaqdadır 
ki,  bu  da  dünya  tarixi  üçün  son  dərəcə  tipikdir.  Bu  hadisələrin 
baş verməsi faktı demokratik və liberal ideyaların yayılması ilə 
ziddiyyət təşkil etmir: əksinə, bu ideyalar konfliktlərin nəticələridir.  
Rusiyadan  (əhalisi  bütünlükdə  özünü  SSRİ  ilə  əlaqələndirirdi) 
başqa bütün sovet respublikalarında demokratik hərəkatlar eyni 
zamanda milli hərəkatlar idi və liberal ideya tərəfdarları da, bəzi 
istisnalar olmaqla, onları müdafiə edirdilər. Lakin yuxarıda qeyd 
edilən səbəbə görə bəzi hallarda müxtəlif milli hərəkatların qarşı-
durması zorakı konfliktə çevrildi.   
Liberal ideyaların yayılması Qafqazda
konfliktlərin həllinə necə kömək edə bilər?
Yuxarıda deyilənlər o mənanı verirmi ki, liberal ideyaların və 
ins titutların  Qafqazda  yayılması  konfliktlərin  həlli  məsələsində 
po zitiv  rol  oynaya  bilməz  (hazırda  mən  yalnız  Cənubu  Qafqaz 
öl kələrini nəzərdə tuturam)?
Əvvəldə dediyim kimi belə bir sualın cavabı ümumi ola bilməz, 
bu  cavab  mütləq  tarixi  və  siyasi  kontekstə  bağlanmalıdır.  Bu 
mə qalənin  nəticə  hissəsində  mən  bir  neçə  belə  əlaqələndirmə 
edəcəm.
İlk növbədə, etnomilli zəmində olan konfliktlərin qarşısını al-
maq  ilə  “dondurulmuş”  konflikt  vəziyyətindən  çıxmaq  ara sın  -
dakı  fərqi  aydınlaşdırmaq  lazımdır.  Bu  kimi  konfliktlər  hər  üç 
Cənubi  Qafqaz  dövlətlərinin  indiki  inkişaf  mərhələsində  prob-
lem  olaraq  qalmaqdadır.  Mən  hesab  edirəm  ki,    cəmiyyətin 
modernləşdirilməsinin daha yüksək səviyyəsinə nail olmaq üçün  
görüləcək  bütün  digər  işlərlə  yanaşı,  liberal  ideya  və  institutla-
rın mövcudluğuna şərait yaratmaq lazımdır, çünki böyük ehtimal 
var ki, bu kimi ideya və institutlar  milli zəmində olan ziddiyyət 
və gərginliyin qarşıdurma və güc tətbiqetmə həddinə gəlməsinin 
qarşısını ala bilər. Lakin  geniş miqyaslı zorakılıq baş verdikdən 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
37
və konfliktin “dondurulması” həddinə çatdıqdan  sonra, bu çətin 
vəziyyətdən çıxmaq məsələsi daha mürəkkəb bir problemə çevri-
lir və liberal yanaşmanın resursları bu problemin həlli üçün yetərli 
deyil. 
Niyə  liberal  ideyalar,  yaxud  başqa  cür  desək,  liberal  mə-
dəniyyət  zorakı  konfliktləri  dəf  etmək  imkanındadır?  Ona  görə 
yox ki, cəmiyyət nə qədər liberallaşsa, məsələn, “milli suverenlik” 
kimi    ideyalara  o  qədər  biganələşə  bilər.  Gördüyümüz  kimi  bu 
belə  deyil.  Lakin  cəmiyyətin  liberallaşması  fəaliyyət  strategiya-
sının rasional qurulması, gerçək hədəflərə orientasiya etmək və 
həmin  hədəflərə  doğru  yavaş-yavaş  yürümək,  fərqli  fikir  daşı-
yıcıları  olan  insanlar  arasında  praqmatik  güzəşt  və  razılaşma-
lar  əldə  etmək,  formal  institutların  çərçivəsi  daxilində  fəaliyyət  
göstərmək, yeni səmərəli təşkilatlar qurmaq  və s. bu kimi yeni 
vərdiş və ba carıqların meydana çıxmasına səbəb olur. Bütün bu 
yeni vər dişlər  konfliktləri - hətta onlar ən sensitiv, ən emosional, 
insan heysiy yatının ən dərin qatlarına toxunan olsa belə - qeyri-
zorakı çər çivədə saxlamağa imkan verir.
Bayaq dediyim kimi tarixən liberalizm dini konfliktləri aradan 
qaldırmaq  təcrübəsindən  yaranıb  -  yəni    güzəşt  əldə  etməyin 
çox çətin olduğu bir sahədən. Beləliklə, demək olar ki, konfliktləri 
yumşaltmaq, sahmanlamaq liberalizmin “qanında” var.
Baltikyanı respublikaların nümunəsi göstərdi ki, müxtəlif mil-
li konfliktlərin qarşıdurmasında vəziyyətin silahlı savaş həd dinə 
çatması zərurəti yoxdur. Bu cəmiyyətlərin hər birində yetərincə 
çoxsaylı milli azlıqlar yaşayırdı ki, onlar üçün Sovetlərin dağılma-
sı və yeni müstəqil dövlətlərin yaranması, yumşaq dildə desək, 
tamamilə  arzuolunmaz  idi.  Bu,  ilk  növbədə  rusdilli  əhalinin 
(əsasən etnik rusların) ümumi sayın müvafiq olaraq qırx, əlli fa-
izini  əhatə  etdiyi  Estoniya  və  Latviyaya  aid  idi.  Bu  insanlar  öz 
kimliklərini  emosional  şəkildə  Sovet  İttifaqına  aid  sayırdılar. 
Milliyyətçilik məntiqi ilə yanaşsaq onların yaşadıqları  respublika-
ların Sovetlərdən ayrılmasına etiraz etməyə əsas ları Dnestryanı 
və Abxaziya əhalisindən  az deyildi. Buna bax ma ya raq, Baltik-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
38
yanı  dövlətlər,  əsasən  isə  milli  hərəkatın  liderləri,  öz  Qafqazlı 
həmkarlarından  fərqli  olaraq,  prosesi  qeyri-zorakı  müstəvidə 
saxlaya bildilər.
Ədalət naminə, hadisələrin fərqliliyini izah etmək üçün digər 
faktorları  da  xatırladaq.  Məsələn,  bütün  Qafqaz  konfliktlərində 
münaqişələrin  alovlanması  üçün  əsas  rolu  etnomilli  muxtariy-
yat ların mövcudluğu oynadı. Respublikaların daxilində separatçı 
hə rəkatlar  yaratmaqdan  ötrü    bu  muxtariyyatların  institusional 
əmə liy yat  meydanı  mövcud  idi.  Baltikyanı  ölkələrdə  belə  quru-
luşlar yox idi. Bu gün həmin iki regionu müqayisə edərkən  bu 
faktorun əhə miyyətini dəqiq qiymətlərdirmək mümkün deyil. Bu-
nunla belə, böyük ehtimalla  siyasi strategiyanın daha tarazlı və 
rasi onal qurulması bu ölkələrin milli hərəkatlarına konfliktlərdəki 
zo ra kılıqlardan qaçmağa imkan verdi.
O  ki  qaldı  “dondurulmuş”  konflikt  deyilən  problemlərə  bu 
gün  bu  məsələdə  vəziyyət  daha  mürəkkəbdir.  Bu  konfliktləri 
“eh tiyatda  saxlanmış”  konfliktlər  adlandırmaq  daha  düz  olar dı: 
qeydə  alınmış  bütün  sülh  danışıqlarında  müharibənin  dayan-
dırılması  nəzərdə  tutulur,  lakin  bu  danışıqlar  heç  cür  mü ha ri-
bədən əvvəlki nizamın bərpa edilməsinə gətirib çıxarmır. 2008-ci 
il müharibəsi hər iki hadisə formatının şəklini dəyişdirdi: Ru siya 
Abxaziya  və  Cənubi  Osetiyanın  müstəqilliyini  tanımaqla  Gür-
cüs tanın  ərazi  bütövlüyünə  qarşı  yönəlmiş  konfliktin  tərəfdarı 
ol duğunu açıq şəkildə göstərdi (bundan əvvəl də Rusiya faktiki 
ola raq  separatçıların  himayəçisi  hesab  olunurdu,  lakin  bu,  hər 
iki  ölkənin  rəsmi  mövqelərində  əks  etdirilmirdi).  Bu  baxımdan, 
Ru si ya və Gürcüstan arasında baş vermiş son müharibə region-
dakı və ziyyəti Dağlıq Qarabağdakı vəziyyətə yaxılaşdırdı: bütün 
hal larda, bu dövlətlərin (Gürcüstan, Azərbaycan) mərkəzlə  se-
paratçı regionları arasında olan konfliktləri, qondarma dövlətlərin 
təhlükəsizliyinin havadarı və qarantı olan (daha doğrusu, se pa-
ratçılığın  davam  etməsinin)  qonşu  dövlətlə  olan  konfliktlə  mü-
qa yisədə  ikinci dərəcəlidir. Fərq budur ki, Rusiya formal olaraq 
qəy yumluq  etdiyi  regionların  siyasi  müstəqilliyini  tanımışdır,  la-


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə