Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
33
Liberalların  demokrat  olmaq  qərarı  yalnız  praqmatik  tə səv-
vürdən doğulmur, həm də ondan yaranır ki, liberalizm və demok-
ratiya  arasında  dərin  konseptual  əlaqə  mövcuddur.  Əgər  idrakı 
olan bütün varlıqlar bərabər hüquqlara malik olmalıdırlarsa, əgər 
onlardan  heç  birinin  doğuluşdan  başqaları  üzərində  hakimlik 
etmək “haqqı” yoxdursa, onda liberallar üçün bütün insanlar siya-
si idarəetməyə öz təsirlərini göstərməkdə bərabər hüquqludurlar 
-  arqumentini inkar etmək çətindir  (eyni zamanda insanların  ki-
min və hansı qanunlar əsasında onları idarə etməsinə müdaxilə 
etmək  hüququ  vardır).  Məhz  bu,  demokratiya  adlanır. Amerika 
inqilabının ilkin şüarını xatırlasaq siyasi hakimiyyətdə təmsil olun-
mayan insanlardan, yəni  vergi sisteminin formalaşmasına təsir 
etmək  imkanları  olmayan  vətəndaşlardan  vergi  tutulmamalı  idi.  
Bu baxımdan, liberallar, siyasi idarəetmədə iştirak üçün insanların 
müəyyən hissəsinin yetərincə maarifli olmaması, yaxud yetərincə 
rasional  olmaması  məsələsinə  əlavə  arqumentlər  axtarmalı 
olur lar. Yekun hesabda bu kimi məhdudiyyətləri müdafiə etmək 
mürəkkəbləşir, ona görə də liberallar güzəştə getməli olurlar. 
Bu, milliyyətçiliyə münasibətdə tamamilə konkret bir nəticəyə 
gətirib çıxarır. Sosial tədqiqatçılar çox doğru olaraq deyirlər ki, 
müəyyən  sərhədlər  içində  olan  müəyyən  xalqlar  Allahdan  və 
ya təbiətdən deyil, tarixi konstruktdan yaranıblar və onu təmsil 
edirlər. Lakin bunu da inkar etmək mümkün deyil ki, demokrati-
yalar əsasən milli dövlətlərdə mövcuddur. Bundan əlavə, bir çox 
hallarda məhz demokratikləşmə milliyyətçiliyə aparır. Demokra-
tiya normativlərinin yayılması və kök salması insanlar arasında 
həmrəylik, inam, və birlik yaradır, eləcə də siyasi hakimiyyətin ef-
fektiv, kollektiv, suveren “demos”unu forma laş dırır. Demosun mil-
li mənsubiyyət əsasında formalaşdığı dövlət milli dövlət adlanır, 
nasionalizm  isə  müstəqil  demosun  formalaşması  üçün  yeganə 
legitim  təsəvvürdür.  Digər  tərəfdən,  milli  sərhədlər  təsdiqini 
tapdıqdan  sonra,  müəyyən  zaman  keçdikcə    həmin  sərhədlər  
daxilində yaşayan insanlar arasında ümumi milli kimlik kök salır.  


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
34
Siyasi fərdlər milli əsaslarla formalaşdıqda nədənsə insanla-
rın əksəriyyətinə  bu, daha ədalətli görünür və rahatlıq gətirir. La-
kin daha böyük dövlətin tərkibində olmaq, siyasi qərarları qəbul 
edən fərdlərlə  ümumi mənşə, ortaq mədəniyyət, eyni dil və di gər 
bağları paylaşmamaq insanlarda diskomfort yaradır.  Bu mə sə-
lə nin müzakirəsi bizi çox uzağa apara bilər. Lakin biz güman edə 
bi lərik ki, belə bir yanaşma insan təbiəti ilə sıx bağlıdır. Bilirəm ki, 
bir çox sosial tədqiqatçıları bu münasibət qane etməyəcək.  La-
kin hazırda bunun o qədər əhəmiyyəti yoxdur. Mühüm olan faktın 
özünü qəbul etməkdir.
Normativ nəzəriyyə dilində bu kimi siyasi demosun for ma laş-
ma sı prosesi “müqəddəratı təyin etmə” adlanır. Bu anlayış onu 
göstərir  ki,  liberal  və  milliyyətçi  ideyalar  arasında  birbaşa  kon-
septual əlaqə mövcuddur (yalnız əlaqə deyil, oyunun demokra-
tik qay da larının qəbul edilməsinin ifadə edilməsinə ehtiyac var). 
Ön cə liklə, “müqəddəratı təyinetmə”, özünü determinasiya – bu 
individə tətbiq edilən liberal prinsipdir. Bu, o deməkdir ki, insan 
şüurlu varlıq olaraq öz taleyini müəyyən etmək azadlığına malik 
olmalıdır, lakin bu azadlıq hüququ  başqa fərdlərin hüquqlarını 
pozmamaq həddinə kimi ola bilər. 
“Millətin öz müqəddəratını təyinetmə” anlayışı əslində  libe-
ral prin sipdir. Liberal mahiyyət daşıyan bu prinsip  siyasi millətin 
necə formalaşması kimi mühüm bir  müstəviyə keçirilmişdir. “Mil-
lətin  öz  müqəddəratını  təyinetmə”si  dedikdə  siyasi  millətin  for-
malaşması,  siyasi  fərdlərin  varlığı,  nəhayət,  legitim  demokratik 
sistemin yaradılması prosesi nəzərdə tutulur
1
.  
Milli müqəddəratı (individual deyil) təyin etmə anlayışı ilə bağ-
lı başlıca problem onun təcrübədə tətbiq edilməsində saxlanmış-
dır. Tənqidçilər son dərəcə haqlı olaraq deyirlər ki,  onu “təmiz” 
formada həyata keçirmək cəhdi xaosa, və fərdlərin və azlıqların 
1
 Eli Кeduri (Elie Kedourie) ilk dəfə olaraq individual və nasional öz müqəddəratını təyinetmə 
arasındakı konseptual əlaqəni dəqiq göstərmişdir. Ernest Gellner onunla razılaşmırdı, qeyd 
edirdi ki, İmmanuel Kant öz müqəddəratını təyinetmə  anlayışının bu qədər genişlənməsinə 
razı  ola  bilməzdi.  Lakin  bu  arqument  yetərli  deyildi.  Siyasi  vahidin  formalaşması,  daxildə 
legitim sosial müqavilənin mümkünlüyü problemi həll edilməlidir. Öz müqəddəratını təyinetmə  
konsepti  yalnız həmin məqsədlə istifadə edilməsini  tələb edir.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
35
çoxsaylı hüquq pozuntularına gətirib çıxarır. Bu məsələdə həm 
də çıxılmaz vəziyyət var: onu təcrübədə həyata keçirmək üçün 
əvvəlcə müəyyən coğrafi ərazinin çevrəsini cız maq, bu ərazidə 
yaşayan və öz müqəddəratını təyin etmək haq qı olan insanları 
müəyyən etmək lazımdır. Lakin bunu kim və necə etməlidir? Kim 
təyin edəcək ki, kimin öz müqəddəratını təyin etmə hüququ var, 
kimin yoxdur? Bir halda ki Allah və tarix demək olar ki heç vaxt 
bir ərazidə yaşayan çoxsaylı, yaxud azsaylı etnomədəni əhalini  
bircinsli yaratmır. Müəyyən fərdlərin müqəddəratını təyin etməyə 
yönəlmiş cəhdləri hər dəfə əhali arasında yeni separatçı hərəkata 
gətirib çıxaracaq. Beləliklə, bu, sonsuza qədər davam edə bilər.  
Məsələn,  Yuqoslaviyanın  milli  dövlətlərə  parçalanması,  Koso-
vonun ayrılması, Kosovoda yaşayan serblər üçün qəbuledilməz 
idi. Ona görə də təcrübədə müqəddəratı təyinetmə hüququnun 
legitimliyi, bir qayda olaraq, o siyasi vahidə münasibətdə qəbul 
oluna bilər ki, inzibatı sərhədləri əvvəlki mövcudluğu (adətən im-
periya tərkibində olarkən) zamanı, və milliyyət və millətlərin az 
önəm kəsb etdiyi, yəni millətüstü siyasi nizam çərçivəsində artıq 
çəkilmişdir.  Avropa dövlətləri tərəfindən yaradılmış dənizyanı ko-
loniyalar buna misaldır.
Bütün bunlar o mənanı kəsb edir ki,  millətüstü formalaşma-
dan çıxaraq milli dövlətlərin yaranması prosesinə keçid təcrübəsi 
konfliktlərlə iç-içə yaşanır. Bu konfliktlər yeni yaranan dövlətlər 
və köhnə imperiya münasibətlərinə aid ola bilər. Belə hallarda, 
adətən  imperiya  ayrılmalara  müqavimət  göstərir,  daxildə  yeni 
dövlətin yaranmasını qəbul etmir, yeni dövlətin daxilində olan az-
lıq yeni süverenlərin hakimiyyəti “altında” yaşamaq istəmir. 
Bir  qayda  olaraq,  konfliktin  bu  iki  səviyyəsi  dolaşıq  düşür, 
çünki  imperiyanın  dağılmasına  qarşı  olan  və  yeni  formalaşmış 
milli dövlətdə yaşamağa müqavimət göstərən azlıq imperiyanın 
müttəfiqinə çevrilir.  
Bütün bunlar çox hallarda zor tətbiq edilməsinə gətirib çıxa-
rır, çünki mövcud olan siyasi sistemdə, bir qayda olaraq, bu kimi 
konfliktlərin həlli üçün hər hansı legitim mexanizm yoxdur. 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə