Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
39
kin Ermənistanın Dağlıq Qarabağa münasibətində bu etirafı et-
məməsi  işin  mahiyyətində  heç  nəyi  dəyişmir:  faktiki  olaraq  bu 
konfliktlər dövlətlərarası xarakter daşıyır. Bundan əlavə, bu kon-
flikt  lər millətlərarası müstəviyə çıxmışdır, çünki, onların həlli üçün 
bey nəlxalq  formatlar  (Qarabağ  münaqişəsi  üçün  Minsk  qrupu, 
Abxaziya və Cənubi Osetiya münaqişəsi üçün Cenevrə prosesi) 
mövcuddur. 
Bu metodların tətbiqindən artıq iyirmi ilə yaxın vaxt keçdiyini 
diqqətə alsaq, münaqişələrin mövcud danışıq vasitələri əsa sın-
da  həlli  inandırıcı  görünmür.  Düzdür,  bəzən  hələ  də  bu  mü na -
qişələrin tezliklə həll ediləcəyi barədə çağırışlar eşi dil mək də dir. 
Əslində isə tərəflər artıq danışıq prosesləri ilə, eləcə də müxtəlif 
“xalq diplomatiyaları” ilə problemin həll edilməsinin və ya konf-
liktin yenidən alovlanmasının qarşısının alınmasının qeyri-müm-
künlüyü ilə  barışmışlar. Görünür bu, heç bir siyasi ad dım atmağın 
mümkün olmadığı şəraitdə, sadəcə, özünü fəal qə ləmə vermək 
xarakteri daşıyır. 2008-ci ildən sonra vəziyyət əv vəlkindən daha 
aydın olmağa başladı
2
. Konfliktlərin sülh yolu ilə nizamlanması 
uzun zaman tələb edir söz-söhbətləri yalnız bəhanədir: siyasətdə 
“uzun zaman” ifadəsi çətin və ya ağır səslənəcək bir şeyin yum-
şaq bir dillə deyilməsidir, yəni “efemizmdir”, və bu da “məlum de-
yil nə vaxt” ya da “heç vaxt” anlamı daşıyır. 
Hazırkı  şərtlərlə  konfliktin  “nizamlanması”  nə  deməkdir? 
Onları  ölü  nöqtədən  necə  çıxarmaq  olar?  Iki  yol  var.  Birincisi, 
hərbi yoldur. Bu, o deməkdir ki,  konflikt tərəfləri arasında “sül-
hün qorunması üçün məcburi” addımlar (tutaq ki, Ermənistan və 
Azərbaycan arasında müharibənin başlanması kimi) atılır.  Belə 
olan hallarda dünya gücləri tərəflərə doğru hesab etdikləri qərarı 
sırıyırlar (Kosovo hadisəsində olduğu kimi).  2008-ci il müharibəsi, 
bu  savaşın  aktorlarının  düşüncəsinə  görə  həmin  konfliktlərin 
müəyyən  “nizamlanması”  na  gətirib  çıxardı:  Rusiya  və  onun 
qəyyumluq etdiyi rejimlər olan Abxaziya və Cənubi Osetiya bu 
2  
2008-ci il mühariəsi  konfliktli vəziyyətlərin  həlli ilə bağlı,  müqayisədə o qədər də böyük 
olmayan dəyişikliklər gətirdi, bu, güclərin mövcud tərtibatının bir az daha  aydınlaşması idi 
(Gürcüstanın  nəzarətində olan bir neçə elə də böyük olmayan anklav Rusiyanın və separatçı 
rejimin tabeliyinə keçdi). 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
40
konflikti bitmiş sayırlar. Lakin bu, faktiki olaraq, Rusiya tərəfindən  
Kosovo ssenarisinin təqlid edilməsidir: çünki beynəlxalq icti maiy-
yət Rusiyanın bu əməliyyatını legitim saymır və təkcə Gürcüstan 
üçün deyil, demək olar ki, bütün dünya üçün konflikt hələ də açıq 
qalmaqdadır. Konfliktlərdən “çıxmağın” ikinci fürsəti - separatçı 
regionların  müstəqilliyinin  bu  separatçılığı  regionların  ayrılmaq 
istədiyi  həmin  dövlətlər  tərəfindən  tanınmasıdır.  Əbəttə,  bu  ən 
sadə və  yüngül yoldur. Burada cavab sadədir: müvafiq olaraq 
Gürcüstan  və Azərbaycan  əhalisi  üçün  belə  qərar  vermək  qə-
bul edilməzdir. Hələlik, hər iki tərəf üçün belə bir variantın hətta 
ic timai  müzakirəsi  belə  yasaqdır.  Hərçənd  ki,  artıq  Gürcüstan-
da  ayrı-ayrı  fərdlər  bu  barədə  danımağa  cəsarət  edirlər.  Hətta  
nə zəri olaraq fərz etsək ki, bu ölkələrdən birinin rəhbərliyi belə 
qə naətə gəlmişdir ki, dövlətin mənafeyi naminə qondarma döv-
lət ləri  tanımaq  mümkündür,  nizamlanmamış  konfliktlərlə  bağlı 
risk və təhlükələri aradan qaldırmaq üçün belə bir addım at maq 
məq buldur,  o zaman bu istiqamətdə atılan istənilən addım si-
yasi intihar demək olardı. Ermənistan prezidenti Levon Ter-Pet  -
ros yanın hətta kiçik güzəştlərə hazır olması onun prezident kür -
süsünü itirməsinə səbəb oldu. Bu hadisədən sonra çətin ki, han -
sısa hakimiyyət belə bir riskli addım atmaq fikrinə düşə bilsin.  
Həmin  bu  cəmiyyətlərin  “liberallaşdırılması”  etnoərazi  kon-
flikt  lərinin həllində hansı rolu oynaya bilər? Bu gün kon flik to lo-
gi ya sahəsində çalışan bir çoxları konfliktlərin həlli deyil, “tran-
for ma siyası”  haqqında danışmağa üstünlük verirlər. Bu terminin 
üs tünlüyü  onun  qeyri-müəyyənliyindədir,  buna  görə  də  burada 
mən  bu  anlayışı  izah  etməyə  çalışmayacağam.    Lakin  adətən 
“tran for masiya” sözü altında şüurların transformasiyası məsələsi 
da yanır, daha doğrusu, konfliki alovlandıran  səbəblərə insanla-
rın münasibətlərinin dəyişməsi məsələsi dayanır. 
Mən  bu  barədə  yuxarıda  da  qeyd  etmişdim  ki,  “konfliktlərin 
trans formasiyası”nın ideoloqları demək olar ki, liberalizmin nor-
mativ  müddəalarına  əsaslanırlar.  Onlar  güman  edirlər  ki,  in-
sanların  şüurunu  bu  kimi  transformasiyalara  yönəldən  müx tə lif 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
41
layihələr millətçiliyin zəifləməsinə gətirib çıxara bilər. İn san ların 
dünyagörüşü elə tərzdə dəyişdirilməlidir ki, “ölkənin ərazi bütöv-
lüyü” anlayışı onların nəzərində özünün müqəddəs mə nasını itir-
miş olsun. Insanların çoxu o nəticəyə gəlsinlər ki, öl kə nin ərazi 
bütövlüyünün  bərpasının  nəzəri  şanslarını  qoruyub  sax la maq 
üçün daima belə gərgin vəziyyətdə yaşamağa dəyməz.
Mən  göstərməyə  cəhd  etdiyim  kimi  belə  ümidlər  sadə lövh-
lükdür,  ya  da  onların  gerçəkləşdirilməsi  o  qədər  uzun  müd dət 
tələb edir ki, hadisələrin belə bir inkişaf orientasiyasına  istiqa-
mət lənmək  öz  praktiki  əhəmiyyətini  itirir.  Bir  halda  ki,  dünyada 
konfliktlərin bu kimi əsaslarla həlli presedenti hələ baş verməyib.
Lakin  məqalənin  əvvəlində  müəyyən  etdiyim  kimi;  sağlam 
dünya görüşü prinsipləri olan “liberal” ideyaların yayılması və kök 
salması ilk-öncə Qafqaz dövlətlərinin və cəmiyyətlərinin tərəqqisi 
üçün  çox  zəruridir.  Bu  tərəqqi  olmadan  Qafqaz  dövlətləri  və 
cəmiyyətləri dünya sivilizasiyasından kənarda qalacaqlar. 
Əslində,  liberal  prinsiplərin  yayılmasının  konfliktlərə  aidiy-
yə ti  ondan  ibarətdir  ki,  bu,  ilk-öncə  konfliktlərin  yenidən  alov-
lanmasının  və  yeni  yaranacaq    konfliktlərin  qarşısının  alın ma-
sına kömək edər.  Bundan əlavə, cəmiyyətin liberal ideya və ins-
titutların yaranması istiqamətində ümumi inkişafı həll edil mə miş 
konfliktlərin mövcudluğu üzərində millətçi demaqogiya eh timalını 
azaldar.  Bu  kimi  demaqogiya  halları  öz  növbəsində  plü ra list 
və  demokratik  institutların  formalaşmasına  mane  törədir  və  ya 
məqsədli şəkildə  qarşısını alır. 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə