poniminə, istər Urartu sivilizasiyasına, istərsə elə əsası I Arqişti
tərəfindən qoyulmuş şəhərə heç bir aidiyyəti yoxdur. Mənbə
lərdə Sünik, Utik, Paytakaran kimi, Arsax-Xaçen də Qafqaz
Albaniyasının tarixi vilayəti kimi göstərilir. Tarixi inkişafın qısa
bir dövründə ərazisi genişlənmiş Erməni çarlığının siyasi təsiri
bu vilayətə aid ola bilərdi. Axı bir sıra başqa imperiyalar, xila
fətlər, çarlıqlar da genişlənmiş və kiçilmiş, tərəqqi və tənəzzül
dövrlərini yaşamışlar. Bunun nəticəsində onların nəzarət et
dikləri ərazilərin heç də bütün əhalisi, deyək ki, latın, yunan,
ərəb, fars, monqol, osmanlı, ingilis, fransız və s. olmamışdır.
İşğal edilmiş ərazilərdə yerli xalqlar yaşamaqda davam edirdi.
Kür çayının sağ sahilinin, o cümlədən Arsaxın, Paytakaranın,
Utikin, Sünikin alban əhalisi barədə hətta Raffi, B.İşxanyan,
İ.Orbeli, R.Suni kimi erməni tarixçilərinin özləri də yazırdılar.
Dünyada onlarca digər nüfuzlu tarixçilər də bu fikirdədir.
Məsələn, münaqişənin lap əvvəlində, 1988-ci ildə ABŞ-ın
Miçiqan Universitetində işləyən erməni tarixçisi Ronald Suni
bugünkü Qarabağın ərazisində orta əsrlərdə Qafqaz albanla
rının dövlətinin mövcud olmasını qeyd edirdi: «Orta əsrlərdə
türk xalqları Orta Asiyadan buraya köçənə qədər Zaqafqaziya
Qafqaz Albaniyası kimi tanınmışdır. Qafqaz albanlarının Bal
kan albanlarına heç bir aidiyyəti olmamışdır, o, ermənilərə ya
xın olan xristian xalqı idi. XI əsrdə səlcuqlar buraya gələndən
sonra dağlıq hissədə, yəni Qarabağdan başlamış tarixi Ermə
nistanla sərhədə qədər ərazidə yaşayan albanlar xristian kimi
qalmış və nəticədə ermənilərlə qaynayıb qarışmışlar. Şərq his
sədə - ovalıqdan Xəzərə qədər olan ərazidə isə albanlar türk
əhali ilə qaynayıb qarışmış və müsəlman olmuşlar»19.
Bir qədər sonra, hərbi əməliyyatların qızğın çağında o,
«Ararat tərəfə baxış» kitabında yazırdı: «Ən qədim dövrlərdə
və orta əsrlərdə Qarabağ Qafqaz albanları knyaziığının bir his
səsi olmuşdur. Müasir dövrümüzdə artıq mövcud olmayan bu
müstəqil etnodini qrup IV əsrdə xristianlığı qəbul etmiş və Er
36
məni kilsəsi ilə yaxınlaşmışdı. Sonralar alban elitasının yüksək
təbəqəsi erməniləşmişdir. XI əsrdə səlcuqlar Cənubi Qafqaza
girəndən sonra islamlaşdırma prosesi başlanmış və nəticədə
Qarabağın aran hissəsinin əhalisi müsəlman dinini qəbul et
mişdir. İndiki azərbaycanlıların birbaşa əcdadı sayılan bu xalq
türk dilində danışır və islamın qonşu İranda yayılmış şiə məz
həbini qəbul etmişdir. Dağlıq hissədə isə, əsasən, xristianlıq
qalmış və Qarabağ albanları zaman-zaman ermənilərlə qay
nayıb qarışmışlar. Alban kilsəsinin mərkəzi Qanzasar Erməni
kilsəsinin yepiskopluğundan birinə çevrilmişdir. Bir zamanlar
müstəqil milli kilsənin izləri katolikos adlanan yerli arxiyepis
kop statusunda qalmışdır»20.
Digər erməni müəllifi B.İşxanyan yazırdı ki, «Dağlıq Qara
bağda yaşayan ^ermənilərin bir hissəsi qədim albanların nəs
lindən olan yerli əhali, bir hissəsi isə Türkiyə və İrandan olan
qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqiblərdən sığı
nacaq yerinə çevrildi»21.
Erməni alimləri Qafqaz Albaniyası haqqında «Qafqaz mə
dəniyyəti aləmindən Ermənistan və Gürcüstanla eyni əhəmiy
yətli» (İ.A.Orbeli) dövlət kimi, alban incəsənəti və memarlığı
barədə isə Qafqaz mədəniyyəti tarixində ayrıca mövzu kimi
(İ.A.Orbeli, S.T.Yeremyan və başqaları) yazırdılar. Erməni ta
rixçisi İosif Orbelinin fikrincə, Albaniyanın tərkibinə daxil olan
Xaçen knyazlığının yüksəlişi və çiçəklənməsi XII-XIII əsrlərə
təsadüf edir22. Həmin Orbeli erməni feodallarının müasir Dağ
lıq Qarabağın vilayətlərini zəbt etməsi və müstəmləkəyə çe
virməsindən yazırdı23.
Erməni akademiki S.T.Yeremyan yazırdı: «Əksər hissəsi
ərəb işğalından əvvəlki dövrlərə təsadüf edilən xristian abi
dələrinin çoxu qədim Albaniyanın erməniləşmiş hissəsində və
hazırda, əsasən, erməni əhalisinin yaşadığı qədim alban vila
yətləri olan Arsax və Utikdə qorunub saxlanılmışdır»24.
37
Əgər Arsaxın Albaniyanın vilayəti olması, indiki erməni rəh
bərliyinin iddia etdiyi kimi, yalan, uydurma və «Azərbaycan
təbliğatı»nın məhsuludursa, onda erməni müəllifləri bu barədə
həqiqəti niyə yazırdılar? Əgər Arsaxın Albaniya ilə heç bir
əlaqəsi yox idisə, Gəncəsar monastırı sırf «erməni» monastırı
kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş knyaz Həsən
Cəlal tikilinin üstündə «mənim alban xalqım» üçün ucaldılmış
«Albaniya paytaxt məbədi» yazdırmışdı? Məgər kimsə onları
buna vadar edirdi, bəlkə onlar «Azərbaycan kəşfiyyatı»na xid
mət edirdilər? Erməni tarixçiləri özləri Arsaxın alban xarakte
rini etiraf edirdilər!
Maraqlıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən əvvəl erməni tarixçiləri Arsaxın Qafqaz Alba
niyasının tərkibinə daxil olması və bu vilayətin əhalisinin alban
olması barədə mübahisə etmirdilər. Münaqişənin lap əvvəlin
də Yerevanın başabəla tarixçiləri antik və erkən orta əsrlər
dövründə Qafqaz Albaniyası dövlətinin və albanların mövcud
luğunu, ümumiyyətlə, inkar etməyə çalışırdılar. Onların bəzi
ləri isə albanları hətta əfsanəvi Atlantida ilə müqayisə edirdi.
Bu «tarixçilər» akademik aləmdə pis vəziyyətə düşdüklərini
və alimlərin istehza obyektinə çevrildiklərini anlayandan sonra
bu vəziyyətdən yetərincə orijinal üsulla çıxmağa cəhd göstər
mişlər: onlar Qafqaz Albaniyasının mövcudluğunun danılmaz
fakt olduğunu etiraf etsələr də, onun sərhədlərində bir balaca
«düzəliş» etmiş və bu sərhədləri ərazi iştahalarının çəkdiyi
yerə - Kür çayınadək uzatmışlar. Bəlkə də ermənilərin iddia
ları Abşeronadək gəlib çıxsaydı (lap ağıllarını itirmişlər, hələ
də «erməni Bakurakert»dən danışırlar), Albaniya Xəzərin o biri
tayına «köçməli» olacaqdı. Bu halda Yerevan «tarixçiləri» A l
baniyanın nə üçün səhvən Orta Asiya deyil, Qafqaz Albaniyası
adlanmasım izah etməli olacaqdılar. Elmi miflərə və xarici si
yasət məqsədlərinə tabe etmək məsələsində erməni tarix elmi
bəzən absurd səviyyəyə çatır.
38
Dostları ilə paylaş: |