Meşəli
Erməni azğınlığına qarşı əsrlərlə sinə gərən Meşəli kəndi
1991-ci ilin sonlarında ermənilərin budəfəki basqılarına tab
gətirə bilmədi. Son gülləyə kimi döyüşən kənd sakinləri, özü
nümüdafiə dəstələri çoxlu itkilər verdi. 1991-ci ilin 22-23
dekabr günlərində Meşəli yandırıldı, düşmənlərin tapdağına
çevrildi. Özünümüdafiə dəstələrinin və köməyə gələn kənd
lərin səylərinə baxmayaraq, Meşəli kəndinin itkiləri çox oldu.
Təkcə Meşəlidə erməni vəhşiliyinə qurban gedənlərin sayı 29
nəfərdən çoxdur.
XO CAVƏN D
Xocavənd rayonu Ermənistanın Azərbaycana qarşı elan
olunmamış müharibəsi nəticəsində işğal edilmiş 12 rayondan
biridir. O, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən
sonra Hadrut və Martuni rayonlarının bazasında yaradılıb.
• ♦
ümumi ərazisi 1.458 kvadratmetrdir, münaqişəyə qədər əha
lisi 9.533-ü azərbaycanlı olmaqla 41.300 nəfər idi. Xocavənd
rayonu 1992-ci il oktyabrın 2-də erməni quldurları tərəfindən
tamamilə işğal olundu. İşğal nəticəsində 191 sənaye obyekti,
59 mədəni-maarif müəssisəsi, onlarla tarixi abidə dağıdılaraq
yararsız hala salındı.
Terroru və milli zəmində münaqişə yaratmaq siyasətini öz
lərinə «mübarizə» metodu seçən erməni təşkilatlarının əli ilə
Dağlıq Qarabağda yaşayan ermənilər 1967-ci ildə 3 azərbay
canlıya böhtan atdılar ki, guya onlar gənc bir erməni qızına
qarşı nalayiq hərəkət edib, sonra isə onu amansızlıqla öldürüb
lər. Lakin istintaq zamanı azərbaycanlıların təqsirli olmadığı
aşkarlansa da, məhkəmə zalının qarşısına toplaşan ermənilər
etiraz əlaməti olaraq həmin azərbaycanlıları sovet əsgərlərinin
əlindən alaraq başlarını kəsir, sonra cəsədlərinə od vuraraq
yandırırlar. Bu dəhşətli hadisədə şəhid olan azərbaycanlıların
381
3-ü də Xocavənd rayonunun Qaradağlı kəndindən idi. Bu, ter
ror və ekstremizmə qarşı amansız mübarizə aparması ilə hə
mişə öyünən SSRİ dövrünün ən qanlı, ən faciəli terror aktı idi.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində təkcə
Xocavənd rayonu 145 şəhid verib. Onlardan 1 3-ü qadın, 1 3-ü
uşaqdır. 123 nəfər ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən gi
rov götürülüb. Onlardan 57 nəfəri müxtəlif işgəncələrə məruz
qalaraq öldürülüb. 63 sakin aldığı yaralardan sağlamlığını iti
rərək əlil olub.
Erməni kəndlərinin əhatəsində olan Qaradağlı kəndi tarixin
müxtəlif dövrlərində ermənilər tərəfindən basqılara, təzyiqlə
rə məruz qalsa da, onun igid övladları silahı əllərindən yerə
qoymayıb düşmənə layiqli cavab verirdilər. Kənddə ilk qanlı
hadisə 24 noyabr 1990-cı ildə törədildi. Xocavənd Bağanıs-
Ayrım-Xankəndi yolunun 6-cı kilometrliyində Qaradağlı kənd
sakini Xandəmir Bəbir oğlu və onunla birlikdə iki qonaq er
məni terrorçuları tərəfindən vəhşicəsinə güllələnir, sinələrinə
süngü ilə xaç şəkli şəkilir.
46 gün sonra - 9 yanvar 1991-ci ildə həmin yerin yaxın
lığında terrorçular «UAZ» markalı maşını gülləbaran edirlər.
Nəticədə Qaradağlı kənd sakini, 4 uşaq atası, 33 yaşlı Soltan
Rəşid oğlu Bayramov həlak olur, 4 nəfər yaralanır.
1991-ci il martın 8-də terrorçular tərəfindən kənd sakinlə
ri Zülfüqar Dəmir oğlu Hüseynov və Ələkbər Məmməd oğlu
Quliyev vəhşicəsinə qətlə yetirilir.
1991-ci il iyunun 28-də Qaradağlı kəndi 3 saat ərzində
dörd bir tərəfdən atəşə tutulur. Atışma səngidikdə kəndin ya
xınlığında Vərəndəli deyilən yerdə yenidən atəş səsləri eşidilir.
Hadisə yerinə gələnlər dəhşətli qətl hadisəsinin şahidi olurlar.
Buradakı fermada çalışan 3 kişi və 3 qadın diri-diri yandırılmış
dı. Onların adlarını yadda saxlayaq, bunlar: Şirinova Qaragöz
Habil qızı (8 uşağı var), Hüseynova Səbiqə Mürsəl qızı (2 uşağı
var), Hüseynova Məxmər Məcid qızı (1 övladı var), Tağıyev
382
Bakir Qaçay oğlu (6 uşaq atası), Məmmədov Tohid Cəlil oğlu
(11 uşaq atası) və Şirinov İltifat Əjdər oğludur (2 uşaq atası).
Törətdikləri cinayət əməllərinin cəzasız qaldığını görən er
məni terrorçuları 1991-ci il sentyabrın 8-də Ağdamdan Qara-
dağlıya gələn sərnişin avtobusunu atəşə tuturlar. Avtobusdakı
40 sərnişindən 2 gənc oğlan - Quliyev Baloğlan Əlaslan oğlu,
Quliyev Gündüz Əlqəmə oğlu və 6 qadın - Quliyeva Nazənin
Rəşid qızı, Hüseynova Rəşidə Şahmar qızı, Hüseynova Rəx-
şəndə, Hüseynova Qənirə Həmid qızı, Hüseynova Əsilzəndə
Bakir qızı və Babayeva Validə Həmid qızı qətlə yetirilir, sərni
şinlərin bir qismi yaralanır. Bununla da Qaradağlıya gediş-gəliş
kəsilir.
1991-ci il oktyabrın 19-da. ermənilər Xocavənd rayonunun
inzibati mərkəzi olan Xocavənd şəhərini işğal edirlər. Nəticə
də 15 nəfər, o cümlədən 3 qadın və bir məktəbli şəhid olur,
1 nəfər girov götürülür, 6 nəfər əlil olur.
1991-
ci il oktyabrın 30-da Xocavənd daha iki kəndini - Tuğ
və Salakətini itirir, bu zaman 10 nəfər, o cümlədən 2 məktəbli
şəhid olur, 5 nəfər itirdiyi sağlamlığını hələ də bərpa edə bil
məyib.
Qaradağlı
1992-
ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağ
lı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıl
mışdır. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır
döyüşdən sonra kəndə daxil ola bilmişdilər.
Bu soyqırımını «İkinci Xocalı» da adlandırırlar. Kəndin hər
10 sakinindən biri şəhid olmuşdur. 1992-ci ildə Xocalı faciə
sindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımıda
104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvü
əsir götürülmüş, onlardan 67 nəfəri erməni cinayətkarları tərə
findən qətlə yetirilmişdir.
383
Dostları ilə paylaş: |