Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov
götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi
mismar kəlbətini ilə çəkilmişdir. O, altı ay davamlı işgəncələ
rə məruz qalmışdır.
Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Biniş Rəsul qızı
Məmmədova və 69 yaşlı Sara Miriş qızı İsmayılova girov
götürülüb Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada on
ları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr
isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxla
nan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə
dözməyərək girovluqda ölmüşlər.
Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, er
məni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir
İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı za
manı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı
Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli
İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandı
rıldığını söyləməklə yanaşı, Ağdam kanalının yanında saysız-
hesabsız qadın və uşaq meyiti gördüyünü də bildirir. O, həm
də şahidlik edir ki, ermənilər Ağdamın işğalı zamanı oradakı
ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəs
tə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri
ülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə
bugünədək məlumat yoxdur.
1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Ab
basov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun
bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və
fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni
əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri
Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsmiş, əllərini
məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının al
tında ocaq qalayaraq yandırmışlar.
375
Hərbi əsirlər - Novruz Məhəmməd oğlu Daşdəmirov, Na
miq Cavanşir oğlu Qarayev miitəmadi döyülmə, bədənlərinə
qızdırılmış cisimlərlə dağbasılma və başlarına mismar çalın
ması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.
Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən
sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir.
Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu
Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin ye
ridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş,
üstünə təlim keçmiş it buraxılmışdır.
Mayıl Məhəmmədəli oğlu Məmmədovun damarına dizel
yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır.
Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu
Hüseynovun çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir
parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə
kislota tökmüşlər.
Bu kimi və bunlardan da ağır, dəhşətli işgəncələrin nə sayı
məlumdur, nə də miqyası. Belə işgəncələrə məruz qalan in
sanlar sadəcə türk olduqları üçün vandalizm siyasətinin qur
banlarına çevrilmişlər.
QAZAX
Dağlıq Qarabağın inzibati sərhədlərindən uzaqda olsa da,
Qazax rayonu erməni təcavüzünə məruz qalmış ilk rayonla
rımızdan biridir. Ermənistanla həmsərhəd olan bu rayonun
kəndləri dəfələrlə hücumlara məruz qalmış, nəticədə insan
ların həm canına, həm mülkünə, var-dövlətinə külli miqdarda
ziyan dəymişdir. Qazaxın 6 kəndi - Yuxarı Əskipara, Aşağı
Əskipara, Xeyrimli, Barxudarlı, Sofular kəndləri hələ də er
məni tapdağındadır. Bu kəndlərin içərisində ən böyük itki isə
Bağanıs-Ayrım kəndinin qismətinə düşdü.
376
Bağanıs-Ayrım
Azərbaycan torpaqlarını zaman-zaman «mədəni» işğala
məruz qoyan Ermənistan ötən əsrin 80-ci illərindən başlayaraq
təkcə Dağlıq Qarabağa deyil, onun hüdudlarından çox-çox
uzaqlardakı ərazilərə də hücumlar edir, yaşayış məntəqələri
ni dağıdır, dinc insanları qırır, əslində, azərbaycanlılara qarşı
soyqırımı törədirdi ki, belə məkanlarımızdan biri də Qazax
rayonunun kəndləri idi.
1990-cı il mart ayının 23-dən 24-nə keçən gecə əvvəlcədən
təşkil edilən plan əsasında ermənilərin Azərbaycan ərazisində
Qarabağ müharibəsinə başlayarkən Bağanıs-Ayrım kəndində
törətdiyi faciə miqyasına və dəhşətlərinə görə amansız idi.
Kənddə 5 nəfərdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə
yetirilmiş - yandırılaraq məhv edilmişdir.
Bununla da Qazax rayonunun Bağanıs-Ayrım kəndi Azər
baycanın ermənilər tərəfindən ilk işğal edilmiş yaşayış məntə
qəsi kimi tarixə düşmüşdür. İşğal zamanı Bağanıs-Ayrım kən
dinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş
divan tutulmuş, 10 nəfər amansızcasına qətlə yetirilmiş, 15
nəfərdən çox insan yaralanmışdır. 100-dən çox evi olan kənd
talan edilib, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və
mal-qara ermənilər tərəfindən mənimsənilmişdir.
Xüsusu strateji əhəmiyyətli Bağanıs-Ayrım kəndi Ermənis
tanın İcevan-Noyemberyan avtomobil yolu üzərində yerləş
diyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün
bu yaşayış məntəqəsinin işğalını xüsusi plan əsasında həyata
keçirmişdir. Qeyd edək ki, 600 nəfər əhalisi olan Bağanıs-
Ayrım kəndi Qazaxın Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli
və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik
və maldarlıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-
hesabsız bulaqları olub. Bağanıs-Ayrım kəndindən məcburi
köçkün düşmüş insanlar Qazax rayonunun müxtəlif ərazilərin
də məskunlaşmışlar.
377
Dostları ilə paylaş: |