Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə118/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   114   115   116   117   118   119   120   121   ...   138

Ağdam  rayonunun  işğalı  zamanı  ermənilər tərəfindən  girov 

götürülən  yaşlı  qadın  Şərqiyyə  Rza  qızı  Şirinovanın  8  qızıl  dişi 

mismar  kəlbətini  ilə  çəkilmişdir.  O,  altı  ay  davamlı  işgəncələ­

rə  məruz  qalmışdır.

Qubadlı  rayonunun  işğalı  zamanı  65  yaşlı  Biniş  Rəsul  qızı 

Məmmədova  və  69  yaşlı  Sara  Miriş  qızı  İsmayılova  girov 

götürülüb  Xankəndi  hərbi  hissəsində  saxlanmışdır.  Burada  on­

ları  gündüz  ağır  fiziki  əmək  tələb  edən  işlərdə  işlədir,  gecələr 

isə  xüsusi  amansızlıqla  döyürmüşlər.  Onlarla  birlikdə  saxla­

nan  Şahsənəm  və  Əsli  adında  qadınlar  bu  cür  ağır  işgəncələrə 

dözməyərək  girovluqda  ölmüşlər.

Ağdam  rayonunun  keçmiş  sakini,  milliyyətcə  rus  olan,  er­

məni  əsirliyində  hədsiz  işgəncələrə  məruz  qalmış  Vladimir 

İvanoviç  Şevelyov  1994-cü  ildə  Ağdam  rayonunun  işğalı  za­

manı  89  yaşlı  anası  Vera  Davıdovnanın  və  ahıl  yaşlı  bacısı 

Svetlana  İvanovnanın,  eləcə  də  58  yaşlı  xəstə  qardaşı  Anatoli 

İvanoviçin  ermənilər  tərəfindən  vəhşicəsinə  öldürülüb  yandı­

rıldığını  söyləməklə  yanaşı,  Ağdam  kanalının  yanında  saysız- 

hesabsız  qadın  və  uşaq  meyiti  gördüyünü  də  bildirir.  O,  həm 

də  şahidlik  edir  ki,  ermənilər  Ağdamın  işğalı  zamanı  oradakı 

ruhi  xəstəxanada  saxlanan  7  ruhi  xəstəni,  o  cümlədən  iki  xəs­

tə  qadını  girov  götürmüşlər.  Onların  biri  azad  edilmiş,  biri 

ülə-döyülə  öldürülmüş,  digərlərinin  sonrakı  taleyindən  isə 

bugünədək  məlumat  yoxdur.

1930-cu  il  təvəllüdlü  Ağdam  rayon  sakini  Əli  Rəsul  oğlu Ab­

basov  erməni  girovluğunda  mütəmadi  olaraq  döyülmüş,  onun 

bədəninə  siqaret  basılaraq  yandırılmışdır.  Aldığı  mənəvi  və 

fiziki  işgəncələrdən  özünə  gələ  bilməyən  Əli  Abbasov  erməni 

əsirliyindən  azad  ediləndən  bir  müddət  sonra  vəfat  etmişdir.

Erməni  hərbçiləri  Füzuli  rayonundan  girov  götürdükləri 

Mürvət  Fətiş  oğlu  Ağayevi  döyərək  qulağını  kəsmiş,  əllərini 

məftillə  arxadan  bağlayaraq  ağacdan  asmış  və  ayaqlarının  al­

tında  ocaq  qalayaraq  yandırmışlar.

375



Hərbi  əsirlər  -   Novruz  Məhəmməd  oğlu  Daşdəmirov,  Na­

miq  Cavanşir  oğlu  Qarayev  miitəmadi  döyülmə,  bədənlərinə 

qızdırılmış  cisimlərlə  dağbasılma  və  başlarına  mismar  çalın­

ması  nəticəsində  ruhi  xəstə  həddinə  çatdırılmışlar.

Hərbi  əsir  Mürşüdov  Sədrəddin  Aslan  oğlu  döyüldükdən 

sonra  şüşə  qırıqlarını  udmağa  məcbur  edilmişdir.

Yaralı  vəziyyətdə  əsir  götürülmüş  Əbdüləzim  Məcnun  oğlu 

Məmmədov  rezin  dəyənəklə  döyülmüş,  damarına  benzin  ye­

ridilmiş,  yaralarının  qaysağı  qopardılaraq  ona  əzab  verilmiş, 

üstünə  təlim  keçmiş  it  buraxılmışdır.

Mayıl  Məhəmmədəli  oğlu  Məmmədovun  damarına  dizel 

yanacağı  yeridilmiş,  sinəsi  qızdırılmış  xaçla  damğalanmışdır.

Vəhşicəsinə  döyülmə  nəticəsində  hərbi  əsir  Cavid  Ağa  oğlu 

Hüseynovun  çənəsi  və  qabırğaları  sınmışdır.  Ermənilər  dəmir 

parçası  ilə  Cavidin  qoluna  damğa  basmış  və  yarasının  üzərinə 

kislota  tökmüşlər.

Bu  kimi  və  bunlardan  da  ağır,  dəhşətli  işgəncələrin  nə  sayı 

məlumdur,  nə  də  miqyası.  Belə  işgəncələrə  məruz  qalan  in­

sanlar  sadəcə  türk  olduqları  üçün  vandalizm  siyasətinin  qur­

banlarına  çevrilmişlər.



QAZAX

Dağlıq  Qarabağın  inzibati  sərhədlərindən  uzaqda  olsa  da, 

Qazax  rayonu  erməni  təcavüzünə  məruz  qalmış  ilk  rayonla­

rımızdan  biridir.  Ermənistanla  həmsərhəd  olan  bu  rayonun 

kəndləri  dəfələrlə  hücumlara  məruz  qalmış,  nəticədə  insan­

ların  həm  canına,  həm  mülkünə,  var-dövlətinə  külli  miqdarda 

ziyan  dəymişdir.  Qazaxın  6  kəndi  -   Yuxarı  Əskipara,  Aşağı 

Əskipara,  Xeyrimli,  Barxudarlı,  Sofular  kəndləri  hələ  də  er­

məni  tapdağındadır.  Bu  kəndlərin  içərisində  ən  böyük  itki  isə 

Bağanıs-Ayrım  kəndinin  qismətinə  düşdü.

376



Bağanıs-Ayrım

Azərbaycan  torpaqlarını  zaman-zaman  «mədəni»  işğala 

məruz  qoyan  Ermənistan  ötən  əsrin  80-ci  illərindən  başlayaraq 

təkcə  Dağlıq  Qarabağa  deyil,  onun  hüdudlarından  çox-çox 

uzaqlardakı  ərazilərə  də  hücumlar  edir,  yaşayış  məntəqələri­

ni  dağıdır,  dinc  insanları  qırır,  əslində,  azərbaycanlılara  qarşı 

soyqırımı  törədirdi  ki,  belə  məkanlarımızdan  biri  də  Qazax 

rayonunun  kəndləri  idi.

1990-cı  il  mart ayının  23-dən  24-nə  keçən  gecə əvvəlcədən 

təşkil  edilən  plan  əsasında  ermənilərin  Azərbaycan  ərazisində 

Qarabağ  müharibəsinə  başlayarkən  Bağanıs-Ayrım  kəndində 

törətdiyi  faciə  miqyasına  və  dəhşətlərinə  görə  amansız  idi. 

Kənddə  5  nəfərdən  ibarət  bir  ailə  xüsusi  amansızlıqla  qətlə 

yetirilmiş  -  yandırılaraq  məhv  edilmişdir.

Bununla  da  Qazax  rayonunun  Bağanıs-Ayrım  kəndi  Azər­

baycanın  ermənilər  tərəfindən  ilk  işğal  edilmiş  yaşayış  məntə­

qəsi  kimi  tarixə  düşmüşdür.  İşğal  zamanı  Bağanıs-Ayrım  kən­

dinin  əli  silahsız,  günahsız  əhalisinə  qarşı  tarixdə  görünməmiş 

divan  tutulmuş,  10  nəfər  amansızcasına  qətlə  yetirilmiş,  15 

nəfərdən  çox  insan  yaralanmışdır.  100-dən  çox  evi  olan  kənd 

talan  edilib,  əhalinin  kənddən  çıxara  bilmədiyi  ev  əşyaları  və 

mal-qara  ermənilər  tərəfindən  mənimsənilmişdir.

Xüsusu  strateji  əhəmiyyətli  Bağanıs-Ayrım  kəndi  Ermənis­

tanın  İcevan-Noyemberyan  avtomobil  yolu  üzərində  yerləş­

diyindən  düşmən  gələcəkdə  daha  rahat  hərəkət  etməsi  üçün 

bu  yaşayış  məntəqəsinin  işğalını  xüsusi  plan  əsasında  həyata 

keçirmişdir.  Qeyd  edək  ki,  600  nəfər  əhalisi  olan  Bağanıs- 

Ayrım  kəndi  Qazaxın  Aşağı  Əskipara,  Quşçu  Ayrım,  Xeyrimli 

və  Məzəm  kəndləri  ilə  həmsərhəddir.  Əhalisi  əsasən  əkinçilik 

və  maldarlıqla  məşğul  olan  kəndin  əsrarəngiz  təbiəti,  saysız- 

hesabsız  bulaqları  olub.  Bağanıs-Ayrım  kəndindən  məcburi 

köçkün  düşmüş  insanlar Qazax  rayonunun  müxtəlif ərazilərin­

də  məskunlaşmışlar.

377



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə