Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə121/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   117   118   119   120   121   122   123   124   ...   138

Öldürülənlərdən  10-u  qadın,  8-i  uşaq  idi.  İki  ailənin  hər 

birindən  4  nəfər  şəhid  olmuş,  42  ailə  başçısını  itirmiş,  140-a 

yaxın  uşaq  yetim  qalmışdır.

İşğal  nəticəsində  kənddə  200  ev,  1  mədəniyyət  evi,  320 

yerlik  orta  məktəb  binası,  25  çarpayılıq  xəstəxana  binası  və 

digər  obyektlər  dağıdılmışdır.  Kəndin  800  nəfərə  yaxın  sakini 

məcburi  köçkün  düşmüşdür.

İlqar  Hüseynov  Qaradağlı  müsibətini  görmüş  kənd  sakin­

lərindən  biridir.  O,  ailə  üzvləri  ilə  birlikdə  1992-ci  ilin  fevral 

ayında  ermənilərə  girov  düşüb.  İki  ay  erməni  əsirliyində  qalar­

kən  olmazın  müsibətlərə  düçar  olmuşdur.

«...Girovların  başını  müharibədə  ölmüş  ermənilərin  qəbir­

ləri  üstündə  kəsirdilər...  Ermənilər  əsirləri  diri-diri  yandırırdı­

lar...»


Bu  fikirlər  də  o  dəhşətlərin  şahidi,  1958-ci  il  təvəllüdlü, 

1992-ci  ildə  ermənilərin  girov  apardığı,  min  bir  müsibətlər 

görmüş  İlqar  Hüseynova  məxsusdur:  «Qaradağlı  camaatı  ara­

sında  elə  bir  ailə  yoxdur  ki,  erməni  vəhşiliyinin  əzablarını 

hiss  etməsin.  Kəndimiz  1992-ci  ilin  fevral  ayında  işğal  olun­

du.  Amma  hələ  1991-ci  ilin  sentyabrında  ermənilər  Qaradağlı 

camaatına  divan  tutmuşdular.  Sentyabr  ayının  8-də  ermənilər 

Ağdam-Qaradağlı  avtobusunu  atəşə  tutmuşdular.  8  nəfər  ye­

rindəcə  həlak  olmuş,  10-dan  artıq  günahsız  insan  ağır  yara­

lanmışdı.

1992-ci  il  fevral  ayının  1 5-də ermənilər Qaradağlını  dörd  bir 

yandan  atəşə  tutdular.  Evlərin  əksəriyyəti  alova  bürünmüşdü. 

Atışma  iki  gün  davam  etdi.  Kənddə  qalan  118  nəfərdən  25-i 

həlak  olmuşdu.  Dörd  nəfər  isə  ağır  yaralıydı.  Gecə  yaralıları 

da  götürüb  yola  çıxdıq.  Aramızda  10  qadın  və  2  uşaq  vardı. 

Ermənilər  bizi  təqib  edirdilər.  Patronumuz  qurtardığı  üçün  on­

lara  müqavimət  göstərə  bilmirdik.

Ermənilər  hamımızı  əsir  götürdülər.  Kişiləri  qadınlardan  və 

uşaqlardan  ayırıb,  ayrı-ayrı  maşınlara  mindirərək  erməni  qəbi­

384



ristanlığına  gətirdilər.  Dedilər  ki,  9  nəfər  könüllü  aşağı  düşsün. 

Heç  kim  yerindən  tərpənmədi.  Bundan  qəzəblənən  erməni 

quldurları  avtomatla  maşına  atəş  açdılar.  10-15  nəfər  yerində­

cə  öldü.  Təxminən  20  nəfər  isə  ağır  yaralandı.  Vəziyyətin  ağır 

olduğunu  görən  kənd  sakinlərindən  biri  qaçmaq  istədi.  Onun 

bu  hərəkəti  erməniləri  daha  da  qəzəbləndirdi.  Onlar  bizi  ye­

nidən  atəşə tutdular.  Ölənlərin  sayı  32  nəfərə  çatdı.  Sonra  bizi 

Xankəndiyə  aparıb  iki  ay  orada  (həbsxanada)  saxladılar.

Həbsxananın  pəncərələri  yox  idi.  Hər  gün  qar  yağırdı.  Şax­

ta  insanın  iliyinə  işləyirdi.  Girovların  hamısını  dizə  qədər  su­

yun  içində  saxlayırdılar.  Bizə  üç  gündə  bir  dəfə  əl  boyda  qara 

çörək  verirdilər.  Ermənilər  bizi  gündə,  ən  azı,  beş-altı  dəfə 

döyür,  müxtəlif  işgəncələr  verirdilər.  Bir  neçə  nəfər  işgəncə­

lərə  dözmədiyi  üçün  elə  həbsxanadaca  dünyasını  dəyişdi.  Ar­

maturla  vurub  səkkiz  nəfərin  qabırğalarını  qırmış,  ayaqlarını 

sındırmışdılar.  İki  nəfəri  isə  divara  çırpıb  beynini  partlatmışdı­

lar.  Onlar təkcə  kişilərə  deyil,  qadınlara  və  uşaqlara  da  bu  cür 

dəhşətli  işgəncələr  verirdilər.  İki  ay  sonra  Beynəlxalq  Qırmızı 

Xaç  Cəmiyyətinin  köməyi  ilə  bizi  azad  etdilər.  Mənimlə  bir­

likdə  girovluqda  olmuş  bir  neçə  nəfər azadlığa  çıxandan  sonra 

dünyasını  dəyişdi.  Həmin  vaxtdan  illər  keçsə  də,  ermənilərin 

verdiyi  işgəncələrin  ağrısı  hələ  də  canımdan  çıxmayıb».

Bu  kənd  1992-ci  il  fevralın  17-də  ağır  döyüşlərdən,  yalnız 

müdafiəçiləri  həlak  olandan  sonra  erməni  silahlıları  tərəfindən 

işğal  edilmiş  və  yandırılmışdır.  Qaradağlı  faciəsi  Azərbaycan 

tarixinə  qanlı  hərflərlə  yazılmışdır.  1992-ci  ildə  Xocalı  faciə­

sindən  bir  neçə  gün  əvvəl  Qaradağlıda  törədilən  soyqırımıda 

104  kənd  sakini  və  15  nəfər  xüsusi  müdafiə  dəstəsinin  üzvləri 

əsir  götürülmüşdür  ki,  onlardan  67  nəfəri  erməni  cinayətkarla­

rı  tərəfindən  qətlə  yetirilmişdir.  Öldürülənlərdən  10-u  qadın, 

8-i  uşaq  idi.  İki  ailənin  hər  birindən  4  nəfər  şəhid  olmuş,  42 

ailə  başçısını  itirmiş,  140-a  yaxın  uşaq  yetim  qalmışdır.




Bunlardan  əvvəl,  1991-ci  ilin  28  iyununda  erməni  terror­

çuları  3  nəfəri  qadın  olmaqla  6  nəfəri  diri-diri  yandırmışlar. 

1991-ci  ilin  sentyabr  ayında  sərnişin  avtobusunun  gülləbaran 

edilməsi  nəticəsində  8  nəfər  öldürülüb,  çoxlu  sayda  adamlar 

yaralanıb,  güllə  yarası  alanlardan  5  nəfəri  isə  sonradan  dünya­

sını  dəyişib.  Bu  vəhşiliklərin  beynəlxalq  terrorçu,  ASALA-nın 

rəhbərlərindən  olan  Monte  Melkonyan  tərəfindən  həyata  ke­

çirildiyi  bildirilir  (ermənilərin  m illi  qəhrəman  adı  verdikləri 

M.Melkonyan  1993-cü  ilin  iyununda.Azərbaycan  əsgərləri  tə­

rəfindən  layiqli  cəzasını  alıb).

Törədilən  vəhşiliyin  statistikası  belədir:  17  fevral  1992-ci  il 

tarixdə  Qaradağlı  kəndinin  işğalı  zamanı  ermənilər  118  nəfəri 

əsir  götürüb,  33  nəfəri  güllələyib,  öldürülən  və  yaralı  halda 

olanları  bir  yerdə  təsərrüfat  quyusuna  tökərək  üzərlərini  tor- 

paqlayıblar.  Əsir  götürülənlərdən  68  nəfəri  öldürülüb,  50  nə­

fəri  isə  böyük  çətinilklərlə  azad  edilib.  Əsir  götürülənlərdən 

10  nəfəri  qadın,  2  nəfəri  məktəbli  olub.  Sonradan  azad  olu­

nanların  5  nəfəri  qadınlar olmaqla,  ümumilikdə  18  nəfər aldığı 

sağalmaz  yaralardan  vəfat  edib.  Əsirlikdə  saxlanılanlara  qarşı 

vəhşi,  vandalizm  hərəkətləri  ilə  davranılıb.  İnsanların  başları 

kəsilib,  diri-diri  basdırılıb,  dişləri  çəkilib,  ac-susuz  saxlanılıb, 

döyülərək  öldürülüb.  Bunlar  insanlığa  qarşı  törədilmiş  cinayət 

hadisəsi  sayılır.  Faciə  nəticəsində  kənddə  2  ailənin  hər  bi­

rindən  4  nəfər,  6  ailədən  2  və  3  nəfər  öldürülüb,  43  ailə  öz 

başçısını  itirib,  1  ailədən  hər  iki  valideyn  qətlə  yetirilib,  146 

uşaq  yetim  qalıb.  Qaradağlı  kəndində  91  nəfər,  kənd  sakin- 

ərinin  hər  10  nəfərindən  biri  qətlə  yetirilib.  Öldürülənlərdən 

21  nəfəri  ahıl  və  qocalar,  10  nəfəri  qadın,  8  nəfəri  məktəbli 

olub.  İşğal  nəticəsində  kənddə  200  yaşayış  evi,  1  mədəniyyət 

evi,  320  yerlik  orta  məktəb,  25  çarpayılıq  xəstəxana  binası  və 

çoxlu  sayda  digər  sosial  obyektlər  dağıdılıb.

386



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə